Məhkəmə qərarları › İş №2(103)-6637/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6637/2023

14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6637/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı oğlunun iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı «cərimə borcunun silinməsi» tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2485/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı «cərimə borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X2 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən ona hesablanmış 3.836,16 manat məbləğində cərimə borcunun Cavabdeh tərəfindən onun **********00290 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.831,16 manat məbləğində zərərin və 58,32 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3.889,48 manat pulun İddiaçı məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2485/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 14 noyabr 2023cü il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Belə ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mülki işin birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(006)-2485/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(006)- 2485/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2023-cü il tarixli 2(103)- 6637/2023 saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayətə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar