Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6576/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq qmüqaviləsinə xitam verilməsi, lizinq məbləğinin, dəbbə pullarının və lizinq obyektinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq qmüqaviləsinə xitam verilməsi, lizinq məbləğinin, dəbbə pullarının və lizinq obyektinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 07.12.2018-ci il tarixli, BAKU1-38001-15802 saylı daxili maliyyə lizinqi müqaviləsi ləğv edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2174,52 manat əsas və 200 manat cərimə borcu olmaqla, cəmi 2374,52 (iki min üç yüz yetmiş dörd manat 52 qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 18 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, iddiaçı "xxxx" BOKT MMC-nin mülkiyyətində olmaqla Cavabdeh1 istifadəsinə verilmiş “Renault Megane” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı (universal tipli, ban VF1KMSFB539682875, M.İ.H. 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il) avtomobil Cavabdeh1 alınaraq iddiaçı "xxxx" BOKT MMC-yə qaytarılması, Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 61 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 39 manatı isə iddiaçı "xxxx" BOKT MMC-də tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər aralarında bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq qmüqaviləsinə xitam verilməsi, lizinq məbləğinin, dəbbə pullarının və lizinq obyektinin qaytarılması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 14 iyul 2021-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Borc məbləği və ödəniş qaydası: 1.1 Tərəflər 07 dekabr 2018-ci il tarixli ВАКЕ'1-38001-15802 saylı Daxili maliyyə lizinqi müqaviləsinə əsasən -cavabdehlərin İddiaçıya olan ümumi borc məbləğini 14 iyul 2021- ci il tarixi üçün 2 008.00 (iki min səkkiz) manat məbləğində müəyyən edirlər. 1.2 2 008.00 (iki min səkkiz) manat 2021-ci ilin iyul ayından başlayaraq 2021-ci ilin dekabr ayının 31-inədək hər ay ən azı 335.00 (üç yüz otuz beş) manat məbləğində olmaqla Cavabdehlər tərəfindən İddiaçının xey rinə ödənməlidir. 1.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu müddətlərin ötürülməsi öhdəliklərin lazımınca icra olunmaması hesab olunacaq.
2. Öhdəliklərin tam icra olunma şərtləri: 2.1 Bu Sazişin 1-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehlərin 07 dekabr 2018-ci il tarixli BAKU 1-38001- 15802 say lı Daxili maliyyə lizinqi müqaviləsi üzrə İddiaçı qarşısında y aranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq. 07 dekabr 2018-ci il tarixli BAKU 1- 38001-15802 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyekti olan (universal tipli, ban VF1KMSFB539682875, M.İ.H. 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il, X6 markalı nəqliyyat vasitəsi (Azərbavcan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən 07.12.2018- ci il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin AD № 359482 savlı şəhadətnaməsinə əsasən ** PZ *** dövlət qeydiyyat nişanlı)) nəqliyyat vasitəsinin Cavabdeh1 mülkiyyətinə verilməsinin rəsmiləşdirilməsinə razılıq veriləcək və zaminlik müqaviləsinə xitam veriləcəkdir.
3. Öhdəliklərin lazımınca icra edilməməsi: 3.1 Cavabdeh bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan xə bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edir: 3.1.1 Cavabdehlərin etdiyi ödənişlər nəzərə alınmaqla 2 008.00 (iki min səkkiz) manat borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə cavabdehlərdən birgə qay dada tutulur; 3.1.2 Lizinq obyekti olan universal tipli. Ban - VF1KMSFB5********. M.İ.H. 1461 sm3, ağ rəngli, buraxılış ili 2008-ci il. qeydiyyat nişanı **-PZ-*** olan X6 markalı nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya geri qaytarılır.
4. Sazişin icraya yönəldilməsi: 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında AR Qanununa əsasən icra edilir. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 4 əsl nüsxədə (hər nüsxə 1 vərəqədə) tərtib edilib imzalanmışdır. Hər tərəfə bir nüsxə verilir, bir nüsxə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına, bir nüsxə isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilir. Sazişdə göstərilənlərlə tam razılıqları ilə bildirirlər ki, heç bir etirazları yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(001)- 630/2021 saylı qətnaməsi ləğv edilərək həmin mülki işin icraatına xitam verilsin. Tərəflərə elan olunsun ki, eyni tərəflər, eyni əsas və eyni predmet üzrə yeniən iddia qaldırılması yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şərafət Məmmədova