Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6576/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4, Digər Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “əqdin etibarsızlığı və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ünvan 1 ünvanında yerləşən 230,8 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixli auditor rəyinin, həmin qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh ƏMDK tərəfindən təşkil edilmiş hərracın nəticələrinin, xx.xx.2019-cu il tarixli hərrac protokolunun, xx.xx.2019-cu il tarixli, 4329 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına dövlət reyestrində qeydiyyatının və sonuncuya verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, ƏMDK tərəfindən iddiaçıya rəsmi qaydada nə mübahisəli əmlakın özəlləşdirilməsinə dair sərəncam, nə də daşınmaz əmlakın 100% dəyəri ilə təklif olunmasına dair bildiriş rəsmi qaydada təqdim edilməmişdir. Bundan əlavə, daşınmaz əmlakın 230.000 manat dəyərində qiy-mətləndirilməsi zamanı icarəçi olan İddiaçı dəvət edilməmiş, ona hər hansı rəsmi məlumat verilməmiş və qiymətləndirmə zamanı iştirak etməmişdir. İş üzrə qiymətləndirməni həyata keçirmiş Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsi də məhkəməyə, qiymətləndirmə ilə əlaqədar əmlaka yerində baxış protokolunu, qiymətləndirmə zamanı istifadə edilən digər sənədləri təqdim edə bilməmiş, məhkəməyə təqdim edilən fotoşəkillərdə isə mübahisə predmetinin deyil, başqa daşınmaz əmlakın qapısının fiksasiya edildiyi hakim tərəfindən aşkar olunmuşdur. Eyni zamanda, məhkəmə qətnamədə iddiaçının telefon vasitəsilə əmlakın dəyəri barədə məlumatlandırıldığını qeyd etsə də, işdə olan 01.12.016-cı il tarixdə ƏMDK-dən çıxması qeyd edilən bildirişin iddiaçıya göndərilməsini və sonuncuya çatmasını təsdiq edən hər hansı sənədin (poçt qəbzinin) təqdim edilməməsinə baxmayaraq, həmin bildirişə istinad edilmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının bunları həmin dövrdə mübahisələndirmədiyinə istinad edir. Halbuki, hər hansı rəsmi sənədi, o cümlədən qərar və sərəncamı rəsmi qaydada almadan onun mübahisələndirilməsi mümkün deyildir. Telefon vasitəsilə hər hansı məlumatın verilməsi isə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sənədin və ya aktın rəsmi qaydada təqdim edilməsi kimi qəbul edilə bilməz. Özəlləşdirmə barədə sərəncamın cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edildiyi bildirilmişdir. Yəni bu tarixə kimi özəlləşdirmə barədə hər hansı bir sərəncam olmamışdır. Belə olduğu təqdirdə, iş xx.xx.2016-cı il tarixli qiymətlən-dirmə barədə müqavilə və audit rəyinin hansı əsaslarla rəsmiləşdirildiyi anlaşılan deyil-dir. Bundan başqa, həmin əmlakla bağlı guya İddiaçılə bağlanılması nəzərdə tutulan və cavabdeh tərəfindən tərtib edilərək, imzalanmış alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə tərtib edilmişdir. Lakin, bununla bağlı bildiriş isə üzərində qeyd edildiyi kimi xx.xx.2016-cı ildə göndərilmişdir. Deməli, bildiriş xx.xx.2016-cı ildə göndərildiyindən, İddiaçı xx.xx.2016-cı ildə tərtib edilmiş həmin müqavilədən, habelə xx.xx.2016-cı il tarixli Sərəncamdan və xx.xx.2016-cı il tarixli qiymətləndirmədən əvvəlcədən məlumatının olması mümkün deyildi. Məhkəmə isə, məhz üzərindəki ştampda xx.xx.2016-cı il tarixdə göndərildiyi göstərilən bildirişin həqiqətən iddiaçıya göndərilməsini və ona çatmasını təsdiq edən sübutları cavabdehdən tələb etməmiş, cavabdeh isə qeyd edilən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ƏMDK-nin nümayəndəsi və digər Cavabdeh2, ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına görə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 230,8 kv.m. təşkil edən və Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xidmət məqsədilə xx.xx.2016-cı il tarixədək İddiaçı icarəsinə verilmiş, bununla əlaqədar onunla Komitə arasında xx.xx.2016-cı il tarixli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlanmış, Dövlət Əmlak Komitəsinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə isə, əmlakın özəlləşdirilməsinə və onun 100% dəyəri ilə İddiaçı satın alınmaq üçün təklif edilməsinə qərar verilərək, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi qüvvədən düşmüş hesab olunmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh3 MMCnin xx.xx.2016-cı il tarixli auditor rəyinə əsasən, 230.000 manat məbləğində qiymətləndirilmiş, xx.xx.2016-cı il tarixdə İddiaçı əmlakı 100% dəyəri ilə alması təklif olunaraq 30 gün müddətində əmlakı almaqdan imtina edəcəyi, yaxud alqı-satqı müqaviləsi bağlamayacağı, habelə təklifə münasibət bildirməyəcəyi halda əmlakın hərraca çıxarılacağı bildirilmiş, İddiaçılə bağlanacaq müvafiq alqı-satqı müqaviləsi də hazırlanaraq, Komitənin səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır. Sözügedən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən əldə edilmədiyindən230.000 manat ilkin satış qiymətilə açıq hərraca çıxarılmış, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən 115.000 manata alınaraq onunla müvafiq müqavilə bağlanmış və əmlak daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmışdır. Qeyd olunanlar iddia ərizəsi, xx.xx.2016-cı il tarixli, 9219/2231 saylı icarə müqaviləsi, Cavabdeh3 MMC-nin xx.xx.2016-cı il tarixli, Seriya KAK 00265 nömrəli auditor rəyi, ƏMDK-nin xx.xx.2016-cı il tarixli, **********95 saylı bildirişi, xx.xx.2019-cu il tarixli hərrac protokolu, xx.xx.2019-cu il tarixli, 4329 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və işdə olan digər sənədlərlə təsdqilənir. Hazırda, iddiaçı, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ƏMDK tərəfindən ona rəsmi qaydada təklif olunmadığını və əmlakın qiymətləndirilməsinin qanunsuz olduğunu bildirərək, qətnaməni mübahisələndirir. Aşağıda şərh olunanlara əsasən, Kollegiya, apellyatorun bu dəlillərini əsassız hesab edir və onun iddia tələbləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni olduğunu vurğulyır. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 22.1-maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü maddəsinə əsasən, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1- ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyriyaşayış sahələri ilk növbədə 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100% dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. Göründüyü kimi, icarəyə verilmiş dövlət əmakının özəlləşdirilməsi zamanı ilkin olaraq əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur, sonuncu, icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, məhz onunla alqı-satqı müqaviləsi bağlanır və 30 gün ərzində əmlakın dəyərini ödəyir; əks halda isə, yəni icarəçi, əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə əmlak hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Baxılan işin hallarından görünür ki, Dövlət Əmlak Komitəsinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə isə, əmlakın özəlləşdirilməsinə və onun 100% dəyəri ilə İddiaçı satın alınmaq üçün təklif edilməsinə qərar verilərək, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi qüvvədən düşmüş hesab olunmuşdur. Əmlakın 100% dəyərilə - 230.000 manata ona təklif edildiyi İddiaçı iddia ərizəsində özünün bildirdiklərindən aydın olur. Belə ki, iddia ərizəsində qeyd etmişdir ki, sözügedən əmlakın özəlləşdirilməsi barədə ilkin olaraq telefon vasitəsilə məlumatlandırılmış, lakin əmlakın müəyyənləşdirilmiş qiymətinin yüksək olduğunu əsas gətirərək əmlakı satın almamışdır. Daha sonra, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanına xx.xx.2016-cı il tarixli bildiriş göndərilərək, əmlakı 100% dəyəri ilə alması təklif olunmuş, 30 gün müddətində əmlakı almaqdan imtina edəcəyi, yaxud alqısatqı müqaviləsi bağlamayacağı, habelə təklifə münasibət bildirməyəcəyi halda əmlakın hərraca çıxarılacağı bildirilmişdir. Hətta onunla bağlanacaq müvafiq alqı-satqı müqaviləsi də hazırlanaraq, Komitənin səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır. İddiaçı isə bununla bağlı hər hansı iradə ifadəsini bildirməmişdir. Belə olan halda, Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşmayaraq hesab edir ki, ƏMDK mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi zamanı ilkin olaraq əmlak 100% dəyəri ilə icarəçi İddiaçı təklif edərək (həm telefon vasitəsilə, həm də rəsmi qaydada), öz üzərinə düşən vəzifələri lazımınca icra etmişdir. İddiaçı, həmçinin bildirir ki, mübahisəli əmlakın qiymətləndirməsi qanunauyğun keçirilməmiş, onun istifadəsində olmasına baxmayaraq, qiymətləndirmə əmlaka baxış keçirilmədən aparılmış və düzgün olmayan qiymət müəyyən edilmişdir. Kollegiya, iddiaçının bu dəlilini də əsaslı saymır. Ona görə ki, mübahisələndirilən dövr üçün əmlakın balans saxlayıcısı dövlət olmuş və müvafiq dövlət qurumunun sifarişi əsasında əmlak Cavabdeh3 MMC-nin auditor rəyinə əsasən 230.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, mülkiyyətçinin özünə məxsus olan əmlakdan istədiyi qaydada (qanuna zidd olmamaq şərti ilə) istifadə etməsi və əmlakla bağlı sərəncamlar verməsi onun qanunla qorunan mənafeyidir. Bu hal isə ona dəlalət edir ki, mülkiyyətçi əmlakını istədiyi qiymətə realizə etməkdə haqlıdır. Kollegiya, həmçinin vurğulayır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür.” Hazırkı işin halları baxmından isə, mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin məhdudlaşdırılması üçün qanunla nəzərdə tutulan əsaslardan heç biri mövcud deyil. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-400/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6576/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6576/2020
30.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver