Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6658/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə2, Cavabdeh qanuni təmsilçisi Mehman Bədalzadə və onun vəkili X6 iştirakıları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)- 1566/2021 nömrəli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətl Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2250 ABŞ dollarının Mərkəzi Bankın məzənnəsi ilə 3825 manat əsas və 382,5 dəbbə pulu kimi, cəmi 4207,5 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İnternetdə Cavabdeh MMCnin ABŞ-da Work and Travel USA (WAT) tələbə yay təcrübəsi haqqında verilmiş elana əsasən, bu firmanın ofisində 19.11.2019-cu il tarixdə 2019-0029 nömrəli müqavilə imzalamışdır. Work and Travel USA X12 Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində X4 işləyib ingilis dilini təkmilləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. Bu proqramda iştirak etmək üçün iddiaçı 19 noyabr 2019-cu il tarixdə 400 ABŞ dolları və 07 yanvar 2020-ci il tarixində 1850 ABŞ dolları (cəmi ödənilən məbləğ 2250 ABŞ dolları) bağlanmış müqavilənin şərtlərinə əsasən nağd qaydada firmaya ödənişlər etmişdir. Koronavirus pandemiyası ilə əlaqədar 16 iyun 2020-ci il tarixində Cavabdeh MMC-nin rəhbəri Bədalzadə Mehman ona təklif etdi ki, proqramın icrası mümkün olmadığına görə o, səfəri gələn ilə, yəni 2021-ci ilə keçirsin. İddiaçı 2021-ci ildə maqistraturaya daxil olmaq planları olduğu üçün bu təklifnən razı ola bilmədiyini Cavabdeh MMC-nin rəhbərliyinə bildirmiş və ödənilən pulların müqavilənin şərtlərinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Lakin firmanın rəhbəri Bədalzadə Mehman uzun müddət keçməsinə baxmayaraq bu günə kimi ödənilmiş məbləği qaytarmamışdır, bu isə bağlanmış müqavilənin şərtlərinə ziddir. Belə ki, 19.11.2019-cu il tarixli 2019-0029 nömrəli müqavilənin 3.6-cı bəndinə əsasən edilən bütün ödənişlər 15-30 oktyabr 2020-ci il tarixədək geri qaytarılmalıdır. Bundan başqa həmin müqavilənin 5.2-ci bəndinə əsasən hər gecikdirilən günə görə sifarişçi içracıdan 0,1% dəbdə pulu tələb etmək hüququna malikdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il, tarixli 2(004)- 1566/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 3825 manat əsas borc, 221,85 manat dəbbə pulu olmaqla, ümumilikdə 4046,85 (dörd min qırx altı manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1566/2021 saylı iş üzrə 12.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən dünyada baş verən koronavirus epidemiyası ilə əlaqədar, şirkət olaraq vətəndaşların vəziyyətini başa düşərək, ABŞ-dakı tərəfdaşları ilə əlaqə saxlayaraq bu ilki tədbirlərin gələn ilə keçirilməsini xahiş etməklərini, razılıq əldə etməkləri və buna görə də tələbələrə göndərilmiş bildirşdə proqramda iştirakını 2020-ci ildən 2021 və 2022-ci illərdən birinə keçirmək təklifini etməklərini, ididaçı İddiaçı təkliflərinə razılaşmadığını, 1 iyul 2020ci il tarixində isə e-mail vasitəsilə Cavabdeh MMC rəhbərliyi adından İddiaçı ofislərinə yaxınlaşıb DS-2019, Sığorta və SERVİS formalarını götürməyini, ofisə gələ bilmədiyi halda, poçtla ünvanına göndərilməsini bildirməkləri nəzərə almamış, izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirilməli olduğu halda bunu etməmiş və iddiaçının əsassız iddia tələbini təmin etmişdir. Aralarında bağlanmış müqavilənin 7.1-ci bəndinə əsasən Tərəflərədən heç biri müqavilə bağlandıqdan sonra baş vermiş daşqın, zəlzələ və digər təbii fəlakətlər, yanğın, müharibə və ya hərbi əməliyyatlar, eyni zamanda tərəflərin biri üçün məcburi qüvvəyə malik: hökumətin və ya digər hökumət stukturlarının qətnamə və ya sərəncamlarının nəticəsi olaraq öhdəliklərinin tam və ya qismən icra edilməməsi üçün məsuliyyət daşımayacaqlar. Əgər bu hadisələrdən istənilən biri müqavilə ilə təyin olunmuş müddət ərzində öhdəliklərin icra olunmasına birbaşa təsir göstəribsə, bu halda himin müddət müvafiq vəziyyətin qüvvədə olduğu müddətin davamına artırılır. Müqavilə öhdəliklərinə uyğun olaraq qarşı tərəfə 2020-ci ildə nəzərdə tutulan proqramda iştirakının məlum məsələlərlə bağlı baş tutmadığı və bu səbəbdən həmin proqramın 2021 və 2022-ci illərdə baş tutacağı barədə bildiriş göndərmişlər. Göründüyü kimi müqavilə üzrə hökumətin və ya digər hökumət stukturlarının qətnamə və ya sərəncamlarının nəticəsi olaraq öhdəliklərin tam və ya qismən icra edilməməsi üçün məsuliyyət daşımırıq və öhdəliklərin fors major şəraitdə icra edə bilməyən tərəf kimi digər tərəfi müvafiq qaydada məlumatlandırmamışlar. Bununla əlaqədar qeyd edirlər ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.04.2021 -ci il tarixli 2(004)-1566/2021 saylı qətnaməsi ədalətsizdir. Çünki məhkəmə tərəfindən qətnamə qəbul edilərkən onun dəlilləri, izahatları nəzəzrə alınmamış, sübutlara obyektiv hər tərəfli və tam baxılmayaraq qiymət verilmişdir. Yekun olaraq qeyd edirlər ki, onlar Cavabdeh MMC olaraq 19 noyabr 2019-cu il tarixli müqvilə üzrə bütün öhdəliklərini yerinə yetirmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh qanuni təmsilçisi Mehman Bədalzadə və onun vəkili X11 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19 noyabr 2019-cu il tarixdə İddiaçı(sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında “Work and X10 Ştatlar (ABŞ) 2020” xidmət müqaviləsi bağlanmış, müqavilənin 3.1 bəndinə əsasən müqavilənin ümumi məbləği 2250 ABŞ dollarına razılaşdırılmışdır. Cavabdeh MMC-nin iddiaçıya ünvanlandığı 27 iyun 2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh müqaviləyə əsasən iddiaçının iştirakçısı olduğu “Work and X10 Ştatlar (ABŞ) 2020” proqramında iştirakına yarana biləcəyi riskləri nəzərə alaraq tərəflərindən təklif olunan təklifləri dəyərləndirib 1 iyul 2020-ci ilə qədər yazılı və elektron poçt vasitəsilə MMC-yə göndərilməsini iddiaçıya təklif etmiş, təkliflər aşağıdakilərdən ibarət olmuşdur: iddiaçının proqramda iştirakının 2020-ci ildən 2021-ci ilə və ya 2022-ci illərdən birinə keçirilməsi və ya proqramda iştirakının 2020-ci ildə saxlanması və iddiaçıya aid olan bütün sənədlərin qeydiyyatda olduğu ünvana çatdırılması. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin rəhbəri Nümayəndə1 İddiaçı ünvanlanmış 27.06.2020-ci il tarixli məktubundan görünür ki, Nümayəndə1 Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərin yerinə yetirildiyi üçün ödədiyi xidmət haqlarının Cavabdeh MMC tərəfindən iddiaçıya qaytarılmayacağını bildirmişdir. Müqavilənin 3.3-cü bəndinin 1-ci və 2-ci abzaslarına əsasən sifarişçi tərəfindən ödəniş aşağıdakı qaydada həyata keçirilməlidir: 400.0 ABŞ dolları həcmində məbləğ proqramda ilkin qeydiyyatın həyata keçirilməsi; 1850.0 ABŞ dolları həcmində qalıq məbləğ sifarişçi ilə sponsor arasında təyin olunmuş müsahibə tarixinə qədər ödənilməlidir. Qeyd olunan tarixədək proqramın tam ödənişi həyata keçirilmədiyi təqdirdə sifarişçi müsahibədə iştirak edə bilməyəcək və iştirakı ləğv edilməklə ilkin ödənişi geri qaytarılmayacaq. İddiaçı tərəfindən təqdim edilmiş kassa mədaxil qəbzlərindən göründüyü kimi, 699 manat, sonra isə 3154 manat iddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən sifarişçi ABŞ-a viza ala bilməzsə, müvafiq sənəd/sənədlər və DS-2019 Formasını icraçıya dərhal təhvil verməlidir. Sifarişçi DS-2019 formasını bu maddədə göstərilmiş müddət ərzində icraçıya təhvil verərsə, icraçı 450 ABŞ dollan istisna olmaqla qalan məbləği sifarişçiyə geri qaytaracaqdır. Sifarişçi hər hansı səbəbə görə DS-2019 sənədini geri qaytarmazsa, proqramda iştirak üçün ödədiyi (2250 ABŞ dollar) geri qaytarılmayacaqdır. Sifarişçi ABŞ-a viza aldıqdan sonra Proqramda iştirak etməkdən imtina edərsə icraçı tərəfindən bu halda da sifarişçiyə heç bir ödəniş geri qaytarılmayacaqdır. Müqavilənin 3.6-cı bəndinə əsasən müqavilənin 3-cü maddəsində qaytarılacağı qeyd edilən bütün ödənişlər 15-30 oktyabr, 2020-cu ildə sifarişçiyə təqdim olunacaq. Müqavilənin 5.2-ci bəndinə əsasən xidmətlərin nəticələri razılaşdırılan müddət ərzində təmin olunmadıqda sifarişçi icraçıdan hər malın dəyərinin 0.1 %-i miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 7.2-ci bəndinə əsasən öhdəliklərini fors major şəraitdə icra edə bilməyən tərəf digər tərəfi yazılı formada yuxarıda sadalanan hallardan birinin başlanma, güman edilən davamı və bitmə vaxtı barədə məlumatlandırmalıdır. Xəbərdarlıqda göstərilən faktlar müvafiq səlahiyyətli idarə və ya təşkilat tərəfindən təsdiq olunmalıdır. Müqavilənin 8.6-cı bəndinə əsasən müqavilənin pozulması tərəfləri xidmətlərin nəticəsi üçün ödəniş üzrə öhdəliklərdən, eyni zamanda öhdəliklərin yerinə yetirilməməsi məsuliyyətindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tədqiq olunmuş sübutlardan görünür ki, müqavilənin icrası dünyada koronavirus infeksiyasının qarşısının alınması məqsədilə sərhədlərin bağlanması ilə əlaqədar mümkün olmamış, iddiaçı onun tərəfindən ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh tərəfindən həmin vəsait geri qaytarılmamışdır. Məhkəmə kollegiyası cavabdehin onun tərəfindən müqavilə üzrə bütün öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və bununla əlaqədar iddiaçı tərəfindən ödənilmiş xidmət haqlarının geri qaytarılmalı olmaması barədə dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə baglanan anadək onun müqaviləni gələcəkdə icra edə bilməyəcəyi barədə mövcud olan maneə - koronavirus barədə ətraflı məlumatı olmuşdur. Belə ki, dünya kütləvi informasiya vasitələrində, o cümlədən ABŞ-ın KİV-lərində hələ tərəflər arasında müqavilə bağlanmamışdan əvvəl Çində koronavirus infeksiyasının yayılması, onun çox təhlükəli və tez yayılan infeksiya olması, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da da belə xəstələrin müəyyən olunması barədə məlumatlar olmuşdur. Cavabdehin də ABŞ-da yay tətilinin təşkil olunması işi ilə məşğul olması ilə əlaqədar bu barədə daha çox məlumatlı olmuşdur. Bundan əlavə, müqavilə üzrə ikinci ödəniş cavabdeh tərəfindən iddiaçıdan 7 yanvar 2020-ci il tarixdə alınmışdır ki, həmin tarixdə də artıq kütləvi informasiya vasitələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərhədlərin bağlanması zərurəti ilə baglı məlumatlar olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 3825 manat əsas borc, 221,85 manat dəbbə pulu olmaqla, ümumilikdə 4046,85 (dörd min qırx altı manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)- 1566/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6658/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6658/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver