Məhkəmə qərarları › İş №2(103)-6565/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6565/2025

11.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6565/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5811/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçı barəsində tərtib edilmiş 2019- 2022-ci illər üzrə çoxsaylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar, 3-cü massiv ünvanında yerləşən evdə təbii qazdan qeyri-qanuni istifadə aşkar olunmuşdur.

2. Abonent saldosunda iddiaçıya 2019-cu il tarixə ümumilikdə 558 manat, 2020ci il tarixə ümumilikdə 2.332,80 manat, 2021-ci il tarixə ümumilikdə 2.053,44 manat, 2022ci il tarixə ümumilikdə 1.192,32 manat məbləğində borc hesablandığı əks olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar, 3-cü massiv ünvanında yerləşən evinə (kod: **********10001) 2019 ilin iyun ayına 147,60 manat, 2019-cu ilin iyul ayına 32,40 manat, 2019-cu ilin avqust ayına 32,40 manat, 2019-cu ilin sentyabr ayına 32,40 manat, 2019-cu ilin oktyabr ayına 32,40 manat, 2019-cu ilin noyabr ayına 57,60 manat, 2019-cu ilin dekabr ayına 223,20 manat, 2020-ci ilin yanvar ayına 223,20 manat, 2020-ci ilin fevral ayına 223,20 manat, 2020-ci ilin mart ayına 223,20, 2020-ci ilin aprel ayına 223,20 manat, 2020-ci ilin may ayına 223,20 manat, 2020-ci ilin iyun ayına 223,20, 2020-ci ilin iyul ayına 165,60 manat, 2020-ci ilin avqust ayına 165,60 manat, 2020-ci ilin sentyabr ayına 165,60 manat, 2020-ci ilin oktyabr ayına 165,60 manat, 2020-ci ilin noyabr ayına 165,60 manat, 2020-ci ilin dekabr ayına 165,60 manat, 2021-ci ilin yanvar ayına 165,60 manat, 2021-ci ilin fevral ayına 165,60, 2021-ci ilin mart ayına 165,60 manat, 2021-ci ilin aprel ayına 165,60 manat, 2021-ci ilin may ayına 165,60 manat, 2021-ci ilin iyun ayına 165,60 manat, 2021-ci ilin iyul ayına 165,60 manat, 2021-ci ilin avqust ayına 165,60 manat, 2021-ci ilin sentyabr ayına 165,60 manat, 2021-ci ilin oktyabr ayına 165,60 manat, 2021-ci ilin noyabr ayına 198,72 manat, 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar ayına 198,72 manat, 2022-ci ilin fevral ayına 198,72 manat, 2022-ci ilin mart ayına 198,72 manat, 2022-ci ilin aprel ayına 198,72 manat, 2022ci ilin may ayına 198,72 manat, 2022-ci ilin iyun ayına 198,72 manat olmaqla ümumilikdə 2019-cu il üçün 558 manat, 2020-ci il üçün 2332,80 manat, 2021 -ci il üçün 2053,44 manat və 2022-ci il üçün 1192,32 manat yazılmış əsassız borcların silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı yuxarıda göstərilən işin hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanıqazla təmin edilmiş, iddiaçı istifadə etdiyi sərfıyyata uyğun qazın dəyərini ödəmişdir. Cavabdeh tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc iddiaçının abonent koduna əsassız olaraq işlənmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur. Həmçinin iddiaçı bildirir ki, sayğac mərhum atasının adınadır.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 5811/2025 nömrəli qərardadı ilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuşdur.

6. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-15-2-1/2- 3526/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında yuxarıda göstərilən dövrlər üzrə hesablanan zərərin məbləği : 2019-cu il ərzində hesablanan 972 m3 qaz həcminin dəyərinin hər 1m3-i 972 m3-a qədər 0.10 manat nəzərə alınmaqla (972x0.10=97.2 manat) ümumi məbləğ 97.2 manat, 2020-ci il ərzində hesablanan 1692 m3 qaz həcminin dəyərinin hər 1m3-i 2200 m3-a qədər 0.10 manat nəzərə alınmaqla (1692x0.10=169.20 manat) ümumi məbləğ 169.20 manat, 2021- ci il ərzində hesablanan 414 m3 qaz həcminin dəyərinin hər 1m3-i 2200 m3-a qədər 0.10 manat nəzərə alınmaqla (414x0.10=41.4 manat) ümumi məbləğ 41.4 manat, 2022-ci il ərzində hesablanan 414 m3 qaz həcminin dəyərinin hər 1m3-i 2200 m3-a qədər 0.10 manat nəzərə alınmaqla (414x0.10=41.4 manat) ümumi məbləğ 41.4 manat, cəmi göstərilən illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan qaz həcminin dəyəri 97.20+169.20+41.40+41.40=349.2 manat məbləğində müəyyən edilə bilər.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının ümumilikdə 4.956,56 manat borcu olduğunu, mütəxəssis rəyi ilə razılaşmadıqlarını bildirmiş, buna görə də iddia əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 5811/2025 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 3-cü massiv yerləşən fərdi yaşayış ünvanı (abonent kodu: **********10001 olan) üzrə abonentə hesablanmış: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 147.60 manat məbləğində borcdan 50.40 manat; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019- cu il tarixli akta əsasən hesablanmış 32,40 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 32,40 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 32,40 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2019- cu il tarixli akta əsasən hesablanmış 32,40 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 57,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020- ci il tarixli akta əsasən hesablanmış 223,20 manat məbləğində borcdan 54 manat; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020- ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat məbləğində borcdan 124,20 manat; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat məbləğində borcdan 157,32 manat; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat borcun Cavabdeh tərəfindən silinməsi, Cavabdehndən 77,87 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Təqdim edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktların surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. İşdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktların bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.

11. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

12. Abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz.

13. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir.

14. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktlarda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Bununla yanaşı, lobarator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 6.136,56 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir.

15. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcu tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, qaz sərfinə görə hesablanmış 5.787,36 manat məbləğində borc silinməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.7-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1 maddəsinə, 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 119.2, 124.1, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” 9.1.5-ci və 9.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. İddiaçıya aid olan **********10001 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmi (qeydə alınmayan) hesablanaraq müvafiq aktda qeyd edilmişdir. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Eyni zamanda qanunsuz istifadə ilə bağlı videoçəkiliş təqdim edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iddiaçının yaşadığı ünvanda yoxlanış keçirilən zaman cavabdehin əməkdaşları tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunması ilə bağlı 2019-2022-ci illər üzrə çoxsaylı aktlar tərtib olunmuş və iddiaçıdan itirilmiş qazın dəyəri olaraq ümumilikdə 6.136,56 manat məbləğində borc tələb edilmişdir.

29. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyindən mütəxəssis rəyi alınmış, rəyə əsasən iddiaçı tərəfindən göstərilən illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan qaz həcminin dəyəri 97.20+169.20+41.40+41.40=349.2 manat məbləğində müəyyən edilmişdir.

30. O da qeyd edilməlidir ki, mütəxəssis tərəfindən rəy tərtib edilərkən həmin illər üzrə cavabdeh tərəfindən tərtib edilmiş aktlarda göstərilən qurğular nəzərə alınmaqla hesablama aparılmışdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis tərəfindən müəyyən edilən məbləğ saxlanılmaqla aktlar üzrə tərtib edilmiş qalan 5.787,36 manat məbləğində borcun silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5811/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar