Məhkəmə qərarları › İş №2(103)-6615/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6615/2021

30.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6615/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən aldığı DAF FTX 105.460T yük maşınının cavabdehə geri qaytarılması, DAF FTX 105.460T yük maşınının və “SCHMİT” markalı yarımqoşqu soyuducusunun alınması üçün cavabdehə ödənilmiş 55.000 (əlli beş min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi və cavabdehin qanunsuz olaraq ona məxsus pul vəsaitini özündə saxlayaraq gəlirdən məhrum edildiyi üçün əldən çıxmış faydaya görə 11.000 (on bir min) manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı iş üzrə mübahisəyə baxılanadək cavabdehə məxsus olan buraxılış ili 2012-ci il olan **-ZH-*** dövlət qeydiyyat nömrə nişanlı “KRONE YARİMQOŞQU”, buraxılış ili 2000-ci il olan **-HG-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES C220” minik markalı avtomobilinin, buraxılış ili 2006-cı il olan **-KH-*** dövlət qeydiyyat nömrə nişanlı “FİAT CROMA” minik markalı avtomobilinin, buraxılış ili 1995-ci il olan **-GC-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES C180” minik markalı avtomobilinin, buraxılış ili 2011-ci il olan **-XE-*** dövlət qeydiyyat nömrə nişanlı “FİAT DOBLO” minik markalı avtomobilinin, buraxılış ili 2006-cı il olan **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES BENZ VİANO” minik markalı avtomobilinin, buraxılış ili 1980cı il olan 99-ZF765 dövlət qeydiyyat nömrə nişanlı “SAFARİ 540 QOŞQU”, buraxılış ili 1990-cı il olan 10- VC-601 dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES 190” minik markalı avtomobilinin, buraxılış ili 2019-cu il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “BLYSS QOŞQU QOŞQU”, buraxılış ili 2006-cı il olan **-SB-*** dövlət qeydiyyat nömrə nişanlı “FİAT DOBLO” minik markalı avtomobilinin, buraxılış ili 2007-ci il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “GRAS GS YARİMQOŞQU YARİMQOŞQU” və buraxılış ili 2006cı il olan **-UP-*** dövlət qeydiyyat nömrə nişanlı “MAN TGA 18.430” yük avtomobillərinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4846/2020 nömrəli, 30.11.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh məxsus buraxılış ili 2012-ci il olan **- ZH-*** dövlət qeydiyyat nömrə nişanlı “KRONE YARİMQOŞQU”, buraxılış ili 2000-ci il olan **-HG-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES C220” minik markalı avtomobilinin, buraxılış ili 2006-cı il olan 90- KH-085 dövlət qeydiyyat nömrə nişanlı “FİAT CROMA” minik markalı avtomobilinin, buraxılış ili 1995-ci il olan **-GC-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES C180” minik markalı avtomobilinin, buraxılış ili 2011-ci il olan **-XE-*** dövlət qeydiyyat nömrə nişanlı “FİAT DOBLO” minik markalı avtomobilinin, buraxılış ili 2006-cı il olan **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES BENZ VİANO” minik markalı avtomobilinin, buraxılış ili 1980-cı il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “SAFARİ 540 QOŞQU”, buraxılış ili 1990-cı il olan **-VC-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES 190” minik markalı avtomobilinin, buraxılış ili 2019-cu il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “BLYSS QOŞQU QOŞQU”, buraxılış ili 2006-cı il olan 99- SB-807 dövlət qeydiyyat nömrə nişanlı “FİAT DOBLO” minik markalı avtomobilinin, buraxılış ili 2007-ci il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “GRAS GS YARİMQOŞQU YARİMQOŞQU” və buraxılış ili 2006-cı il olan **-UP-*** dövlət qeydiyyat nömrə nişanlı “MAN TGA 18.430” yük avtomobillərinin üzərinə həbs qoyulmuşdur. Cavabdehin həmin qərardaddan verdiyi şikayət üzrə işə baxan Bakı Apelyasiya Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(103)-2639/2021 saylı qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qərardadı ləğv edilmiş və növbəti prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 nömrəli, 07.05.2021-ci il tarixli qərardadı ilə Cavabdeh məxsus buraxılış ili 2006-cı il olan **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES BENZ VİANO” minik markalı avtomobilinin, buraxılış ili 2007-ci il olan **-ZF-*** dövlət qeydiyyat nömrə nişanlı “GRAS GS YARİMQOŞQU” və buraxılış ili 2006-cı il olan **-UP-*** dövlət qeydiyyat nömrə nişanlı “MAN TGA 18.430” yük avtomobillərinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh sözügedən qərardaddan şikayət vermiş və şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbirinə dair məsələni həll edərkən yalnız iddiaçının deyil, cavabdehin də qanunla qorunan mənafelərini nəzərə almalı olduğu halda, bu tələbə əməl etməmişdir. İddiaçı tərəf iddianı təminetmə tədbiri haqqında ərizədə cavabdehin vicdansızılığına dəlalət edən istənilən məlumatları təsdiq edən hər hansı sübut təqdim etməmişdir və məhkəmə də öz qərardadında belə bir sübuta istinad etməmişdir. Apardığı araşdırmalar və hesablamalar nəticəsində müəyyən etmişdir ki, “SCHMİTZ” markalı yarımqoşqunun (soyuducu tipli yarımyedek) və DAF FTXF 105460T YÜK markalı avtonəqliyyat vasitəsinin 2018-ci ilin dekabr ayı və 2019-cu ilinyanvar ayı üzrə orta bazar dəyəri 72800 markalı manat təşkil edir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin və nümayəndəsinin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar