Məhkəmə qərarları › İş №2(103)-6629/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6629/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6629/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2798/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.11.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 588 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu olmaqla 646 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 15.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-sutqı qiyməti 700 manat (20 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********00695 olan X5 8 markalı telefon almış və nəticədə 646 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 112 manat təşkil edir.Qətnamədən iddiaçı X1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2798/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 15.11.2019-cu il il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 588 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu olmaqla, cəmi 596 (beş yüz doxsan altı) manat borc və ödənilmiş dövlət rüsumunun 27,60 (iyirmi yeddi manat 60 qəpik) manat hissəsinin alınıb İddiaçı MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir ( sədrlik edən: Sərdar Mehrəliyev). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər barışıq sazişini təqdim etmişlər. Barışıq sazişinin şərtlərinə görə cavabdeh qət olunmuş 623.6 manatdan telefon təmiri üçün 120 manat azaldılmasını, iddiaçı isə yerdə qalan 503.6 manatın ödənilməsini öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Y.Məmmədov barışıq sazişinin təsdiq olunmasının nəticələrinin ona aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq olunmasının nəticələrinin ona aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2798/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdehin telefon təmiri üçün 623.6 (altı yüz iyirmi üç manat altı qəpik) manatdan 120 (bir yüz iyirmi) manat azaldılmasını, iddiaçının isə yerdə qalan 503.6 (beş yüz üç manat altı qəpik) manatın ödənilməsini öhdəsinə götürməsinə dair barışıq sazişinin şərtləri təsdiq edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2798/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar