Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-660/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 46 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Cavabdeh2 və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən, 9 saylı evin, 5 saylı mənzilinin 3-cü mərtəbəsi və 2-ci mərtəbəsində 10,2 kv.m köməkçi sahədən ibarət hissəsinə dair alıcı olaraq Cavabdeh2 ilə satıcı olaraq X6 arasında bağlanmış və cavabdeh 46 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi iddia ərizəsində üçüncü şəxs kimi qeyd edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Aleksandra Kazımovadan mənzilin 1-ci mərtəbəsini və 2-ci mərtəbəsindən 1 otaq, 9,8 kv.m yaşayış sahəsi, 5,7 kv.m köməkçi sahəni almışdır. xx.xx.2017-ci il tarixdə iddiaçıya paylı mülkiyyətçi kimi “Daşınmaz əmlakın dövlət reyestrindən” ******* saylı çıxarış verilmişdir. X11, paylı mülkiyyətçı olmasına baxmayaraq, evin onda qalan hissəsini – 3-cü mərtəbəsini və 2-ci mərtəbəsində 10,2 kv.m sahədən ibarət hissəsini xx.xx.2021-ci il tarixdə iddiaçının xəbəri olmadan mənzilin özünə məxsus 3-cü mərtəbəsini və 2-ci mərtəbəsində 10,2 kv.m sahədən ibarət hissəsini Cavabdeh2 satmışdır. Bununla da, iddiaçının payın alınmasında üstünlük hüququ pozulmuşdur. Həmin “Alğı-satqı müqaviləsini” rəsmiləşdirmiş notarius saxtakarlığa yol vermiş, alğı-satqı sənədlərinin içərisinə çağırış vərəqəsi qoymuşdur ki, guya iddiaçı həmin sənədə imza etmişdir. Halbuki iddiaçının qeydiyyatda olduğu ünvan da səhv göstərilmişdir. Qeyd edilmişdir ki, guya iddiaçı, ünvan 1 ünvanında qeydiyyatdadır. Əslində isə iddiaçı, başqa ünvanda qeydiyyatdadır. Həmin sənəddəki imza iddiaçıya məxsus deyil. Həmin ərəfədə iddiaçı ölkə xaricində olduğu üçün çağırış vərəqəsinə imza etməsi mümkün deyildi. İddiaçı, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə xaricində olmuşdur. Bundan başqa, iddiaçıya ikinci dəfə çağırış vərəqəsi ümumiyyətlə göndərilməmiş, notarius tələm-tələsik “Alğı-satqı müqaviləsini rəsmiləşdirmiş”, “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin razılığının olub-olmamasını aydınlaşdırmamış, alğı-satqının həyata keçirilməsinə icazə məktubu alınmasını tələb etməmiş, qanun pozuntusuna yol vermişdir. Bundan başqa, Cavabdeh2, mənzilin iddiaçıya aid hissəsində qeydiyyatda olan iddiaçının qızı Fidan Əliyevanın onun xəbəri olmadan məhkəmə qaydasında qanunsuz və əsassız olaraq qeydiyyatdan çıxarılmasına nail olmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin həmin qanunsuz qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddiaçının qızı Fidan Əliyevanın hüquqları bərpa olunmuşdur. Həmçinin, xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri 5 saylı Notariat Ofisində Aleksandra Kazımova Cavabdeh2 vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamənin qanunvericiliyin tələblərinə uyğun olması şübhə doğurur. Çünki vəsiyyətnaməni verərkən Notariat ofisində tərəflərin fotoşəkilləri çəkilməmiş, vəsiyyətnamə rus dilinə tərcümə edilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, vəsiyyətnamə verildiyi halda xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsinin” bağlanmasına ehtiyac olmazdı. Cavabdeh2 bundan əvvəl başqa məhkəmə mübahisəsi zamanı şahid kimi iclasda iştirak edərkən ona vəsiyyətnamə verilməsi haqqında hakimə bildirməmiş, aradan bir il keçdikdən sonra arxa tarixlə bəyan etmişdir ki, guya ona vəsiyyətnamə verilmişdir. X3 öz oğlu həyatda ola-ola, kənar bir şəxsə, yəni Cavabdeh2 vəsiyyətnamə verməsi şübhə doğurur. b) işdə iştirak edən şəxslərin birinci instansiya məhkəməsində iştirakı və iclasda verilmiş izahatlar barədə məlumat
4. Məhkəmə baxışında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) Nümayəndə1z oğlu iddia tələbini müdafiə edərək Rayon Məhkəməsinə verdikləri izahatlarında əlavə olaraq bildirmişlər ki, hazırda mübahisələndirdiyi əqd barədə iddiaçıya 2021-ci ilin iyun ayında Aleksandra Kazımova ona və başqalarına qarşı etibarnamənin və həmin etibarnamə əsasında onunla bağlanmış xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırarkən məlum olmuşdur.
5. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Elğiz Məmmədov, cavabdeh 46 saylı Notariat Ofisinin nümayəndəsi, habelə Rayon Məhkəməsi tərəfindən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər.
6. Bunu nəzərə almış Rayon Məhkəməsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinin tələblərindən çıxış edərək işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üstün alıcılıq hüququnun pozulması motivi üzrə əqd yalnız o halda etibarsız əqd kimi tanına bilər ki, iddia qaldırmış şəxs alıcı hüququnu özünə keçirmək istəmiş olsun, əks təqdirdə, həmin şəxsin bağlanmış əqdin ləğv edilməsinə hüquqi marağı olmamış olur. İddiaçı tərəfindən belə bir iddia irəli sürülməmişdir. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi əqd barədə ona 2021-ci ilin iyun ayında Aleksandra Kazımovanın ona və başqalarına qarşı etibarnamənin və həmin etibarnamə əsasında onunla bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırarkən məlum olduğu və göstərilən tələblə yalnız xx.xx.2022-ci ildə məhkəməyə müraciət etdiyi üçün qanunvericiliklə müəyyən olunmuş xüsusi iddia müddətini pozmuşdur. d) apellyasiya şikayəti barədə məlumat
9. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, qanunverici paylı mülkiyyətin qalan mülkiyyətçilərinin hüquqlarını birmənalı olaraq qoruduğundan, Aleksandra Kazımova tərəfindən öz payı satılarkən iddiaçıya təklif olunmalı olduğu halda, mülki qanunvericiliyin tələbləri cavabdehlər tərəfindən kobud şəkildə pozulsa da, Rayon Məhkəməsi bütün üsul və vasitələrlə bu pozuntunu ört-basdır etmiş, sonda hazırki mübahisəyə iddia müddəti tətbiq etməklə əsassız olaraq iddia tələbini rədd etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən iddiaçının məlumatı Aleksandra Kazımovanın hüquqi varisi Cavabdeh2 tərəfindən iddiaçıya və başqalarına qarşı “etibarnamənin və xx.xx.2017-ci il tarixli “Alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi tələbi barədə” Xətai Rayon Məhkəməsində iddia qaldırarkən deyil, həmin iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ona təqdim edildikdən sonra məlumatı olmuşdur. İddiaçı tərəfindən hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Belə olan halda, qanunvericiliklə əqdin etibarsızlığı üçün bir illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
11. İş üzrə iddiaçı və onun vəkili (nümayəndəsi) Nümayəndə3 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişlər.
12. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixə təyin edilmiş apellyasiya baxışı iclasında, Şirvan Apellyasiya Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə iclasında iştirak etməsi əsası ilə iştirak edə bilməyəcəyini bildirmiş və hazırki iş üzrə apellyasiya baxışı iclasının başqa vaxta təyin edilməsini qərara almışdır.
13. İddiaçı özü xx.xx.2023-cü il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək özünün Rusiya Federasiyasında olmasının, vəkilinin isə Şirvan Apellyasiya Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə iclasında iştirak etməsinin nəzərə alınaraq hazırki iş üzrə apellyasiya baxışı iclasının xx.xx.2024-cü il tarixdən sonrakı vaxta təxirə salınmasını xahiş etmişdir.
14. Məhkəmə iddiaçının özünün və vəkilinin ərizələrini təmin edərək, hazırki iş üzrə apellyasiya baxışı iclasını xx.xx.2024-cü il tarixə təxirə salmışdır.
15. Qeyd edilən tarixə təyin edilmiş iclasa iddiaçı özü gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
16. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixə təyin edilmiş apellyasiya baxışı iclasında, xəstələnməsi əsası ilə iştirak edə bilməyəcəyini bildirmiş və hazırki iş üzrə apellyasiya baxışı iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iddiaçının vəkilinin ərizəsini təmin edərək, hazırki iş üzrə apellyasiya baxışı iclasını xx.xx.2024-cü il tarixə təxirə salmışdır.
18. Bu tarixə də təyin edilmiş iclasa iddiaçı özü gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
19. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixə təyin edilmiş apellyasiya baxışı iclasında, həmin tarixdə ölkə hüdudlarından kənarda olacağı əsası ilə iştirak edə bilməyəcəyini bildirmiş və hazırki iş üzrə apellyasiya baxışı iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir.
20. Məhkəmə, sonuncu iclasa qədər apellyasiya baxışının iddiaçı tərəfin iştirakının təmin edilməsi məqsədilə iki dəfə təxirə salınmasını, habelə iddiaçının özünün iclasda iştirak etməməsinin məhz üzürlü səbəbdən baş verməsi barədə Məhkəməyə məlumatların verilməməsini nəzərə alaraq, işə iddiaçının özünün və nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasını MPM-in 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
21. Apellyasiya baxışında iştirak etmiş Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.
22. Cavabdeh notariat ofisinin və üçüncü şəxslərin nümayəndələri işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
23. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinin tələblərindən çıxış edərək həmin nümayəndələrin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
24. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2017-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, mənzilin 3-cü mərtəbəsi və 2-ci mərtəbəsində 10,2 kv.m köməkçi sahədən ibarət hissəsi paylı mülkiyyət hüququ üzrə Aleksandra Kazımovanın və mənzilin 1-ci mərtəbəsi və 2-ci mərtəbəsində 9,8 kv.m yaşayış sahəsi, 5,7 kv.m köməkçi sahədən ibarət bir otağı iddiaçının adına qeydiyyata alınmışdır.
26. Cavabdeh 46 saylı Notariat Ofisin tərəfindən rəsmiləşdirilərək qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, Aleksandra Kazımova mənzildə özünə məxsus payı Cavabdeh2 satmışdır.
27. Aleksandra Kazımova tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, iddiaçıya bildirmişdir ki, mənzildə olan payını 14.600 manata satır. Bununla əlaqədar olaraq, 45 gün müddətində qeyd edilən mənzilin onun mülkiyyətində olan hissəsini təklif etdiyi qiymətə alıb-almamağı barədə yazılı şəkildə məlumat verilməsi xahiş olunur.
28. Cavabdeh Notariat Ofisinin notariusu tərəfindən Cavabdeh2 vəkili Vəkil2 ünvanlanmış X/1781 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 4-cü maddəsinə əsasən dövlət qeydiyyatından keçmiş və xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları almaqda üstün hüquqa malikdir. Xüsusi mülkiyyətində olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu haqda məlumat verməlidir. Qanunun bu müddəasına əsasən yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş daşınmaz əmlak satılarkən müvafiq orqanın razılığının alınması nəzərdə tutulmamışdır.
29. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 hüquq varisi Cavabdeh2 cavabdehlər İddiaçı, X2, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 tərəfindən X2 verilmiş xx.xx.2021-ci il tarixli AR-1 № 515675 nömrəli etibarnamə, həmin etibarnamə əsasında xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılmış alğı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanılması səbəbindən etibarsız hesab olunması və həmin alğı-satqı müqaviləsi əsasında İddiaçı adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömirəli daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv olunması barədə iddiasının rədd edilməsi qət edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-432/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-432/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. İşdə olan sübutlara əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Səftər Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilinin 3-cü mərtəbəsi və 2-ci mərtəbəsində 10.2 kv.m köməkçi sahədən ibarət hissəsi paylı mülkiyyət hüququ üzrə Aleksandra Kazımovanın və mənzilin 1-ci mərtəbəsi və 2-ci mərtəbəsində 9,8 kv.m yaşayış sahəsi və 5,7 kv.m köməkçi sahədən ibarət 1 otağı iddiaçının adlarına xx.xx.2017-ci il tarixdə onlar arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan keçmişdir. Aleksandra Kazımova Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan payını Cavabdeh2 satmışdır.
33. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13; hissə 1.). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29.).
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.).
35. Göründüyü kimi mülkiyyətçinin özünə məxsus əmlakın müqəddəratını təyin etmək, yəni əmlak üzərində sərəncam vermək hüququ qanunla dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Bu hüququn sərbəst həyata keçirilməsi yalnız qanunvericiliklə müəyyən edilən hallarda məhdudlaşdırıla bilər. Qanunverici paylı mülkiyyətdə olan əmlakın üzərində sərəncam verilərkən digər payçı(lar)a həmin payı əldə əldə etməkdə üstünlük hüququ tanımışdır. Lakin bu üstünlük hüququndan payın alınması ilkin olaraq digər payçıya təklif edildikdən sonra müəyyən müddət ərzində istifadə edilməzsə, payçı öz payını başqa şəxsə özgəninkiləşdirməkdə haqlıdır.
36. Mülki Məcəllənin 218.1-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.
37. İş materiallarından görünür ki, Aleksandra Kazımova xx.xx.2020-ci il tarixli ərizə ilə iddiaçıya müraciət edərək mənzildə olan ona məxsus payını 14.600 manata satdığını bildirmiş və payın alınmasını ilkin olaraq iddiaçıya təklif etmişdir.
38. Həmin təklif xarakterli ərizə poçt xidməti vasitəsilə iddiaçının qeydiyyatda olduğu ünvan 2 ünvanına, yəni hazırki iş üzrə iddiaçının paylı mülkiyyətində olan mənzilin aid olduğu ünvana göndərilmişdir.
39. İşin 22-ci vərəqində olan “Xəbərnamədən” görünür ki, həmin poçt göndərişi qeyd edilən ünvan üzrə Qonçarova soyadı (hazırki iş üzrə iddiaçının soyadı) qeyd edilməklə xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir.
40. İddiaçı bildirir ki, o, payın alınması barədə təklifin göndərildiyi ünvanda qeydiyyatda deyil, onun tərəfindən poçt göndərişi qəbul edilməmiş və “Xəbərnamədəki” imza ona məxsus deyildir.
41. İddiaçıya məxsus olan və xx.xx.2014-cü il tarixdə ASAN-2 tərəfindən verilmiş AZE suriyalı, ******** nömrəli “Şəxsiyyət vəsiqəsindən” də görünür ki, iddiaçı həqiqətən də başqa ünvanda, yəni ünvan 3dadır və payın alınması təklifinin göndərildiyi zaman da başqa ünvanda qeydiyyatda olmuşdur.
42. Payın alınması barədə təklifin iddiaçıya çatdırılmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə qoyula bilməz. Artıq qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 2(011)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Aleksandra xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu səbəbdən onun mülki işin baxılmasına cəlb edilməsi mümkün olmamışdır. Cavabdeh tərəf isə təklifin iddiaçıya çatdırılmasını təsdiq edən başqa sübut təqdim edə bilməmişdir.
43. Eyni zamanda, Məhkəmə tərəfindən “Elektron məhkəmə” infromasiya sistemində olan iddiaçının sərhədkeçmə məlumatlarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı xx.xx.2020-ci ildə ölkə ərazisini tərk etmiş, xx.xx.2021-ci il tarixdə yenidən ölkə ərazisinə qayıtmışdır. Yəni payın alınması barədə təklifin xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən alınması mümkün ola bilməzdi.
44. Belə olan halda, Məhkəmə hesab edir ki, Cavabdeh2 ilə satıcı olaraq Aleksandra Kazımova arasında mübahisəli sahəyə dair “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” bağlanan zaman iddiaçının Mülki Məcəllənin 218.3-cü maddəsində nəzərdə tutulmuş payı satın almaqda üstünlük hüququ pozulmuşdur.
45. Odur ki, iddiaçı həmin müqavilənin etibarlılığını mübahisələndirməkdə haqlıdır.
46. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, üstün alıcılıq hüququnun pozulması motivi üzrə əqd yalnız o halda etibarsız əqd kimi tanına bilər ki, iddia qaldırmış şəxs alıcı hüququnu özünə keçirmək istəmiş olsun, əks təqdirdə, həmin şəxsin bağlanmış əqdin ləğv edilməsinə hüquqi marağı olmamış olur. İddiaçı tərəfindən belə bir iddia irəli sürülməmişdir.
47. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin (maddə 218.3.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.).
48. Göründüyü kimi, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda hüququ pozulmuş şəxs “alıcının hüquq və vəzifələrinin ona keçirilməsi barədə” tələb irəli sürə bilər. Lakin bu o demək deyildir ki, onun alıcının hüquq və vəzifələrinin yaranmasına əsas olan əqdin etibarsız hesab edilməsi barədə” tələb irəli sürmək hüququ bununla istisna olunur. İddiaçı öz tələbini və onun əsasını müəyyən etməkdə sərbəstdir. Hazırki halda iddiaçı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia tələbi irəli sürməkdə və tələbinin əsası kimi onun pay satın almaqda üstünlük hüququ pozulmasına istinad etməkdə haqlı olmuşdur.
49. İddiaçının payı satın almaqda üstünlük hüququnun pozulduğu müəyyən edilmiş olsa belə, iddiaçı həmin hüququnun bərpası üçün müəyyən edilmiş xüsusi müddət ərzində iddia irəli sürmədiyi üçün onun iddiası əsassız hesab edilməlidir.
50. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
51. Göründüyü kimi hazırki iş üzrə əqdin etibarsız hesab edilməsi ilə bağlı müəyyən edilmiş xüsusi müddət 1 il təşkil edir və həmin müddətin başlanğıcı maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən hesablanmalıdır.
52. Rayon Məhkəməsində icraat zamanı məhkəmə baxışında iştirak etmiş iddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1z oğlu, iddia tələbini müdafiə edərək Rayon Məhkəməsinə verdikləri izahatlarında əlavə olaraq bildirmişlər ki, hazırda iddiaçının mübahisələndirdiyi əqd barədə iddiaçıya 2021-ci ilin iyun ayında Aleksandra Kazımovanın hüquqi varisi Cavabdeh2 ona və başqalarına qarşı etibarnamənin və həmin etibarnamə əsasında onunla bağlanmış xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırarkən məlum olmuşdur.
53. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi əqd barədə ona 2021-ci ilin iyun ayında Cavabdeh2 tərəfindən iddia qaldırılarkən məlum olduğu və göstərilən tələblə yalnız xx.xx.2022-ci ildə məhkəməyə müraciət etdiyi üçün qanunvericiliklə müəyyən olunmuş xüsusi iddia müddətini pozmuşdur.
54. İddiaçı özünün apellyasiya şikayətində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsindən” iddiaçının məlumatı Cavabdeh2 tərəfindən iddia qaldırılarkən deyil, həmin iş üzrə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ona təqdim edildikdən sonra məlumatı olmuşdur. İddiaçı tərəfindən hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Belə olan halda, qanunvericiliklə əqdin etibarsızlığı üçün bir illik müddət iddiaçı tərəfindən ötürülməmişdir.
55. Xətai Rayon Məhkəməsinin 2(011)-134/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, həmin iş üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddiaya etiraz etmişlər.
56. Həmin qətnamədən müəyyən edilir ki, iş materiallarında olan və 46 saylı Notariat Ofisi tərəfindən verilmiş x/1199 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə 46 saylı Notariat Ofisində 2V-25 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə Aleksandra Kazımovanın ərizəsi əsasında xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. 46 saylı Notariat Ofisində Aleksandra Kazımovanın adına vərəsəlik işi açılmamışdır. xx.xx.2021-ci il tarixdə 46 saylı Notariat Ofisində Aleksandra Kazımova ilə Cavabdeh2 arasında ünvan 4 ünvanında yerləşən mənzilə dair reyestrdə 4Ə-4 nömrə ilə qeyd edilmiş “Alğı-satqı müqaviləsi”, xx.xx.2016-cı il tarixdə Aleksandra Kazımova ilə X9 arasında reyestrdə 3M-994 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi bağlanmışdır, xx.xx.2021-ci il tarixdə Aleksandra X1 adına reyestrdə 7E-589 nömrə ilə qeyd edilmiş etibarnamə verilmişdir.
57. Həmin qətnamə ilə həmçinin müəyyən edilir ki, Cavabdeh2 özünün iddia ərizəsi əsaslandırarkən qeyd etmişdir ki, “xx.xx.2021-ci il tarixdə qeyd olunan mənzilin başqa şəxsə satılması zamanı A.Kazımovaya məlum olmuşdur ki, ona məxsus mənzilin bir hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır”.
58. Göründüyü kimi Aleksandra Kazımovanın xx.xx.2021-ci il tarixdə mənzildəki payını başqa şəxsə satması barədə məlumat iddia ərizəsinin məzmununda mövcud olmuşdur.
59. “Elektron məhkəmə” informasiya sisteminin mövcud imkanlarından istifadə etməklə Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-134/2022 saylı mülki iş üzrə iddia ərizəsi xx.xx.2021-ci il tarixdə verilmiş, 46 saylı Notariat Ofisinin x/1199 saylı, xx.xx.2021-ci il tarixli məktubu isə elektron kabinet vasitəsilə xx.xx.2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir.
60. Belə olan halda, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ötən 4 ay ərzində iddiaçının həmin iddia ərizəsi ilə tanış olmaması və mənzildəki payın satılmasından məlumatlı olmaması ağlabatan deyil. Ona görə də Məhkəmə iddiaçının payın satılmasından 2021-ci ilin iyun ayında məlumatı olması barədə əvvəl verdiyi izahatı əsas götürülməlidir.
61. Göründüyü kimi Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-134/2022 saylı mülki iş üzrə hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi müqavilənin bağlanması barədə məlumat iş materiallarında mövcud olmuşdur. Həmin prosesdə iştirak etmiş iddiaçının bundan xx.xx.2022-ci il tarixli qətnaməsinin ona rəsmi qaydada təqdim edildikdən sonra məlumatının olması barədə apellyasiya şikayətinin dəlili əsassızdır.
62. Nəzərə alınmalıdır ki, MPM-in tələblərinə görə, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (maddə 47.1.). İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər (maddə 47.2.). İşdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar (maddə 47.3.).
63. Mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə iclasında iştirak edən şəxslərə sədrlik edən tərəfindən onların prosessual hüquq və vəzifələri izah edilir. Məhkəmədə iddia qaldırıldıqdan sonra İddiaçı prosessual hüquq və vəzifələri barədə, habelə alğı-satqı müqaviləsinin mövcudluğu barədə məlumatı olmuşdur.
64. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərmişdir ki, kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci mad.). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. İddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu mad.), kəsilə (Mülki Məcəllənin 380-ci mad.) və müəyyən hallarda bərpa edilə ((Mülki Məcəllənin 382-ci mad.) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
65. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “B.Mürsəlovun şikayəti üzrə” xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
66. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə mübahisələndirdiyi əqd barədə ona 2021-ci ilin iyun ayında məlum olduğu və göstərilən tələblə xx.xx.2022-ci ildə məhkəməyə müraciət etdiyi üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür.
67. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsi müddətin buraxılması əsası ilə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiya baxışının nəticəsi
68. Beləliklə apellyasiya baxışının nəticələrini ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini iki əsasa görə rədd etsə də, həmin əsaslardan biri səhvdir. Lakin Rayon Məhkəməsi iddia tələbini həmçinin xüsusi müddətin buraxılması əsası ilə rədd etməklə faktlar nöqteyi-nəzərindən iş üzrə düzgün nəticəyə gəlmişdir.
69. Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
70. Odur ki, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Məhkəmə həmçinin bildirir ki, cavabdehlər və üçüncü şəxslər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, onlar hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
72. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiymətləndirilməyən iddiaya aid olduğundan iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
73. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən işdə iştirak edən digər şəxslər tərəfindən kassasiya şikayəti verilə bilməz.