Məhkəmə qərarları › İş №2(103)-6672/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6672/2021

17.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6672/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1167/2021 nömrəli saylı işi üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən onun abonent koduna (**********00037) əsassız hesablanmış 972 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı: təbii X3nın pozulması haqqında” ******* saylı 31 may 2020-ci il tarixli, akt (səh.12); Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması 31 may 2020 və 30 iyul 2020-ci il tarixli tələbnaməsi (səh.15,22); Təbii X3nın pozulması haqqında” 30 iyul 2020 və 30 iyun 2020-ci il tarixli, akt (səh.23); Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması 30 iyun 2020-ci il tarixli tələbnaməsi (səh.27); İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizənin surəti (səh.11); İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23.07.2020-ci il tarixli razılaşma protokolu; abonentin saldosu (səh.9) sübut qismində təqdim edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1167/2021 nömrəli saylı işi üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən evə ( abonent kodu: **********02059 olan sayğaca qaz sərfinə görə hesablanmış 972,0 (doqquz yüz yetmiş iki) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsinin 29.03.2021- ci il tarixli 2(003)-1167/2020 saylı qətnaməsinin ləğv edib İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X3”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı qərarın 6.5ci bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 442, 445, 448; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 76, 77, 217, 372, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Qanunsuz xətt ləğv olunmasına baxmayaraq istehlakçı yenidən qanunsuz xəttini bərpa etmiş və bunun nəticəsində ümumilikdə istehlakçıya 972 manat dəyərində 3 ədəd dəymiş ziyan aktları yazılmışdır. Məhkəmə tərəfin özünü müdafiə xarakterli çıxışlarını sübut kimi qəbul etmiş və iddiaçının iddasını təmin etmişdir. Bu kimi hallar qaz paylayıcını ziyana salmaqla yanaşı istehlakçılar arasında intizamsılıq yaradar. Belə ki, bir qrup şəxs istifadə etdiyi qaza görə pul ödədiyi halda bu kimi şəxslər isə pul ödəmədən qazan qeyri-qanuni istifadə etmiş sonda isə məhkəmə onun borcunu silmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.5-ci bəndinə əsasən istehlakçı (bizim halda cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları’na əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X3”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı qərarın 6.5ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan aktları sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir, belə ki, materialları mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Belə olan halda hesab edir ki, işin müəyyən edilmiş hallarından və iş materiallarında olan sənədlərdən də göründüyü kimi Cavabdeh tərəfindən tələb olunan məbləğ qanuni və əsaslıdır. Birlik hesab edir ki, istehlakçı qazın alqışı satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və belə olan halda öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya (mülki) icraatının hədləri baxımından kollegiya yolverilməz hesab edir, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və əsaslı tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə suiistifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir Baxılan mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1167/2021 nömrəli saylı işi üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar