Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6603/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6603/2025 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4395/2025 nömrəli 10 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 dekabr 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-cı il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal qaz sərfi 2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 12960 m3 itki hesablanmışdır.
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8856 m3 itki hesablanmışdır.
3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 210 gün, QSSQ-nin maksimal qaz sərfi 1.15 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 210 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 13608 m3 itki hesablanmışdır.
4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadı edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 210 gün, QSSQ-nin maksimal qaz sərfi 1.15 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 210 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 13608 m3 itki hesablanmışdır.
5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 18360 m3 itki hesablanmışdır.
6. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadı edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6120 m3 itki hesablanmışdır.
7. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6120 m3 itki hesablanmışdır.
8. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 12240 m3 itki hesablanmışdır.
9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük ş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3024 m3 itki hesablanmışdır.
10. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3024 m3 itki hesablanmışdır.
11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1512 m3 itki hesablanmışdır.
12. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1512 m3 itki hesablanmışdır.
13. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadı edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1512 m3 itki hesablanmışdır.
14. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2016 m3 itki hesablanmışdır.
15. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2520 m3 itki hesablanmışdır.
16. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2520 m3 itki hesablanmışdır.
17. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2520 m3 itki hesablanmışdır.
18. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3060 m3 itki hesablanmışdır.
19. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün və iran sobanın maksimal qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3060 m3 itki hesablanmışdır.
20. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında X4 məxsus evə baxış keçirilərkən abonet kodu **********00000 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3024 m3 itki hesablanmışdır.
21. Abonent kodu **********00000 olan abonent saldosundan görünür ki, X1 2021-ci ilin noyabr ayına olan 1382,40 manat, 2022-ci ilin noyabr ayına olan 4898,88 manat, 2023-cü ilin noyabr ayına olan 5054,40 manat, 2024-cü ilin noyabr ayına olan 1399,68 mana borc yazılmışdır.
22. X1 məxsus abonent kodu **********00000 olan ödəniş qəbzindən görünür ki, son olaraq xx.xx.2024-cü il tarixdə 3,78 manat ödənilmiş, yekun borc 847,38 manat təşkil edir.
23. X1 məxsus xx.xx.2024-cü il tarixdə 11914,59 manat ödənilmiş, yekun borc 13132,87 manat təşkil edir.
24. X1 məxsus abonent kodu **********00000 olan ödəniş qəbzindən görünür ki, son olaraq xx.xx.2024-cü il tarixdə 10 manat ödənilmiş, yekun borc 13127,91 manat təşkil edir.
25. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X5 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
26. İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 14217,16 manat məbləğində borcun və pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
27. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda abonent kodu (**********00000) mərhum atası X3 adınadır. Atası xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Bu yaxınlarda abonent kodu üzrə atasının adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Ona təqdim edilmiş sənədlərə əsasən, mərhum atası barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-cı il tarixli, ******* saylı akt xx.xx.2022-ci il tarixli, ******* saylı akt, xx.xx.2022-ci il tarixli, ******* saylı akt, xx.xx.2022-ci il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2023-cü il tarixli, ******* saylı akt, xx.xx.2024-cü il tarixli, ******* saylı akt, xx.xx.2024-cü il tarixli, ******* saylı akt, xx.xx.2024-cü il tarixli, ******* saylı akt və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Belə ki, cavabdeh qurum əgər 2017-2023-cü illərdə təbii qazdan qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmalı idi. Çünki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir.
28. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4395/2025 nömrəli 10 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddianın təmin edilməsi, İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 14.217,16 manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 132,65 manat dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, Cavabdehndən 300 manat hüquqi xidmət haqqının əvəzi tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir.
29. Məhkəmə hesab etmişdir ki, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair iddiaçıya akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, iddiaçıya poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarından müəyyən edilmir. Həmin aktları yalnız akt tərtib edilməsində maraqlı olan şəxslər imzalamış, iddiaçı tərəfindən aktın qəbul edilməsi ilə bağlı qeyd yazılmamışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz.
30. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir) məhkəməyə təqdim edilməmişdir.
31. Məhkəmə həmçinin qeyd etmişdir ki, istehlakçının üç ilə yaxın müddət ərzində qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
32. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına, Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 121.1, 216-220, və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
33. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı aid olan **********00000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
36. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
37. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
38. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
39. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
41. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
42. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
43. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
44. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
45. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
46. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
47. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
48. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
55. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
57. Göründüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
58. Baxılan iş üzrə isə iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.
59. Kollegiya həmçinin qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq kimi səlahiyyətli olmasına baxmayaraq, cavabdehin əməkdaşları bunu etməmişdir.
60. Kollegiya eyni zamanda apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının qaz xəttinə sayğacdan kənar qoşulmasını qeyd etsə də, buna dair sübutlar nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında məhkəməyə təqdim edilməmişdir.
61. Göründüyü kimi, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edilməsi faktı cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir.
62. Cavabdehin istinad etdiyi aktlar isə birtərəfli qaydada onun əməkdaşları tərəfindən tərtib edilmişdir, aktlar tərtib edilərkən heç bir halda iddiaçının iştirakının təmin edilməsi müəyyən olunmur.
63. Birinci instansiya məhkəməsi haqlı olaraq, iddianın təmin edildiyinə görə 132,65 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.
64. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir.
65. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq əsaslı olaraq hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı hüquqi yardım göstərilməsi üçün ödədiyi 300 manat pulun xeyrinə tutulması barədə tələbi təmin edilməlidir.
66. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4395/2025 nömrəli 10 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.