Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6560/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi) Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilk iddiası ilə bağlı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1839/2022 saylı, 17 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-yə Təchizat üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə Yerli satınalma mütəxəssisi” vəzifəsinə, xx.xx.2020-ci il tarixdə isə “Yerli satınalma üzrə baş mütəxəssis” vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam verilmişdir.
2. İş materiallarında olan, Cavabdeh QSC-nin əmək müqaviləsinə xitam verilməsi barədə HR/İÇ-2021/81 saylı, xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməklə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilk iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli əmrin qaninsuz sayılması və ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, əmək haqqının ödənilməsi, ona iddia üzrə dəymiş zərərin məbləğinin, yəni işdən çıxarılmağı ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, eləcə də mənəvi zərərin əvəzi olaraq 30.000 manatın və mediasiya xərci olaraq, ödədiyi 50 manatın işəgötürən Cavabdeh QSC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh QSC-də təchizat üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə elə həmin şirkətdə yerli satınalma müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə şirkətdən bildirmişlər ki, guya şirkətə çatası hansısa pul məbləğlərini mənimsəmişdir. Onlara belə bir hal olmadığını bildirmiş və hansı əsasla günahlandırdıqlarını soruşmuşdur. Bildirmişlər ki, Antarisin mal aldığı firmalardan biri bildirmişdir ki, borclar yığılıb pul ödənişi edə bilmir. Antaris firmasına təklif etmişdir ki, aldıqları malları ondan alsınlar, çünki malları ucuzdur. Əvəzində hətta bonuslar belə verəcək. Şirkətin rəhbərliyinə təəcüblə bildirib ki, siz mal aldığınız firmalar bonus vermirlər? Şirkətin rəhbərliyi gəlib maliyyə şöbəsi ilə maraqlanmışlar ki, onlara bonus olaraq, hər hansı pul məbləği daxil olmuşdurmu? Cavab olaraq bildiriblər ki, heç bir məbləğ verilməmişdir. Şirkət tərəfindən bir-neçə firmadan sorğu aparılsa da, heç bir nəticə əldə etməmişlər. Sonda Veysəloğlu şirkətindən maraqlananda, oradan bildirmişlər ki, qeyri rəsmi olaraq, bonus sistemi vardır. Eyni zamanda hansısa sənədi göstəriblər ki, guya o, 6000 min pul götürüb imza atmışdır. Həqiqətdə isə belə bir məbləğ götürməmişdir. Bunu görən Antaris şirkətinin nümayəndələri düşünüblər ki, o illər ərzində külli miqdarda pul mənimsəmişdir. Bundan sonra da, araşdırmalar getmiş, sorğu-suallar aparılmışdır. Mart ayının axırlarında o, iclas otağına dəvət edilmişdir. Müdriyyət iclas otağında əvvəl şirkətdə oğurluq edən işçilərdən danışıb, hədə-qorxu gəlməyə başladılar ki, “sən nə qədər pul götürmüsənsə, könüllü gətirib qaytar ki, işin yüngül olsun”. Bildirmişdir ki, pul almamışdır. Elə hallar olub ki, pul məbləğinə tənasüb olan bonus vermək istəyəndə mal şəklində, yaxud endirim şəklində istifadə olunmuşdur. İzahına baxmayaraq, yenə də, öz dediklərinin üstündə duraraq, ona fikirləşməyini bildirmişlər. O, bir neçə gündən sonra yenidən keçirilən görüşdə təkrarən bildirmişdir ki, heç bir məbləğdə pul götürməmişdir. Bildirmişdilər ki, “səndən şikayət edəcəyik, cinayət törətmisən, əgər sübuta yetirməsək, işində qalacaqsan, səndən üzr istəyib, kompensasiyanı da, verəcəyik”. Özünə arxayın idi ki, heç bir cinayət törətməmiş, pul mənimsəməmişdir. Araşdırma müddətində işə gəlməyəcəyini bildirmişlər. Söhbət üzərindən bir müddət keçdikdən sonra, o Antaris şirkətinin şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsinə çağırılmışdır. Orada araşdırma aparıldıqdan sonra, materiallar Nərimanov RPİ-nə göndərilmiş, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin onun X6 Xidməti Bakı Şəhər Ərazi İdarəsinə etdiyi şikayətlərə cavab olaraq, xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Sizin Cavabdeh QSC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətlərinizə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Cəmiyyətin direktorunun xx.xx.2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdən əmək qanunvericiliyinin tələbləri pozularaq işdən kənarlaşdırıldığınız və həmin dövr ərzində əmək haqlarınızın ödənilmədiyi məlum olmuşdur. Bununla bağlı Cavabdeh QSC-nin rəhbərliyinə keçən dövr uçün ödənilməmiş əmək haqlarınızın Azərbaycan Respublikası Əmək Məcəliəsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsinin təmin edilməsi barədə məktub göndərilmişdir. Həmçinin əmək haqlarınızın və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsində qanun pozuntusuna yol verildiyindən, müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh verinə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə aparılan Satınalma departamentinin Daxılı auditi nəticəsində Cəmiyyətin çalışdığı təchizat şirkətləri tərəfindən verilən endirimləri bonusları məsul şəxs qismində çıxış edərək mənimsəməyiniz barədə Cavabdeh QSC-də xx.xx.2021-ci il tarixli Akt tətib edilmiş və bu səbəbdən Sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsininin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Razılaşmadığınız təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək huququnuz vardır”. Qanunun tələbinə əsasən mediasiya qurumuna etdiyi müraciətin də, nəticəsi olmamışdır. Aylarla onu yubadıb, sonra heç bir əsas və sübut olmadan işdən pozuntu ilə çıxarmaq şəxsi qərəzlikdir. Şirkətin bu haqsızlığı nəticəsində aylarla o, ailəsi və övladları maddi və mənəvi sıxıntı içindədilər. Həmçinin bu haqsızlıq nəticəsində o və ailə üzvləri kifayət qədər mənəvi əzab və iztirab keçirmişlər.
5. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı vurduğu maddi ziyanın əvəzi olaraq 12.890 manat məbləğinin iddiaçı Cavabdeh QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh QSC-yə xx.xx.2018-ci il tarixli, 2018/012 saylı əmək müqaviləsi əsasında bu tarixdən etibarən təchizat üzrə menecer vəzifəsinə qəbul edilmişdir. Tərəflər arasında xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında, xx.xx.2019-cu il tarixində isə məxfi məlumatın açıqlanmaması barədə razılaşma bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqavilənin 1.3-cü bəndinə əsasən, işçi istifadə etdiyi, təmasda olduğu, həmçinin ona etibar edilmiş əmlakın, maddi və ya digər sərvətlərin və başqa görüləcək işlərin mövcudluğunu və qorunmasını təmin etməli, dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. Bu müqavilənin 3.1-ci bəndinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Bu müqavilənin 3.5-ci bəndinə əsasən, işçi öz əmək funksiyasının icrası zamanı işəgötürən tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin xəzinəyə ödənilməsi, vurulmuş ziyanın ödənilməsi və ya digər əmlak üzrə öhdəliklərinin icrası işəgötürənin ünvanında icra etməlidir. xx.xx.2019-cu il tarixində tərəflər arasında bağlanmış 001/2019 saylı Əlavəyə əsasən İddiaçı “Yerli satınalma mütəxəssisi” vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixli Saziş əsasında isə “Yerli satınalma üzrə baş mütəxəssis” vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində isə cavabdehlə bağlanan əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Buna əsas isə təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə (işəgötürənə) maddi ziyan vurması olmuşdur. Cavabdeh QSC ölkə üzrə dəftərxana və ofis ləvazimatlarının alğı-satqısını həyata keçirməkdədir. Əməkdaşlıq etdikləri çox saylı şirkətlərdən biri kimi "xxxx" MMC satdığı mallara dair müvafiq bonuslar təqdim etməkdədir. Təkrar satış məqsədilə "xxxx" MMC-dən aldıqları mallara görə təqdim olunan bonus (keşbək) yerli satınalmalar üzrə baş mütəxəssis vəzifəsində çalışan İddiaçı nağd qaydada verilmişdir. Şirkətin kassasına mədaxil etməli olduğu bu məbləğ barəsində Elmar Sadxov heç kimə məlumat verməmiş, özünə götürərək mənimsəmişdir. Şirkətin audit şöbəsinin rəhbərinin xx.xx.2021-ci il tarixli xidməti yazısı əsasında müəyyən olunmuşdur ki, 2018-ci ildən bəri "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə çatası hər ay satılan məhsulların dəyərinə uyğun olaraq 2%, 5% və ya 7% dəyərində bonuslar İddiaçı nağd qaydada təqdim edilmişdir. Bu faktı "xxxx" MMC-nin müvafiq sahə üzrə məsul əməkdaşı təsdiq etmiş, bu məbləğlərin İddiaçı verilməsi rəsmiləşdirilmiş və ona imzalatdırılmışdır. İddiaçı isə izahatında hər ay “nə olduğunu bilmədiyi” sənədə imza atdığını, amma ödənişləri qəbul etmədiyini bildirmişdir. Aydın məsələdir ki, bu cür əsaslandırma heç bir halda qəbul edilə bilməz və hər hansı əsaslılığı yoxdur. Hər bir yetkin şəxs ona təqdim olunan sənədi oxumaqla imzalayır və bu mümkün deyil ki, şəxs belə bir məsuliyyətli işə dair hər ay nə olduğunu bilmədiyi sənəd imzalasın. "xxxx" MMC-nin əməkdaşı da Bakı şəhər Baş Polis İdarəsində izahat verərək Cavabdeh QSC-yə çatası məbləğlərin İddiaçı verildiyini təsdiq etmişdir. Təkcə bir faktı qeyd etmək kifayət edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan müddətdə Cavabdeh QSC ilə "xxxx" MMC arasında 108.693,02 manatlıq ticarət dövriyyəsinə görə 3.674 manat bonus "xxxx" MMC-dən Cavabdeh QSCyə təqdim edilmişdir. İddiaçı işlədiyi dövrdə isə heç bir bonus məbləği Cavabdeh QSC-nin kassasına mədaxil edilməmiş, bununla da İddiaçı şirkətə maddi ziyan vurmuşdur. Bu tarixlər aralığında olan məbləği əsas götürsək, bonus məbləği dövriyyənin 3.4%-i deməkdir. İddiaçı satınalma şöbəsinin əməkdaşı kimi çalışdığı dövrdə Cavabdeh QSC ilə "xxxx" MMC arasında dövriyyənin 379.122 manat təşkil etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən mənimsənilən məbləğin ən azı 12.890 manat olduğunu müəyyən etmək olar. Lakin, qeyd edildiyi kimi bu məbləğ minimal məbləğ olub, dəqiq rəqəm "xxxx" MMC tərəfindən bildiriləcəkdir. Bununla bağlı müvafiq sorğu ilə müraciət olunmuş, "xxxx" MMC tərəfindən bu hal təsdiq edilmiş, bu məbləğlərin İddiaçı təhvil verildiyini və şəxsən özünün imzası ilə təhvil alındığını təsdiq edən sənədlər göstərilmiş, lakin kommersiya sirri olması əsas gətirilərək təqdim edilməsindən imtina olunmuşdur.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-1839/2022 saylı, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova), ilk iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, İddiaçı vurduğu maddi ziyanın əvəzi olaraq 4.612 manat məbləğində pulun Cavabdeh QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı Cavabdeh QSC-nin nümayəndəsinin izahatını və təqdim edilmiş sübutlarını inandırıcı sayır və ilkin iddia tələbinin rədd edilməsini daha əsaslı hesab edir.
10. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh QSC iddia tələbində İddiaçı tərəfindən şirkətə 12.890 manat məbləğində ziyan vuduğunu iddia etsə də, "xxxx" MMC tərəfindən məhkəmə sorğusuna cavab məktubunda 2019-2020-ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədi ilə Cavabdeh QSC-nin təmsil etmiş İddiaçı ümumilikdə 4612 manat məbləğində vəsait verildiyi qeyd edildiyindən, qarşılıqlı iddianın 4.612 manat həcmində təmin edilməsini daha əsaslı hesab edir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəllənin (bundan sonra - ƏM) 10, 42, 68, 70, 71, 72, 186, 187 və 311-ci maddələrinə, Mülki Məcəlləsinın (bundan sonra - MM) 21, 385.1, 442, 443.1, 448.1, 448.2, 1096 və 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Qətnamədən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
13. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
14. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, qarşılıqlı iddiada qeyd edilənlər tam əsassızdır. Necə olur ki, şirkətlərlə bütün mühasibatlıq və s. əməliyyatlar köçürmə yolu ilə baş tutduğu təqdirdə, guya bonus ödənişləri nəğd şəkildə əlbəəl ödənilir.? Bu fakt özü özlüyündə qanunsuzdur və inandırıcı deyildir. "xxxx" MMC-nin mühasibatlığına təqdim edilmiş məlumatlara əsasən, 2019-2020ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədi ilə Cavabdeh QSC-ni təmsil etmiş nümayəndə kimi güya ona ümumilikdə 4.612 manat məbləğində vəsait ödənilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, onun belə bir öhdəliyi olmamış, şirkət tərəfindən bütün hesablaşmalar köçürmə yolu ilə aparılmışdır. Onun işlədiyi müəssisəyə nəğd şəkildə hər hansı bir pul məbləği gətirib çatdırmaq öhdəliyi olmamışdır. Tərəflər arasındakı mübahisə istintaq orqanlarında da, araşdırılarkən, müəyyən edilmişdir ki, iddiaçı tərəfin əməkdaşlıq etdiyi bütün şirkətlərlə hesablaşma hesabı, nəğd formada deyil, köçürmə yolu ilə həyata keçirilir. Həmin pul məbləğləri ilə bağlı dəfələrlə bildirmişdir ki, o, müəyyən sənədlərə imza çəkib, əvəzində də, onlara ya müəyyən məhsullar hədiyyə olaraq verilmiş, ya da, hansısa məhsulların qiymətində endirimlər edilmişdir. Necə olur ki, hansısa şirkət həm bonus olaraq pul ödəyir, həmçinin hədiyyə verərək, endirimlər edir. Qeyd edilən məsələ ilə bağlı onun işlədiyi şirkət qarşısında belə bir öhdəliyi olmamışdır. Hesab etsək ki, qeyri rəsmi mühasibatlıq belə aparılırdısa, nə üçün şirkət həmin pullar barədə ona məlumat verməmiş və həmin pulları ondan tələb etməmişdir. Əgər şirkətin digər şirkət qarşısında belə bir öhdəliyi, yaxud borcu yaranmışdısa və pullar tələb olunurdusa, onda, pulun həqiqətən də, mövcudluğunu sübut etmək və həmin pulların qaytarılmasını tələb etmək Veysəloğlu şirkətinə məxsus olmalı idi. O, mühasib deyil ki, pul məbləğlərinin təhvil alınması, Cavabdeh şirkətinə hər hansı pul məbləğini nəğd şəkildə şirkətə təhvil verməsi barədə öhdəliyi olsun. İş üzrə istinad etdiyi halları sübut edən kifayət qədər əsas və sənəd təqdim etdiyi halda, məhkəmə əsassız yerə qanunun tələbini pozaraq, ədalətsiz qərar qəbul etmişdir. O, belə düşünmüşdür ki, onun imza etdiyi sənədlərdə göstərilən məbləğlər hədiyyə və endirimlərlə bağlıdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
16. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Qətnamədən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
22. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
23. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
24. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; [106] e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
25. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
26. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
39. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi.
44. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
45. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMCyə Təchizat üzrə menecer vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə Yerli satınalma mütəxəssisi” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə “Yerli satınalma üzrə baş mütəxəssis” vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Əmək münasibətlərinə xitam verilməsinin səbəbi kimi, İddiaçı tərəfindən vəzifəsinin icrası ilə əlaqədar şirkət üçün mal aldıqda satıcı şikrətlər tərəfindən verilən bonus (keşbek) məbləğlərinin mənimsənməsi olmuşdur. Hazırda İddiaçı əmək münasibətlərinin xitam verilməsinə səbəb olmuş hallarla razılaşmayaraq və əmri əsassız hesab edərək, ləğv edilməsini və pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh QSC öz növbəsində İddiaçı tərəfindən işlədiyi müddətdə şirkətə vurduğu maddi ziyanın əvəzinin ödənilməsinə dair qarşılıqlı iddia irəli sürmüşdür.
46. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin rədd edilməsini onunla əsaslandırmışdır ki, İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Belə ki, polis şöbəsində verdiyi izahatda qeyd etmişdir ki, bonus qeyd edilmiş qəbzi imzalamış, lakin həmin bonusları almamışdır. "xxxx" MMC-nin əməkdaşı Səxavət Hüseynov polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh QSC-nin sifarişlərini həyata keçirmiş və bonus məbləğləri ona nağd formada Cavabdeh QSC-nin hesabına köçürülməsi üçün verilmişdir. Görünündüyü kimi, İddiaçı polis şöbəsində verdiyi izahatında bonus almağa dair sənədləri imzalamışdır. Lakin, həmin bonus məbləğlərin nağd almaması və həmin sənədləri formal olaraq imzalanması inandırıcı hesab edilməmişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı Cavabdeh QSC-nin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı saymışdır.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nəticəni əsaslı və qanuni hesab etmir.
48. Belə ki, iş materiallarından görünür ki, iddiaçının işdən azad edilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli əmri onunla əsalandırılmışdır ki, işçinin təqsirli hərəkətləri nəticəsində müəssisəyə maddi ziyan vurulduğu üçün, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmiş və əmrin verilməsi üçün əsas kimi xx.xx.2021-ci il tarixli akta istinad edilmişdir.
49. Cavabdeh təşkilatın rəhbəri tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın məzmununda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdən etibarən aparılan Satınalma departamentinin Daxili auditi nəticəsində aşkar olunmuşdur ki, Cavabdeh QSC-nin çalışdığı təchizat şirkətləri tərəfindən verilən endirimlər və bonuslar Satınalma Departamentinin “Yerli Satınalma üzrə baş mütəxəssisi” Məmmədov Elmar tərəfindən mənimsənilmişdir. Belə ki, 2018-ci ildən "xxxx" şirkəti tərəfindən Cavabdeh QSC-yə hər ay alışların və ödənişlərin məbləğinə adekvat olaraq 2%, 5% və 7% həcmində bonuslar geri ödənilmişdir. "xxxx" Şirkətinin nümayəndəsinin şifahi açıqlamasına görə müntəzəm olaraq Sadıqov Elmar özü şəxsən müvafiq cədvəlləri imzalayaraq bonus məbləğlərini hər ay məsul şəxs qismində çıxış edərək təhvil alıb. Elmar Sadıqov isə hər ay “nə olduğunu bilmədiyi” sənədə imza atdığını, amma heç bir ödəniş qəbul etmədiyini bildirərək absurd açıqlama verib və "xxxx" şirkətinin nümayəndəsi üzləşmə üçün Cavabdeh QSC-nin ofisinə dəvət olunduğu gün müxtəlif bəhanələrlə görüşdən yayınıb. "xxxx" şirkətinin tətbiq etdiyi bonus sistemi əsasında aparılan maliyyə hesablamalarına əsasən bu müddət ərzində (2018-2019-2020 və 2021-ci ilin yanvar ayı) Cavabdeh QSC-уə çatmalı olan və sözügedən şəxs tərəfindən mənimsənilən məbləğ təxminən/ və ya ən azı 40.000.00 (qırx min) manat təşkil edir.
50. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əmrin verilməsi üçün əsas olan qeyd edilən aktda və iş materiallarında olan həmin aktın verilməsi üçün əsas olan audit rəyində və audit rəyini tərtib etmiş şəxsin təşkilatın rəhbərinə yazdığı mülahizədə göstərilən məlumatları təsdiq edən sübutlar akta əlavə edilməmiş, həmçinin cavabdehin "xxxx" və digər təşkilatlardan aldığı mallara görə bonus verilməli olmasını, iddiaçının həmin təşkilatlardan verilməli olan bonusları alıb, müəssisəyə təhvil verilməli olmasını təsdiq edən sübutlara istinad edilməmişdir. Həmçinin həmin aktda iddiaçının müəssisəyə vurduğu ziyanın məbləği təxmini müəyyən olunmuşdur.
51. Məhkəmə kollegiyası qeyd edir ki, işçi ilə işəgötürən arasında münasibətlər əmək qanunvericiliyinə uyğun tənzimlənir. Əmək qanunvericiliyinin tələblərinə görə işəgötürənlə işçi arasında münasibətlər əmək müqaviləsi ilə nizama salınır. Əmək müqaviləsində fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri yazılı surətdə əks olunur (Əmək Məcəlləsi maddə 3). Əmək müqaviləsi sərbəst bağlanı və əmək müqaviləsində işçinin əmək funksiyası, tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri göstərilir.
52. İş materiallarından görünür ki, iddiaçı ilə işəgötürən arasında əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, 19 sentyabr 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilənin 3-cü bəndində işçinin əmək (vəzifələri) funksiyasının nədən ibarət olması müəyyənləşdirilmişdir. Həmin əmək müqaviləsində, həmçinin əmək müqaviləsinə əlavə olunan təlimatda işçi olan iddiaçının əməkdaşlıq etdiyi təşkilatlardan bonus alacağı və həmin bonusu işlədiyi müəssisəyə təhvil verəcəyi barədə hər hansı bir öhdəlik mövcud olmamışdır.
53. Bundan başqa iş materiallarında ilkin iddia üzrə cavabdeh təşkilatın əməkdaşlıq etdiyi təşkilatlardan aldığı mallara görə bonus verilicəyi ilə bağlı hər hansı bir razılaşmanın olması barədə sübut yoxdur və ilkin iddia üzrə cavabdeh bu barədə rəsmi sənəd olmasa da, işgüzar münasibətlərə istinad etmişdir.
54. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdehin qeyd edilən dəlillərini əsaslı hesab etmir. Belə ki, iddiaçı 2018-ci ildən cavabdeh təşkilatda işləmiş və işdən kənarlaşdırıldığı 2021-ci ilin aprel ayına kimi iddiaçının belə bir öhdəliyinin olmasını iddiaçıya bildirməmiş və ondan alınmış bonusların müəssisəyə təhvil verməməsinin səbəblərini aydınlaşdırmamışdır.
55. İddiaçı isə qeyd edilən məsələ ilə bağlı bildirmişdir ki, əməkdaşlıq etdikləri təşkilatlar bəzi vaxtlar satdıqları mallara müəyyən qədər güzəştlər etmiş və həmin güzəştlərin əvəzində əlavə mal vermişlər və o da aldığı bütün malları götürüb müəssisəyə təhvil vermişdir. Lakin, nağd pul şəklində nə "xxxx" firmasından, nə də başqa təşkilatlardan almamışdır.
56. İlkin iddia üzrə cavabdehin iddiaçının əmək funksiyası üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və bunun nəticəsində də müəssisəyə maddi ziyan vurması barədə dəlillərinin təsdiqi kimi, "xxxx" firmasının nümayəndəsinin polisdə araşdırma aparılarkən alınan mallara görə iddiaçıya nağd qaydada bonus verilməsi barədə izahatına istinad etmişdir.
57. Məhkəmə kollegiyası cavabdehin sübut kimi istinad etdiyi həmin izahatda göstərilənləri iddiaçının öz əmək funksiyası ilə üzərinə qoyulan öhdəlikləri yerinə yetirməməsi, bununla da müəssisəyə maddi ziyan vurmasının təsdiqi kimi qəbul edilməsini mümkün hesab etmir. Belə ki, “bonus” formasında iddiaçıya hər hansı məbləğdə pul verilməsi və iddiaçının da həmin pul vəsaitini qəbul etməsini təsdiq edən hər hansı bir mühasibatlıq sənədi təqdim edilməmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydası Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydalarla xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
59. Əmək Məcəlləsinin göstərilən tələblərini işin yuxarıda qeyd edilən halları ilə qarşılıqlı təhlil edib, qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən əmək müqaviləsinə əsasən üzərinə düşən əmək funksiyalarını yerinə yetirməməsi və bunun nəticəsində işəgötürənə maddi ziyan vurulması mötəbər sübutlarla öz təsdiqini tapmamış və buna görə də işəgötürənin iddiaçının işdən azad olunması barədə əmri Əmək Məcəlləsinin tələblərinə cavab vermədiyindən, qanunsuz olmuşdur.
60. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olması hissəsində əsaslı olduğundan həmin hissədə iddia tələbi təmin olunmalı, Cavabdeh QSCnin iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmri qanunsuz hesab edilməklə, ləğv edilməlidir.
61. İddia tələbinin məcburi iş buraxma müddəti üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi, yəni işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqının işəgötürən tərəfindən ona ödənilməsi hissəsini məhkəmə kollegiyası əsaslı hesab edir.
62. İş materialları ilə müəyyən olunur ki, iddiaçı işəgötürənin xx.xx.2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdırılmış və əmək funksiyasının icrasına buraxılmamışdır. Bununla əlaqədar iddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 müraciətlər etmişdir. X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27 oktyabr 2021-ci il tarixli **********7 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh QSC-nin rəhbərliyinin iddiaçının işdən kənarlaşdırılması barədə xx.xx.2021-ci il tarixli əmri qanunsuz hesab edilərək, iddiaçıya həmin dövr üçün ödənilməmiş əmək haqqının hesablanıb ödənilməsi barədə məktub göndərilmişdir.
63. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə onun işdən uzaqlaşdırılması nəzərə alınıb, yalnız istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilmişdir. Lakin, X6 Xidmətinin iddiaçının işdən kənarlaşdırılması barədə əmrinin qanunsuz olması və buna görə iddiaçıya ödənilməmiş əmək haqqının ödənilməsi barədə göstərişi icra olunmamışdır.
64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının işdən azad edilməsi barədə əmri qanunsuz hesab edildiyindən və həmin hissədə iddia tələbinin təmin olunmalı olması nəticəsinə gəldiyindən, iddia tələbi bu hissədə də təmin olunmalı və iddiaçının işdən kənarlaşdırıldığı dövrdən, yəni, 01 aprel 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixinədək (iddia tələbi həddində) olan müddət üçün əmək haqqının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
65. İlkin iddia tələbinin mənəvi zərər olaraq 30.000 manat zərərin əvəzinin ödənilməsi hissəsini müzakirə edib, həmin tələbin təmin olunması üçün əsaslar görmür. Belə ki, ilkin iddia üzrə iddiaçı bu tələbini əsaslandırarkən hər hansı bir sübuta istinad etməmiş və məhkəmə araşdırması zamanı da bu tələblə bağlı hər hansı bir sübut müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia tələbinin əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinin təmin edilməsi mənəvi zərərin kompensasiyası kimi qəbul olunmalıdır. Bu səbəbdən də iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində rədd olunmalıdır.
66. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir.
67. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirməmiş, əməkdaşlıq etdiyi təşkilatlardan verilmiş bonus məbləğlərini müəssisəyə təhvil verməyərək, bununla da müəssisəyə 12.890 manat maddi ziyan vurmuş və həmin məbləğ də qarşılıqlı iddia üzrə cavabdehdən tələb edilir.
68. İş materialları ilə müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçının fəaliyyətinin yoxlanılması barədə tərtib edilmiş audit rəyində, həmin rəyin əsasında tərtib edilmiş aktda ziyanın məbləğinin 40.000 manat olduğu bildirilmiş, iddia tələbində isə ziyanın məbləği 12.890 manat qeyd edilmişdir. Hər iki məbləğin müəyyən edilməsi sübutlarla əsaslandırılmamış, yalnız mülahizə formasında təxmini hesablanmışdır. Bu hesablamalar isə "xxxx" MMC-nin nümayəndəsinin polis orqanlarında aparılan araşdırma zamanı izahatında göstərilən məlumatlara istinad edilmişdir.
69. Birinci instansiya məhkəməsinin sorğusuna "xxxx" MMC tərəfindən verilmiş cavab məktubunda 2019-2020-ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədilə Cavabdeh QSC-ni təmsil etmiş İddiaçı ümumilikdə 4.612 manat məbləğində vəsait verildiyi qeyd edilsə də, həmin məbləğin verilməsini təsdiq edən hər hansı bir mühasibatlıq sənədi təqdim edilməmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməlidir (Mülki Məcəllə maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (Mülki Məcəllə maddə 442). Qeyd edilən mülki qanunvericiliyin tələblərinə görə zərər tələb edən qarşılıqlı iddiaçı cavabdehdən həmin zərərin vurulmasına səbəb olan öhdəliyinin olması və zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsini sübuta yetirməlidir. Lakin, iş materiallarında olan qarşılıqlı iddia üzrə cavabdehlə bağlanmış əmək müqaviləsində əməkdaşlıq etdiyi təşkilatlardan bonus alacağı və həmin bonus məbləğlərini işlədiyi müəssisəyə təhvil verəcəyi barədə hər hansı bir öhdəliyi olması müəyyən olunmur. Qarşılıqlı iddiaçının iddia tələbində cavabdehin işəgötürənlə bağladığı “Tam maddi məsuliyyət haqqında” müqaviləyə istinad etməsi isə əsaslı hesab edilə bilməz. Belə ki, həmin müqavilə qarşılıqlı iddia üzrə cavabdehlə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyası ilə bağlı olmuşdur.
71. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qərşılıqlı iddia tələbi əsassız olduğundan, təmin olunmamalıdır.
72. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən işin həqiqi hallarını düzgün müəyyənləşdirməmiş və gəldiyi nəticəyə maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, bununla da qəbul edilmiş qətnamə qanuni və əsaslı olmadığından ləğv edilməli, ilkin iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1839/2022 saylı, 17 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh QSC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə HR/İÇ-2021/81 saylı, xx.xx.2021-ci il tarixli əmri qanunsuz sayılmaqla ləğv edilsin. Məcburi işburaxma müddəti üçün 01 aprel 2021-ci il tarixdən, 01 dekabr 2021-ci il tarixə kimi olan dövr üçün İddiaçı əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsi Cavabdeh QSC-yə həvalə edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.