Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6694/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Zamanova Könül Dağlar qızının iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC-nə qarşı “qanunsuz kəsilmiş istilik sisteminin bərpa edilməsi, kommunal xərclərin tariflərinin əvvəlki qaydada müəyyən edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” barədə ilkin, “xxxxxxxxxx” MMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-842/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Ziya Ələsgərov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxx” MMC tərəfindən qanunsuz kəsilmiş istilik sisteminin mənzilində bərpa edilməsi, kommunal xərclərin aylıq tarifinin əvvəlki qaydada müəyyən edilməsi, fiziki və mənəvi ziyanın ona ödənilməsi (müalicə xərci 120.50 manat, mənəvi zərər 2000 manat, hüquqi yardım 1200 manat və ödənilmiş dövlət rüsumu 30 manat) cəmi 3351.50 manata dair cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, “xxxxxxxxxx” MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia tələbinin təmin edilərək, 6039,69 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxxxxxxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi tamamilə əsassız olduğundan onu qəbul etmir və hesab edir ki, ilkin iddia tələbi məhkəmə tərəfindən rədd olunmalıdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən eyni tələb ilə 2017-ci il tarixində məhkəməyə müraciət etmiş, həmin iş üzrə yekun məhkəmə qərarı mövcuddur. Bildirir ki, 2016-cı ilin dekabr ayından qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən kommunal xidmət haqqının ödənilməsi həyata keçirilmir və nəticə etibarı ilə qarşılıqlı iddiaüzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçı qarşısında 6039,69 manat məbləğində maliyyə öhdəliyi yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə cavabdehə dəfələrlə müraciətlərin edilməsinə baxmayaraq, sözügedən müraciətlər heç bir müsbət nəticə verməmiş və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Qeyd etmək istəyir ki, qarşılıqlı iddiaçı tərəfindən binanın saxlanılması üçün aşağıda qeyd olunan tədbirlər görülür və bunun müqabilində iddiaçı tərəfindən artıq ödəmənin olduğunun qeyd edilməsi absurddur. Belə ki, binada elektrik enerjisi olmadıqda generator dərhal avtomatik işə düşərək bütün xidmətləri (su nasosları, qazanxana, liftlər, bloklar, həyət, qarajlar, avtomatik qapılar və s.) elektrik enerjisi ilə təmin edir. Qaz kəsildikdə dizel yanacağından istifadə edilərək mənzillər fasiləsiz olaraq isti su ilə təmin olunur. Binanın avtomobillərə qapalı 1 ha yaxın yaşıllıqlarla əhatə olunmuş geniş həyətyanı sahəsi var. Həyətdə daima abadlıq, cari və əsaslı təmir işləri aparılır. Binaya gələn yollar təmir olunur, xarab olmuş asfalt örtüyü yenisi ilə əvəz olunaraq bina sakinlərinin rahatlığı təmin olunur. Həmçinin, 2016-cı ilin noyabr ayından Tarif Şurasının qərarına əsasən təbii qazın qiyməti 100% artırılaraq 1 kub.metr üçün 0,20 manat elektrik enerjisinin qiyməti 36% artırılaraq 0,09 manat təyin olunmuşdur. Qeyd olunan halları nəzərə alaraq 2017-ci ilin yanvar ayından etibarən xidmət haqqının məbləği qış ayları (oktyabr- aprel) üçün 1,30 manat olmaqla, yay ayları (may - sentyabr) üçün isə 0,80 manat olmaqla hesablanır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-842/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı qanunsuz kəsilmiş istilik sisteminin bərpa edilməsi, kommunal xərclərin tariflərinin əvvəlki qaydada müəyyən edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddia ərizəsi (geri götürüldüyü üçün) baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-842/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı 6039,39 manat borcun “xxxxxxxxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəmsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə, “xxxxxxxxxx” MMC tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin istilik təchizatının dayandırılması qanunsuz hesab edilərək, mənzilin istilik sisteminin və təchizatının bərpa edilməsi vəzifəsi cavabdeh “xxxxxxxxxx” MMC-yə həvalə edilsi qət edilmişdir. X1 verilmiş lakin Ali Məhkəmənin xx.xx.2028-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə xx.xx.2018-ci Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən icra edilərək mənzilə istilik sisteminin verilməsi bərpa edilmişdir. Lakin qətnamənin icrası daimi deyil müvəqqəti olmuş, belə ki,“İnşaatçı MMC tərəfindən qanunsuz bərəkətlər (qüvvədə olan məhkəmə qətnaməsinə məhəl qoymadan) davam etdirilmiş və 15.11,2019-cu il tarixdən başlayaraq yenə İddiaçı mülkiyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, mənzil 163 ünvanında yerləşən mənzilin istilik təchizatı dayandırılmışdır. Bunda sonra MMC öz qanunsuz hərəkətlərini davam etdirərək binanın lift sistemini kodlaşdırmış və kommunal xidmətə görə borc olmasını bəhanə edərək müqavilə üzrə digər xidmətlərində göstərilməsini dayandırmışdır. Halbuki, İddiaçı Kamil oğlu tərəfindən xx.xx.2018-ci il tarixli icra aktından sonra İddiaçı tərəfidən dəfələrlə komunal xidmətlərin dəyərinin ödənilməsi üçün "xxxxxxxxxx" MMC-nin Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20 ünvanında yerləşən ofisinə müraciət edilsədə, MMC tərəfindən kommunal xidmət üçün ödənişin qəbulundan imtina edilmişdir. Həmçinin 2019-2020-ci ilin payız-qış mövsümündə X3 məxsus mənzilin istilik təhcizatı dayandırıldığından və digər komunal xidmətlərdə göstərilmədiyindən həmin dövr üçün komunal xərcin tələb edilməsi tam əsassız olmuşdur. Qarşılıqlı iddia tələbinin 2016-2019cu illərin komunal xidmət ödənişlərinə münasibətdə onu qeyd edir ki, “xxxxxxxxxx” MMC tərəfindən İddiaçı məxsus mənzilə verilən istilik sistemi 2017-ci ilin yanvar ayından dayandırılmış və bu fakt Nərimanov rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Yenə həmin qətnamə ilə müəyyən edilmişdir ki. mübahisəli mənzilə xx xxxx 2017-ci il tarixdə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, evdə istilik sistemi quraşdırılsada işləmir evin qızdırılması üçün müxtəlif qızdırıcılardan istifadə edilir. Məhkəmə iclasında iştirak edən apelyatorun nümayəndəsi və vəkil apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, onlar mənzilin hər kv.mnə görə xidmət haqqının 0,80 manat olaraq hesablanması barədə qarşı tərəflə müqavilə izlamışlar və bügunki gündə də borc məbləği həmin xidmət haqqı məbləğinə əsasən hesablansa onu ödəməyə hazırdırlar. Onların MMC ilə aralarında xidmət haqqının 1,30 manatdan hesablanması barədə heç bir razılıqları olmamışdır. Məhkəmə iclasında iştirak edən “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili apellyasiya şiakyətinə etiraz edərək, birinci instansiya məhkəmsəinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatını qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı 6039,39 manat borcun “xxxxxxxxxx” MMC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 2/163 №-li “xxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, bu müqaviləyə görə icraçı Sifarişçi üçün bu müqavilənin 11-cı maddəsində göstərilən xidmətləri yerinə yetirməyi, Sifarişçi isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı İcraçıya ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilənin 6-cı bəndindən görünür ki, icraçı xidmətlərin qiymətlərini bazar qiymətlərinin təsiri nəticəsində yuxarı və ya aşağı tərəfə dəyişə bilər. Bu zaman Sifarişçi 10 gün əvvəlcədən məlumatlandırılır. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1719/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxxx” MMC-nin İddiaçı mülkiyyətində olan mənzilin istilik təchizatının dayandırılması kimi hərəkətləri qanunsuz hesab edilərək, bu cür hərəkətlərə gələcəkdə yol verilməsi qadağan olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, mənzil 163 ünvanında mənzilin kəsilmiş istilik sisteminin bərpa edilməsi vəzifəsi cavabdeh “xxxxxxxxxx” MMC-nin üzərinə vəzifə kimi qoyulmuş, Kommunal xərclərin aylıq tarifi xx xxxxxx 2013-cü il tarixli müqavilədə qeyd edilmiş 0,80 manat məbləğin 2017-ci ilin aprel ayına kimi müəyyən edilməsi, istilik sisteminin kəsilməsi ilə bağlı iddiaçının çəkdiyi müalicə xərci olaraq 81,10 manat, mənəvi zərər olaraq 1200 manat, hüquqi yardım olaraq 800 manat və ödənilmiş 30 manat dövlət rusumu olmaqla, cəmi 2.111.10 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxxxxxxxx” MMC-dən İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017ci il tarixli, 2(103)-7213/2017 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017- ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC-nə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə gələcəkdə yol verilməsinin qadağan olunması vəzifəsinin qoyulması; iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, mənzil 163 ünvanında yerləşən mənzilin kəsilmiş istilik sisteminin bərpa edilməsi vəzifəsinin cavabdeh "xxxxxxxxxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması; kommunal xərclərin aylıq tarifinin əvvəlki xx xxxxxx 2013-cü il tarixli müqavilədə qeyd edilmiş 0,80 manat məbləğində müəyyən edilməsi; istilik sisteminin kəsilməsi ilə bağlı onun uşaqlarının xəstələnməsi ilə əlaqədar 81,10 manat məbləğində müalicə xərclərinin, hüquqi yardımın göstərilməsi ilə bağlı “xxxxxxxxxxxxx” MMC-yə ödənilmiş 2.000 manat məbləğində pul vəsaitinin, mənəvi zərər olaraq 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxxxxxxxx” MMC-dən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, “xxxxxxxxx” MMC tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, mənzil 163 ünvanında yerləşən mənzilinin istilik təchizatının dayandırılması qanusuz hesab edilərək, mənzilin istilik sisteminin və təchizatının bərpa edilməsi vəzifəsinin cavabdeh “xxxxxxxxxx” MMC-nə həvalə edilsməsi, qalan hissədə İddiaçı iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli, 2(102)-325/2018 saylı qərarı ilə İddiaçı kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli, 2(103)- 12562/2017 saylı qətnaməsi verilmiş kasassiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli borc haqqında arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, mənzil 163 ünvanında yaşayan İddiaçı həmin mənzildən istifadə ilə bağlı hazırkı dövrə kommunal xidmətlər və istilik sistemindən istifadəyə görə cəmi 6039,39 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı borc məbləğinin ödənilməsi üçün “xxxxxxxxxx” MMC tərəfindən müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli müraciətdən görünür ki, İddiaçı “xxxxxxxxxx” MMC-nə kommunal xidmət haqqının ödənilməsi üçün MMC-nin bank rekvizitlərinin ona göndərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev ünvanında yerləşən çoxmənzilli 20 saylı binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıcağının xx.xx.2017-ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev 20 ünvanında yerləşən çoxmənzilli binanın saxlanması, cari təmiri və binaya göstərilən xidmətlərə görə ödənilməli olan məbləğ aylıq sahə mülkiyyətçilərinn mülkiyyətində olan sahənin 1kv.m üçün 0,80 manat, payız-qış mövsümündə istilik xidmətlərinə görə hər 1kv.m üçün əlavə 0.50 manat müəyyənləşdirilmiş və həmin məbləğ sahə mülkiyyətçisi tərəfindən idarəedici təşkilatla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq idarəedici təşkilata ödənilməsi; sahə mülkiyyətçiləri tərəfindən hazırkı yığıncaqda qərar qəbul edildikdən sonra 15 gün ərzində idarəedici təşkilatla çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması 100% səs çoxluğu ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi MMC-nin təqdim etdiyi borc arayışında əks olunmuş rəqəmləri əsas götürərək, həmçinin cərimə borcunun məbləğini azaldaraq müvafiq nəticəyə gəlmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən İddiaçı, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya hesab edir ki,birinci instansiya məhkəməsi borc məbləğinin hesablanmasında yanlışlığa yol verimişdir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən, İddiaçı məxsus mənzilə xx.xx.2018-ci il tarixdə istilik sisteminin verilməsi bərpa edilmişdir. Bununla belə iş materiallarında olan borc arayışından görünür İddiaçıa 2018-ci ilin noyabr ayı üçün də istilik sistemindən istifadəyə görə borc məbləği hesablanmışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borc məbləğinin tutulması hissəsində dəyişdirilməli, İddiaçı tutulmalı olan borc məbləği 5804,61 (6039- 180,3 kv x 1,30 manat = 5804,61 manat) manat müəyyən edilməlidir. Belə ki, İddiaçı məxsus mənzilə isitilik sisteminin verilməsi 2018-ci il dekabr ayından bərpa edildiyindən, ondan noyabr ayı üçün hesablanmış borcun tutulması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-842/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi qətnaməsi “İddiaçı 6039 (altı min otuz doqquz) manat 39 (otuz doqquz) qəpik borcun “xxxxxxxxxx” MMC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilsin. İddiaçı “xxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı olan borc 5804 (beş min səkkiz yüz dörd) manat 61 (altmış bir) qəpik məbləğində müəyyənləşdirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6694/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6694/2020
23.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver