Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6560/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh “xxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-314/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 2563,91 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-314/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 (abonent kodu: 010101004PR0024) ünvanında yerləşən evdə elektrik sərfiyyətinə görə “xxxxxxxx” ASC tərəfindən hesablanmış məbləğdən 2117.43 manat borcun silinməsi, İddiaçı ödəməkdən azad edildiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsinin cavabdeh “xxxxxxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 34 (otuz dörd) manat hissəsinin İddiaçı, 166 (bir yüz altmış altı) manat hissəsi cavabdeh “xxxxxxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş materiallarına əlavə olunmuş sənədlər təhrif edilmiş və sözügedən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, ünvan 1 hal-hazırda iddiaçının istifadə və sahibliyindədir. Enerji istehsalçısı ilə abonent X1 arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanılmışdır. X1 xx.xx.2016-cı ildə ölmüşdür. Həmin vaxtdan elektrik enerjisi ilə təchiz olunan evdən İddiaçı və qardaşının ailəsi istifadə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 2052 nömrəli, xx.xx.2020-ci il tarixli ekspertiza rəyindən görünür ki, ünvan 1 ünvanda işıq enerjisindən istifadəyə görə borc aşağıdakı kimi olmuşdur: xx.xx.2000-ci il tarixdən xx.xx.2019-cu il tarixə 2595,79 manat, xx.xx.2000-ci il tarixdən xx.xx.2016-cı il tarixədək-2299,67 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2019- cu il tarixə-296,12 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək 712,76 manat təşkil etmişdir. Aparılmış ekspertiza tədiqatının dəyəri 200 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləyə əsasən istehlak olunan elektrik enerjisinə görə iddiaçının silinən məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İkincisi, cavabdeh həqiqətən 2595.79 manat dəyərində elektrik enerjisinin iddiaçı tərəfindən sərf edilməsinə dair məhkəməyə mötəbər sübut etmir. Əksinə iş üzrə keçirilmiş ekspertiza rəyi də bu təkzib olunur. Ona görə də iddiaçının sərf etdiyi elektrik enerjisinə görə cavabdehin göstərdiyi məbləğdə borcu yaranması təsdiq edilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyaməhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-314/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6560/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6560/2020
12.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver