Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6610/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz borcun silinməsi” tələbinə dair iddiası, Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə (Açar sözlər: borcun silinməsi, maddi zərərin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə3, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(009)-883/2024 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh İB tərəfindən verilmiş ünvan 1 ünvan üzrə **********00310 nömrəli abonentin saldosundan görünür ki, ünvanda abonent tərəfindən qazdan istifadə olunsa da, 2018-ci ilin mart ayından 2021-cü ilin dekabr ayına qədər ödəniş edilməmiş və 8461,40 manat məbləğində borc yaranmışdır. 2.Həmin ünvanda yaşayan İddiaçı borcun əsassız olduğunu iddia edərək silinməsini xahiş etmiş, Cavabdeh İB isə həmin borcun tutulması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
3.İlkin iddia üzrə iddiası, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvana olan 5000 (beş min) manat borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. 4.İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətidədir. Cavabdeh İBnin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2018, 2019, 2020 və 2021-ci il tarixlərdə aktlar tərtib olunmuşdur. Aktda bildirilir ki, guya o, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Lakin bu tam yalandır. Akt tərtib olunarkən onun xəbəri olmayıb və o dəvət olunmamışdır, qanunsuz olaraq guya o, təbii qazdan qeyriqanuni istifadə etmiş və akta da imza etməkdən imtina etmişdir. O, elektrik cihazlarından istifadə etmişdir. O, bu barədə cavabdehə bildirəndə, ona məhkəməyə müraciət etməsini bildirmişlər. O heç bir kənar xəttən istifadə etməmişdir, akt onun iştirakı olmadan tərtib olunub. 5.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İB cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 8461,40 manat məbləğində zərərin və 104,62 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8566,02 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən ünvan 2 qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli 580836 saylı akt əsasında 777,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 95 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 403,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, cəmi 8461,40 manat məbləğində “Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 8461,40 manat təşkil edir. Yuxarıda qeyd edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kbinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsiri hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 7.xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8461,40 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə2 qarşılıqlı iddianı qəbul etməyərək, ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində 2018-2021-ci illərdə təbii qazdan istifadə qaydalarının pozulması barədə 40 akt tərtib edilmişdir. Həmin aktara əsasən, guya mənzildə təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin iddiaçı həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2018-2021-ci illlərdə təbii qazdan qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar elmişdirsə, niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Əgər həqiqətən qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini davandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 24 saat, 12 saat müddətinə olmaqla 180, 90, 60, 30 gün müddətləri üçün hesablanmışdır. 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, o, işdə olarkən (8 saat iş saatı) və eləcə də gecə yatarkən də (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 180, 90, 60, 30 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Yuxarıda qeyd olunan aktlar tərtib olunarkən iddiaçının xəbəri olmayıb və o dəvət olunmamışdır, guya o, təbii qazdan qeyri-qanuni istifadə etmiş və akta da imza etməkdən imtina etmişdir. İddiaçı 2018-2021-ci illərdə öz evində elektrik cihazlarından istifadə etmişdir. Bütün bu halları nəzərə alaraq iddianın təmin, qarşılıqlı iddianın isə əsassız olduğu və iddia müddətinin keçdiyi üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş, qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də bildirmişdir ki, iddiaçının ünvanında qaz sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Abonentin saldosundan göründüyü kimi, iddiaçı 2018-2024-cü illərdən qazdan qeyri-qanuni yolla istifadə etsə də, heç bir ödəniş etməmişdir. Cavabdeh İB tərəfindən Səbail rayon ərazisində yaşayan istehlakçılar, o cümlədən iddiaçı tərəfindən sayğacdan kənar qaz xətti vasitəs ilə qazdan qeydiqanuni istifadə, oğurluq nəticəsində Cavabdeh İB-nə ziyan dəyməsi və bununla bağlı qeyd olunan istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi barədə Səbail rayon İcra Hakimiyyətinə və Səbail rayon Polis İdarəsinə 2021-ci ildə dəfələrlə müraciətlər edilmişdir. Daha sonra bildirir ki, hazırki iş üzrə ekspert qarşısında qoyulan sualda ünvan 1 ünvanında yerləşən evə aid qaz xəttində, sayğaca qədər olan hissəsində qanunsuz qoşulmaya xarakterik qaynaq işlərinin olub olmaması sualı qoyulsa da, ekspert rəyindən görünür ki, tədqiqata yalnız boz rəngli sayğac və boru təqdim edilmişdir (rəyə əlavə edilmiş şəkildə sayğacın nömrəsi də görünmür) və nəticədə cavabdeh tərəfindən təqdim edilən fotoşəkillərdən görünən qanunsuz qoşulmanın olduğu ana xəttə baxış keçirilməmişdir. Bundan əlavə olaraq, hazırda Birliyin əməkdaşları ünvana qaz sayğacı və qaz xəttinə baxış keçirilməsi üçün dəfələrlə getmiş, qanunsuz qoşulmanın hazırda da mövcud olduğu aşkar edilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməsinə, o cümlədən qazın verilməsinin dayandırılmasına İddiaçı tərəfindən hədə-qorxulala, fiziki təsirlər göstərməklə, özünə xəsarət yetirməklə mane olunmuşdur. Göstərilənlərə əsasən iddianın əsassız olduğu üçün rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 25 sentyabr 2024-cü il tarixli, 2(009)-883/2024 saylı qətnaməsi ilə (hakim-Mədinə Bağırova) ilkin və qarılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğundan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 2820,46 (iki min səkkiz yüz iyirmi manat qırx altı qəpik) manat məbləğində zərər və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun tutularaq Cavabdeh hesabına köçürülməsi, qalan hissədə iddia və qarşılıqlı iddianən təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatın İddiaçı oğundan və Cavabdehndən bərabər hissələrdə tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan:
11. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş iddiaçıya məxsus ünvan 1 ünvanında təbii qazdan qeyri-qanuni istifadə edilməsi səbəbi ilə müxtəlif vaxtlarda tərtib edilən aktlar: xx.xx.2018-ci il tarixli 580836 saylı akt əsasında 777,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 95 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 403,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, cəmi 8461,40 manat məbləğində “Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.
12. Cavabdeh İB tərəfindən verilmiş ünvan 1 ünvan üzrə **********00310 nömrəli abonentin saldosundan görünür ki, ünvanda abonent tərəfindən qazdan istifadə olunsa da, 2018-ci ilin mart ayından 2021-cü ilin dekabr ayına qədər ödəniş edilməmiş və 8461,40 manat məbləğində borc yaranmışdır.
13. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2 3/1014 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. 14.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı yuxarıda qeyd olunan Qaydaların 6.5-ci yarımbəndinin tələblərini pozaraq, özbaşına olaraq qaz xəttinə qoşularaq qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən, Səbail rayonu, Gülbala Əliyev küçəsində x/ev 31-də qeydiyyatda olan İddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı aşkar olunmuş və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçının təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. 15.Məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, İddiaçı buna görə mülki məsuliyyət daşımalıdır. 16.Cavabdeh İB-yə dəymiş zərərin məbləğinin müəyyən edilməsinə gəldikdə, məhkəmə qeyd edilən aktlar üzrə ziyanın hesablanmasını 24 saatla aparılmasını ağlabatan hesab etməyərək, ziyanın məbləğinin 3 qat aşağı saatla, yəni 8 saatla aparılmasını ağlabatan hesab etmişdir. 17.Qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələb üzrə iddia müddəti ötürülməmişdir. 18.Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia və qarşılıqlı iddia qismən təmin edilməli, cavabbeh Cavabdeh İB-yə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə İddiaçı 2820,46 (8461,40 manat :3) manat tutularaq Cavabdeh hesabına köçürülməli, qalan hissədə iddia və qarşılıqlı iddia təmin edilməməlidir. 19.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 21.1, 21.2-ci; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 119, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20.Qətnamədən İddiaçı oğu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində 2018-2021-ci illərdə təbii qazdan istifadə qaydalarının pozulması barədə 40 akt tərtib edilmişdir. Həmin aktara əsasən, guya iddiaçının mənzilində təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2018- 2021-ci illlərdə təbii qazdan qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Əgər həqiqətən, qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Əgər cavabdehin göstərdiyi kimi idisə, o zaman çoxsaylı aktların tərtib edilməsindən sonra cavabdeh İB-nin işçiləri xidməti vəzifələrinə görə qazdan sayğacdankənar istifadənin qarşısının alınması üçün tədbir görməyə borclu idilər. Lakin, onlar tərəfindən heç bir tədbirin görülməməsi zərərin həcminin artmasına şərait yaradıb. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi sənədlərə düzgün hüquqi qiymət verilməmiş, mötəbər sübut kimi qəbul edilmiş, heç bir hüquqi əsas olmadan qətnamədə 8461,40 manat 3-ə bölünməklə 2820,46 manat ziyan məbləği hesablamışdır. Halbuki, məhkəmə tərəfindən hər hansı bir normativ hüquqi akta istinad edilmədən hesablama aparılmışdır. Məhkəmə cavabdehin təqdim etdiyi sübutları mötəbər sayıb qəbul etsə də, iddiaçının sübutlarını mötəbər saymamış, tərəflərin bərabərliyini pozaraq iddiaçının təqdim etdiyi sübutları iddiaçının təqdim etdiyi sübutlardan üstün tutmuşdur. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış, mənim cavabdehə 2820,46 manat ziyan vurmağı qeyd edilmişdir. Məhkəmə-trosoloji ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2 3/1014nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Lakin məhkəmə göstərilən rəyə məhəl qoymadan. Rəyi qəbul etməməsinin səbəbini qətnamədə göstərmədən onun təqsirli olmağı qənaətinə gəlmişdir. Məhkəmə ilk iddia tələbinin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlsə də və qətnamənin “qət etdi” hissəsində ilk və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini göstərsə də, yalnız qarşılıqlı iddia tələbi üzrə ondan 2820,46 manat zərər və 35 manat dövlət rüsumunun Azəriqaz İB-nin xeyrinə tutulmasını qət etmiş, lakin onun iddia tələbi üzrə təmin olunan, yəni silinməsini tələb etdiyi məbləği, həmin məbləğin silinməsini qət etməmişdir. Sual olunur ki, məhkəmə iddia tələbi üzrə nəyi təmin etmişdir?
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Apellyasiya şikayətinə qarşı Cavabdeh İB tərəfindən etiraz təqdim edilərək gösətilmişdir ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən cavabdehin ünvanına çəkilmiş təbii qaz xəttinə müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə kənar xətlə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması halları aşkar olunmuş və müvafiq aktlarla yerindəcə rəsmiləşdirilmişdir. Eyni zamanda cavabdehin təqsirli hərəkətlərindən irəli gələn həmin hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Cavabdeh iştirakı təmin edilmədən 14 vaqust 2024-cü il tarixdə keçirilmiş ekspertizada “ekspert qarşısında ünvan 2 ünvanında yerləşən evə aid qaz xəttində, sayğaca qədər olan hissəsində qanunsuz qoşulmaya xarakterik qaynaq işlərinin olub olmaması sualı qoyulsa da, ekspert rəyindən görünür ki, tədqiqata yalnız boz rəngli sayğac və boru təqdim edilmiş və nəticədə cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünən qanunsuz qoşulmanın olduğu ana xəttə baxış keçirməmişdir. Bu səbəbdən ekspert rəyi tam olmadığından sübut kimi qiymətləndirilməməlidir. Ekspertiza keçirilməsində iştirakının təmin edildiyini və kənar xəttin mövcud olmadığını qeyd edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi isə Birlik tərəfindən təqdim olunmuş fotoşəkillərdə olan görüntülərin ekspertiza zamanı tədqiq olunmasında maraqlı olmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsi yalnız elektrik enerjisindən istifadə edildiyini qeyd etsə də, bununla bağlı heç bir sübut (elektrik enerjisindən istifadəyə dair saldo) təqdim etməmişdir. Göründüyü kimi iddiaçının dəlilləri yalnız izahatdan ibarət olmuşdur. Bununla belə İddiaçı tərəfindən maneələr yaradılmasına baxmayaraq Birliyin əməkdaşları sonradan qaz sayğacı və qaz xəttinə baxış keçirilməsi üçün dəfələrlə getmiş, qanunsuz qoşulmanın hələ də mövcud olduğunu aşkar etmiş, çəkilmiş videogörüntülər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda qaz tənzimləmə məntəqəsinin istehlakçının həyətində yerləşdiyindən qaz paylayıcı tərəfindən qazın dayandırılması mümkün olmamışdır. Bununla belə hər hansı tədbirlərin görülməməsi halında belə qanunsuz olaraq istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyi olan İddiaçı məsuliyyətdən azad etmir. İllərlə qeydiyyatsız qaz sərfiyyatı edən iddiaçının məsuliyyətdən azad edilməsi isə bundan sonra da onun qaz xəttinə qanunsuz qoşulmağına motivasiya yaratmış olacaqdır. Qeyd edilənlərlə bərabər oxşar mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-317/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında (Elşad Şamayev, Elşanə Vəliyeva və Aqil Abbasov) məhkəmə kollegiyası hesab etmişdir ki, istehlakçının təbii qaz xəttinə sayğacdan kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, iddiaçının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Bu halda araşdırılmalı olan məsələ aktlar tətbiq olunduğu dövrdə cavabdehin yaşayış sahəsində istifadə olunmuş təbii qaza görə hər hansı ödənişin edilibedilməməsidir. Belə ki, həmin dövrdə qaz sayğacı vasitəsi ilə qazdan istifadə olunmadığı və həmin istifadəyə uyğun ödənişlər edilmədiyi halda, qazdan sayğacdan kənar istifadə edilməsi aşkardır.” Beləliklə, iddiaçı qaz xəttinə müxtəlif vaxtlarda müxtəlif üsullarla qanunsuz qoşulmuş və həyətində yerləşən mənzillərini dəyəri ödənilməyən qazla təmin etmişdir. Təbii qazdan istifadə qaydalarının tələblərinə görə qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsini daşıyır. Qeyd olunanlara əsasən verilmiş apellyasiya şikayətinin rədd edilməsi və Səbail Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(009)-883/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23.Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etmədi, etirazda göstərilənlərə uyğun məznunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: 25.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 27.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 28.Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 29.Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qidaməhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunolmasına dövlət nəzarətini. 30.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 31.Maddə 11.6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. 32.Maddə 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
33. 1.3 bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilmiş qazın alğısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
34. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 37.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini iddiaçının dəlillərinə münasibətdə qətnamənin ilkin iddianın rədd olunan və qarşılıqlı iddia tələbinin qismən təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(009)-883/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 41.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı yuxarıda qeyd olunan Qaydaların 6.5-ci yarımbəndinin tələblərini pozaraq, özbaşına olaraq qaz xəttinə qoşularaq qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən, Səbail rayonu, Gülbala Əliyev küçəsində x/ev 31-də qeydiyyatda olan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı aşkar olunmuş və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. 42.İş materiallarından göründüyü kimi, iddiaçının ünvanında qaz sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Abonentin saldosundan göründüyü kimi, iddiaçı 2018-2024-cü illərdən qazdan qeyri-qanuni yolla istifadə etsə də, heç bir ödəniş etməmişdir. İddiaçının silinməsini, cavabdehin isə zərərin əvəzinin ödənilməsini tələb etdiyi məbləğ xx.xx.2018-xx.xx.2021-ci illər üzrə tərtib olunmuş aktlar üzrə olmuşdur.
43. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, İddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, İddiaçı buna görə mülki məsuliyyət daşımalıdır. 44.Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərtib edilən aktlar üzrə ziyanın hesablanmasının 24 saatla aparılması ağlabatan olmadığından ziyanın məbləğinin 3 qat aşağı saatla, yəni 8 saatla aparılması ağlabatan hesab edilməlidir. 45.Ekspert rəyinə münasibətdə kollegiya qeyd edir ki, ekspert rəy verərkən artıq iddiaçının yaşadığı ünvan üzrə xx.xx.2024-cü il tarixdə sayğac quraşdırılmış və həmin vəziyyətə uyğun rəy verilmişdir. Aktlar isə xx.xx.2018-xx.xx.2021-ci illər üzrə tərtib olunmuşdur. 46.Buna görə də kollegiya hesab edir ki, məhkəmə aktar üzrə dəymiş zərərə münasibətdə ekspert rəyini mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. 47.Belə ki, MPM-in 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 48.İstinad olunan norma ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə yalnız ekspertin rəyinə əsaslanaraq qərar qəbul etmir. Bu rəy digər mövcud sübutlarla birlikdə tədqiq edilir və qiymətləndirilir. 49.Bundan başqa məhkəmə kollegiyası apellyatorun “Azərqaz” İB tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinin tələbinə əməl edilməməsi ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, istehlakçının təbii qaz xəttinə sayğacdan kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. 50.Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq, istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, cavabdehin qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Bu halda araşdırılmalı olan məsələ aktlar tətbiq olunduğu dövrdə cavabdehin yaşayış sahəsində istifadə olunmuş təbii qaza görə hər hansı ödənişin edilib-edilməməsidir. Belə ki, həmin dövrdə qaz sayğac vasitəsi ilə istifadə olunmadığı və həmin istifadəyə uyğun ödənişlər edilmədiyi halda, qazdan sayğacdan kənar istifadə edilməsi aşkardır. 51.Beləliklə, kollegiya hesab edir ki, sayğacdan kənar qazdan istifadə halı, yəni zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması, bununla da, iddiaçı tərəfindən zərər vurulması sübuta yetirildiyindən məhkəmə vurulmuş 2820,46 (iki min səkkiz yüz iyirmi manat qırx altı qəpik) manat məbləğində zərərin İddiaçı oğundan tutularaq Cavabdeh İB-nin hesabına köçürülməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. 52.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 54.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 55.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 56.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ prosessual qanunverciliyin tələblərinə uyğun şəkildə həll edilmişdir. 57.Həmçinin, mübahisələndirilən hissə 2820,46 manat zərərin tutulması hissəsi ilə bağlı olmaqla, həmin hissədə məbləğ 5000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 58.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı oğu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(009)-883/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günya Axundova
Fərrux Qasımov