Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6645/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Musayeva Ofelya Mehdiqulu qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin qanunsuz sahiblikdən geri qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Musayeva Ofelya Mehdiqulu qızının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2906/2022 saylı iş üzrə 27 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli 2(004)-5645/2011 saylı qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə ərizəçi Cavabdeh1 qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək, Cavabdeh1 Musayeva Nigar Məhərrəm qızının bacısı oğlu olması faktının müəyyən edilməsi, Musayeva Nigar Məhərrəm qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin evə mülkiyyət hüqununun tanınması qət edilmişdir.
2. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
3. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2011-ci il tarixli Bakı şəhəri 29 saylı Notariat Kontorunun dövlət notariusu C.M.Paşalı tərəfindən təsdiqlənmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzili 50000 manata Cavabdeh2 satmışdır.
4. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
5. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli 2(103)- 3880/2014 nömrəli qərardadınn surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2014-cü il tarixli qərardadı ilə maraqlı şəxs Musayeva Ofelya Mehdiqulu qızının apellyasiya şikayəti qismən təmin edilərək, məhkəməyə aid hüquq haqqında mübahisə olduğundan iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Cavabdeh1 ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilməsi və ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin Musayeva Nigar Məhərrəm qızının adına qeydiyyatınin bərpa edilməsi və qərardadın icrasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
6. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli 2(102)-4886/2015 nömrəli qərarının surətindən görünür ki, müvfiq qərardad ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli 2(103)-3880/2014 nömrəli qərardadından verilmiş şikayət təmin edilməmişdir.
7. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-6261/2015 saylı qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilk iddia üzrə iddiaçı Musayeva Ofelya Mehdiqulu qızının iddiası təmin edilərək, iddiaçının adına miras qalmış Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 12 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi, Cavabdeh1 Musayeva Nigar Məhərrəm qızına qarşı vəziyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
8. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2016-cı il tarixli 2(103)- 204/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-6261/2015 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 avqust 2016-ci il tarixli 2(102)-3803/2016 nömrəli qərarından görünür ki, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
10. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilmiş və ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin Musayeva Nigar Məhərrəm qızının adına qeydiyyatı bərpa edilmiş və qərardadın icrası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir.
11. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2015-ci il tarixli 2(103)-3880/2014 saylı qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata və reyestrdən çıxarışa, həmçinin müvafiq mənzil üzərində "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il və xx.xx.2015ci il tarixlərdə aparılmış ipoteka ilə yüklülük qeydiyyatına münasibət bildirilməmişdir. Bu səbəbdən qərardad icra edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Musayeva Ofelya Mehdiqulu qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sadıxov Mehdiqulu Sahabqulu oğlu Musayevə Nigar Məhərrəm qızı ilə xx.xx.1964-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Ofelya Musayevə onlar tərəfindən övladlığa götürülmüş, Musayeva Nigar Məhərrəm qızı 14 yanvar 2011 -ci İdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil Musayevə Nigar Məhərrəm qızının mülkiyyətində olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh1 qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək, Cavabdeh1 Musayeva Nigar Məhərrəm qızının bacısı oğlu olması faktının müəyyən edilməsi, Musayeva Nigar Məhərrəm qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin evə mülkiyyət hüqununun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 iyul 2014-cü il tarixli qərardadı ilə yuxarıda qeyd edilən qətnamədən maraqlı şəxs Ofelya Musayevə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilib, iddia rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Musayeva Ofelya Mehdiqulu qızının iddiası təmin edilərək iddiaçının adına miras qalmış Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylıı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 12 saylı DNK-na həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilmiş və ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin Musayeva Nigar Məhərrəm qızının adına qeydiyyatı bərpa edilmiş və qərardadın icrası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardad DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən icra edilməmiş və buna əsas kimi göstərilmişdir ki, mənzilin xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına alqı-satqı əsasında rəsmiləşdirilib sonuncunun adına reyestrdən çıxarış verilməsinə və mənzilin xx.xx.2014-cü il və xx.xx.2015- ci il tarixlərdə "xxxx" ASC-nin xeyrinə yüklü edilməsinə münasibət bildirilməmişdir. Vərəsə olaraq mülkiyyət hüququnun qeydə alınması və mənzilin sahibliyinə qaytarılması ilə bağlı iddiaçının bütün cəhdləri nəticəsiz qalmışdır. Bu səbəblə, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia ərizəsi üzrə təqdim edilən sənədlərdən müəyyən olunur ki, Cavabdeh1 özü barəsində həqiqətə uyğun olmayan məlumatları (guya mərhum Nigar Musayevanın yeganə vərəsəsi olması və sair) məhkəməyə təqdim etməklə qanunsuz qətnamənin çıxarılmasına nail olmuş, qətnamə qanuni qüvvəsini aldıqdan dərhal sonra çıxarış əldə etməklə mənzili özgəninkiləşdirmiş, daha sonra yeni mülkiyyətçi mənzilə dair ipoteka müqaviləsi bağlamaqla mənzili bankın xeyrinə yüklü etmişdir. Cavabdeh1 mənzilə dair mülkiyyət hüququnu yaradan qətnamə ləğv edildiyindən və həmin qətnamə qanunsuz olduğundan mənzilə dair Cavabdeh1 mülkiyyət hüququ həqiqi olmayan hüquq üzrə yaranmışdır. Odur ki, Cavabdeh1 həqiqi mülkiyyətçi olmadığından onun mənzilə dair səlahiyyətsiz şəxs olaraq bağladığı əqdlər əhəmiyyətsiz əqd olmaqla hər hansı hüquqi nəticə yaratmır. Cavabdeh1 mənzilə dair əldə etdiyi çıxarış, həmin qanunsuz çıxarış əsasında bağladığı əqd və həmin əqd əsasında digər Cavabdeh2 əldə etdiyi çıxarış, ümimilikdə mənzilə dair mülkiyyət hüququnun qeydiyyatı qanunsuz əsaslar üzrə aparıldığından, etibarlı və hüquqi nəticələr yaradan qeydiyyat hesab oluna bilməz, bu isə həmin çıxarışların ləğv edilməsini zəruri edir. İddiaçının hazırki tələbi əmlakla bağlı aparılmış əməliyyatların nəticələrinin aradan qaldırılmasına və mənzilin qanunsuz sahiblikdən geri alınmasına əsaslanır. İddiaçı mənzlin mərhum sahibi Nigar Musayevanınyeganə vərəsəsidir və mənzilin potensial mülkiyyətçisidir. Bu hal qanunin qüvvəsəni almış məhkəmə aktları ilə təsdiq olunmuşdur. Lakin cavabdehlər mənzili naturada təhvil vermirlər, mənzil faktiki sahibsiz qalmışdır. Belə vəziyyətdə mənzil öz potensial mülkiyyətiçisinin sahibliyinə qaytarılmalıdır. Bu həm də iddiaçının xeyrinə çıxarılmış məhkəmə aktının icrasına gətirib çıxaracaqdır. Hesab edir ki, mənzilə dair cavabdehlərin adına verilmiş çıxarışlar ləğv edilməli, müqavilə əhəmiyyətsiz olduğundan etibarsız sayılmalı, mənzil qanunsuz sahiblikdən geri alınmaqla iddiaçıya təhvil verilməlidir.
14. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassız və qanuna zidd hesab edir. Cavabdeh2 mübahisə predmeti olan əmlakı vicdanlı əldə edən olmuşdur. Belə ki, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə əmlakı əldə edərkən əmlak mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur və notariatda müqavilə bağlanarkən əmlakın Cavabdeh1 keçməsi barədə məhkəmə qərarı qüvvədə olmuş və ona qarşı hər hansı bir etiraz və ya şikayət olmamışdır. İddiaçı özü də bu faktı təsdiq edir və qeyd edir ki, həmin qətnamədən 2014-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə Cavabdeh2 ilə bağlanılmış alğı-satqı müqaviləsi etibarsız sayıla bilməz və ona verilmiş mübahisəli mənzilə dair çıxarış ləğv edilə bilməz. Həmçinin, iddiaçı əqdin etibarsızlığı ilə bağlı iddia tələbi müddətini ötürmüşdür. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmçinin, iddiaçı qanunvericilikdə müəyyən edilmiş 6 ay müddətində miras payı qəbul etsəydi hazırki mübahisə yaranmazdı. İddiaçının iddia tələbləri çıxarışların ləğvi hissəsində inzibati mübahisə predmeti olduğu üçün hazırki işdə baxıla bilməz. Belə ki, qeyd olunan çıxarışlar inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna müvafiq olaraq verilmişdir. İddiaçı, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız sayılması hissəsində təmin edildiyi halda inzibati orqana müraciət edərək mübahisəli mənzil üzərində hüquqların qeydiyyatında dəyişikliyi tələb edə bilər. İş üzrə Cavabdeh1 əsassız varlanmış şəxsdir. Belə olan halda mənzilin bazar dəyəri üzrə varlanma miqdarı müəyyən edilməli və iddiaçıya ödənilməsi təmin edilməlidir.
15. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının öz iddia tələbini Məcəllənin 384.0.4-cü maddəsi ilə əlaqələndirilməsi düzgün hesab edilə bilməz. Bununla əlaqədar məsələyə münasibət bildirilərkən hər bir cavabdehə münasibətdə qanunun aliliyi baxımından fərqli yanaşılmalıdır. Bu halda vicdanlı alıcının hüquqları gözlənilməlidir. İddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxt (gün və il baxımından) və onun öz hüquqlarının pozulduğunu bilməsini sübut edən faktlar hansılardır?! İddiaçı tərəfindən təqdim olunan Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)- 5645/2011 nömrəli qətnaməsindən məlum olur ki, Cavabdeh1 mübahisəli mənzilə münasibətdə mülkiyyət hüquqları tanınıb. Maraqlı şəxs hazırkı iş üzrə iddiaçı Ofeya Musayevanın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)- 3880/2014 saylı qərardadı əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsində xx.xx.2014-cü il tarixdə işə baxılarkən hazırkı iddiaçının aşağıdakı məzmunda ifadəsi qərarda qeyd edilib: “şikayəçiyə (yəni hazırkı iddiaçı Ofelya Musayevaya) bu yaxınlarda bəlli olmuşdur ki, ərizəçi vəsiyyətnamə əsasında ... evi öz adına keçirmişdir”. Beləliklə, hazırkı iddiaçı Ofelya Musayeva 2014-cü ildən etibarən bilmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə dövlət reyestrindən “Çıxarış” verilmişdir. Bu baxımdan hazırkı iddiaçı 2014-cü ildə Cavabdeh1 adına dövlət reyestrində aparılmış qeyd əsasında verilmiş çıxarışın ləğvini məhkəmə qaydasında tələb etmək hüququna malik olduğunu bilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-6261/2015 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-204/2016 saylı qətnaməsində hazırkı iddiaçı Ofelya Musayevanm aşağıdakı məzmunda ifadələri vardır. “Mübahisəli mənzilin ilkin mülkiyyətçisi miras qoyan Nigar Musayeva xx.xx.2011-ci il tarixdə rəhmətə getmişdir. Mərhum rəhmətə gedəndən sonra mübahisəli mənzilə gələrkən onlara məlum olmuşdur ki, Cavabdeh1 mənzilin açarını dəyişmiş və mənzili (evi) öz adına keçirmişdir. Bundan sonra həmin qətnamədən şikayət verərək Cavabdeh1 xeyrinə çıxarılmış qətnaməni ləğv etdirmişdir”. Eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2015ci il tarixli məhkəmə qətnaməsində iddiaçının mənafeyi baxımından qeyd edib ki, “Dövlət Notariat Kontoruna müraciət edən zaman DƏDRX-dən sənəd götürmək istədikdə iddiaçıya bəlli olmuşdur ki, cavabdeh miras əmlakı adına keçirmişdir”. Qeyd olunanlarla müəyyən olunur ki, iddiaçı məhz 2011-ci ildə bilmişdir ki, mənzil Cavabdeh1 adına keçirilib. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt 2011-ci ilə təsadüf edir. Çünki məhkəmə qətnamələrində iddiaçı və onun şahid qismində məhkəmədə dindirilmiş oğlu bildiriblər ki, Notarial kontorda DƏDRX-dən sənəd götürmək istəyərkən onlara məlum olub ki, mənzilin mülkiyyətçisi başqa şəxsdir. Cavabdeh1 adına 22 oktyabr 2011-ci ildə ********** qeydiyyat nömrəsi əsasında çıxarış verildiyi nəzərə alınarsa, onda məlum olur ki, iddiaçı oktyabr 2011-ci il tarixdən etibarən bilmişdir ki, mübahisələndirilən Bakıxanov küçəsi, 2 saylı evin 34 nömrəli mənzili Cavabdeh1 mülkiyyətinə keçirilməklə, sonuncunun adına çıxarış verilmişdir. Beləliklə, hazırkı iddiaçı Daşınmaz əmlaka dair Cavabdeh1 adına çıxarışın 2011-ci il oktyabr ayından etibarən verildiyini bildiyi halda, AR MM-nin 373-cü maddəsinin tələblərinə əsasən 10 il ümumu iddia müddətini heç bir üzürlü səbəb olmadan buraxmışdır. Yəni, iddiaçı 10 il 7 aydan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddia müddətin tətbiqi barədə məhkəməyə ərizə təqdim olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, mübahisələndirilən 34 saylı mənzil 22 oktyabr 2011-ci il tarixdə dövlətt reyestrində Cavabdeh1 adına qeydiyyatdan keçdikdən sonra, qeyd olunan mənzil sonuncu tərəfindən 29 noyabr 2011-ci il taridə notarial alqı-satqı qaydasında Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, mübahisəli mənzil sonuncuya 50000 manata satılmışdır. Mənzili notarial alqı-satqı qaydasında əldə etmiş Cavabdeh2 mübahisələndirilən 34 saylı mənzilə dair DƏDRX-dən 01 fevral 2012- ci il tarixdə çıxarış əldə etmişdir. Nəzərə alınmalıdır ki, hazırkı mülki iş üzrə iddiaçı Ofelya Musayeva 06 avqust 2015- ci il tarixdə Yasamal Rayon Məhkəməsində məhkəmə baxışları zamanı bilmişdir ki, (hətta bilməli olduğu üçün) mübahisələndirilən mənzilin mülkiyyətçisi Cavabdeh2dur. Bu təkzib olunmaz fakt baxımından iddiaçı AR MM-nin 373-cü maddəsinin tələblərinə əsasən daşınmaz əşyalarla bağlı alqı-satqı müqaviləsini 6 il müddətində ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Göründüyü kimi belə bir hərəkət olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, əqdin etibarsızlığı ilə əlaqədar iddia müddəti AR MM-də 1 il müəyyən olunub. Hər iki əsasdan iddiaçı üzürlü səbəb olmadan iddia müddətini buraxmışdır. Vicdanlı alıcıya münasibətdə iddia müddətin tətbiqi mütləqdir. İddiaçı Ofelya Musayevanın ona qarşı tələbləri üzrə iddia müddətləri üzürsüz səbəbdən buraxıldığı işin hallarından məlum olur. Eyni zamanda iddiaçının digər Cavabdeh2 münasibətdə, həm iddia müddəti buraxılıb, həm də Cavabdeh2 vicdanlı alıcıdır. Nəzərə alınmalıdır ki, o, Cavabdeh2 mənzili satana qədər şəxsən onu tanımamış, qohumluq və yaxınlıq münasibətləri olmamışdır. Qanunvericiliyin tələblərinə uyğun formada mübahisələndirilən 34 saylı mənzil həmin vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun formada alıcıya satmışdır. Məhkəmə nəzərə almalıdır ki, iddiaçının ona qarşı olan tələbi əşya hüquqları ilə əlaqəli olsada, digər cavabdehə münasibətdə həmin cavabdehin vicdanlı alıcı olması və iddiaçının 2011-2014-cü illər dövründə mübahisəli mənzilin alqısatqı müqaviləsi əsasında sonuncuya satıldığını bilmişdir. Ona görə də Cavabdeh2 münasibətdə AR KM-nin vicdanlı alıcı ilə əlaqədar formalaşmış hüquqi mövqeyi nəzərə alınmaqla, AR MM-nin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla əlaqədar müqavilə tələbi olduğundan bu halda 6 illik iddia müddəti tətbiq olunmalıdır. Məlum olduğu kimi, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddiaçının 2011-ci ildən mübahisəli mənzilin onun mülkiyyətində olması faktını bilməsi, eyni zamanda bu mənzilin digər cavabdeh tərəfindən satın alındığını bildiyi 2012-2015-ci illər dövründə hazırkı tələblə məhkəməyə müraciət etməməsi vicdanlı sahibin hüquqlarını pozmamalıdır. Çünki MM-nin 377.1 -ci maddəsində iddia müddətin axımının başlanmasının ümumi qaydası müəyyən edilib. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətini deyil, müqavilədən kənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. İddiaçının hazırkı iddia tələbi üzrə mübahisələndirdiyi ünvan 3 ünvanında yerləşən 34 saylı mənzilə dair vərəsəlik hüququndan irəli gələn mübahisə olduğundan, bu mübahisə birbaşa mülkiyyətçinin pozulmuş hüququ hesab olunmamalıdır. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq 2 qrupa ayrılır; a) tam əşya hüququ - mükiyyət hüququ; b) məhdud əşya hüquqları servitut, uzufrukt, tikintiyə vərəsəlik (bax. KM xx.xx.2013-cü il tarixli qərarına), girov və ipoteka aiddir. Bu qərarda şəxsin vərəsə kimi məhkəmə qaydasında tanınması və onun mirası faktiki və hüququ qəbul etməməsi ona mülkiyyətçi hüquqları vermir. KM-nin bu qərarında da tikintiyə vərəsəlik hüququ qeyd olunub. Mülkiyyət hüquqlardan istifadə edilməməsi müddətlə məhdudlaşdınlmamasına baxmayaraq, vicdanlı alıcı tərəfin hüquqlarının pozulmasına əsas olmamalıdır. Eyni zamanda vərəsə mirası faktiki və huquqi qəbul etməyib. Nəzərə alınmalıdır ki, AR MM-nin 1246-cı maddəsi vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Altı ay keçdikdən sonra qanunvericilik mirasın qəbuluna yol vermir. Bu baxımından miras saxlayan yanvar 2011 -ci ildə rəhmətə getmişdir. Hazırkı iddiaçı vərəsə kimi tanınması məqsədilə Məhkəməyə 2015-ci ildə müraciət etmişdir. Mirası faktiki və hüquqi qəbul etmədən, həmin vaxt mübahisələndirilən 34 saylı mənzil digər Cavabdeh2 mülkiyyətində olduğu halda, iddiaçının iddia tələbi əsasında xx.xx.2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 2(004)-6261/2015 nömrəli qətnaməsi əsasında vərəsə kimi tanınmışdır. Hansı ki, həmin vaxt mirasın vərəsə tərəfindən qəbulu müəyyən edilməli və həmin vaxt əmlakın hazırkı mülkiyyətçisinə dair və başqalarına dair iddia tələbləri ilə iddiaçı çıxış edə bilərdi. AR KM-nin xx.xx.2002-ci il tarixli qərarı ilə aşağıdakı məzmunda hüquqi mövqe müəyyən olunub. “Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz”. Bu baxımdan vərəsə kimi 2015-ci ildə məhkəmə qaydasında tanınmış hazırkı iddiaçı faktiki və hüquqi baxımdan mirası qəbul etmədiyi halda, onun hal-hazırda hüquqlarından istifadə etməsi vicdanlı alıcının hüquqlarını məhdudlaşdırmamalıdır.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2906/2022 saylı iş üzrə 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 144.3, 148.2, 149.2, 182.1, 324.1, 337.1, 354.2, 373.1, 375.2, 647.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, sonuncu vicdanlı alıcıdır, müqavilənin ona münasibətdə etibarsızlığı üçün əsas yoxdur, digər cavabdehə münasibətdə isə qeyd etmişdir ki, ümumi iddia müddəti ötürülmüşdür. İddiaçı iki cavabdeh arasında olan əqdin etibarsız olduğunu hesab edir və göstərir ki, əqd səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır, Cavabdeh1 mənzilə dair mülkiyyət hüququ qanunsuz qətnamə əsasında yarandığından və həmin qətnamə daha sonra ləğv edildiyindən, Cavabdeh1 əqdi imzalamaq səlahiyyəti olmamışdır. Lakin məhkəmə iddiaçı tərəfindən işin təqdim edilmiş hallarına qanunvericiliyin normalarına tətbiq etmək əvəzinə həmin xüsusatlara ümumiyyətlə qiymət verməmiş, əsassız olaraq əqdin etibarlı olması qənaətinə gəlmişdir. Bu isə Mülki Məcəllənin əqdin etibarsızlığını tənzimləyən normalarının tələblərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə Cavabdeh2 münasibətdə onun vicdanlı alıcı olmasını əsas gətirmiş və hesab etmişdir ki, əgər Cavabdeh2 vicdanlı alıcıdırsa, ona münasibətdə əqdin etibarsız hesab edilməsi üzrə istənilən tələb əhəmiyyətsizdir. Bu yanaşma işin hallarına və qanunun tələblərinə uyğun deyil. Birincisi, işdən Cavabdeh2 vicdanlı alıcı olması müəyyən olunmur. Əksinə işin hallarının tam və hərtərəfli tədqiqi bunun əksinə nəticə çıxarmaq üçün əsas verir. Cavabdeh1 mənzilə çıxarış əldə etdikdən bir neçə gün sonra mənzili real qiymətindən qat-qat aşağı qiymətə satmış, daha sonrakı illər ərzində alıcı Cavabdeh2 mənzildən hər hansı formada istifadə etməmiş, mənzil sadəcə iki dəfə girov qoyulmuş və girovdan çıxarılması üçün cəhd də edilməmişdir. Beləliklə, işin bu və digər halları Cavabdeh2 vicdanlı alıcı olmasını istisna edir. İkincisi, iddiaçının irəli sürdüyü tələbin əsasını əqdin əhəmiyyətsizliyi təşkil edir. Bu vəziyyətdə cavabdehin vicdanlı alıcı olması heç bir əhəmiyyət daşımır. Məhkəmə Cavabdeh1 münasibətdə göstərmişdir ki, 10 illik iddia müddəti ötürülüb, həmçinin çıxarışın ləğvinin artıq hər hansı əhəmiyyəti yoxdur. Hazırki tələbə iddia müddətinin tətbiqi əsassızdır, iddiaçının tələbi müqavilənin etibarsızlığı ilə yanaşı mənzilin qanunsuz sahiblikdən geri qalınması ilə bağlıdır. Dolayısı ilə 354 və 384-cümaddələrinin tətbiqi iddia müddətinin tətbiq edilməsini istisna edir. Hazırki mübahisə üzrə sübutların qiymətləndirilməsi zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Bu isə qanunsuz və əsassız qətnamə çıxarılmasına gətirib çıxarmışdır. Məhkəmənin qətnaməsi işin müəyyən edilmiş hallarına, tərəflərin münasibətinə, işdə olan sübutlara deyil, cavabdehlərin formal mülhizələrinə və məhkəmənin subyektiv yanaşmasına əsaslanmışdır. Bu isə qeyd edilən normaların tələblərinə uyğun deyil və qətnamənin ləğvi üçün yetərlidir. Hər bir halda məhkəmə qətnaməsi lazımi qaydada əsaslandırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş və qanunsuz qətnamə çıxarılmış, son nəticədə iddiaçının hüquqlarını pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclsında iştirak edən iddiaçı Musayeva Ofelya Mehdiqulu qızının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclsında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə iclsında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
24. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 29.1 və 29.2 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokol
26. Maddə 1. Mülkiyyətin müdafiəsi: hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 144.1 daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
28. Maddə 144.2 sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
29. Maddə 144.3 Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.
30. Maddə 148.2 daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
31. Maddə 149.2 əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun.
34. Maddə 182.1 əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
35. Maddə 324.1 əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. Maddə 354.2 bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
37. Maddə 373.1 ümumi iddia müddəti on il təşkil edir.
38. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. Maddə 647.1 daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
47. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qisməm təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2906/2022 saylı iş üzrə 27 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilməli, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin qanunsuz sahiblikdən geri qaytarılmalı və mənzil boşaldılaraq iddiaçı Musayeva Ofelya Mehdiqulu qızının sahibliyinə verilməsi cavabdehlərə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
49. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
50. Hazırki iddia tələbi bir neçə hissədən ibarət olduğundan hər biri üzrə ayrıayrılıqda dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir.
51. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini tələb edir.
52. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair mübahisələndirilən əqd notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmir. Həmçinin, qeyd edilən alqı-satqı müqaviləsi bağlanan zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011ci il tarixli 2(004)-5645/2011 saylı qətnaməsi qüvvədə olmuş, mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh2 mübahisəli mənzili birbaşa Cavabdeh1 50000 manata almış və onunla alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh1 iddia tələbinə dair etiraz ərizəsinin məzmunundan da görünür ki, o, mənzili satana qədər Cavabdeh2 tanımamışdır. Qeyd olunan hallar isə Cavabdeh2 vicdanlı tərəf olmasına dəlalət edir.
53. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından on ildən artıq vaxt keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə bu əqdi məhkəmədə mübahisələndirmişdir. İddiaçı vərəsliyin tanınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərkən, məhkəmə qərarı əsasında miras əmlakın Cavabdeh1 verildiyi ona məlum olmuş və onun tərəfindən qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 03 iyul 2014-cü il tarixli qərardadı ilə qətnamə ləğv edilmişdir. İddiaçı artıq məhkəmə qərarı əsasında miras əmlakın Cavabdeh1 verildiyi bildikdə, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması bilmiş və ya bilməli olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli 2(102)-4886/2015 nömrəli qərarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanında yerləşən 34 saylı mənzilin xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasını göstərmişdir. xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi mübahisələndirilən əqddir və iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasını bildiyi vaxtdan bir il ərzində müqaviləni mübahisələndirməmişdir. Bu halın mövcud olması da, iddianın həmin hissədə rədd edilməsi üçün müstəqil əsasdır.
54. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini eyni zamada onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 adına verilmiş çıxarışın ləğvi ilə bağlı ümumi iddia müddətini ötürmüşdür. Belə ki, mübahisəli mənzil Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən 10 il müddət keçdikdən sonra çıxarışın ləğvini tələb etmiş, bununla da ümumi iddia müddətini ötürmüşdür. Cavabdeh1 iddia müddətinin tətbiqinə dair məhkəməyə yazılı ərizə təqdim etmişdir.
55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
56. Kollegiya ilkin olaraq qeyd edir ki, hazırkı halda ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarış artıq hüquqi əhəmiyyətini itirdiyindən həmin hissədə iddia tələbi üzrə əlavə araşdırmanın aparılmasına və təmin edilməsinə lüzum yoxdur.
57. Həmçinin məhkəmə kollegiyası Cavabdeh1 iddia müddətinin tətbiqinə dair məhkəməyə ünvanladığı ərizə münasubətdə qeyd edir ki, hazırkı mübahisə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsin görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
58. İş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2014-cü il tarixli qərardadı ilə maraqlı şəxs Musayeva Ofelya Mehdiqulu qızının apellyasiya şikayəti qismən təmin edilərək, məhkəməyə aid hüquq haqqında mübahisə olduğundan iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Cavabdeh1 ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilməsi və ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin Musayeva Nigar Məhərrəm qızının adına qeydiyyatınin bərpa edilməsi və qərardadın icrasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli 2(102)- 4886/2015 nömrəli qərarı ilə qanuni qüvvəsini almışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-6261/2015 saylı qətnaməsi ilə, ilk iddia üzrə iddiaçı Musayeva Ofelya Mehdiqulu qızının iddiası təmin edilərək, iddiaçının adına miras qalmış Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 12 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi, Cavabdeh1 Musayeva Nigar Məhərrəm qızına qarşı vəziyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 avqust 2016-ci il tarixli 2(102)-3803/2016 nömrəli qərarı ilə qanuni qüvvəsini almışdır.
59. Mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.
60. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilməklə və ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin Musayeva Nigar Məhərrəm qızının adına qeydiyyatının bərpa edilməsi qərara alınmış olsa da qanuni qüvvəsini almış məhkəmə aktının icra edilməməsi qanunazidd olmuşdur. Belə ki, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsini əsas olmu. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli 2(004)-5645/2011 saylı qətnaməsi ləğv edildiyindən və sonuncunun mübahisəli mənzilə dair hər hansı hüququ mövcud olmadığından onun tərəfindən həmin mənzilin özgəninkiləşdirməsinə dair aparılmış bütün hərəkətlər özü özülyündə əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi işin hallarını tam, hərətərəfli və obyektiv araşdırmadan, Mülki Məcəllənin 337.1, 337.3, 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq qeyd olunan nəticəyə gəlmişdir. Halbuki, sadalanan maddi hüquq normalarının mənasına görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
61. Belə olan halda Cavabdeh2 vicdanlı əldə edən olmuş olsa belə, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzilə dair imzalanmış 29 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsi əhəmiyyətsiz olmaqla etibarsızdır.
62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericilik yalnız barəsində mübahisə edilən etibarsız əqdlər üzrə müddətlər, o cümlədən kəsici müddətlər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin məzmumuna görə əhəmiyyətsiz əqdin deyil, onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilinəcəyi müəyyən edilmişdir. Hazırkı halda isə Cavabdeh1 və Cavabdeh2 arasında imzalanmış 29 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsini məhkəmə kollegiyası əhəmiyyətsiz əqd hesab etməklə qeyd edir ki, bu əqd üzrə mübahisəyə ümumiyyətlə müddət tətbiq oluna bilməz.
63. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxırda qeyd edilən qənaəti ilə alğı-satqı müqaviləsi etibasız hesab edildiyindən və iddia tələbi çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməli və Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməlidir.
64. Məhkəmə kollegiyası eyni zamanda iddia tələbinin ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, hazırıkı tələb yuxarıda göstərilən iddia tələbinin digər hissələri ilə bağlı olduğundan təmin edilməlidir.
65. Belə ki, tərəflərin izahatlarından və iş materiallarından da görünür ki, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilində Cavabdeh2 ailəsi ilə birlikdə yaşamaqla iddiaçı Musayeva Ofelya Mehdiqulu qızının gözlənilən mülkiyyət hüququnu pozur.
66. Kollegiya hesab edir ki, Cavabdeh2 iddiaçı Musayeva Ofelya Mehdiqulu qızının mülkiyyət hüququna hər hansı müdaxilə yol verilməzdir. Belə ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
68. Kollegiya həmçinin hesab edir ki, iş üzrə ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərləflərin özünə aid edilməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Musayeva Ofelya Mehdiqulu qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2906/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin qanunsuz sahiblikdən geri qaytarılsın və mənzil boşaldılaraq iddiaçı Musayeva Ofelya Mehdiqulu qızının sahibliyinə verilməsi cavabdehlərə həvalə edilsin. İddia tələbi qalan qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.