Məhkəmə qərarları › İş №2(103)-6676/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6676/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6676/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi X1 iştirakları ilə, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-nə qarşı “müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 208/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nin nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə öhdəliyinə İddiaçı əməl etməsi, onun Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.300 manat olmaq şərti ilə, cəmi 223.847 manat məbləğində pulu 20.12.2018-ci il tarixdə Cavabdeh1 MTK-ın hesabına tam ödəməsi, habelə birləşdirilmiş iddia üzrə və Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 04.06.2019-cu il tarixli B-266/19 saylı müqavilə öhdəliyinə İddiaçı əməl etməsi, onun Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.100 manat olmaq şərti ilə, cəmi 189.409 manat məbləğində pulu 04.07.2019-cu il tarixdə Cavabdeh1 MTK-nın hesabına tam ödəməsi və həmin mənzillər üzərində mülkiyyət hüququ əldə etməsi faktının təsdiq edilməsini, Cavabdeh1 MTK-nın “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi haqqında” 02.12.2019-cu il tarixli 01 saylı əmri etibarsız hesab etməklə əmrin etibrasız hesab olunması ilə əlaqədar Cavabdeh1 MTK-nın 09.12.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi də qüvvəsini itirmiş hesab edilməsi, "xxxx" MMC və Cavabdeh1 MTK tərəfindən bağlanmış müqavilə şərtlərinə əməl edilməsi və ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19 cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillərin İddiaçı (tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə) təhvil verilməsi öhdəliyinin icrasının təmin edilməsini, "xxxx" MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq İddiaçı Mülki Məcəllənin 178.2-ci maddəsinin (yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyesterində qeydə alındığı andan əmələ gəlir) tələblərinə uyğun olaraq öz hüquqlarını həyata keçirməsi və bu hüququn maneəsiz şəkildə, sərbəst reailzə edilməsinin təmin edilməsini, ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərdən alınaraq İddiaçı xeyrinə ödənilməsini, məhkəmə işə baxarkən Cavabdeh1 MTK-nın vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərar çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin və birləşdirilmiş iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə əsasında və 04.06.2019-cu il tarixli B-266/19 saylı müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillərin Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilmısi, Cavabdeh1 MTK-nın 09.12.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrə münasibətdə qüvvədən düşmüş hesab edilməklə 02.12.2019-cu il tarixli 01 saylı əmrin ləğv edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumundan 30 manat məbləğində pulun Cavabdeh1 MTK tərəfindən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədə həmçinin Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nin nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bununla belə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən 17.08.2021-ci il tarixdə daxil olmuş məktubda, Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən məhkəmənin 20 may 2021-ci il tarixli qərardadından şikayət ilə müraciət edildiyi bildirilmiş və həmin şikayətə baxılması üçün mülki işin birinci instasniay məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən tərəflər işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nin nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə iş apellyasiya baxışından çıxarılmalı və həmin məhkəmənin 20 may 2021-ci il tarixli qərardadından Cavabdeh2 MMC-nin nümayəndəsinin verdiyi şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-208/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nin nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəmənin 20 may 2021-ci il tarixli qərardadından Cavabdeh2 MMC-nin nümayəndəsinin verdiyi şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar