Məhkəmə qərarları › İş №2(103)-6642/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6642/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6642/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3442/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı alqı-satqı faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3442/2023 saylı, 11 sentyabr 2023cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdehlər Bakı şəhəri, Xəzər rayonu ərazisində qeydiyyatda deyildir. Cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Cavabdehə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməklə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə göstərib ki, mübahisə predmeti olan əmlak Xəzər rayonu ərazisində yerləşir, onun tələbi Şakir Baloğlanovun miras əmlakı faktiki onun xeyrinə qəbul etməməsinə, Saziş bağlayaraq vərəsəlik hüququndan imtina etməsinə, əsas vərəsə vəfat etdiyindən ondan sonrakı vərəsələrin maraqlarına toxunan məsələ olduğu üçün cavabdeh qismində hazırki mübahisənin açılmasına əsaslanır. Tələbinin hüquqi əsası onun həmin əmlaka gözlənilən mülkiyyət hüququnun təsdiq olunmasına yönəlmişdir ki, bu halda da iddia aidiyyəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aiddir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3442/2023 saylı, 26 sentyabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki işin ərazi aidiyyəti üzrə də məhz Xəzər Rayon Məhkəməsində baxılmalı olmaması mübahisəsiz olmalıdır. Başqa sözlə, qeyd olunan norma məhkəməyə ərazi aidiyyətinə əməl edilməməsinə görə iddia ərizəsini geri qaytarmağa imkan verir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından məlum olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar, digər cavabdehin hüquqi ünvanı isə ünvan 2ənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddiaçının mövqeyi budur ki, mübahisə predmeti olan əmlak Xəzər rayonu ərazisində yerləşdiyindən mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Yəni, başqa sözlə, iddiaçı müstəsna aidiyyət qaydalarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, alqı-satqı faktının tanınması barədə iddia ərizəsinin icraata qəbulu ilə bağlı maddi və prosessual hüquqi əsas olacağı təqdirdə bu tələbə münasibətdə müstəsna aidiyyət qaydaları deyil, ərazi aidiyyəti ilə bağlı ümumi qaydalar tətbiq olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Hazırki tələb isə MPM-in 39.1 və 39.2-ci maddələrinin tələblərinə uyğun deyil və bu vəziyyət heç bir halda məhkəməyə müraciət hüququnu əsassız olaraq məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3442/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3442/2023 saylı, 11 sentyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar