Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-665/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X4 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 vəkili X5 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, müqavilələrin etibarsız hesab edilməsi və mənzilə köçürmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzil üzərində özbaşına aparılmış dəyişikliklərin cavabdehlər Cavabdeh1 MTK-nin, eləcə də cavabdehlər Cavabdeh2, Cavabdeh3 şəxsi vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair bağlanmış 46 saylı müqavilənin, Cavabdeh2 ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş çıxarışların etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən mənzildən dərhal çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi və İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.1936 ha torpaq sahəsi üzərində yerləşən on nömrəli yaşayış binasının birinci giriş, on altıncı mərtəbəsində ümumi sahəsi 195,0 kv.m, yaşayış sahəsi 102,5 kv.m, olan dörd otaqlı qırx altı saylı mənzilin pay dəyərini tam ödəməklə mülkiyyət hüquqları əldə etmişdir. Bundan sonra o, həmin mənzil sahəsinə dair çıxarış almışdır. Lakin müəyyən səbəblərdən həbs edildikdən sonra həmin mənzilin çıxarışı və texniki pasportu naməlum şəraitdə itmişdir. Həmin mənzilin çıxarışının və texniki pasportunun dublikatının verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etdikdə həmin mənzilin üzərində həbs olmasını əsas gətirərək dublikatın verilməsindən qanunsuz olaraq imtina edildi. Halbuki Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, eləcə də Bakı Apelyasiya Məhkəməsinin qərarından göründüyü kimi həmin mənzilin üzərində hal-hazırda heç bir həbs mövcud deyil. Bundan sonra o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, hüquqları bərpa olunaraq, mənzilin dublikat çıxarışının verilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış və icra edilərək ona yenidən mənzilinə dair çıxarış və texniki pasport təqdim edilmişdir. O, həbsdə olması ilə əlaqədar mənzilə vaxtaşırı baş çəkə bilməsə də yaxın qohumları, eləcə də etibarnamə üzrə nümayəndəsi vaxtaşırı mənzilə baş çəkmişdir. Təxminən avqust ayında onun yaxın qohumları tərəfindən növbəti dəfə mənzilə baş çəkmək istəyərkən mənzilin yan tərəfindən yeni qapı açılmasının, mənzilin qapısının açarlarının dəyişdirilməsi məlum olmuşdur. Mənzildə yaşayış olmadığından həmin şəxsin kim olması məlum olmadığından ərizə ilə Nərimanov rayon polis idarəsinə müraciət edilmiş, araşdırma nəticəsində məlum olmuşdur ki, mənzili zəbt edən şəxs Cavabdeh2dur. Bundan sonra o, iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, iş üzrə qətnamə çıxarılmaqla yanaşı aparılan araşdırmalar zamanı cinayət əməlləri mövcud olduğundan xüsusi qərardad qəbul edilməklə iddia təmin edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 qardaşı və nümayəndəsi bütün məhkəmə iclaslarında mənzilin yalnız Cavabdeh2 məxsus olmasını iddia etməklə ona dair sübutların da məhkəməyə təqdim etmiş, məhkəməyə əlavə alqı-satqı haqqında heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh Bakı Apclyasiya Məhkəməsinə təqdim edilmiş sübutların hansı səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə deyil, Apelyasiya instansiyasına təqdim edilməsini əsaslandırmamış, məhkəmə də apelyasiya instansiyasında təqdim edilmiş sübutları qəbul etmişdir. Halbuki AR MPM-nin 78.1-ci maddəsinə əsasən Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir və həmin məcəllənin 371-ci maddəsinə görə Yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan sonra Bakı Apelyasiya məhkəməsi işə baxarkən apelyasiya şikayətinin əsasını təşkil edən mənzilin digər şəxslərə hələ 2018-ci ilin oktyabr ayından alqı-satqı yolu ilə satılmasına istinad etsə də şikayətçinin və mənzili guya “alan” şəxsin öz yazılı ifadəsində mənzilin Royal Bankda girovda olmasını, və hərrac yolu ilə almasına münasibət bildirməmişdir. Belə olan halda iddiaçı alqı-satqı barədə notariat işinin məhkəməyə gətirilməsini tələb etsə də vəsatət təmin edilməmişdir. Beləliklə Bakı Apelyasiya Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(103)-7890/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(005)-573/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamənin ləğvinə səbəb isə Cavabdeh2 qardaşı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı və bağışlama müqavilələri olmuşdur. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi ona məxsus olan mənzilin ünvanına “b” artırmaqla eyni mənzilin mübahisəsi gedir. Cavabdehlərin əsl niyyəti birləşərək həbsdə olan şəxsin mənzilini özgəninkiləşdirərək, gəlir əldə etmək olmuşdur. 2010-cu ildə tamam başqa bir epizod üzrə o 9 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə Cavabdeh1 MTK-nın sədri rəhmətə gedib və onun oğlu orada qalmış yiyəsiz qalan evləri digər Cavabdeh2lə əlbir olaraq ələ keçirirlər. Cavabdeh2 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək çıxarış almaq istəyir. Məhkəməni udur, lakin Daşınmaz Əmlakda aşkarlanır ki, həmin əmlaka çıxarış var və başqa şəxsin adına qeydiyyatdan keçirilib. Götürülüb qərarda dəyişiklik ediblər, guya çıxarış almaq istədiyi mənzil 10B-dir. Mübahisəli mənzilin ünvanına B hərfi əlavə edirlər. T.Hüseynovu Cavabdeh2 aldadır. Ona görə də T.Hüseynov polisə şikayət edir. Hazırda Cavabdeh2 axtarışdadır. Sonradan cinayət işinə xitam verilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış 46 saylı 24 may 2006-cı il tarixli müqavilənin, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 01.09.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 17.10.2018-ci il tarixli 4Ə-1489 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş 03.02.2015-ci il tarixli RX seriyalı ******* saylı, Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş 07.09.2015-ci il tarixli RX seriyalı 461089 saylı, Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş 19.10.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışların ləğv olunması, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilində özbaşına aparılmış dəyişikliklərin cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinin və Cavabdeh2 vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılması, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilinə köçürülməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişlər. Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, tətbiq edilməli olmayan hüquq normaları tətbiq edilmiş, işin hallarına və iddiaçının təqdim etdiyi sübutlara obyektiv hüquqi qiymət verilməmiş, işə iddiaçıya münasibətdə birtərəfli, qərəzli, qeyri-obyektiv baxılmış, əsassız və qanuna zidd qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə qeyd edir ki, alqı- satqı müqaviləsi üzrə məbləğin həqiqətən ödənilməsi faktı müəyyən olunmur. İş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli və həmin müqavilə üzrə ödəniş qəbzinin surəti, digər sənədlər məhkəməyə tərəfindən təqdim edilmiş, lakin məhkəmə sənədləri nəzərə almamışdır. Digər tərəfdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən qabaq pretenziya qaydasında xəbərdarlıq etməmiş, məhkəmə proseslərinin vaxtı barədə ona bildirişlər göndərilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işə baxarakən işin faktiki hallarını düzgün qiymətləndirməmiş, məhkəmə prosesi zamanı vəsatətlərimizə düzgün baxılmamış, mənzilin yerləşmə yeri və digər mühim hallar araşdırılmamış, iddiaçının mülahizələri əsasında qətnamə çıxarılaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş mənzillə Cavabdeh2 satılmış mənzillər eynilik təşkil etmir, eyni binada yerləşmir. Belə ki, iş materiallarında olan sənədlər və dəlillər mənzillərin fərqli olduğunu, İddiaçı verilmiş mənzilin yerləşdiyi bina ilə ona verilmiş mənzilin yerləşdiyi bina arasında kifayət qədər fərqlər vardır. Belə ki, İddiaçı mənzili Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə 10 saylı binada yerləşir, ona satılmış mənzil isə 10b saylı binada yerləşir. Bunu təsdiq edən Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş maliyyə arayışı, 27.02.200ci il tarixli 10 Saylı Protokoldan çıxarış, İddiaçı Cavabdeh1 MTK-ya 24.04.2007-ci il tarixli ərizəsi, AR DİN-in yaşayış yeri üzr qeydiyyat haqqında ******* nömrəli arayışı, 18-ci Polis Şöbəsinin vəkil sorğusuna verdiyi OSİ-12690 saylı cavab məktubu, Cavabdeh1 MTK-nın təqdim etdiyi Arayışı və digər sənədlər təsdiq edir. Nümayəndəsi məhkəmədə vəsatət qaldırmışdır ki, binaların və mənzillərin eyniliyi barədə iddiaçının dəlilləri yoxlanmalı, məhkəmə tikinti texniki ekspertizası təyin edilməli, yerində baxış keçirilməlidir. Cavabdeh1 MTK ilə İddiaçı arasında mənzilə dair mübahisənin mənzili alan Cavabdeh2, daha sonra mənzil əldə edən şəxslərin - Cavabdeh3 və Cavabdeh4 hüquqlarını pozur. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MTK-nın nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh2 vəkili X9 verilmiş apelyasiya şikayətlərini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətlərinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətlərinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətlərinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 vəkili Saleh Əliyevin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh1 10 saylı, 21 fevral 2007-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən və Cavabdeh1nə məxsus olan kooperativ yaşayış binasının birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 saylı mənzilin dəyərini tam ödədiyindən müvafiq mənzilin ona verilməsi, payçıya order verilməsi üçün zəruri sənədlərin Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə göndərilməsi qərara alınmışdır.( Cild İ; İ.vər. 14) İş matеriallarında olan, İddiaçı Cavabdeh1 sədri X8 ünvanladığı 24 aprel 2007-ci il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən və Cavabdeh1nə məxsus olan kooperativ yaşayış binasının birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 nömrəli mənzili almaq istədiyindən onun Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilməsini xahiş etmişdir.( Cild İ; İ.vər. 15) İş matеriallarında olan, Cavabdeh1 tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-nə məxsusdur. Bu binanın birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 195 kv.m, yaşayış sahəsi 102,5 kv.m olan dörd otaqlı, 46 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh1 MTK-nə borcu yoxdur.(Cild İ; İ.vər. 12) İş matеriallarında olan, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 46 saylı, 24 may 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m olan 4 otaqlı 46 nömrəli mənzilə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır.(Cild İ; İ.vər. 84) İş matеriallarında olan, Cavabdeh1 maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m olan 4 otaqlı 46 nömrəli mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir, onun müvafiq mənzilə dair Mənzil-Tikinti Kooperativinə borcu yoxdur.(Cild İİ; İ.vər. 56) İş matеriallarında olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2014cü il tarixli 2-1(82)-4054/2014 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mənzil və mansard sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən, Cavabdeh1 MənzilTikinti Kooperativinə məxsus 10b nömrəli kooperativ evin 1-ci girişi, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 195 kv.metr olan 46 nömrəli mənzil sahəsi və həmin binanın 1-ci girişində yerləşən, ümumi sahəsi 220kv.metr olan mansard sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.(Cild İİ; İ.vər. 55) İş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10b, ümumi sahəsi 162,5 kv.metr olan 46 nömrəli mənzil (yeni qaydalarla: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 3, mərtəbə 16, mənzil 1) Cavabdeh2 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2273 nömrəli reyestr kitabının 211574 nömrəli vərəqində 03 fevral 2015-ci il tarixdə qeydiyyat aparılmışdır.(Cild İİ; İ.vər. 54) İş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı nümayəndəsi Vəkil1 ünvanladığı 07 iyun 2016-cı il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının bərpa edilərək dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə müraciətə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmış, araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən mənzil üzərində İddiaçı hüquqları 13 fevral 2008-ci il tarixdə ləğv edilmiş DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alınmışdır. 29 avqust 2010cu il tarixdə həmin mənzilin üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 156/2010 nömrəli qərardadı ilə həbs qoyulmuşdur.(Cild İ; İ.vər. 39 - 40) İş matеriallarında olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 156/2010 saylı, 23 noyabr 2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 nömrəli 29 iyul 2010-cu il tarixli qərarı ilə daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi sözügedən əmlakın üzərində həbsin müddəti 6 ay olduğundan, həmin müddətin artıq bitdiyindən, müvafiq əmlak üzərində həbs mövcud olmadığından və olmayan həbsin götürülməsi mümkün olmadığından təmin edilməmişdir.(Cild İ; İ.vər. 42 - 43) İş matеriallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5(103)-58/2016 saylı, 23 dekabr 2016-cı il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 saylı, 29 iyul 2010-cu il tarixli qərarı ilə daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair İddiaçı ərizəsinin təmin edilməməsinə dair həmin məhkəmənin 5(005)156/2010 saylı, 23 noyabr 2016-cı il tarixli qərarından şikayətçi İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 saylı, 29 iyul 2010-cu il tarixli qərarı ilə daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair İddiaçı ərizəsinin təmin edilməməsinə dair həmin məhkəmənin 5(005)156/2010 saylı, 23 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 saylı, 29 iyul 2010-cu il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10-da yerləşən 46 nömrəli mənzilin üzərinə 6 ay müddətinə qoyulmuş həbs bitdiyindən həmin həbsin götürülməsi haqqında 10 noyabr 2016-cı il tarixdə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbulundan imtina edilmişdir.(Cild İ; İ.vər. 44 - 45) İş matеriallarında olan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ********* saylı cinayət işi üzrə icraatın xitam edilməsi barədə 24 aprel 2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 2013-cü ildə tanışı X1 atasına məxsus Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə 16 və 17-ci mərtəbələrdə yerləşən 46 nömrəli mənzili və 46-A nömrəli mansardı adına sənədləşdirib çıxarış alacağı və bundan sonra mənzili sonuncuya qaytaracağını vəd edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 20.000 (iyirmi min) manat pulunu ələ keçirib X3 miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 iyun 2014-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin 1-ci blokunda, 16-cı mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 195 kv.metrdən ibarət 46 nömrəli mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 020364 nömrəli 15 may 2007-ci il tarixli orderin ləğv edilməsi və həmin mənzilin adına sənədləşdirilməsi barədə sərəncam verilməsinin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X12 izahatında iddianın təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Cavabdeh2 iddiası təmin edilərək ünvan 3 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin 1-ci blokunda, 16-cı mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 195 kv.m-dən ibarət 46 nömrəli mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 020364 nömrəli 15 may 2007-ci il tarixli orderin ləğv edilməsi və həmin mənzilin Cavabdeh2 adına sənədləşdirilməsi barədə sərəncam verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərüffatı İdarəsinə həvalə edilmişdir. Müvafiq qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından xitam edilmişdir.(Cild İ; İ.vər. 46 - 58) İş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanladığı 13 may 2017-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzil ilkin olaraq 04 noyabr 2006-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.(Cild İ; İ.vər. 59) İş matеriallarında olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1462/17 saylı 18 may 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının bərpa edilərək dövlət reyestrindən çıxarışın dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,19360 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada 190 kv.metr ümumi, 88,8 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 46 nömrəli mənzilin dövlət reyestrindən təkrar çıxarışın İddiaçı verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.(Cild İ; İ.vər. 60 - 62) İş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********68-05301-093006 olan və 07 may 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, bina 10, 46 nömrəli mənzilin hüququ subyekti İddiaçıdur.(Cild İ; İ.vər. 24 - 25) İş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, ümumi sahəsi 163,9 kv.metr 46 nömrəli mənzil İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli reyestr kitabının 21131 nömrəli vərəqində 08 may 2018-ci il tarixdə qeydiyyat aparılmışdır.(Cild İ; İ.vər. 26) İş matеriallarında olan, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 19 sentyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,1936 ha torpaq sahəsində yerləşən 10 nömrəli yaşayış binasının birinci giriş, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,6 kv.metr olan 4 otaqlı, 46 nömrəli mənzilinin qeyri-qanuni zəbt etmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi, eyni zamanda həmin şəxslərin məsuliyyətə cəlb olunmasında köməklik göstərilməsi barədə şikayət ərizəsi əsasında toplanmış materialdan məlum olmuşdur ki, müvafiq mənzil Cavabdeh2 məxsusdur və hazırda həmin mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətində girovdadır. Bu baxımdan İddiaçı tələbi mübahisəli və mülki xarakterli olduğundan, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.(Cild İ; İ.vər. 63 - 64) İş matеriallarında olan, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 26 noyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,1936 ha torpaq sahəsində yerləşən 10 nömrəli yaşayış binasının birinci giriş, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,6 kv.metr olan 4 otaqlı, 46 nömrəli mənzilinin qeyri-qanuni zəbt etmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi, eyni zamanda həmin şəxslərin məsuliyyətə cəlb olunmasında köməklik göstərilməsi barədə şikayət ərizəsi əsasında toplanmış materialdan məlum olmuşdur ki, müvafiq mənzil Cavabdeh2 məxsusdur və hazırda həmin mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətində girovdadır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 19 sentyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqatçı tərəfindən araşdırma səthi aparıldığından yenidən araşdırma aparılması üçün müvafiq rədd materialı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis Şöbəsinə qaytarılmış və əlavə araşdırılma aparılmışdır. Həmin mənzilin Cavabdeh2 İddiaçı satılmasını və ya verilməsini müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan İddiaçı tələbi mübahisəli və mülki xarakterli olduğundan, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.(Cild İ; İ.vər. 64 - 65) İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı 17/638 saylı, 20 fevral 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada yerləşən ümumi sahəsi 190 kv.metr olan 46 nömrəli mənzil X13 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq 17 aprel 2008-ci il tarixdə ipoteka ilə yüklü edilmiş, 28 noyabr 2008-ci il tarixdə ipoteka yüklülüyündən azad edilmişdir.(Cild İ; İ.vər. 21) İş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya 19.05.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 saylı mənzil İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10B, 46 saylı mənzil 03.02.2015-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. 44 saylı NK-nun 01.09.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. 53 saylı NK-nun 17.10.2018-ci il tarixli 4Ə-1489 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.(Cild İİ; İ.vər. 39) İş materiallarında olan, 23/14-23 saylı, 14.10.2020-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Mənzil Kooperativ Təsərrüfatı idarəsinin məktubuna əsasən Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 6 ünvana dair İddiaçı adına 15 may 2007-ci il tarixdə 020364 saylı order verilmişdir.(Cild İİ; İ.vər. 241) İş materiallarında olan, 020364 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, ünvan 6, 102.5 kv.m sahəsi, 4 otaqlı mənzil İddiaçı adına verilmişdir.(Cild İİ; İ.vər. 242) Birinci instansiya məhkəməsi işin qeyd edilən materialları əsasında müəyyən etmişdir ki, İddiaçı 24 aprel 2007-ci il tarixli ərizə ilə Cavabdeh1 sədri X8 müraciət edərək, ünvan 2 ünvanında yerləşən və Cavabdeh1nə məxsus olan kooperativ yaşayış binasının birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 nömrəli mənzili almaq istədiyindən onun kooperativin üzvlüyünə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən müvafiq mənzilin dəyəri tam ödənildiyindən həmin mənzilin ona verilməsi, payçıya order verilməsi üçün zəruri sənədlərin Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə göndərilməsi qərara alınmışdır. Mənzilin pay dəyərinin payçı İddiaçı tərəfindən tam ödənilməsini təsdiq edən maliyyə arayışı əlavə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzil üzərində İddiaçı hüquqları 13 fevral 2008-ci il tarixdə ləğv edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 13 may 2017-ci il tarixli məlumatına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzil ilkin olaraq 04 noyabr 2006-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1462/17 nömrəli 18 may 2017-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,19360 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada 190 kv.metr ümumi, 88,8 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 46 nömrəli mənzilin dövlət reyestrindən təkrar çıxarışın İddiaçı verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1462/17 nömrəli iş üzrə qəbul etdiyi 18 may 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, müvafiq qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 19 sentyabr 2018-ci il və 26 noyabr 2018-ci il tarixli qərarları ilə İddiaçı ona məxsus qeyd edilən mənzilin qeyriqanuni zəbt etmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi, eyni zamanda həmin şəxslərin məsuliyyətə cəlb olunmasında köməklik göstərilməsi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" ASC-nin 20 fevral 2019-cu il tarixli məktubuna əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada yerləşən ümumi sahəsi 190 kv.metr olan 46 nömrəli mənzil X13 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq 17 aprel 2008-ci il tarixdə ipoteka ilə yüklü edilmiş, 28 noyabr 2008-ci il tarixdə ipoteka yüklülüyündən azad edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, müvafiq kooperativin sədri olmuş məhkum X11 ərizə ilə müraciət edərək, ünvan 7 ünvanında təsisçisi olduğu Cavabdeh1 MTK tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin 1-ci blokunda, 16-cı mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 195 kv.metrdən ibarət 46 nömrəli mənzilə dair Cavabdeh2 ilə bağlanmış 46 nömrəli, 24 may 2006-cı il tarixli payçılıq müqaviləsi və maliyyə arayışı, o cümlədən, həmin mənzilin üstündə yerləşən 1-ci blok, 17ci mərtəbədə, ümumi sahəsi 220 kv.metr olan 46/A nömrəli mansard sahəyə dair Cavabdeh2 ilə bağlanmış 46A nömrəli, 24 may 2006-cı il tarixli payçılıq müqaviləsi və maliyyə arayışı onun tərəfindən sədr kimi imzalanaraq möhürlənmişdir. Məhkum şəxsin imzası 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən təsdiq edilmişdir. Habelə, müvafiq kooperativin sədri olmuş X11 Bakı Şəhər İcra Hakimiyyətinə 25 oktyabr 2014-cü il tarixli ərizə ilə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.metr olan 4 otaqlı 46 nömrəli mənzilə dair Cavabdeh2 ilə bağlanmış 46 nömrəli, 24 may 2006-cı il tarixli müqaviləni, maliyyə arayışını, mənzilin planını və 10 nömrəli 24 may 2006-cı il tarixli protokoldan çıxarışı həmin MTK-nın sədri kimi o imzalamış və MTK-nın möhürü ilə təsdiq etmişdir. Həmin imzaların ona məxsusluğunu bu ərizə ilə təsdiq etmişdir. Həmçinin, İddiaçı həmin mənzilə dair verilmiş payçılıq müqaviləsi, maliyyə arayışı, plan sxem və 15 may 2007-ci il tarixli, 020364 nömrəli orderin verilməsindən onun xəbəri olmamış, həmin sənədləri o imzalamamış və möhürlə təsdiq etməmişdir. X2 imzası 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən tərəfindən təsdiq edilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 46 nömrəli 24 may 2006-cı il tarixli müqavilə ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 10 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.metr olan 4 otaqlı 46 nömrəli mənzilin alqı-satqısı həyata keçirilmişdir. Cavabdeh1 MTK-nın maliyyə arayışı ilə müəyən olunur ki, qeyd edilən mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir, onun müvafiq mənzilə dair MTK-ya borcu yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4054/2014 saylı, 25 dekabr 2014-cü il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən, Cavabdeh1 MTK-ya məxsus 10b nömrəli kooperativ evin 1-ci girişi, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 195 kv.metr olan 46 nömrəli mənzil sahəsi və həmin binanın 1-ci girişində yerləşən, ümumi sahəsi 220kv.metr olan mansard sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10b, ümumi sahəsi 162,5 kv.metr olan 46 nömrəli mənzil (yeni qaydalarla: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 3, mərtəbə 16, mənzil Cavabdeh2 məxsus olması da müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 24 aprel 2017-ci il tarixli cinayət işi üzrə icraatın xitam edilməsi barədə 24 aprel 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi üzrə icraat Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından xitam edilmişdir. 44 saylı Notariat Kontorunun 01.09.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. 16.10.2018-ci il tarixli "xxxx" ASC-nin məktubuna əsasən müəyyən edilir ki, "xxxx" ASC ilə X14 arasında bağlanmış 28.10.2015ci il tarixli kredit müqaviləsinin təminatı qismində 28.10.2015-ci il tarixli İpoteka müqaviləsi bağlanaraq Cavabdeh3 məxsus tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2273 nömrəli reyestr kitabının 211574 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 10b, mənzil 46 bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin girovda qalmaq şərtilə alğı-satqı edilməsinə etiraz etmirlər. 53 saylı Notariat Kontorunun 17.10.2018-ci il tarixli 4Ə-1489 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25.10.2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 133-cü maddəsinin müddəalarına uyğun tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslərin kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən edilmiş işin faktiki hallarına və yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq mübahisələndirilən 10 və 10B saylı mənzillərin eyni mənzil olması qənaitinə gələrək Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10B, 46 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 24 may 2006-cı il tarixli 46 saylı müqavilənin etibarsızlığı ilə bağlı hissədə iddia tələbini əsaslı hesab etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdir ki, mülki iş materiallarında olan ********* nömrəli arxiv cinayət işindən çıxarılmış şikayət ərizələrindən göründüyü kimi, hazırda mübahisələndirilən müqavilə Cavabdeh1 MTK-nın təsisçisinin oğlu ilə Cavabdeh2 arasında olan sövdələşmə nəticəsində rəsmiləşdirilmiş, həmin sövdələşməyə əsasən sonuncu T.Ş.Hüseynova mübahisəli mənzilə və mansarda dair çıxarış əldə etməsi üçün köməklik edəcəyi vədini vermişdir. Lakin faktiki olaraq Cavabdeh2 tərəfindən hər hansı məbləğdə pul Cavabdeh1 MTK-ya ödənilməmişdir. Digər tərəfdən mülki iş materiallarında olan 07.06.2016-cı il tarixli AR ƏMDK yanında DƏDRX-nin məktubu ilə müəyyən edilir ki, mübahisəli mənzil üzərində İddiaçı hüquqları 13.02.2008-ci ildən qanunamüvafiq qaydada qeydiyyata alınmışdır. Məhkəmə mübahisələndirilən mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında 2006-cı ildə bağlandığını, İddiaçı adına isə 2007-ci il tarixdə orderin olmasına münasibətdə qeyd etmişdir ki, əvvəla 24 may 2006-cı il tarixli 46 saylı müqavilədə mübahisəli əmlakla bağlı mənzilin ünvanı 10B kimi qeyd edilmişdir, lakin iddiaçıya məxsus əmlakın 10 nömrəli kooperativ binası olduğu görünür. Məhkəmə araşdırması müddətində cavabdehlər arasında bağlanmış 24 may 2006-cı il tarixli 46 saylı müqavilənin əsli məhkəməyə təqdim edilməmiş, müqavilənin əsli yoxdursa, müqavilələrin qeydiyyat kitabları, ilkin ödəniş və sonrakı ödənişlər barədə kassa mədaxil orderləri, əgər mədaxil orderləri yoxdursa, müəssisəyə mədaxil olunmuş pulların dövriyyəsini təsdiq edən kassa kitabı məhkəməyə təqdim edilməli idi. Əgər bu sənədlər məhkəməyə təqdim olunmayıbsa, yalnız mübahisəli müqavilənin iddiaçıya məxsus orderdən daha əvvəl bağlanması ilə əlaqədar cavabdehlərin əsası olmayan sözlərinə istinad edilməsi qəbul edilməzdir. Belə ki, deyilən fakt AR ƏMDK yanında DƏDRX-nin 19.05.2020-ci il tarixli məktubu ilə də təsdiqini tapır. Belə ki, həmin məktubdan aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, 46 saylı mənzil İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir.(2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-1462/2017 saylı, 18.05.2017-ci il tarixli qərarı ilə təkrar çıxarışın verilməsi öhdəliyi həvalə edilmişdir). 13.02.2015-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir.(2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)- 4054/2014 saylı, 25.12.2014-cü il tarixli qərarından sonra). Qeyd edilənlərdən habelə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun tamamlığı prezumpsiyasından da belə nəticəyə gəlinir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 24 may 2006-cı il tarixli 46 saylı payın alqı-satqı müqaviləsində Mülki Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulan uydurma əqdin əlamətləri də müşahidə olunur. Belə ki, mübahisəli mənzilə dair “Cinayət işi üzrə icraatın xitam edilməsi barədə” 24 aprel 2017-ci il tarixli izahatlarda əks olunan faktlar alqı-satqı müqaviləsinin etibarlı müqavilə olmasını istisna edən hallardandır. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK iddia tələbinə etirazlarda buna aydınlıq gətirməli idilər. Belə ki, yalnız müqavilənin iddiaçıya məxsus orderdən daha əvvəl bağlanması əsasında daşınmaz əmlakın həqiqətən də qanuni əsaslarla Cavabdeh2 satıldığına dair mülahizələr açıq-aşkar inandırıcı və ağlabatan deyildir. Qeyd olunanlara əsasən, ünvan 1 iddiaçı şəxs İddiaçı daim istifadəsi və sərəncamında olmuşdur. Belə ki, qeyd edilən mənzilə dair müvafiq çıxarış ilkin olaraq iddiaçı şəxsin adına qeydiyyatdan keçmiş, iddiaçı ilə yuxarıda qeyd edilən bank arasında ipoteka müqaviləsi bağlanmış, sonradan borc ödənildiyindən həmin mənzil girovdan azad edilmişdir, eyni zamanda iddiaçı şəxs tərəfindən çıxarış itirildiyindən onun dublikatının verilməsi ilə bağlı aidiyyəti təşkilata müraciət edilmiş, onun imtinası əsasında iddiaçı müvafiq inzibati-iqtisadi məhkəməsinə müraciət etmiş, həmin məhkəmə qərarı ilə müvafiq çıxarışın dublikatının verilməsi cavabdeh təşkilata həvalə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10B, 46 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 24 may 2006-cı il tarixli 46 saylı müqavilənin etibarsızlığı ilə bağlı hissədə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbinin “Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə bağlı aparılmış çıxarışların ləğv edilməsi” ilə bağlı hissədə iddia tələbini əsaslı hesab etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdir ki, İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzilin üzərində Cavabdeh4 mülkiyyət hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün məhz ondan əvvəl bağlanmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsas olmuşdur. Həmin müqavilə də məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı uydurma əqdin əlamətləri olan 24 may 2006-cı il tarixli 46 saylı müqavilənin əsasında olduğundan Cavabdeh4 hazırki mübahisədə vicdanlı alıcı ola bilməz. İlk öncə o səbəbdən ki, Cavabdeh4 həmin mənzili qanuni əsaslarla əldə etdiyini bəyan edərək özünü vicdanlı alıcı hesab etməsi ilə bağlı məsələni mübahisələndirmir. Lakin hazırkı mülki iş üzrə iddia tələbinə etirazını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi ilə əsaslandırmaqla mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh4 mübahisəli mənzili əldə edərkən vicdanlı alıcı olması ilə bağlı faktları mübahisələndirməmiş, bu hal isə onun 17.10.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən vicdanlı alıcı kimi hərəkət etməsi halını şübhə altına alır və cavabdeh bununla bağlı hər hansı etiraz və dəlillərini məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin əqdin etibarsızlığının hüquqi nəticələrini tənzimləyən 337.5-ci maddəsinin müddəaları tətbiq edilməməlidir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, işdən görünür ki, məhkəmə araşdırması zamanı alqı-satqı müqaviləsi üzrə məbləğin həqiqətən də ödənilməsi faktı müəyyən olunmadığından əqdin etibarsızlığının nəticələri hazırkı iş üzrə tətbiq edilməməlidir. Çünki, etibarsızlığın nəticələrinin hazırkı iş üzrə tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasından biri də mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi, mülkiyyətə cavabdeh tərəfindən qəsd və ya başqa maneələrin həyata keçirilməsi və mülkiyyətçinin qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etməsidir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Eyni zamanda, iddia ərizəsində qeyd edildiyi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-573/2019 saylı mülki işi üzrə məhkəmə tərəfindən təyin edilmiş yerli baxış zamanı müəyyən edildiyi kimi müvafiq mənzil ilə bağlı müəyyən edilmiş dəyişikliklər Cavabdeh2 ilə Cavabdeh1 MTK-nın vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılmalıdır. Görülən əlavə dəyişikliklər nəticəsində qeyd edilən mənzilin yan tərəfindən əlavə qapı açılmışdır. Gələcəkdə arzuolunmaz nəticələrin yaranmaması məqsədilə, qeyd edilən dəyişiklər cavabdehlərin vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə bağlı aparılmış çıxarışların ləğv edilməsi” ilə bağlı iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətlərinin Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş mənzillə Cavabdeh2 satılmış mənzillərin eynilik təşkil etmədiyi, eyni binada yerləşməməsi, iş materiallarında olan sənədlər və dəlillərin mənzillərin fərqli olduğunu, İddiaçı verilmiş mənzilin yerləşdiyi bina ilə ona verilmiş mənzilin yerləşdiyi bina arasında kifayət qədər fərqlər olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, apelyasiya icraatı zamanı cavabdehlərin həmin dəlilləri ətraflı araşdırılmış, tərəflərin apelyasiya icraatında təqdim etdikləri əlavə materiallar əlavə araşdırılmış, mübahisəli mənzillərin yerləşdiyi binalara yerli baxış keçirilmiş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli ərazidə Cavabdeh1 MTK tərəfindən iki bina inşa edilmişdir. Həmin binalardan biri 6 girişli, 10 mərtəbəli, 130 mənzilli, digəri isə 1 girişli, 16 mərtəbəli 52 mənzilli binalardır. İddiaçıya və cavabdehlərə verilmiş müqavilələrdə hər iki mənzilin 1-ci giriş, 16 mərtəbəli binada yerləşməsi qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin çıxarışının dublikatının alınması barədə məhkəməyə müraciət etmiş, müvafiq məhkəmə qərarı aldıqdan sonra cavabdeh həmin qətnaməni apelyasiya qaydasında mübahisələndirsə də, şikayəti təmin edilməmiş, bundan sonra cavabdeh iddiaçıya verilmiş orderi məhkəmədə mübahisələndirsə də, iddiası baxılmamış saxlanılmışdır. Qeyd edilən hallar cavabdehin mübahisəli mənzillərin eyni mənzil olmasını qəbul edib mübahisələndirilməsini təsdiq edir. Göstərilən hallar cavabdehlərin mübahisələndirilən mənzilin onların mülkiyyətində olan eyni mənzil olmaması barədə apelyasiya şikayətlərinin dəlillərinin əsasız olmasını təsdiq edir. Bununla yanaşı, məhkəmə kollegiyası onuda müəyyən etmişdir ki, mübahisələndirilən mənzilə cavabdehin adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün əsas olmuş inzibati məhkəmənin qərarı ləğv edilmiş və həmin iddia baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirib, şikayətlərin dəlillərinin mötəbər sübutlarla təsdiq edilməməsi əsası ilə hesab edir ki, apelyasiya şikayətləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətlərində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-665/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-665/2022
29.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver