Məhkəmə qərarları › İş №2(103)-6584/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6584/2021

23.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6584/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı vəkili Vəkil, Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-409/2021 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(006)- 409/2021 saylı qətnaməsi ilə İddiaçı iddia ərizəsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia ərizəsinin təmin edilməsi, cavabdeh «xxxx» ASC tərəfindən 16.05.2018-ci il tarixdə tərtib edilmiş R № 019573 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 8294,4 (səkkiz min iki yüz doxsan dörd manat, qırx qəpik) manat məbləğində cərimə borcunun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət ilə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş həcminin çoxluğu ilə əlaqədar olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(006)-409/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-409/2021 saylı qərardadı ilə cavabdeh "xxxx" ASC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(006)-409/2021 saylı qətnaməsindən «apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsinin təmin edilməməsi və apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilərək, prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-409/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-409/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(006)-409/2021 saylı qətnaməsi, 09 fevral 2021-ci il tarixli məktubla tərəflərə göndərilmiş, cavabdeh "xxxx" ASC tərəfindən isə 12 aprel 2021-ci il tarixdə məhkəməyə həmin qətnamədən apelyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmiş və müddətin ötürülməsinin səbəbi kimi iş həcminin çoxluğu göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qətnаməsindən аpеllyаsiyа şikаyəti vеrmə müddətini üzrlü səbəblərdən ötürməsini sübut еdən əsаslаndırıcı dəlilləri ərizəsinə, eləcə də şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim еtməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-409/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfındən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-409/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar