Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6638/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elnur Həsənovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İsriafil oğlunun Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Cavabdeh MMC-nin direktoru tərəfindən verilmiş, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 12.08.2020-ci il tarixli, 2 №-li əmr ləğv edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin əmr ləğv edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı Cavabdeh MMC-nin direktoru olub. MMC-nin yeni direktoru Avtandil Əmiaslanov (iddiaçının qardaşı) tərəfindən verilmiş 12.08.2020-ci il tarixli, 2 №-li əmrlə əmr edilib ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə) əsasən xitam verilsin. Eyni tarixə - 12.08.2020-ci ilə aid olan, Cavabdeh MMC-də keçirilmiş ümumi yağıncağın iclasının protokolundan görünür ki, təsisçi Aftandil Əmiaslanov, ekspeditor Zaur Nəbiyev və mühasib Əli Oruclunun iştirakı ilə iclas keçirilmiş və yekdilliklə qərara alınmışdır ki, direktor (iddiaçı) tutduğu vəzifədən qovulsun. Qərar onunla əsaslandırılıb ki, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı 16.06.2020-ci il tarixdən 07.08.2020-ci il tarixədək vəzifəsinin öhdəindən layiqincə gəlməmiş və firmaya küllli miqdarda zərər vurmuşdur. Əmr və qərar əsaslandırılmayıb. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Lakin iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, habelə vəzifəsinin öhdəsindən layiqincə gəlməməsinin və MMC-yə küllli miqdarda ziyan vurmasının nədə ifadə olunması açıqlanmayıb, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməyib. Ona görə də məhkəmə hesab edir ki, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi həmin maddənin göstərişinə uyğun deyil, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6638/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6638/2021
09.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver