Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6601/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Abonent saldosuna əsasən verilən qaz xətti üzrə **********10010 nömrə ilə qeydiyyata alınmış abonent koduna 10.366,08 manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına (abonent kodu **********10010) hesablanmış 10.366 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında olan **********10010 saylı abonent hesabına 2021-ci ilin yanvar ayında 885,60 manat, noyabr ayında 944,64 manat, 2022-ci ilin avqust ayında 1036,80 manat və dekabr ayında 1382,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 734,40 manat, mart ayında 734,40 manat, aprel ayında 734,40 manat, iyul ayında 544,32 manat, avqust ayında 181,44 manat, sentyabr ayında 181,44 manat, oktyabr ayında 246,24 manat, noyabr ayında 306,72 manat, dekabr ayında 306,72 manat, 2024-cü ilin yanvar ayında 306,72 manat, mart ayında 613,44 manat məbləğində borc yazılmışdır. Onun evində 2012-ci ildən bu yana yaşayış olmamış və təbii qazdan istifadə edilməmişdir. Yazılmış aktlara əlavə olunan fotoşəkillərin və kənar xəttin onun ünvanına heç bir aiddiyatı yoxdur. Məhkəmədən yerli baxış keçirilməsini və müvafiq ekspertiza təyin edilərək göstərilən halların yerində müəyyən edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2498/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı ünvan 1 ünvanına (abonent kodu: **********10010) hesablanmış 10.366 (on min üç yüz altmış altı) manat məbləğində borc silinməsi, 130,98 (yüz otuz manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı qarşı 11 AKT 2022-ci ilin may ayından sonra tərtib olunmuşdur.Eyni zamanda Aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlanmalı idilər.İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdir.Bu səbəbdən məhkəmə hesab edir ki, 11 AKT 2022-ci ilin may ayından sonra hesablanmış borc silinməlidir. Məhkəmədə müəyyən olundu ki, 2 AKT ( xx.xx.2021 və xx.xx.2021-ci il) 2022-ci ilin may ayından əvvəl tərtib olunmuşdur.Lakin “Azəriişıq” tərəfindən tərtib olunmuş saldodan müəyyən olunur ki, İddiaçı bu müddətlətdə cuzi məbləğlərdə işıqdan istifadə etmiş (məsələn soyuducu və s.) bu evdə yaşamamışdır.Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ünvanına 2 AKT üzrə heablanmış borc da silinməlidir.
6. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8.1-ci bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1.5-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 218.3, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2498/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən mənzilində qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan sənaye qaz cihazlarında istifadə edildiyi aşkar edilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki,abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 9874,08 (doqquz min səkkiz yüz yetmiş dörd manat səkkiz qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı(iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
19. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu **********10010) hesablanmış 10.366 manat borcun silinməsini xahiş etmişdir.
20. Saldodan müəyyən olunur ki, 2021-ci ilin yanvar ayı üzrə 885,60 manat, noyabr ayı üzrə 944,64 manat, cəmi 1830,24 manat zərər hesablanmışdır.
21. İşə baxan məhkəmə 2021-ci illər üzrə aktlara əsasən hesablanmış borcun silinməli olması qənaətinə gəlmişdir. Bunu onunla əsaslandırmışdır ki, həmin dövrdə işiqdan az istifadə olunmuşdur. Lakin saldodan müəyyən olunur ki, aktlar üzrə 2021-ci ildə 1830,24 manat, 2022-2024-cü illərdə 8043,84 manat, cəmi 9874,08 manat zərər hesablanmışdır. 491,92 manat debitor borcu olaraq hesablanmışdır. Kollegiya hesab edir ki, 2021-ci illər üzrə hesablanmış borcun silinməli olması barədə məhkəmə səhv nəticəyə gəlmişdir.
22. xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar, o cümlədən saldoya əsasən 2024-cü ilin yanvar və mart ayları üzrə aktlar üzrə borc hesablanmışdır. Qeyd edilən aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanuna 8-1 nömrəli maddənin tətbiqinə başlandığı tarixdən sonra (2022-ci il mayın 1-dən qüvvəyə minmiş) tərtib edilmişdir.
23. Göründüyü kimi qeyd edilən aktlar tərtib edilərkən artıq Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1 bəndi qüvvədə idi.
24. Həmin maddəyə əsasən əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
25. Abonent saldosundan müəyyən olunduğu kimi xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1036,80 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1382,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəlia akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 544,32 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 manat borc, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 246,24 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 306,72 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə - 306,72 manat, 2024-cü ilin yanvar ayı üzrə 306,72 manat və mart ayı üzrə 613,44 manat, cəmi manat 8043,84 məbləğində dəymiş ziyan məbləği hesablanmışdır.
26. Qanunvericiliyin tələbinə görə istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən xx.xx.2022-ci ildən – 2024-cü ilin mart ayınadək olan dövr üçün aktlar üzrə dəymiş ziyan olaraq hesablanmış borc məbləği silinməlidir.
27. Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin tam təmin edilməli olması ilə bağlı düzgün olmayan qənaətə gəlmişdir.
28. Belə ki, aktlar üzrə 2021-ci ildə 1830,24 manat, 2022-2024-cü illərdə 8043,84 manat, cəmi 9874,08 manat zərər hesablanmışdır. İşə baxan məhkəmə isə aktlar üzrə 10366 manat məbləğində borcu silməklə səhv qənaətə gəlmişdir.
29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-2498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanına (abonent kodu **********10010) hesablanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1036,80 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1382,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəlia akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 544,32 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 manat borc, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 246,24 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 306,72 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə - 306,72 manat, 2024-cü ilin yanvar ayı üzrə 306,72 manat və mart ayı üzrə 613,44 manat, cəmi manat 8043,84 borc silinməlidir.
30. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanına (abonent kodu **********10010) hesablanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1036,80 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1382,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəlia akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 544,32 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 manat borc, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 246,24 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 306,72 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə - 306,72 manat, 2024-cü ilin yanvar ayı üzrə 306,72 manat və mart ayı üzrə 613,44 manat, cəmi manat 8043,84 (səkkiz min qırx üç manat, səksən dörd qəpik) hesablanmış borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi qismən təmin edildiyindən 101 manat məbləğində pul Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov