Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6625/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-564/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 564/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X1 direktoru İddiaçı Cavabdeh Nadir oğluna qarşı pul tələbinə iddiası təmin edilməmişdir. İddiaçı "xxxx" X1 direktoru İddiaçı həmin qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-564/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı ərizəsi təmin edilməmiş və ödənilmiş 31.50 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmışdır. Məhkəmə qənaətində göstərib ki, hazırkı iş üzrə İddiaçı məhkəmənin 03 sentyabr 2024-cü il tarixli 2(002)-564/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş və iddiaçı qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir. Göründüyü kimi İddiaçı apellyasiya şikayəti vermə müddətini 2 gün ötürmüş, müddətin ötürülməsinə səbəb kimi səhhətinin yol verməməsinə dair sübutları ərizəyə əlavə etməmiş, ərizəni əsaslandırılmamışdır. Məhkəmə İddiaçı qeyd etdiyi “səhhəti ilə bağlı problemi” kimi halları üzrlü səbəblər kimi qiymətləndirməyərək qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-564/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürülməsi halını müəyyən etmək mümkün olmamışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək ləğv, ərizəsinin isə təmin edilməsini xahiş etmiş, şikayətini bununla əsaslandırmışdır ki, səhhəti ilə bağlı şikayət vermə müddətini ötürmüşdür. Belə ki, mövsümi olaraq, payız fəsli olduğundan havaların soyuq, küləkli və yağıntılı keçdiyinə görə təzyiqi qalxmış, yüngül formada zökəm olmuşdur. Bu halı da təsdiq edə biləcək hər hansı bir rəsmi sənəd və arayış ola bilməz. Bununla da, cəmi bir gün apellyasiya şikayətini elektron kabinetə yerləşdirməyə gecikmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-564/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayəti təmin etməmə barədə mövqeyini bununla əsaslandırmışdır ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmişdir. İddiaçı elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə şikayətdəki mövqeyini təkralayaraq məhkəmədən birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Cavabdeh Nadir oğlu tərəfindən isə hər hansı sübutlar, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İşdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 564/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi 19 sentyabr 2024-cü ildə İddiaçı elektron kabinetinə (bax.i.v.178) yerləşdirilmişdir. Qətnamədən isə 22 oktyabr 2024-cü il tarixdə, yəni 33 gün sonra elektron kabinet vasitəsilə şikayət vermişdir. Məhkəmə tərkibi qeyd edir ki, İddiaçı şikayət vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizədə və şikayətdə göstərilən dəlillər əsas olmadığından şikayət təmin edilə bilməz. Çünki onun şikayət vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Mülki Prosessual Məcəllənin 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıdan sadalanan prosessual hüquq normalarından da göründüyü kimi elektron kabineti olan şəxslərə məhkəmə sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə çatdırılır və məhkəmə aktlarından şikayətin elektron kabinet vasitəsilə elektron sənəd formasına tərtib edilib, imzalanıb təqdim edilməsi Mülki Prosessual Məcəllənin imperativ tələbidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-564/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-564/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6625/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6625/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver