Məhkəmə qərarları › İş №2(103)-6619/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6619/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6619/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Əilyar oğlu və vəkili X4 və ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Əilyar oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə və Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “müqavilənin ləğvi və pul tələbi”nə dair Nərimanov Rayon Məhkəməsinin 2(005)-847/2021 saylı işi üzrə 02.04.2021-ci il tarixli qətnamədən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Əlyar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "NBC Lizinq” MMC ilə aralarında olan kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 25.02.2020-ci il tarixli 569 nömrəli müqavilə üzrə öhdəliyinin cavabdeh "NBC Lizinq” MMC yerinə yetirmədiyinə görə cavabdehlə aralarında olan 25.02.2020-ci il tarixli 569 nömrəli müqavilənin ləğv edilməsini, cavabdeh "NBC Lizinq” in digər cavabdeh Ləğv etmə prosesində olan "NBC Bank” ASC- də olan hesab nömrəsinə köçürdüyü 19106 (on doqquz min yüz altı) manat pulun iddiaçıya ödənilməsi ilə bağlı öhdəliyinin cavabdehlər "NBC Lizinq” MMC və ləğvetmə prosesində olan "NBCBank” ASC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-847/2021 saylı işi üzrə 02.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 421.2, 747.1, 747-5.1, 748-1.5, 748-7.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı "NBC Lizinq” MMC ilə 25.02.2020-ci il tarixli müqavilə üzrə 48300 manat müqabilində 19102 manat məbləğində "NBC” Bank ASC-nə ilkin ödəniş etmişdir. Lakin cavabdeh tərəf müqavilə üzrə üzrə üzərinə düşən öhdəliyi yəni "traktor Belarus 1025” texnikasını lizinq alanın isitifadəsinə verməməmklə müqavilədən irəli gələn şərtləri pozmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçı 25.02.2020-ci il tarixli 569 saylı lizinq müqaviləsinin ləğvini və cavabdehin hesab nömrəsinə köçürdüyü 19106 manat məbləğində pul vəsaitini ona qaytarmaq üçün tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, "NBC Bank” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 1 Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 3ərdir (səh.12-13), İddiaçı tərəfindən "NBC Lizinq” MMC ünvanlanmış məktubla "NBC Lizinq” ilə aralarında olan müqavilənin qarşılıqlı olaraq ləğv edilməsi və "NBC Lizinq” MMC-nin hesabına ödədiyi 19106 manatı iddiaçıya geri qaytarılmasını təmin etməyi xahiş etmişdir (səh.14), 25.02.2020-ci il tarixli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə iddiaçı ilə "NBC Lizinq” MMC arasında bağlanmış 569 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 28980 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların bu müqavilənin 1.1-ci bəndində göstərilən 28980 manat dəyərindən 17480 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.6-cı bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndində göstərilən şərtə əməl olunduqda lizinq verən lizinq alan tərəfindən təqdim olunan bütün sənədləri araşdırmalı və texnikaya mülkiyyət hüququnun 10 iş günü ərzində lizinq alana verilməsini rəsimləşdirmək üçün lazım olan bütün hərəkətləri icra etməlidir. Müqavilənin 3.14-cü bəndinə əsasən əgər lizinq alan bu müqavilənin 2.2.5-ci maddəsinə uyğun olaraq, texnikanı idarə etmək üçün müvafiq sürüclük vəsiqəsi olan mexanizator təmin etməzsə, lizinq verən texnikanı lizinq alana təhvil verməmək hüququna malikdir. (səh.15),iddiaçı 25.02.2020-ci il tarixdə "NBCBank” Açıq Səhmdar Cəmiyyətinə 19106.25 manat məbləğində ilkin ödəniş etmişdir (səh.22) . Cavabdeh Ləğv prosesində olan ‘NBC Bank” ASC apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-847/2021 saylı 02 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə hazırki işin LPO "xxxx" ASC ilə heç bir əlaqəsi yoxdur və Bank bu iş üzrə tərəf kimi çıxış edə bilməz. Belə ki, məhkəmənin qeyd etdiyi “cavabdehin hesab nömrəsinə” ifadəsindən də aydın olur ki, cavabdeh deyərkən Bank deyil, məhz lizinq şirkəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, sözügedən mübahisə ilə bağlı Bankın heç bir öhdəliyi olmamış, Bank bu münasibətlərdə sadəcə xidmət göstərmə funksiyasını yerinə yetirmişdir. Bankda açılmış hesablar üzrə sərəncamı Bank deyil, yalnız hesabı açmış şəxs verə bilər. Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 -ci maddəsinə əsasən imtina olunmalıdır..” Beləliklə, İddiaçı Əlyar oğlu tərəfindən irəli sürülmüş iddia məhkəmə tərəfindən nəinki icraata qəbul edilməməli, ümumiyyətli ərizənin qəbulundan imtina edilməli idi. İddiaçının pul tələbi Azərbaycan Respublikası Banklar haqqında qanunun 77ci maddəsinə əsasən qeydə alınmış kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli idi. Müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Məhkəmə kollegiyasının iclasında iştirak edən ləğv prosesində olan ‘NBC Bank” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, lizinq şirkəti ilə fərqli hüquqi şəxslər olduqlarını, lizinq müqaviləsi üzrə öhdəlik daşımadıqlarını, sadəcə lizinq şirkətinin onların bankında hesabının olduğunu, hal-hazırda həmin hesabın digər hesablar kimi fonda daxil olduğunu bildirmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Əilyar oğlu və vəkili X4 apellyasiya şikayətini qəbul etməyərək, müqavilə bağlanıldığını, vəsaitin bankda olan hesaba köçürürldüyünü bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh «NBC Lizinq” MMC iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisə edilən hissədə Mülki Məcəllənin 21, 385-391, 421, 442, 448, 747- 751; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 106.2, 119.1, 151, 216, 217, 227, 233, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, cavabdeh Ləğv prosesində olan "xxxx" ASC başqa hüqüqi şəxs olmaqla iddiaçı ilə müqavilə münasibətlərində olmamış və o hər hansı əsasla öhdəlik daşıya bilməz. Ona görə də ona münasibitdə iddia rədd edilməklə qətnamə dəyişdirilməli və həmin hissədə qətnamə qismən ləğv edilməli, qalan hissədə (şikayət verilmədiyindən) əsaslar müəyyən edilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Ləğv prosesində olan ‘NBC Bank” ASC-nin apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-847/2021 saylı işi üzrə 02.04.2021-ci il tarixli qətnaməsi qismən –cavabdeh ləğvetmə prosesində olan "NBCBank” ASC-nə aid hissəsində ləğv edilsin. İddia qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar