Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6557/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(004)-43/21 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi, iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa edilmiş 1 girişli 21 mərtəbəli binanın, 7-ci mərtəbəsindəki 96,3 kv.m sahədən ibarət mənzilə dair Cavabdeh1 MMC ilə digər Cavabdeh2 arasında bağlanan 22.01.2013-cü il tarixli mənzil alqı-satqısı haqqında müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, mənzilin boşaldılması və cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin ünvan 1 ünvanda inşa edilmiş 1 girişli 21 mərtəbəli binanın, 7-ci mərtəbəsindəki 96,3 kv.m sahədən ibarət mənzilə dair Cavabdeh1 MMC ilə digər Cavabdeh2 arasında bağlanan 22.01.2013-cü il tarixli mənzil alqı-satqısı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(004)-43/21 nömrəli qətnaməsi ilə iddiaçının və üçüncü şəxsin iddialarının rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 7-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 1(bir) otaqlı “42” nömrəli mənzilə olan sahiblik və istifadə hüququnun tanınaraq ona təhvil verilməsi öhdəliyinin “xxxx” MMC-yə həvalə edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin alıcı olan üçüncü şəxsin X5 iddiasına və iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinə və ödəniş qəbzlərinə diqqət yetirilsə açıq görmək olar ki, Cavabdeh1 MMC-nin ünvan 2 ünvanında inşa edilmiş 1 girişli 21 mərtəbəli binanın 7-ci mərtəbəsindəki sahəsi 96,3 kv.m-dən ibarət olan mənzili 09.02.2009-cu il tarixli mənzil alqısatqı müqaviləsi ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş sonradan mənzilin tam dəyəri olan 45.000 ABŞ dolları ödəməklə İddiaçı adına 22.01.2013-cü il tarixli müqavilə ilə cavabdeh ”Cavabdeh1” MMC-nin tərəfindən sənədləşdirilərək verilmişdir. Lakin sonradan sözügedən mənzil cavabdeh X1. Belə olduğu təqdirdə həmin müqavilənin X2 tam qanunsuzdur və X9 verilmiş alqı-satqı müqaviləsi sonradan görünüş üçün tərtib edilmiş və əhəmiyyətsiz əqddir. Birinci instansiya məhkəməsi məhkəməyə təqdim edilmiş “Rabitə” bankla Cavabdeh1 MMC-nin arasında Bakı Apellyasiya Məhkəməsində olan razılığa diqqət yetirsə idi onda ədalətli qətnamə qəbul etmiş olardı. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və əsassız qətnamə çıxarmışdır. Məhkəmə iclasında cavabdeh və cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatlarında mübahisəli mənzili Cavabdeh1 MMC-dən deyil, üçüncü şəxs Lyuda adlı şəxsdən 2013-cü ildə aldığını, evi təmir etdiyini və İddiaçı aldığı mənzilin hansı olması ilə bağlı konkret sübut təqdim edilmədiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir və məhkəmə cavabdehin şifahi çıxışına qiymət verərək iddia tələbini rədd etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, işdə iştirak etməli olan digər şəxslər məhkəməyə gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 598/2019 saylı, 22 oktyabr 2019cu il tarixli hökmü ilə müəyyən olunur ki, binanın 7-ci mərtəbəsində cəmi iki ədəd 96,3 kv. m ölçülü nömrəsiz iki otaqlı mənzil olmaqla mənzillərdən birini cəmiyyətin möhürü ilə təsdiq edilmiş 10 noyabr 2008-ci il tarixli müqavilə ilə X13 özü sataraq mənzili onun arvadı X6 adına rəsmiləşdirilməklə mənzilin dəyəri cəmiyyətə tam ödənildiyi, sonuncu tərəfindən həmin mənzil 31 mart 2011-ci il tarixdə X4, digər mənzili isə özü 2009-cu il tarixədək “Lyuda” adlı qadına satmaqla mənzilin dəyəri tam ödənildiyi, sonuncu isə həmin mənzili cəmiyyətin direktoru X12 imzası və cəmiyyətin möhürü ilə təsdiq etdiyi 22 yanvar 2013-cü il tarixli 42 nömrəli müqavilə əsasında X3 mənzilin sonuncunun arvadı X8 adına rəsmiləşdirdiyini bildiyi halda həmin mərtəbədə 96,3 kv. m ölçülü 1 ədəd mənzilin heç kəsə satılmamasını və hər hansı sahibinin olmamasını mənzil almaq üçün ona 2009-cu il tarixdə tamah niyyətilə məzmununa Elnur Məmmədovla birlikdə bilə-bilə yalan məlumatlar daxil edərək istintaqa məlum olmayan şəxsin imzası, Cəmiyyətin adından istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladığı möhürlə təsdiq etdiyi, mənzilin İddiaçı qızı X5 adına rəsmiləşdirilməsi barədə müqaviləni və mənzilin dəyərinin ödənilməsi barədə eyni tarixli kassa mədaxil orderini İddiaçı təqdim edərək həmin tarixdən 10 yanvar 2013-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə sonuncudan şəxsən və cinayətdən xəbərsiz olan “Elman” adlı şəxs vasitəsilə hissə-hissə olmaqla, cəmi 45.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 36.347 manat pulu alaraq, Elnur Məmmədovla birlikdə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı əmlakını ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmiş, daha sonra, cinayətkar əməllərini davam etdirib İddiaçı müraciəti əsasında mənzili ona satdığını əminlik yaratmaq məqsədilə Elnur Məmmədovla birlikdə, sonuncunun imzası ilə təsdiq olunmuş mənzilin İddiaçı adına rəsmiləşdirilməsi barədə tamah və şəxsi niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi 10 yanvar 2013-cü il tarixli müqaviləni və həmin tarixli 102 nömrəli maliyyə arayışını, eyni məzmunlu 10 may 2013-cü il tarixli müqavilə və həmin tarixli 144 nömrəli maliyyə arayışını hazırlayıb cəmiyyətin möhürü ilə təsdiq edib İddiaçı şəxsən verməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamələr mübahisələndirilən hissələrdə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisələrinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 598/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin təsisçisi kimi X18 ünvan 1 ünvanda inşa edilmiş 1 girişli 21 mərtəbəli binanın, 7-ci mərtəbəsində cəmi iki ədəd 96,3 kv. m ölçülü nömrəsiz iki otaqlı mənzil olmaqla mənzillərdən birini cəmiyyətin möhürü ilə təsdiq edilmiş 10 noyabr 2008-ci il tarixli müqavilə ilə X13 özü sataraq mənzili onun arvadı X6 adına rəsmiləşdirilməklə mənzilin dəyəri cəmiyyətə tam ödənildiyi, sonuncu tərəfindən həmin mənzil 31 mart 2011-ci il tarixdə X4, digər mənzili isə özü 2009-cu il tarixədək “Lyuda” adlı qadına satmaqla mənzilin dəyəri tam ödənildiyi, sonuncu isə həmin mənzili cəmiyyətin direktoru X12 imzası və cəmiyyətin möhürü ilə təsdiq etdiyi 22 yanvar 2013-cü il tarixli 42 nömrəli müqavilə əsasında X3 mənzilin sonuncunun arvadı X8 adına rəsmiləşdirdiyini bildiyi halda həmin mərtəbədə 96,3 kv. m ölçülü 1 ədəd mənzilin heç kəsə satılmamasını və hər hansı sahibinin olmamasını mənzil almaq üçün ona 2009-cu il tarixdə tamah niyyətilə məzmununa Elnur Məmmədovla birlikdə bilə-bilə yalan məlumatlar daxil edərək istintaqa məlum olmayan şəxsin imzası, Cəmiyyətin adından istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladığı möhürlə təsdiq etdiyi, mənzilin İddiaçı qızı X5 adına rəsmiləşdirilməsi barədə müqaviləni və mənzilin dəyərinin ödənilməsi barədə eyni tarixli kassa mədaxil orderini İddiaçı təqdim edərək həmin tarixdən 10 yanvar 2013-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə sonuncudan şəxsən və cinayətdən xəbərsiz olan “Elman” adlı şəxs vasitəsilə hissə-hissə olmaqla, cəmi 45.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 36.347 manat pulu alaraq, Elnur Məmmədovla birlikdə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı əmlakını ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmiş, daha sonra, cinayətkar əməllərini davam etdirib İddiaçı müraciəti əsasında mənzili ona satdığını əminlik yaratmaq məqsədilə Elnur Məmmədovla birlikdə, sonuncunun imzası ilə təsdiq olunmuş mənzilin İddiaçı adına rəsmiləşdirilməsi barədə tamah və şəxsi niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi 10 yanvar 2013-cü il tarixli müqaviləni və həmin tarixli 102 nömrəli maliyyə arayışını, eyni məzmunlu 10 may 2013-cü il tarixli müqavilə və həmin tarixli 144 nömrəli maliyyə arayışını hazırlayıb cəmiyyətin möhürü ilə təsdiq edib İddiaçı şəxsən verməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-80/2020 saylı, 17 fevral 2020-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə MMC-nin rəhbərliyi tərəfindən iddiaçıya qarşı dələduzluq və digər cinayətlər törədildiyi, yəni cinayət işi üzrə İddiaçı zərər çəkdiyi müəyyən olunmuş və buna görə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ hökmlə ona izah edilmişdir. Göstərilənlərdən əlavə, apellyasiya baxışı zamanı o da müəyyən edildi ki, Cavabdeh2 mübahisə predmeti olan mənzili 2013-cü ildə “Lyuda” adlı qadından əldə etdikdən sonra təmir etmiş və uzun illərdir ki, həmin mənzildə yaşayır. Bu cür vəziyyətdə onun qeyd olunan mənzillə bağlı bağladığı müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Birinci instansiya məhkəməsi də qeyd olunan bu halları nəzərə almış və iş üzrə həm də ədalətliliyi təmin edən nəticəyə gəlmişdir. Çünki, hüququn ali məqsədi elə ədalətliliyi təmin etməkdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirilən hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(004)- 43/21 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6557/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6557/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver