Məhkəmə qərarları › İş №2(103)-6579/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6579/2020

03.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6579/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçılar İddiaçı4 nümayəndəsi və vəkili X1, İddiaçı1, İddiaçı3, Cavabdeh1, Maraqlı şəxs nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə, İddiaçı Maraqlı şəxs Cavabdeh1 və x oğluna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və Vəkilov Həmid Soltan oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailələri - ataları y oğlu, anaları z qızı və onların 5 uşaqları olmaqla 7 nəfərdən ibarət olmuşdur. Onlar 1975-ci ildən Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik Sovxozda məskunlaşmışlar. Ailənin 5 üzvü müəyyən illərdə həmin sovxozda işləmişdir. Abşeron rayon XDS İcariyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli 12 nömrəli qərarına əsasən anaları m qızının adına fərdi yaşayış evi tikintisi üçün 0,07 hektar torpaq sahəsi ayrılmışdır. Ataları başda olmaqla ailə üzvlərinin köməkliyi ilə analarına ayrılmış torpaq sahəsində ev tikmişlər. Həmin evdə ataları və anaları ilə birlikdə yaşamışlar. Ataları xx xxxxxx 2012-ci ildə, anaları isə xx xxxxxxx 2015-ci ildə vəfat etmişdir. Cavabdeh olan qardaşları Cavabdeh1 onlara bildirmədən həmin evə Bakı şəhəri 13 saylı Notariat Kontorunda vərəsəlik haqqında şəhadətnamə almışdır. Onlar cavabdehə evə dair vərəsəlik şəhadətnaməsini verilməsinə razılıq verməmişlər. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxxxxx 2015-ci il tarixdə ölmüş Vəkilova Əminə Yaqub qızından miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı xx xxxxx 2018-ci il tarixli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ərazisində yerləşən 0,07 torpaq sahəsinə dair övladı Cavabdeh1 Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən xx xxxxx 2018-ci ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, həmin 0,07 torpaq sahəsinə dair mərhum m qızının uşaqları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 1/5 hissədə vərəsəlik paylarının müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Bununla yanaşı, iddiaçı Maraqlı şəxs Cavabdeh1 və Vəkilov Həmid Soltan oğluna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və digər şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 150C saylı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, dəymiş 2400 manat manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 saylı ******* saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan ünvan 1 C ünvanda yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini 75000 manata ona satmış, müqavilə Bakı şəhəri 5 saylı notariat kontorunda cavabdehin etibarnamə üzrə nümayəndəsi olan oğlu x oğlu tərəfındən imzalanmaqla rəsmiləşdirilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə həmin evin mülkyyətində olmasını dövlət orqanlarında qeydə almaqla RX seriyalı, ******* saylı (qeydiyyat nömrəsi **********) çıxarış əldə etmişdir. Buna baxmayaraq, dəfələrlə etdiyi xəbərdarlıqlardan sonra da cavabdehlər müxtəlif bəhanələrlə müqavilə şərtlərinə əməl etməmiş, qanuni mülkiyyətində olan mənzili boşaltmamış və ona təhvil verməmiş, hətta qohumlarını da oraya yerləşdirmişlər. Halbuki, alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən cavabdeh əmlakı ona təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 17-ci bəndinə görə isə bu müqavilənin şərtləri tərəflər üçün məcburi olmasına baxmayaraq, cavabdehlər müqavilə şərtlərinə əməl etmirlər. Hazırda altı aydır ki, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. O, Neftçala rayon sakinidir və Bakıda mənzil almaqla kirayədə yaşamaqdan canını qurtarmaq, xərclərdən azad olmaq istərkən. cavabdehlər aldığı evi ona verməməklə, onu kirayədə yaşamaq məcburiyyətində qoymuş, ona hər ay 400 manat olmaqla altı ay ərzində artıq 2400 manat maddi, eləcə də əsəb, stress, diskomfort yaşatmaqla 5000 manat məbləğində mənəvi ziyan vurmuşlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, həmin iş üzrə Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» barədə qarşılıqlı iddia verərək, ünvan 1 C ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, AN-1 ******* saylı müqavilənin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olsa da, ünvan 1C ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun böyük qardaşı İddiaçı2 da həmin ünvanda yaşayır. Maraqlı şəxs təxminən 2-3 ay əvvəl tanımış, heç vaxt da üz-üzə gəlməmişlər. Heç bir vaxt həmin evin və torpaq sahəsinin ona satılmasına nə yazılı, nə də şifahi razılıq verməmişdir. Eləcə də həmin evdə daimi yaşayan qardaşı Hüseyn və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozunda yaşayan bacıları Svetlana və Sevil, qardaşı Həsən də həmin evin və torpaq sahəsinin iddiaçı Maraqlı şəxs satılmasına nə yazılı, nə də şifahi razılıq verməmişlər. Mübahisəli fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi onun və həyat yoldaşının birgə nikahları dövründə əldə etdikləri əmlakdır. Qeyd edlənlərə əsasən məhkəmədən qarşılıqlı iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, x oğlunun və digər şəxslərin iddiaçı Maraqlı şəxs tam mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu,150C saylı fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin rədd olunması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya aid ediliməsi qət olunmuşdur. Qeyd edilən qətnamədən cavabdehlər Cavabdeh1 və x oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-ci il tarixli qərardadı ilə hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmiş, birləşdirilmiş işə 2(103)-3367/2019 nömrəsi verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işdə iştirak etməyə cəlb olunmaması, nəticədə qəbul edilmiş qətnamənin onun hüquq və vəzifələrinə toxunması, mülkiyyətçi kimi hüquqlarının pozulması, mübahisə predmeti olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini əvvəlki mülkiyyətçi Cavabdeh1 alqı-satqı qaydasında alması, hazırda onun xüsusi mülkiyyətində olması və s. İlə əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və x oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, alqı-satqı müqaviləsinin formal olması, real pul ödənişinin olmaması, alqı-satqı müqaviləsinə əsasən ödənilmiş pul vəsatinin kim tərəfindən götürülməsinin araşdırılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, həmin iddianın təmin olunmaması, iddiaçı Maraqlı şəxs Cavabdeh1 və x oğluna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və x oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinintəmin olunmaması, qətnamənin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı4 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(102)-1771/2020 saylı qərarı ilə İddiaçı4 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı4 və qeyrilərinin iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş, işə qeyd edilən hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qərarını aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə kollegiyası İddiaçı1 və qeyrilərinin iddia tələbini irəli sürən vaxt (iddia ərizəsi xx xxxxxxx 2018-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur) artıq mübahisəli əmlakın vicdanlı alıcı Maraqlı şəxs xüsusi mülkiyyətində olmaqla, miras əmlak statusunda olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşsa da, eyni zamanda hesab etmişdir ki, məhkəmənin İddiaçı1 və qeyrilərinin cavabdeh Vəkiloa Soltan İsa oğlu və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbi üzrə gəldiyi nəticələr mülki və mülki prosessual qanunvericiliyin tələbləri ilə düzgün əsaslandırılmamışdır. Belə ki, İddiaçı1 və qeyrilərinin iddia tələbinin predmeti olan əmlak artıq Maraqlı şəxs mülkiyyətində olsa da, apellyasiya instansiyası məhkəməsi onların vərəsəliklə bağlı tələblərinin qanuniliyinə vərəsəliklə bağlı mülki qanunvericiliyin müddəaları baxımından hüquqi qiymət vermədən, həqiqətən də iddiaçıların vərəsəlik hüquqlarının pozulubpozulmadığını müəyyən etmədən, onların Cavabdeh1 qarşı dəymiş zərərlə bağlı tələb hüquqlarının olması barədə gəldiyi nəticə əsaslı olmamışdır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 iddia tələbini etiraf etməsinin qanuna zidd olub-olmamasını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmamasına hüquqi qiymət verməli, iddiaçıların vərəsəlik hüquqlarının pozulub-pozulmadığını müəyyən etməli olduğu halda, bunu etməmiş və nəticədə mirasın qəbulu zamanı hüquqlarının pozulduğunu iddia edən digər vərəsələrin miras əmlakı təklikdə qəbul etmiş Cavabdeh1 qarşı dəymiş zərərlə bağlı tələb hüquqlarını özlərində saxlamasına dair qənaətini əsaslandırmamışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən vərəsələrin dairəsi tam müəyyənləşdirildikdən sonra miras əmlakı qəbul etmiş vərəsələrə münasibətdə Cavabdeh1 tərəfindən hər hansı hüquq pozuntusu faktı müəyyən edildikdən sonra onlara göstərilən qaydada hüquqlarını pozan şəxsə qarşı dəymiş zərərlə bağlı tələb hüquqlarının olması izah edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar apelyasiya baxışı zamanı qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı vermiş olduqları apellyasiya şikayətini müdafiə etdi və izahat verərək göstərdi ki, onun təmsil etdiyi Maraqlı şəxs rəsmi alqı-satqı müqaviləsi əsasında mübahisəli mənzili Cavabdeh1 dəyəri tam ödənilməklə almışdır. Həmin alqı-satqı müqaviləsini Cavabdeh1 adından onun oğlu x imzalamışdır. Lakin sonradan Cavabdeh1 və onunla birlikdə mübahisəli evdə yaşayan digər şəxslər evi tərk etməkdən və ona təhvil verməkdən imtina etmişlər. Bu səbəbdən Maraqlı şəxs qeyd edilən şəxslərin evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəməyə müraciət etməli olmuş, onun iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Eyni zamanda, onun iddiasına baxıldığı müddətdə Cavabdeh1 bacı və qardaşları mübahisəli evə dair vərəsəliklə bağlı hüquqlarının müdafiəsi üçün Sabunçu rayon məhkəməsinə müraciət etmişlər. Sabunçu rayon məhkəməsi onların iddiasını təmin edərək mübahisəli evə dair Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, həmin 0,07 torpaq sahəsinə dair mərhum Vəkilova Əminə Yaqub qızının uşaqları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 1/5 hissədə vərəsəlik paylarının müəyyən olunmasını qət etmişdir. Qeyd edilən qətnamə onun maraqlarına toxunduğundan, həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin qətnaməsi ilə şikayəti təmin olunaraq Sabunçu rayon məhkəməsinin adı çəkilən qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Bu qətnamədən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası həmin qətnaməni ləğv edib təkrar apellyasiya baxışına göndərmişdir. Lakin həmin qərarında Ali Məhkəmənin Mülki kollegiyası əslində onların verdikləri apellyasiya şikayətinin dəlilləri ilə razılaşmış, yalnız evin əvvəlki mülkiyyətçisi olmuş Cavabdeh1 bacı və qardaşlarının ona qarşı gələcəkdə ziyan tələbi irəli sürməsi məqsədilə onların mübahisəli mülkdə mövcud olmuş payının miqdarının müəyyən edilməsi, həmçinin Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılan zaman iddianı etiraf etməsinin qanuniliyinə qiymət verilməli olması məsələlərinin həll edilməli olduğunu göstərmişdir. Hesab edir ki, hazırda onun mülkiyyətində olan evin əvvəlki mülkiyyətçiləri ilə onun ailə üzvləri arasında gələcəkdə maddi ziyan məsələsinin həll edilməsi məqsədilə onların miras paylarının miqdarının müəyyən edilməsi onun qanunla qorunan maraqlarına toxunmur, buna görə də həmin məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Həmin iş üzrə cavabdeh olmuş Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılan zaman iddianı etiraf etməsini isə qanunsuz hesab edir. Belə ki, Maraqlı şəxs həmin əmlakı qanuni əsaslarla və əvəzi tam ödənilməklə əldə etmişdir. O, vicdanlı alıcıdır və əmlak onun mülkiyyətində ola-ola, həmin əmlaka dair əvvəlki mülkiyyətçi və onun qohumları arasında miras pay bölgüsünün aparılması absurddur. Buna görə də, əmlakın əvvəlki mülkiyyətçisi ilə onun ailə üzvləri arasında evlə bağlı əvvəllər mövcud olmuş vərəsəlik hüquqlarının bərpa edilməsi, həmçinin Cavabdeh1 həmin iddianı etiraf etməsi bir mülkiyyətçi kimi onun hüquqlarını birbaşa olaraq pozur. Ona görə də, hesab edir ki, Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qanunsuz olduğu üçün ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Təkrar apelyasiya baxışı zamanı İddiaçı4 nümayəndəsi və vəkili X2 İddiaçı4 vərəsəliyi faktiki qəbul etdiyini, mərhum valideynlarinin hələ sağlığında mübahisəli evdə yaşadığını və bu gün də həmin evdə yaşamaqda davam etdiyini, bu səbəbdən də qardaşı Cavabdeh1 tərəfindən onun vərəsə kimi hüquqlarının pozulduğunu qeyd etmişdir. 2012-ci ildə atası, 2015-ci ildə isə anası rəhmətə gedəndə o, həmin evdə yaşamışdır və halhazırda da yaşamaqda davam edir. O, vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Digər vərəsələrlə onların arasında bu məsələ ilə bağlı heç vaxt mübahisə olmadığından, vərəsəliklə bağlı notariat orqanına müraciət etməyə ehtiyac görməmişdir. Lakin sonradan bilmişdir ki, iddiaçının qardaşı Soltan onlardan xəbərsiz valideynlərindən qalmış miras əmlaka dair vərsəlik hüququ haqqında şəhadətnamə almış və həmin əmlakı tək öz adına sənədləşdirmişdir. Həmin əmlakın vərəsələri onunla və Cavabdeh1la yanaşı, digər iddiaçılar olan bacı və qardaşlarıdırlar. Belə ki, miras qoyan valideynlərinin ölümündən sonra onlar da mübahisəli əmlakdan daim istifadə etməklə mirası faktiki olaraq qəbul etmişlər. Bu gün də, onlar hamısı mübahisəli əmlakda hər birinə ayrıca məxsus olan otaqlardan istifadə edirlər. Valideynlərindən miras qalmış həmin mülk iki mərtəbəli olmaqla, yanlarında əlavə tikililər də inşa edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün qərar qəbul etmişdir. Təkrar apelyasiya baxışı zamanı İddiaçı1 və İddiaçı3 da həmin mübahisəli mənzildə yaşadıqlarını, Cavabdeh1 tərəfindən onların da vərəsə kimi hüquqlarının pozulduğunu bildirərək, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh1 özünün, həmçinin iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 həmin mənzildə yaşadıqlarını, valideynləri öldükdən sonra onlardan miras qalmış mübahisəli evə dair vərəsəliyi onunla yanaşı, iddiaçıların da qəbul etdiyini bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, miras əmlak əslində onların hamısına bərabər şəkildə məxsusdur və həmin əmlakda onunla yanaşı, bacı və qardaşlarının da miras payları vardır. Bununla bağlı, onların arasında heç vaxt mübahisə də olmamışdır. Lakin onun oğlu Həmid Vəkilov ondan etibarnamə alaraq guya evin sənədlərini düzəldəcəyini bildirmiş, evi vərəsəlik qaydasında tam şəkildə onun adına sənədləşdirmiş, sonra isə onun xəbəri və razılığı olmadan Maraqlı şəxs satmışdır. Əslində oğlunun Maraqlı şəxs borcu olmuş və evi ona borcun əvəzi olaraq vermiş, bunu alqı-satqı yolu ilə rəsmiləşdirmişdir. Bütün bunlardan o, yalnız Maraqlı şəxs onlara gələrək evi satın aldığını və həmin evin artıq ona məxsus olduğunu bildirdikdə xəbər tutmuşdur. Başqa sözlə, onun oğlu Həmid Vəkilov evi və torpağı sənədləşdirərkən onun etibarından sui-istifadə edərək, onun iradəsinə zidd hərəkət etmiş, bununla da, digər vərəsələr olan iddiaçıların hüquqlarını pozmuşdur. Bu səbəbdən də o, Sabunçu rayon məhkəməsində digər vərəsələr olan bacı və qardaşlarının ona qarşı qaldırdıqları iddia ərizəsi üzrə işə baxılan zaman iddianı etiraf etmişdir. Qeyd edilənləri qərar qəbul edərkən məhkəmə kollegiyasının nəzərə almasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə prosesin digər iştirakçılarına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işdə olan Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 12 saylı, xx xxxxxx 1991-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik sovxozda yerləşən torpaq sahəsinin 0,07 hektar hissəsində sovxozun əməkdaşı m qızına fərdi yaşayış evinin tikintisi üçün icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı xx xxxxx 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin mülkiyyətçisi m qızıdır. İşdə olan AZ-İ № 882681 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, m qızı xx xxxxxxx 2015-ci tarixdə Bakı ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxx 2015-ci il tarixdə 281 nömrəli qeyd aparılmışdır. İşdə olan AZ-İ № 882681 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, y oğlu xx xxxxxx 2012-ci tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2012-ci il tarixdə 87 nömrəli qeyd aparılmışdır. İşdə olan xx xxxxx 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 2015-ci tarixdə vəfat etmiş m qızının vərəsəsi Cavabdeh1dur və sonuncu miras qalmış (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş çıxarışa əsasən) 0,07 ha torpaq sahəsindən irs almalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı xx xxxxx 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 150C və onun yerləşdiyi 0,07 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dur. Həmçinin, işdə olan və məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən təqdim olunmuş 4Ə-118 reyestr nömrəli notariat işində olan; - xx.xx.2017-ci il tarixli, ƏN-İ seriyalı, 683073 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə etmək və s. haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Vəkilov Həmid Soltan oğluna etibar etmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək verilmişdir. - xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 adından x oğlu Bakı şəhəri 5 saylı notariat kontoruun notariusuna müraciət edərək Cavabdeh1 məxsus ünvan 1 C ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin 75000 manata satılmasına dair Maraqlı şəxs ilə razılığa gəldiklərini göstərmişdir. - xx.xx.2018-ci il tarixli, AN-1 ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ünvan 1 C ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsini 75000 manata alıcı Maraqlı şəxs satmışdır. - Alqı-satqı müqaviləsinə əlavə edilmiş ərizənin surətindən göründüyü kimi, z əri Cavabdeh1 məxsus olan, birgə nikah dövründə əldə edilmiş evin satılmasına yazılı razılıq vermiş və bu razılıq ərizəsi notarial qaydada təsdiqlənərək notariat işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 6 C ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 428 saylı reyestr kitabının 40124 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan sübutlardan göründüyü kimi, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 12 saylı qərarı ilə Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik sovxozda yerləşən torpaq sahəsinin 0,07 hektar hissəsində sovxozun əməkdaşı m qızına fərdi yaşayış evinin tikintisi üçün icazə verilmiş, sonuncu xx xxxxxxx 2015-ci tarixdə vəfat etmiş, bundan sonra onun övladı Cavabdeh1 miras əmlakla bağlı Bakı şəhəri 13 saylı DNK-na müraciət etmiş, notariat orqanı tərəfindən miras qoyan Vəkilova Əminə Yaqub qızının mülkiyyətində olmuş həmin 0,07 ha torpaq sahəsinə dair xx xxxxx 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 adına Bakı şəhəri Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 150C və onun yerləşdiyi 0,07 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixli, AN-1 ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 C ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini 75000 manata Maraqlı şəxs satmışdır. Alqı-satqı müqaviləsi zamanı Cavabdeh1 xx.xx.2017-ci il tarixli, ƏN-İ seriyalı, 683073 saylı etibarnamə əsasında nümayəndəsi x oğlu təmsil etmişdir. Alqı-satqıdan sonra Maraqlı şəxs qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, hazırda da onun mülkiyyətindədir. Beləliklə, iş materialları ilə və tərəflərin verdikləri izahatlarla müəyyən olunur ki, ünvan 1 C ünvanında yerləşən mübahisəli əmlak xx xxxxxxx 2015-ci ildə ölmüş m qızından miras qalmış, onun vəfatından sonra həmin əmlaka dair birinci növbəli vərəsələr onun övladları – İddiaçı2, Cavabdeh1, İddiaçı4, İddiaçı1 və İddiaçı3 olmuş, onlar miras qoyanın ölümündən sonra mirası qəbul etməklə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməsələr də, miras əmlakı faktiki idarə etmiş və bununla da mirası qəbul etdiklərini şəksiz nümayəiş etdirmişlər. Həmçinin, müəyyən edilir ki, miras əmlakla bağlı vərəsələrin birinin payının digərindən çox olmasına əsas ola biləcək hər hansı bir hal (vəsiyyətnamə, vəsiyyət tapşırığı və s.) mövcud olmamışdır. Lakin vərəsələrdən biri olan Cavabdeh1 digər vərəsələrin xəbəri və razılığı olmadan 13 saylı DNK-na müraciət etməklə mübahisəli miras əmlakı vərəsə kimi tək qəbul etməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamə əsasında miras əmlaka dair mülkiyyət hüququ əldə etmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq Çıxarış əldə etmiş, sonradan həmin əmlakı Maraqlı şəxs satmışdır. Maraqlı şəxs həmin əmlakı əldə etdiyi zaman onun barəsində digər şəxslərin vərəsəlik hüquqlarının olmasından və bu hüquqların satıcı Cavabdeh1 tərəfindən pozulmasından xəbərsiz olmuş, bununla da alqı-satqı müqaviləsi üzrə vicdanlı əldə edən olmuşdur. Əmlak özgəninkiləşəndən sonra, əmlaka dair vərəsəlik hüququ olmuş hazırkı iddiaçılar - İddiaçı2, Cavabdeh1, İddiaçı4, İddiaçı1 və İddiaçı3 digər vərəsə olan Cavabdeh1 qarşı iddia qaldırmaqla, onun tərəfindən həmin əmlaka dair alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını və özlərinin miras əmlakın 1/5 hissədə paylarının müəyyən edilməsini xahiş etmişlər. İşin müəyyən edilmiş halları ilə bağlı kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə ilk növbədə Sabunçu rayon məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə apelyasiya şikayəti vermiş Maraqlı şəxs mübahisəli əmlakın hazırkı mülkiyyətçisi kimi hüquqlarının pozulub-pozulmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin, Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən, əmlakın əvəzli surətdə əldə edilməsi, mülkiyyətçinin və ya sahibin hökmranlığından yuxarıda göstərilən səbəblər ucbatından çıxmaması (əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olması və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxması, əmlakın əvəzzis əldə edilməsi) əldə edənin isə əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə «mövcud mülki qanunvericiliyə əsasən, mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-nin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.» Mülki qanunvericiliyin və onun bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda sadalanan Qərarlarındakı hüquqi mövqeyini nəzərə alaraq kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə mübahisəli miras əmlakın əvvəlki mülkiyyətçisi ilə həmin əmlaka dair vərəsəlik hüquqları olmuş iddiaçılar arasında vərəsəlik hüquq münasibətindən irəli gələn mübahisənin həll edilməsi – cavabdehin adına mübahisəli əmlakla bağlı verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və iddiaçıların həmin əmlaka dair 1/5 hissədə miras paylarının müəyyən olunması həmin əmlakın hazırkı mülkiyyətçisi və vicdanlı sahibi olan Maraqlı şəxs üstün hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa, Sabunçu rayon məhkəməsi həmin işə baxarkən mübahisəli əmlakın işə baxılan zamankı hüquqi vəziyyətini araşdırmamış, həmin əmlakın artıq başqa şəxsin mülkiyyətində olmasını müəyyən etməmiş, bu səbəbdən də baxılan mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Hazırkı işə birinci instansiya məhkəməsində baxıldığı zaman Cavabdeh1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etməsini bildirmiş, birinci instansiya məhkəməsi iddianı təmin edərkən digər əsaslarla yanaşı, cavabdehin iddianı etiraf etməsinə də istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın etirafı institunu tənzimləyən Mülki-Prosessual Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Lakin həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi, qanunverici iddianın cavabdeh tərəfindən etiraf edilməsini özüözlüyündə iddianın təmin edilməsinin əsası kimi müəyyən etməmiş, bu cür etirafın yalnız başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı halda iddianın təmin edilməsi üçün əsas ola biləcəyini müəyyən etmişdir. Hazırkı işin müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçılar İddiaçı1 və digərlərinin Cavabdeh1 qarşı vərəsəlik hüquqlarının bərpa edilməsi ilə bağlı iddiasının təmin edilməsi həmin iş üzrə mübahisə predmeti olmuş əmlakın mülkiyyətçisi olan Maraqlı şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda, kollegiyanın qənaətinə görə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməməlidir və birinci instansiya məhkəməsi bu etirafı qəbul edərək iddianın təmin edilməsinin əsaslarından biri kimi ona istinad etməklə, mulki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərlə yanaşı kollegiya hesab edir ki, iş üzrə iddiaçılar İddiaçı1 və digərlərinin Cavabdeh1 qarşı vərəsəlik hüquqlarının bərpa edilməsi ilə bağlı iddiasının təmin edilməsi əsassız olsa da, iddiaçıların gələcəkdə Cavabdeh1 qarşı onun qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin tələb edilməsi hüququnun olması baxımından, onların mübahisəli əmlaka miras hüquqlarının mövcud olub-olmaması, miras əmlak cavabdeh tərəfindən vərəsəlik qaydasında qəbul edilərkən bu hüquqlarının pozulubpozulmaması və həmin mirasdakı ehtimal edilən paylarının miqdarı müəyən edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 miras əmlakın qəbulu ilə bağlı 13 saylı DNK-na müraciət edən zaman ondan başqa vərəsələrin olmasını gizlətmiş, yalnız özünün vərəsə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsə sayılırlar; 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin müəyyən edilmiş hallarına və Mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini tənzimləyən bu müddəalarına əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, ünvan 6 C ünvanda yerləşən mübahisəli əmlakın mülkiyyətçisi Vəkilova Əminə Yaqub qızı xx xxxxxxx 2015-ci ildə ölmüş, həmin tarixdə miras açılmış və mərhum Ə.Y.Vəkilovanın birinci növbəli vərəsələri olan övladları - İddiaçı2, Cavabdeh1, İddiaçı4, İddiaçı1, İddiaçı3, Cavabdeh1 miras əmlakı faktiki olaraq qəbul etmişlər və onların miras əmlakdakı payları bərabər (hər birinə 1/5 pay) olmuşdur. Lakin cavabdeh x digər vərəsələrin razılığı və xəbəri olmadan notariat orqanına müraciət edib miras əmlakı tam payla qəbul etməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla, digər vərəsələrin hüquqlarını pozmuşdur. Lakin iddiaçıların vərəsə kimi hüquqları cavabdeh tərəfindən pozulsa da, miras əmlak sonradan cavabdeh x tərəfindən özgəninkiləşdirildiyindən və onların hazırkı iddiası həmin əmlakı vicdanlı əldə etmiş Maraqlı şəxs üstün hüquqlarını pozduğundan, vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı iddia tələbləri təmin edilməsi üçün əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası izah edir ki, iddiaçıların vərəsəlik hüququnun cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində pozulması müəyyən edildiyindən, onlar bununla bağlı dəymiş zərər tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarını özlərində saxlayırlar. Beləliklə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsi xx xxxxxx 2018ci il tarixli qətnaməsində ünvan 1 C ünvanında yerləşən mübahisəli əmlakın Maraqlı şəxs mülkiyyətində olmasını nəzərə almadan, həmin əmlaka dair iddiaçıların hər birinin 1/5 pay olmaqla, vərəsəlik hüququnun tanınmasını, həmin əmlaka dair Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini qət etməklə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, həmin qətnamə işin halları tam araşdırılmadan, işin həqiqi halları müəyyən edilmədən, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayonu məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs vermiş olduğu apellyasiya şikayəti təmin edilməli, həmin qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qşəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunsun, həmin iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar