Məhkəmə qərarları › İş №2(103)-6576/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6576/2022

02.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6576/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdənibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(002)-539/2022 saylı qətnaməsindən cavabdeh Bakı Şəhəri 8 saylı Notariat Ofisinin xüsusi notariusu Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BakıŞəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 on altı may iki min onuncu il tarixdə yazdığı vəsiyyətnamə əsasında vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi cavabdeh Bakışəhəri 8 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(002)-539/2022 saylı qətnaməsiilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh Bakı Şəhəri 8 saylı Notariat Ofisinin xüsusi notariusu Nümayəndə2 tərəfindən apellyasiya şikayəti vermişdir. 31 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə cavabdeh Bakı Şəhəri 8 saylı Notariat Ofisinin xüsusi notariusu Nümayəndə2 tərəfindən imzalanmış ərizə daxil olmuşdur. Həmin ərizədə xüsusi notarius Nümayəndə2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(002)-539/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirimişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh tərəfin apellyasiya şikayətindən imtinasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, cavabdeh Bakı Şəhəri 8 saylı Notariat Ofisinin xüsusi notariusu Nümayəndə2 apellyasiya şikakyəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, cavabdeh təərəfin apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Şəhəri 8 saylı Notariat Ofisinin xüsusi notariusu Nümayəndə2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(002)-539/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar