Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6616/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə İddiaçı vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 09 saylı Notariat kontoruna və üçüncü şəxs qismində X14 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsilməsi tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-349/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Bakı şəhəri 09 saylı Notariat ofisi tərəfindən Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan X23 və ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.2007-ci il təvəllüdlü qızı - X15 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli 2V348 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə, ********** nömrə ilə verilmiş elektron arayışa və xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 ilə verilmiş Çıxarışa əsasən, ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsində yerləşən, ünvan 2 ünvanında qeydiyyatda yerləşən fərdi yaşayış evi ünvanında, “A” tikilisindən mərhum X29 məxsus olan ¼ hissədən və ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsindən ona məxsus hissədən İddiaçı miras payının alması üçün qanunvericiliklə müəyyən edilmiş müddət üzürlü hesab edilərək uzadılması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 09 saylı Notariat kontoruna və üçüncü şəxs qismində X14 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 09 saylı notariat kontorunun xx xxxxxx 2018-ci il tarixli miras əmlakın bərabər payları barədə hissəsinə alınması və həmin paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X24 vərəsələri- arvadı X25 və qızı X19r. O, vəfat etmiş X24 vərəsəsi - qızı İddiaçıdır və onun hüquqları notariat tərəfindən nəzərə alınmamışdır.Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və əlavə olaraq notariat kontoruna müraciət etmək müddətinin üzürlü səbəbdən buraxılmasna görə müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində həmçinin qeyd olunmuşdur ki, iddiaçının X13 anası X20 ilə faktiki nikahda olmuşlar. Onların faktiki nikahlarından İddiaçı anadan olmuşdur. Sonradan iddiaçının X13 ilə X20 arasında olan münasibətlər pozulmuş, Zakir Əliyev hazırkı iş üzrə 3cü şəxs X23 ilə ailə qurmuş bu nikahdan onların X30 adında bir qızları anadan olmuşdur. İddiaçı atası xx xxx 2018-ci ildə ölmüşdür. Həmin vaxt iddiaçı Türkiyə Respublikasında olduğundan atasının ölümü barədə ona məlumat verilməmişdir. İddiaçının onlarla münasibəti olmamışdır. İddiaçının atası ölən vaxtı o, Türkiyədə olduğundan ona məlumat verməyərək, atasından qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabarlı küçəsi, ev 6C; (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsində yerləşən 35) saylı evin A tikilisinin 4/1 hissəsinə miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq həmin əmlakın 8/1 hissəsinə dair X8 və 8/1 hissəsinə dair X15 adlarına ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. Atasının ölümü barədə ölümündən təxminən 7-8 ay sonra anası X20 xəbər tutaraq ona məlumat vermiş, iddiaçı da bunu bildikdən sonra Türkiyə Respublikasından Azərbaycana qayıtmışdır. Qayıtdıqdan sonra X23 ilə əlaqə saxlayaraq atasının dəfn olduğu yer barədə maraqlanmış, X23 hətta ona atasının dəfn edildiyi yeri belə göstərməmişdir. İddiaçı atasından miraz qalmış əmlakla bağlı onunda payının olmasını Dürdanə Tağıyevaya bildirsə də, Dürdanə Tağıyeva buna məhəl verməmişdir. Ona çatası miras əmlak payının verməkdən imtina etmişdir. Bundan başqa, Bakı şəhəri 09 saylı Notariat Kontoru mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, miras qoyanın digər vərəsələrini axtarmalı olduğu təqdirdə notariat kontoru bunu etməmişdir. Həmçinin, X23 notariat kontoruna ərizə ilə müracitə edərək, İddiaçı susmuş vərəsə kimi nəzərə alınmasını bildirərək, qanun üzrə şəhadətnamə verilməsini xahiş etmiş, bununla əlaqədar X3 Günel Zakir qızı barəsində bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı TürkiyəRespublikasında olduğundan, yalnız atasının ölümündən 7-8 ay sonra xəbər tutaraq Azərbaycana gəldiyindən hesab edir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasını üzürlü hesab edərək uzadılması və verilmiş qanun üzrə vərəsəlik haqqında verilmiş şəhadətnamə ləğv edilməlidir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs qismində X23 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətin etiraz edərək təmin olunmamasını xahiş edən iddiaçının vəkili X2 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1963-cü ildə Ucar rayonunda anadan olmuşdur. X12, anası isə X16r. İşdə olan Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 1739 saylı arayışdan görünür ki, X26 xx xxxx 2007-ci ildə Bakı şəhərində ölmüşdür. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1988-ci ildə Ağdaş rayonunda anadan olmuş, X13, anası X9r. İşə əlavə edilmiş AZE seriyalı ******** saylı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Ağdaş şəhərində doğlulmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan AZE seriyalı 14683187 saylı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X4 şəhərində doğlulmuş, Ağdaş şəhəri, H.Əliyev prospekti - 86/38 ünvanında qeydiyyatdadır. İşdə olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X31 xx.xx.2018-ci ildə Bakı şəhərində vəfat etmişdir. İşdə olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ 096276 saylı «nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X31 ilə X23 arasında xx.xx.2016cı ildə nikah bağlanmış, nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2007-ci ildə Masallı rayonunda anadan olmuşdur. X13, anası X17r. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx xxxxxxx 2007-ci ildə X7 doğulmuş X10 atası hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 6C (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsi, ev 35) xüsusi mülkiyyət hüququ üzrə X24 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. A tikilisindən ¼ hissə X24, ¾ hissəsi və B tikilisi isə X11 paylı mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X24 paylı mülkiyyətində olan A tikilisinin ¼ hissəsi və X11 paylı mülkiyyətində olan A tikilisinin ¾ hissəsi və B tikilisi barəsində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. xx xxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X24 vərəsəsi Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan arvadı X23 və ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.2007-ci il təvəllüdlü qızı - X19r və onlar miras əmlaka pay almaları təsdiq edilmişdir. Şəhadətnamədə verilən miras əmlak: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə. ********** nömrə ilə verilmiş elektron arayışa və xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 ilə verilmiş Çıxarışa əsasən, ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsində yerləşən, ünvan 2 ünvanında qeydiyyatda yerləşən fərdi yaşayış evi ünvanında, “A” tikilisindən mərhum X29 məxsus olan ¼ hissədən və ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsindən ona məxsus hissədən ibarətdir. İş materiallarında olan X15 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş ünvan 6 ünvanında qeydiyyatda olmuş X21 fərdi yaşayış evi miras qalmışdır. Göstərilən əmlaka qanun üzrə (nikah dövründə əldə olunmuş paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan X8 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş ünvan 6 ünvanında qeydiyyatda olmuş X21 fərdi yaşayış evi miras qalmışdır. Göstərilən əmlaka qanun üzrə (nikah dövründə əldə olunmuş paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə X23 ölmüş şəxs (miras qoyan) X24 qanun üzrə vərəsəsi kimi qeydiyyata alınmışdır. X6 AQİS-dən çıxarışdan görünür ki, İddiaçı X13, anası X20 olması barədə məlumat vardır. X8 9 saylı Notariat Kontoruna ünvanladığı ərizədən görünür ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X24 vərəsəlik işi ilə əlaqədar olaraq ondan miras qalmış vərəsəlik hüququ haqqında şəhadətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1273-1 –ci maddəsini (Vərəsənin susması) əsas tutaraq digər vərəsənin (İddiaçı) susmuş vərəsə kimi nəzərə alaraq onların adlarına “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsini xahiş etmiş, bununla əlaqədar bütün məsuliyyəti öz üzərlərinə götürməsini bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 6C (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsi, ev 35) xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. «A» tikilisindən 1/8 hissə X15, ¾ hissəsi və «B» tikilisi X22, «A» tikilisindən 1/8 hissə isə X8 paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı dövlət sərhədindən sonuncu dəfə çıxışı xx.xx.2017-ci ildə girişi isə xx.xx.2019-cu ildə İAMAS bazasında qeydə alınmışdır. İddiaçı xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə Azərbaycan Respublikasının ərazisində olmaması onunadına olan xarici pasportda olan möhürlərilə də təsdiq edilir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, X31ilə X20 ilə faktiki nikahmünasibətlərindən xx.xx.1988-ci ildə İddiaçı anadan olmuşdur. Sonradan Zakir X5 ilə xx.xx.2016-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, bu nikahdan onların xx.xx.2007-ci ildə X30 adlı uşaqları anadan olmuşdur. X31 xx xxx 2018-ci ildə ölmüşdür. Ölən anında mərhumun Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə ********** nömrə ilə verilmiş elektron arayışa və xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 ilə verilmiş Çıxarışa əsasən, ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsində yerləşən, ünvan 2 ünvanında qeydiyyatda yerləşən fərdi yaşayış evi ünvanında, “A” tikilisindən mərhum X29 məxsus olan ¼ hissədən və ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsindən ona məxsus hissədən ibarət əmlakı olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabarlı küçəsi, ev 6C; (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsində yerləşən 35) saylı evin A tikilisinin 4/1 hissəsinə miras əmlak barədə Bakı şəhəri 09 saylı Notariat ofisi tərəfindən xx xxxxxx 2018-ci il tarixli 2V-348 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin əmlakın 8/1 hissəsinə dair X23 və X15 adlarına ƏMDK yanında DƏDRX tərəfindən çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan etməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.1159.1-ci və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2ci maddəsinin tələblərinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən isə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə də, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” Qanunun 59-cu maddəsinə görə isə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Mülki Məcəllənin 1318-ci maddəsinə görə, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir. Göründüyü kimi, mərhum X24 1-ci növbədə 3 vərəsəsi: nikahda olan arvadı X23 və onların bu nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü qızı, X30, eləcə də, əvvəlki faktiki nikahından xx xxxxxxxx 1988-ci ildə anadan olmuş İddiaçı olsa da, Bakı şəhəri 09 saylı Notariat Kontoru tərəfindən 3-cü şəxsə və onun qızının adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, miras qoyanın digər vərəsəsi İddiaçı barədə X6 AQİS-dən çıxarış barədə notariatda məlumat olduğu halda notarius onu axtarmalı olduğu təqdirdə bunu etməmiş, əksinə X8 notariat kontoruna ərizə ilə müraciət edərək, digər vərəsə olan İddiaçı «susmuş vərəsə» kimi nəzərə alınmasına dair ərizəsini alması ilə kifayətlənmişdir. Halbuki, işin materiallarından görünür ki, X24 xx.xx.2018-ci il tarixdə vəfatı zamanı İddiaçı Azərbaycan Respublikasının ərazisində olmaması Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli məktubunun və iddiaçının adına xarici pasportun məzmunları ilə təsdiq edilir. Belə ki, həmin sənədlərdən görünür ki, dövlət sərhədindən iddiaçının sonuncu dəfə çıxışı xx.xx.2017-ci ildə, girişi xx.xx.2019-cu ildə İAMAS bazasında qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının 3-cü şəxsin ona atası ölən vaxtı Türkiyədə olduğundan ona məlumat verməməsinə dair dəlillərini də işin halları ilə uzlaşdığı üçün haqlı olaraq inandırıcı saymışdır. Belə ki, 3-cü şəxs bunun əksini təsdiq edən sübutlar təqdim etməmiş, hətta 3-cü şəxsin vəkili hüquqlarını təmsil etdiyi şəxsin iddia ilə bağlı mövqeyini məhkəməyə bildirərək hazırkı iddiaçının X33 olsa da eyni adların təsadüfən üst-üstə düşmə hallarına rast gəlinməsinə istinad etmiş, iddiaçının 3-cü şəxs X8 mərhum ərinin qızı olmamasını bildirmişdir, başqa sözlə iddiaçının mərhumun vərəsəsi olmasını şübhə altına almış, lakin bunun təsdiqi kimi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası 3-cü şəxsin apellyasiya şikayətində göstərilən dəlillərə tənqidi yanaşır və qeyd edilən dəlilin iş materiallarında olan X8 «vərəsənin susması» ilə bağlı 9 saylı Notariat Kontoruna ünvanladığı ərizənin məzmunu ilə tam təkzib olunması qənaətinə gəlir. Sözügedən ərizə ilə X3 Günel Zakir qızının digər vərəsə olmasını etiraf etmiş, lakin onun susmuş vərəsə kimi nəzərə alaraq adlarına “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsini, bununla əlaqədar bütün məsuliyyəti öz üzərinə götürməsini qeyd etmişdir. Kollegıya hesab edir ki, Bakı şəhəri 09 saylı Notariat ofisi tərəfindən X23 və xx.xx.2007-ci il təvəllüdlü qızı - X15 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli 2V-348 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliyin və «Notariat haqqında» Azərbaycan Respublikası Qanunununtələblərinin, eləcə də iddiaçının qanunvericiliklə tanınan və qorunan hüquqlarının pozulması ilə verildiyindən haqlı olaraq etibarsız hesab edilmişdir. Vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzmləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi notariat kontoruna müraciət etmək müddətinin üzürlü səbəbdən buraxılmasna görə müddətinin uzadılması hissəsində də haqlı olaraq təmin edilməklə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə. ********** nömrə ilə verilmiş elektron arayışa və xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 ilə verilmiş Çıxarışa əsasən, ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsində yerləşən, ünvan 2 ünvanında qeydiyyatda yerləşən fərdi yaşayış evi ünvanında, “A” tikilisindən mərhum X29 məxsus olan ¼ hissədən və ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsindən ona məxsus hissədən İddiaçı miras payı alması üçün qanunvericiliklə müəyyən edilmiş müddət üzürlü hesab edilərək uzadılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsi mirasın qəbul edilməsi, 1248-ci maddəsi isə mirasın qəbul edilmə vaxtının uzadılması nəzərdə tutmuşdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə mirasın qəbul edilmə vaxtının uzadılması nəzərdə tutmuşdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.1. və 1243.2. maddələri). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunan Məcəllənin 1248.1-ci maddəsinə əsasən isə mirasın qəbul edilməsi üçün 6 müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzəz alaraq, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: 3-cü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6616/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6616/2020
22.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver