Məhkəmə qərarları › İş №2(103)-6696/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6696/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6696/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı1 vəkili X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1600/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı depozit müqavilələrinin şərtlərinin birtərəfli dəyişdirilməsi nəticəsində depozit faizlərində xx.xx.2019-cu il tarixinə qədər yaranmış fərqin hər birinə 6.165 və ümumi 18.495 ABŞ dollarının tam olaraq ödənilməsini və bundan sonra müqavilələrin bitmə tarixinə qədər faiz ödəmələrinin müqavilələrdə qeyd edildiyi kimi 12 faiz olaraq ödənişlərin davam etdirilməsini və hər birinə maddi zərərə görə 20.000 ABŞ dolları və mənəvi olaraq dəyən zərər görə təzminat olaraq hər birinə 30.000 ABŞ dollarının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1600/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən İddiaçı3 ilə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsinə dair şərtinə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən xx xxxxxx 2017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişiklik, İddiaçı2 ilə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsinə dair şərtinə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən xx xxxxxx 2017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişiklik, İddiaçı1 ilə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsinə dair şərtinə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən xx xxxxxx 2017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilmiş, xx xxxxx 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilə üzrə xx xxxxxx 2017-ci il tarixdən etibarən ödənilməmiş faiz fərqi qismində hesablanmış məbləğ "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-dən alınıb İddiaçı3 ödənilməsi, xx xxxxx 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilə üzrə xx xxxxxx 2017-ci il tarixdən etibarən ödənilməmiş faiz fərqi qismində hesablanmış məbləğ "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-dən alınıb İddiaçı2 ödənilməsi, xx xxxxx 2015-ci il tarixli multivalyuta əmanət (depozit) hesabı haqqında müqavilə üzrə xx xxxxxx 2017-ci il tarixdən etibarən ödənilməmiş faiz fərqi qismində hesablanmış məbləğ "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-dən alınıb İddiaçı1 ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçılar həmin qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişlər. Apellyasiya şikayətinin dəlili: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, tərəflər arasında müqavilə bağlandığı vaxtdan sonra, yəni 2015-ci ilin fevral ayında, daha sonra isə 2015-ci ilin dekabr ayında Azərbaycan manatın devalivasiyaya uğramış, iddiaçılar müqavilənin qeyd olunan bəndinə zidd olaraq, əmanət faizinin əvvəlki qaydada hesablanmasını Bankdan tələb etmişlər. Halbuki, qeyd olunduğu kimi, bankın “dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri" haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015ci il tarixli Fərmanını və bankın İdarə Heyətinin xx.xx.2015-ci il tarixli 82 nömrəli qərarını rəhbər tutaraq əmanət məbləğini və faizləri tam şəkildə iddiaçılara ödəmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış müqavilə şərtlərinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının göstərişinə əhəmiyyət vermədən, iddia tələbini təmin etməklə qanuni əsası olmayan qətnamə qəbul etmişdir. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili S.Əliyev apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı3 ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxx 2015ci il tarixli multivalyuta əmanət hesabı haqqında müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 1.000 manat və 30.000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və ABŞ dolları depoziti üçün illik 12 faiz, manat depoziti üçün illik 13 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 120 ay müddətinə bağlanmışdır. İddiaçı2 ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxx 2015ci il tarixli multivalyuta əmanət hesabı haqqında müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 1.000 manat və 30.000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və ABŞ dolları depoziti üçün illik 12 faiz, manat depoziti üçün illik 13 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 120 ay müddətinə bağlanmışdır. İddiaçı1 ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxx 2015ci il tarixli multivalyuta əmanət hesabı haqqında müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 1.000 manat və 30.000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və ABŞ dolları depoziti üçün illik 12 faiz, manat depoziti üçün illik 13 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 120 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikasının Maliyyə X2 tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli, ********** saylı məktubun surətindən görünür ki, Vətəndaş İddiaçı3 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC (bank) ilə aralarında xx xxxxx 2015-ci il tarixində imzalanmış əmanət müqaviləsinə əsasən illik faiz dərəcəsi 12 % olmaqla 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində əmanət yerləşdirdiyi və həmin müqavilədə qeyd olunan faiz dərəcəsinə 2017-ci ilin noyabr ayından etibarən bank tərəfindən birtərəfli qaydada dəyişiklik edilərək illik faiz dərəcəsinin 2 %-ə endirildiyi məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Eyni zamanda, Məcəllənin 948.3-cü bəndinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Sözügedən kredit müqaviləsinin 8.1ci bəndinə uyğun olaraq bü müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib olunur və hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minərək müqavilənin tərkib hissəsini təşkil edir. Eyni zamanda Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirılmiş vaxt üçün illik beş faizödəməyə borcludur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2017-ci ilin noyabr ayından bugünədək vətəndaş İddiaçı3 hesabında olan əmanət məbləğinə ilkin müqaviləyə əsasən illik faiz dərəcəsi 12 % olmaqla faiz hesablanmasını, müqaviləyə olunmuş dəyişikliyin ləğv edilərək faiz hesablanmasının ilkin müqavilənin şərtlərinə uyğun aparılmasını, həmçinin hesablanmalı olan faiz məbləğinə Məcəllənin 445,7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçünfaiz hesablanmasını təmin etməyi və bununla bağlı 2 (iki) gün ərzində Palataya və vətəndaşa məlumat vermələri tələb olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Rayon məhkəməsi iş üzrə düzgün nəticəyə nəticəyə gələrək qeyd etmişdir ki, əmanət müqavilələrinin faizlərlə bağlı şərtləri cavabdeh Bank tərəfindən dəyişdirilsə də, bununla bağlı tərəflər arasında razılıq əldə edilməmiş, əmanət müqavilələrinə dəyişikliklər edilməsi barədə tərəflər arasında müqavilə imzalanmamış, müqavilələrdə dəyişikliklərin edilməsi barədə tələblə məhkəməyə müraciət edilməmişdir. Müqavilənin faizlərlə bağlı şərtləri Bank tərəfindən xx.xx.2017-ci il tarixdən etibarən birtərəfli qaydada dəyişdirilmiş və müqavilə üzrə depozitin illik faiz dərəcəsi 2 faizə endirilmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, birtərəfli qaydada faiz dərəcəsinin endirilməsi barədə bank tərəfindən müqaviləyə edilmiş dəyişiklik etibarsız hesab edilməlidir. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1600/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar