Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-67/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya; müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdeh “X52” MTK və İddiaçı qarşı işi üzrə Açar sözlər: (“qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və təhvil verilməsi”; müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunması”) hakimlər X9 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi (qanuni təmsilçi) X13, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4673/2022 saylı işi üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi ilə bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi ilə mülkiyyətində olan A1 blokunun asma katında, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüquqlarının tanınması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərmişdir ki, o, cavabdeh "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi ilə xx.xx.2014-cü il tarixdə müqavilə bağlamışdır. Bu müqaviləyə əsasən o, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 blokunun asma katında, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsinin dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra mülkiyyət hüququ əldə etmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyərini ödəməsi ilə bağlı ona xx.xx.2014-cü il tarixli Maliyyə arayışı verilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli Maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti 32, 1181 -ci məhəllə ünvanında yerləşən binanın A1 və A2 bloklarınının orta hissəsində yerləşən 2-ci mərtəbə 162 kv/m dəyəri onun tərəfindən tam ödənmişdir (268,500 manat), borcu yoxdur. xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MTK qeyri-yaşayış sahəsinin dəyərini tam ödədikdən sonra ona təhvil veriləcəyini öz üzərinə götürür. Lakin "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi bu günədək obyekti təhvil verməmişdir.
2. Birinci instansiya məhkəməsi icraatı zamanı tədqiq edilmiş materiallardan müəyyən edilir ki: - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilənin surətindən məlum olur ki, Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə görə "Hom-Paş Prestij” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocali prospekti, 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokun asma katında kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsini "Kooperativ” "Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1-ci maddəsinin “e” bəndinə əsasən tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş Xocalı prospektinə baxan hissəsində yerləşən A1 blokun asma katında kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsini "Payçı” ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən təhvil veriləcək sahə A1 blokun asma katında kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m,cəmi dəyəri 268.500 təşkil edən qeyri-yaşayış sahəsi məbləğində müəyyən edilmişdir; - "Hom-Paş Prestij” MTK tərəfindən verilmiş 22 sentyabr 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32, 1181- ci məhəllə ünvanında yerləşən yaşayış binasındakı ev İddiaçı məxsusdur və A1 və A2 bloklarının orta hissəsində yerləşən 2-ci mərtəbədə 162 kv/m 268500, cəmi dəyəri tam ödənilmişdir, borcu yoxdur; - Qeyd edilən maliyyə arayışının arxasında əlyazma ilə yazılmış və İddiaçı, X53 və H.Yigitgöl tərəfindən imzalanmış qeydə əsasən müəyyən edilir: Mən İddiaçı maliyyə arayışında göstərilən obyektimi 162 kv Hikmət Yigitgöl və X54 işinə görə 1 illiyinə zalog qoymağına etirazım yoxdur və İtaliya mənşəli geoplast markalı plastik qəlib materiallarını həmin işə görə vaxtında gəlib gəlməməyinə asılı olmayaraq xx.xx.2014-cü il tarixli maliyyə arayışı ilə 162 kv mən aid olan ( Hom-paş prestij MTK) qeyri-yaşayış sahəsinin sənədlərini heç bir maneəsiz şəkildə xx.xx.2015-ci tarixə qədər özümə qaytarılacaq; - Cavabdeh "Hom-Paş Prestij” MTKnın rəhbəri X14 tərəfindən verilmiş ərizədən görünür ki, H.Yiğitdöl cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, müqavilə üzrə 162 kv/m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verəcəyini ərizəsində qeyd etmişdir. Eyni zamanda ərizədə bildirmişdir ki, 162 kv/m olan 11 nömrəli obyekti 2015-ci ildə təhvil (xx.xx.2015) vermiş, təkrar təhvil verəcəkdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4673/2022 saylı işi üzrə 21 sentyabr 2022ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, cavabdeh "Hom-Paş Prestij” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə İddiaçı təhvil verilməli olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokun asma katında___kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınması, həmin qeyri-yaşayış sahəsinin "Hom-Paş Prestij” MTK tərəfindən İddiaçı təhvil verilməsinin cavabdeh ‘’Hom-Paş Prestij’’ MTK-ya həvalə edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.2, 390.5, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575, 752.1, 769; Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 77.1, 218.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, İddiaçı ilə cavabdeh "X52” MTK arasında xx.xx.2014-cü il tarixli müqavilə imzalanmış, həmin müqavilənin 1.3-cü bəndinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən ‘’Hom-Paş Prestij’’ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokun asma katında A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsini "Kooperativ” "Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilə ilə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, qeyri-yaşayış sahəsinin dəyərini tam olaraq cavabdehə ödəmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh "Hom-Paş Prestij” MTK-nın rəhbəri X14 iddianı etiraf edərək, bildirmişdir ki, mübahisənin predmeti olan ’Hom-Paş Prestij’’ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın A1 blokun asma katında kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri- yaşayış sahəsi 04 yanvar 2014-cü il tarixli müqavilə əsasında İddiaçı satılmışdır, həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil veriləcəkdir.Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və mülki işdə olan sübutları nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün və cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməli, cavabdeh "Hom-Paş Prestij” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə İddiaçı təhvil verilməli olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın A1 blokun asma katında kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınmalı, həmin qeyri-yaşayış sahəsinin "Hom-Paş Prestij” MTK tərəfindən İddiaçı təhvil verilməsi cavabdeh ‘’Hom-Paş Prestij’’ MTK-ya həvalə edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək Baki şəhəri Xətai rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(011)-4673/2022 saylı qətnaməsini ləğv edərək iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340, 386.1, 389.1, 390, 404.1, 405, 452, 567, 568.1, 752.1, 769; Mülki Prosessual Məcəllənin 9, 15.4, 46, 167, 265, 167.1.7, 357, 361.4, 372, 385, 384, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki vəziyyətindən göründüyü kimi əslində İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2014-cü il tarixli qeyri-yaşayış sahəsini alğı-satqı müqaviləsində nəzərdə tutulan alğı-satqı baş verməmiş, nə pul ödənilməmiş, nə qeyri-yaşayış sahəsi satılmamış, nə də heç bir öhdəlik münasibəti yaranmamışdır, həmin müqavilə sadəcə kağız üzərində yazılmaqla formaldır, həqiqəti əks etdirmir, başqa sözlə həmin müqavilə uydurma əqddir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri pozulmasına yol verilmiş, işin faktiki hallarına obyektiv qiymət verilməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamış və nəticədə iş üzrə tamamilə qeyri-obyektiv və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, Maraqlı şəxs Bakı şəhəri, Dərnəgül qəsəbəsində tikinti materiallarının satışı ilə məşğul olan vaxtlarda, yəni 2004-cü ildə hazırkı mülki iş üzrə özünü “X52” MTK-nın nümayəndəsi qismində məhkəmədə cavabdeh kimi təqdim etmiş X15 ilə tanış olmuş və ona tikinti materialları satmışdır. Həmin alğı-satqı prosesində 2008-ci il ərəfələrində X33 İsmayılova təxminən 70000 ABŞ dolları borcu yaranmışdır. Bununla əlaqədar olaraq X15 borcunu nəğd pulla qaytara bilməyəcəyini bildirərək borcun əvəzinə inşa etdiyi çöxmərtəbəli kooperativ yaşayış binasindan Maraqlı şəxs qeyri-yaşayış sahəsi almağı təklif etmişdir.Qarşılıqlı razılıq əsasında Himkət Yigitdölün direktoru olduğu “X52” MTK ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsindən 67900 ABŞ dolları qiymətinə 97 kv.m qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmış, eyni zamanda Maraqlı şəxs 97 kv.m qeyri yaşayış sahəsinin dəyərini tamamilə ödəməsi barədə maliyyə arayışı verilmişdir. 2014-cü ildə Hikmət Yigitdöl vergi borclarının ödənilməsi ilə bağlı ciddi problemlərinin yarandığını bildirib yaxın tanışı kimi Maraqlı şəxs müraciət edərək ona borca pul verilməsini xahiş etmişdir. Maraqlı şəxs nağd pulu olmadığını, lakin 3 ədəd avtomaşınını satışa qoyduğunu, həmin avtomaşınların dəyərini pulla hesablayaraq ona borca verməyə razılığını bildirmiş, qarşılıqlı razılığa əsasən Hikmətə 25000 ABŞ dollarına bir ədəd “Land Rover” markalı ** HB *** dövlət nömrə nişanlı, 30000 ABŞ dollarına bir ədəd “Mersedes” markalı ** VB *** dövlət nömrə nişanlı, 20000 ABŞ dollarına bir ədəd “Mersedes” markalı ** SC *** dövlət nömrə nişanlı, cəmi 75000 ABŞ dolları qiymətə avtomaşınları notariusda rəsmiləşdirilmiş baş etibarnamələrlə sonuncuya satmışdır. Qeyd olunan avtomaşımların əvəzində Hikmət Yigitdöl Maraqlı şəxs 2008-ci ildə 97 kv.m. qeyri-yaşayış sahəsini satdığı ünvanda, yəni “X52” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki binadan birinci mərtəbədən 65 kv.m qeyri-yaşayış sahəsinin (mağaza yeri) satılmasına dair xx.xx.2014-cü il tarixli müqavilə və həmin sahənin dəyəri olan 166000 manatın ödənilməsinə dair maliyyə arayışını imza edib möhürləyərək vermişdir. xx.xx.2018-ci il tarixdə X15 ilə Maraqlı şəxs arasında qarşılıqlı razılaşma barədə Hikmət Yigitdölün öz xətti ilə sərbəst yazıb imzalayaraq rəsmiləşdirdiyi sənəd tərtib edilmiş, həmin sənəddə o, 75000 ABŞ dolları borcunu 3 ay müddətində ödəyəcəyi təqdirdə xx.xx.2008-ci il tarixli və xx.xx.2014cü il tarixli müqavilələrin öz adına və ya Elçin Heydərov adlı şəxsin adına keçiriləcəyi şərtləşdirilmişdir. AR X12 Orqanları ilə iş üzrə Komitəsinin sədri A.A.Əliyevə “X52” MTK-nın sədri qismində vermiş olduğu barışıq təklifində X1 Vaqif Nəsrəddin oğlu ilə xx.xx.2008-ci il tarixdə müqavilə bağlayaraq sözügedən ünvanda inşa edilmiş binanın 2-ci mərtəbəsindən ona 97 kv.m və xx.xx.2014-cü il tarixdə müqavilə bağlayaraq 1-ci mərtəbədən 65 kv.m qeyriyaşayış sahələrini ona satdığını və həmin qeyri-yaşayış sahələrinin pullarını alaraq tikintiyə xərclədiyini bildirmiş, eyni zamanda göstərmişdir ki, hal-hazırda “X52” MTK-nın hüquqi varisi "xxxx" MMC sözügedən qeyri-yaşayış sahələrini Maraqlı şəxs təhvil verməlidir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-3264/2021 saylı mülki iş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, iddiaçı X18 xx.xx.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanda yerləşən “X52” MTK tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsindən almış olduğu 110 kvadrat metr qeyri-yaşayış sahəsindən Maraqlı şəxs xeyrinə, Maraqlı şəxs isə 1-ci mərtəbədən ona verilmiş 65 kv.m qeyri-yaşayış sahəsini X4 xeyrinə imtina edərək həmin yerləri dəyişib bir-birinə təhvil vermişlər, “X52” MTK və X15 isə bu faktı təsdiq edib qeyd olunan qeyri-yaşayış sahələrini onların istifadəsinə, sahibliyinə təhvil vermək barədə öhdəlik götürmüşdür. Yenə də həmin barışıq sazişinə əsasən “X52” MTK və X15 barışıq sazişinə əsasən əldə olunmuş razılılıqla sazişdə göstərilmiş qeyri-yaşayış sahələrinin başqa hər hansı fiziki və ya hüquqi şəxs və yaxud da şəxslərə məxsus olmaması və sazişdə qeyd olunmuş yaşayış sahələri barədə gələcəkdə yeni alqı-satqı müqavilələrinin mövcud olmayacağına zəmanət vermişdir (8-ci bənd). Həmçinin barışıq sazişinin 9-cu bəndinə əsasən tərəflər hazırkı barışıq sazişindən irəli gələn öhdəlikləri (qeyri-yaşayış sahələrini təhvil verilməsi, yeni müqavilələrin imzalanması, maneələrin aradan qaldırılması və s.) 7 gün ərzində icra etmələrini öz üzərlərinə götürmüşlər.Barışıq sazişin 10-cu bəndindən aydın olur ki, tərəflərə hazırkı barışıq razılaşmasına AR Mülki Məcəlləsini 881-ci maddəsinin tələbləri şamil edilib, bundan doğan hüquq və vəzifələrin nəticələri barədə onlar xəbərdar olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş həmin 2(103)-3264/2021 saylı mülki iş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə “X52” MTK-nın sədri X3, Maraqlı şəxs, X19, X8 qızının, X10, X23 iştirakları ilə akt tərtib olunaraq Maraqlı şəxs tərəfindən əvvəllərdən Hikmət Yigitdölə borc verilmiş 75000 ABŞ dollarının əvəzində xx.xx.2021-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 162 kv.m qeyri-yaşayış sahəsi, xx.xx.2022-ci il tarixli müqavilə ilə isə 168 kv.m, cəmi 330 kv.m qeyri yaşayış sahəsi naturada ölçülüb Maraqlı şəxs təhvil verilmişdir. Aktda göstərilmişdir ki, satılmış qeyri-yaşayış sahələrinin ödənilməsi və təhvil verilən qeyri-yaşayış sahələri ilə əlaqədar tərəflər arasında heç bir narazılıq, şikayət yoxdur, gələcəkdə bununla əlaqədar hər hansı iddia, pretenziya, şikayət verilərsə, etibarsız hesab olunsun. X15 təhvil-təslimdə şəxsən iştirak edərək aktı digər iştirakçılarla bərbər “X52” MTK- nın sədri kimi imzası və möhürü ilə təsdiq etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş, Hikmət Ygitdöl tərəfindən öz xətti ilə yazılıb tərtib edilmış və Maraqlı şəxs tərəfindən də imzalanmış “Razılaşma” öhdəliyindən görünür ki, o xx.xx.2021ci il tarixinədək 75000 ABŞ dollarını ödəmədiyi təqdirdə xx.xx.2021-ci il tarixli müqavilədə göstərilmiş, Bakı şəhəri, Xətai ryonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 162 kv.m qeyri-yaşayış sahəsini Maraqlı şəxs təslim edəcəyini öhdəsinə götürmüşdür.Yenə də sözügedən barışıq sazişinin şərtlərinə müvafiq olaraq “X52” MTK-nın səlahiyyətlərini icra edən "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi bağlanılaraq və maliyyə arayışı verilərək “X52” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 330 kv.m qeyri-yaşayış sahəsi 337000 manata sonuncuya satılmışdır. Yenə də barışıq sazişinin şərtlərinə əsasən “X52” MTK-nın sədri X34 İsmayılov arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə və maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 162 kv.m.qeyri-yaşayış sahəsi 130.000 manata sonuncuya satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-3264/2021 saylı mülki iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə qərardadından görünür ki, X4 2-ci mərtəbədəki 110 kv.m qeyri-yaşayış sahəsi üzrə sahibliki və mülkiyyət hüququnun tanınması barədə Hikmət Yıgıtdölə qarşı iddiası Bakı şəhəri, Xətai rayon məhkəməsində baxılmış iddiası təmin edilmiş, həmin qətnamədən Hikmət Yigitdöl apellyasiya şikayəti vermiş, lakin şikayətindən imtina etdiyi üçün işin icraatına xitam verilərək qətnamə qanuni qüvvəyə minmişdir. X4 2-ci mərtəbədəki 110 kv.m qeyri yaşayış sahəsi üzrə Hikmət Yıgıtdölün şikayətdən imtinasının qəbulu və işin icraatına xitam verilməsi barədə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “X52” MTK-nın sədri Hikmət Yigitdöl Bakı şəhəri, Xətai ryonu, Xocalı prospektindəki mübahisəli binadda 2-ci mərtəbədə 190 kv.m. qeyri-yaşayış sahəsini X2. X19 verdiyi xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, o həmin 190 kv.m qeyri-yaşayış sahəsini 240000 manata Maraqlı şəxs satmış və alqı-satqı müqaviləsi rəsmiləşdirilməsi üçün həmin qeyri-yaşayış sahəsi “X52” MTK-ya qaytarılmış, yenə də Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)- 3264/2021 saylı mülki iş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq “X52” MTK-nın sədri X34 İsmayılov arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə və maliyyə arayışına əsasən qeyd olunan qeyriyaşayış sahəsi faktiki öllçülərə uyğunlaşdırılaraq 168 kv.m.qeyri-yaşayış sahəsi kimi qeyd edilərək 240000 manata Maraqlı şəxs satılmışdır (Elçin Heydərova ödənilən 240000 manat nəzərdə tutulur). Beləliklə, şərh olunan sübutlardan aydın olur ki, İddiaçı “X52” MTK- ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması və təhvil verilməsi” barədə iddiasında göstərdiyi 97 kv. m və 65 kv.m., cəmi 162 kv.m qeyri-yaşayış sahəsi “X52” MTK tərəfindən faktiki olarq həm əvvəllər, həm də müvafiq məhkəmə prosesinin nəticəsi olaraq tərtib edilmiş brışıq sazişinə əsasən hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs satıldığı və pulu ödənildiyi halda “X52” MTK-nın sədri X41 İsmayılovla əsassız tikinti materialı mübahisəsi və ziddiyyəti olan tanışı (hansı ki, onları Hikmət Yigitdöl özü tanış etmişdir) İddiaçı saxta möhürlə təsdiqlənmış xx.xx.2014-cü il tarixli müqaviləni və maliyyə arayışını tərtib edərək vermiş, sonra isə sonuncu tərəfindən məhkəmədə iddia verilməsini təşkil edib səlahiyyəti olmadığı halda, cavabdeh “X52” MTK-nın sədri kimi özünü təqdim edib iddianı qəbul etmiş, nəticədə saxta sənədlər əsasında qətnamə çıxarılaraq ondan qəsdən şikayət verməyərək qətnamənin qanuni qüvvəsini alaraq icraya yönəldilməsinə nail olmuşdur. Burada da Yigitdöl Hikmətin və İddiaçı məqsədləri Maraqlı şəxs başqa bir məhkəmə qətnaməsi ilə xeyirinə həll edilmiş tikinti materialı mübahisəsindən əl çəkməsinə nail olmaqdan ibarətdir. Belə ki, “ART İnşaat MMC”nin direktoru İddiaçı və Maraqlı şəxs tikintidə istifadə edilən geoplast qəliblərdən istifadə ilə bağlı mübahisə barədə Bakı şəhəri, Səbail rayon məhkəməsində qarşılıqlı iddia qaldırmış, işə baxılarkən onlar barışıq sazişi bağlamışlar və həmin barışıq sazişi məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə təsdiq olunaraq işin icraatına xitam verilmişdir. Barışıq sazişinə əsasən “ART İnşaat MMC”-nin direktoru İddiaçı Maraqlı şəxs 93500 manat pul ödəməli idi, lakin həmin pulu ödəməkdən imtina etmişdir. Mülki işdə olan və İddiaçı adına yazılmış xx.xx.2014cü il tarixli maliyyə arayışının arxa hissəsinə onun tərəfindən qırmızı rəngli diyircəkli qələmlə yazılmış qeydlərdən də görünür ki, müqavilə həqiqətən də arxa tarixlə sonradan yazılmışdır, qeydlərdə İddiaçı, müqavilənin geoplastik qəliblər üçün girov qismində formal olaraq verildiyini bir daha təsdiq etmiş olmuşdur. Saxtalıq əlavə olaraq bir də onunla təsdiq edilir ki, müvafiq gömrük bəyənnamələrinə əsasən İddiaçı etdiyi həmin qeydlərdə barəsində söhbət etdiyi “İtaliya istehsalı olan qeoplast qəlib materialları ” Respublikaya Balakən gömrük postunda bəyan edilərək xx.xx.2015-ci il tarixdə gətirilmiş, həmin qəliblərlə bağlı mübahisə isə sonrakı illərdə baş vermişdir.Ona görə də müqavilə həqiqətən 2014-cü ildə tərtib edilmiş olsaydı, onda oraya geoplast qəlib mübahisəsi barədə hər hansı qeyd- şərt əlavə oluna bilməzdi. Bu faktlar əslində Maraqlı şəxs satılmış və ona məxsus 97 kv.m və 65 kv.m qeyri yaşayış sahələrinə dair geoplastik qəliblərin sahibi İddiaçı Yigitdöl Hikmət tərəfindən saxta müqavilə və maliyyə arayışının qəsdən yazılıb verildiyi bir daha sübut edilir. Maraqlı şəxs tərəfindən sözügedən 97 kv.m və 65 kv.m qeyri-yaşayış sahələri də daxil olmaqla həmin mərtəbədən onun tərəfindən satın alınmış digər qeyri-yaşayış sahələri ilə birlikdə cəmi 300 kv.m. qeyriyaşayış sahəsində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Mülki işin materialları ilə tanışlıq göstərmişdir ki, məhkəmədə “X52” MTK-nı X15 təmsil etməsinə baxmayaraq onun “X52” MTK-nı təmsil etmək hüququ olmamış, məhkəməyə də onun səlahiyyətlərini təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Faktiki olaraq X15 “X52” MTK- nın sədri işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edilməklə külli miqdarda dələduzluq, vəzifədən ağır nəticələrə səbəb olmaqla sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətdiyi üçün AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən onun barəsində 2018ci ildə AR CM-nin 178.3.2, 308.2 və 303-cü maddələri ilə cinayət işi başlanılmışdır. İstintaq dövründə kopperativin maliyyə-mühasibat sənədləri və möhürləri ondan götürülərək cinayət işinə əlavə edilmiş, ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, X15 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-78/2020 saylı hökmü ilə həmin maddələrlə təqsirli bilinərək bir il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla, üzərində bir il sınaq müddəti təyin edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunma cəzasına şərti məhkum edilmişdir. Qeyd olunduğu kimi “X52” MTK-nın 2018-ci ilədək olan möhürləri ibtidai istintaq zamanı götürülərək iş üçün əhəmiyyətli sübut olduğundan cinayət işinə əlavə edilmişdir. Həmin möhürlərin əvəzində X15 “dublikat” “D” yazılmış yeni möhür əldə etmiş, dublikat möhürü saxtalaşdıraraq oradakı “D” hərfini üzərini örtməklə İddiaçı verdiyi xx.xx.2014-cü il tarixli müqaviləyə və maliyyə arayışlarına həmin saxta möhürləri vurub imzalamışdır. Mübahisəli qeyri-yaşayış sahələrinin rəsmi sənədlərlə əvvəllər şəxsən özü tərəfindən Maraqlı şəxs satıldığını, pulunu alıb tikintiyə xərclədiyini bildiyi halda X15 bu barədə Xətai rayon məhkəməsində məlumat verməmiş, şəxsi marağı üzündən həqiqət barədə susmaqla faktiki olaraq dələduzluq edərək kooperativdən qeyri-yaşayış sahələri almış Maraqlı şəxs və digər vətəndaşların mənafelərinə mühüm zərər vurmuşdur. Qeyd olunmalıdır ki, X3 barəsində 2018-ci ildə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində aparılan cinayət işi üzrə istintaq zamanı nə “X52” MTK-dan götürülmüş, nə də sonradan MTK-ya qaytarılan maliyyə-mühasibat sənədləri, o cümlədən alqı-satqı müqavilələri arasında İddiaçı adına yazılmış xx.xx.2014-cü il tarixli müqavilə və maliyyə arayışının olmaması faktı da bir daha həmin müqavilənin saxta tərtib edildiyini sübut edir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq X15 tərəfindən törədilmiş külli miqdarda dələduzluq, qulluq mövqeyindən sui-istifadə və vəzifə saxtakarlığı faktları üzrə araşdırma aparılaraq tədbir görülməsi, onun və digər vətəndaşların pozulmuş hüquqularının bərpa olunmasına kömək göstərilməsi üçün Maraqlı şəxs tərəfindən AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi N.Rəcəbova şikayət ərizəsi yazılmışdır. 1-ci instansiya məhkəməsi iddianı təmin edərkən AR Mülki Məcəlləsinin öhdəlikləri nizama salan 386.1, 389.1,390,404.1 və 405-ci maddələrinə, eləcə də alqı-satqını nizama salan 452, 567, 568.1-ci və podrat münasibətlərini tənzimləyən 752.1 və 769-cu maddələrinə istinad etmişdir. Lakin yuxarıda təsvir edildiyi kimi işin faktiki vəziyyətindən göründüyü kimi əslində İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2014-cü il tarixli qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsində nəzərdə tutulan alqı-satqı baş verməmiş, nə pul ödənilməmiş, nə qeyri-yaşayış sahəsi satılmamış, nə də heç bir öhdəlik münasibəti yaranmamışdır, həmin müqavilə sadəcə kağız üzərində yazılmaqla formaldır, həqiqəti əks etdirmir, başqa sözlə həmin müqavilə uydurma əqddir. Mülki Məcəllənin uydurma və yalan əqdlərin etibarsızlığı məsələlərini tənzimləyən 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri pozulmasına yol verilmiş, işin faktiki hallarına obyektiv qiymət verilməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamış və nəticədə iş üzrə tamamilə qeyri-obyektiv və qanunsuz qətnamə çıxarılmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Maraqlarına toxunan üçüncü şəxs Maraqlı şəxs ərizə ilə, habelə cavabdeh “X52” MTK və İddiaçı qarşı iddia ərizəsi (əlavə) ilə müraciət edərək, müvafiq olaraq onu müstəqil tələb irəli sürən 3-cü şəxs qismində mülki işə cəlb edərək, Baki şəhəri Xətai rayon məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2(011)- 4673/2022 saylı qətnaməsini ləğv edərək “X52” MTK tərəfindən İddiaçı adına Bakı şəhəri, ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli binadan 97 kv. m və 65 kv.m., cəmi 162 kv.m qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2014-cü il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunması; Bakı şəhəri, ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli binada mövcud olan 97 kv. m və 65 kv.m., cəmi 162 kv.m qeyri-yaşayış sahəsi üzərində Maraqlı şəxs oğulun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs iş üzrə müstəqil tələb irəli sürən şəxs hesab edilmiş və onun iddia ərizəsi icraata qəbul edilmişdir). Müstəqil tələb irəli sürən şəxsin təqdim etdiyi apellyasiya məzmunlu iddia ərizəsində və ona əlavədə qeyd etmişdir: 2022 saylı qətnaməsi ilə İddiaçı “X52” MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması və təhvil verilməsi” barədə iddiası təmin edilmiş, “X52” MTK tərəfindən Bakı şəhəri, ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli binadan 97 kv. m və 65 kv.m. cəmi 162 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən hakim İlahə Abbasova). Məhkəmə qətnaməsini bununla əsaslandırmışdır ki, “X52” MTK tərəfindən iddaçıya qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsi və maliyyə arayışı verildiyi üçün mülki qanunvericiliyin alqı-satqı müqavilələrini tənzimləyən normalarına əsasən iddia təmin edilməlidir. Hesab edir ki, qətnamə qanunsuz və əsassız olduğu üçün aşağıdakılara əsasən ləğv edilməli, İddiaçı adına olan xx.xx.2014-cü il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab olunaraq ləğvi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs Bakı şəhəri, Dərnəgül qəsəbəsində tikinti materiallarının satışı ilə məşğul olan olan vaxtlarda, yəni 2004-cü ildə X15 ilə tanış olmuş və ona tikinti materialları satmışdır. Həmin alqı-satqı prosesində 2008-ci il ərəfələrində X33 İsmayılova təxminən 70.000 ABŞ dolları borcu yaranmışdır. Bununla əlaqədar olaraq X15 borcunu nəğd pulla qaytara bilməyəcəyini bildirərək borcun əvəzinə inşa etdiyi çöxmərtəbəli kooperativ yaşayış binasindan Maraqlı şəxs qeyri-yaşayış sahəsi almağı təklif etmişdir. Qarşılıqlı razılıq əsasında Himkət Yigitdölün direktoru olduğu “X52” MTK ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsindən 67.900 ABŞ dolları qiymətinə 97 kv.m qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2008-ci il tarixli alqısatqı müqaviləsi bağlanılmış, eyni zamanda Maraqlı şəxs 97 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tamamilə ödəməsi barədə maliyyə arayışı verilmişdir. 2014-cü ildə Hikmət Yigitdöl vergi borclarının ödənilməsi ilə bağlı ciddi problemlərinin yarandığını bildirib yaxın tanışı kimi Maraqlı şəxs müraciət edərək ona borca pul verilməsini xahiş etmişdir. Maraqlı şəxs nəğd pulu olmadığını, lakin 3 ədəd avtomaşınını satışa qoyduğunu, həmin avtomaşınların dəyərini pulla hesablayaraq ona borca verməyə razılığını bildirmiş, qarşılıqlı razılığa əsasən Hikmətə 25000 ABŞ dollarına bir ədəd “Land Rover” markalı ** HB *** dövlət nömrə nişanlı, 30000 ABŞ dollarına bir ədəd “Mersedes” markalı ** VB *** dövlət nömrə nişanlı, 20000 ABŞ dollarına bir ədəd “Mersedes” markalı ** SC *** dövlət nömrə nişanlı, cəmi 75000 ABŞ dolları qiymətə avtomaşınları notariusda rəsmiləşdirilmiş baş etibarnamələrlə sonuncuya satmışdır. Qeyd olunan avtomaşınların əvəzində Hikmət Yigitdöl Maraqlı şəxs 2008-ci ildə 97 kv.m. qeyri-yaşayış sahəsini satdığı ünvanda, yəni “X52” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki binadan birinci mərtəbədən 65 kv.m qeyri-yaşayış sahəsinin (mağaza yeri) satılmasına dair xx.xx.2014-cü il tarixli müqavilə və həmin sahənin dəyəri olan 166.000 manatın ödənilməsinə dair maliyyə arayışını imza edib möhürləyərək vermişdir. xx.xx.2018-ci il tarixdə X15 ilə Maraqlı şəxs arasında qarşılıqlı razılaşma barədə Hikmət Yigitdölün öz xətti ilə sərbəst yazıb imzalayaraq rəsmiləşdirdiyi sənəd tərtib edilmiş, həmin sənəddə o, 75000 ABŞ dolları borcunu 3 ay müddətində ödəyəcəyi təqdirdə xx.xx.2008-ci il tarixli və xx.xx.2014cü il tarixli müqaviələrin öz adına və ya Elçin Heydərov adlı şəxsin adına keçiriləcəyi şərtləşdirilmişdir. AR X12 Orqanları ilə iş üzrə Komitəsinin sədri A.A.Əliyevə “X52” MTK-nın sədri qismində vermiş olduğu barışıq təklifində X1 Vaqif Nəsrəddin oğlu ilə xx.xx.2008-ci il tarixdə müqavilə bağlayaraq sözügedən ünvanda inşa edilmiş binanın 2-ci mərtəbəsindən ona 97 kv.m və xx.xx.2014-cü il tarixdə müqavilə bağlayaraq 1-ci mərtəbədən 65 kv.m qeyriyaşayış sahələrini ona satdığını və həmin qeyri-yaşayış sahələrinin pullarını alaraq tikintiyə xərclədiyini bildirmiş, eyni zamanda göstərmişdir ki, hal-hazırda “X52” MTK-nın hüquqi varisi "xxxx" MMC sözügedən qeyri-yaşayış sahələrini Maraqlı şəxs təhvil verməlidir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-3264/2021 saylı mülki iş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, iddiaçı X18 xx.xx.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanda yerləşən “X52” MTK tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsindən almış olduğu 110 kvadrat metr qeyri-yaşayış sahəsindən Maraqlı şəxs xeyrinə, Maraqlı şəxs isə 1-ci mərtəbədən ona verilmiş 65 kv.m qeyri-yaşayış sahəsini X4 xeyirinə imtina edərək həmin yerləri dəyişib bir-birinə təhvil vermişlər, “X52” MTK və X15 isə bu faktı təsdiq edib qeyd olunan qeyri-yaşayış sahələrini onların istifadəsinə, sahibliyinə təhvil vermək barədə öhdəlik götürmüşdür. Yenə də həmin barışıq sazişinə əsasən “X52” MTK və X15 barışıq sazişinə əsasən əldə olunmuş razılılıqla sazişdə göstərilmiş qeyri-yaşayış sahələrinin başqa hər hansı fiziki və ya hüquqi şəxs və yaxud da şəxslərə məxsus olmaması və sazişdə qeyd olunmuş yaşayış sahələri barədə gələcəkdə yeni alqı-satqı müqavilələrinin mövcud olmayacağına zəmanət vermişdir (8-ci bənd).Həmçinin barışıq sazişinin 9-cu bəndinə əsasən tərəflər hazırkı barışıq sazişindən irəli gələn öhdəlikləri (qeyri-yaşayış sahələrini təhvil verilməsi, yeni müqavilələrin imzalanması, maneələrin aradan qaldırılması və s.) 7 gün ərzində icra etmələrini öz üzərlərinə götürmüşlər. Barışıq sazişin 10-cu bəndindən aydın olur ki, tərəflərə hazırkı barışıq razılaşmasına AR Mülki Məcəlləsini 881-ci maddəsinin tələbləri şamil edilib, bundan doğan hüquq və vəzifələrin nəticələri barədə onlar xəbərdar olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş həmin 2(103)-3264/2021 saylı mülki iş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə “X52” MTK-nın sədri X3, Maraqlı şəxs, X19, X8 qızının, X10, X23 iştirakları ilə akt tərtib olunaraq Maraqlı şəxs tərəfindən əvvəllərdən Hikmət Yigitdölə borc verilmiş 75000 ABŞ dollarının əvəzində xx.xx.2021-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 162 kv.m qeyri-yaşayış sahəsi, xx.xx.2022-ci il tarixli müqavilə ilə isə 168 kv.m, cəmi 330 kv.m qeyri yaşayış sahəsi naturada ölçülüb Maraqlı şəxs təhvil verilmişdir. Aktda göstərilmişdir ki, satılmış qeyri-yaşayış sahələrinin ödənilməsi və təhvil verilən qeyri-yaşayış sahələri ilə əlaqədar tərəflər arasında heç bir narazılıq, şikayət yoxdur, gələcəkdə bununla əlaqədar hər hansı iddia, pretenziya, şikayət verilərsə etibarsız hesab olunsun. X15 təhvil-təslimdə şəxsən iştirak edərək aktı digər iştirakçılarla bərbər “X52” MTK-nın sədri kimi imzası və möhürü ilə təsdiq etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş, Hikmət Yigitdöl tərəfindən öz xətti ilə yazılıb tərtib edilmış və Maraqlı şəxs tərəfindən də imzalanmış “Razılaşma” öhdəliyindən görünür ki, o xx.xx.2021-ci il tarixinədək 75.000 ABŞ dollarını ödəmədiyi təqdirdə xx.xx.2021-ci il tarixli müqavilədə göstərilmiş, Bakı şəhəri, Xətai ryonu, Xocalı prospektindəki mübahisəli binada 2ci mərtəbədə yerləşən 162 kv.m qeyri-yaşayış sahəsini Maraqlı şəxs təslim edəcəyini öhdəsinə götürmüşdür. Yenə də sözügedən barışıq sazişinin şərtlərinə müvafiq olaraq “X52” MTK-nın səlahiyyətlərini icra edən "xxxx" MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci iul tarixli alqı-satqı müqaviləsi bağlanılaraq və maliyyə arayışı verilərək “X52” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 330 kv.m qeyri-yaşayış sahəsi 337000 manata sonuncuya satılmışdır. Yenə də barışıq sazişinin şərtlərinə əsasən “X52” MTK-nın sədri X34 İsmayılov arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə və maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 162 kv.m.qeyriyaşayış sahəsi 130000 manata sonuncuya satılmışdır. Yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-3264/2021 saylı mülki iş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişindən sonra Maraqlı şəxs 1-ci mərtəbədəki 65 kv.m qeyri-yaşyış sahəsini X4 2-ci mərtəbədəki 110 kv.m qeyri yaşayış sahəsi ilə dəyişdirmiş, Hikmət Yigitdöl barışıq sazişini özü də təsdiq edərək əvəzinə 110 kv.m sahə verildiyini nəzərə alaraq 65 kv.m qeyri-yaşayış sahəsinin (mağaza yeri) Maraqlı şəxs satılmasına dair xx.xx.2014-cü il tarixli müqavilə və bu barədə maliyyə arayışını üzərlərindən “X” işarəsi çəkərək ləğv olunduğunu qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-3264/2021 saylı mülki iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə qərardadından görünür ki, X4 2-ci mərtəbədəki 110 kv.m qeyri-yaşayış sahəsi üzrə sahibliki və mülkiyyət hüququnun tanınması barədə Hikmət Yıgıtdölə qarşı iddiası Bakı şəhəri, Xətai rayon məhkəməsində baxılmış iddiası təmin edilmiş, həmin qətnamədən Hikmət Yigitdöl apellyasiya şikayəti vermiş, lakin şikayətindən imtina etdiyi üçün işin icraatına xitam verilərək qətnamə qanuni qüvvəyə minmişdir. X4 2-ci mərtəbədəki 110 kv.m qeyri yaşayış sahəsi üzrə Hikmət Yıgıtdölün şikayətdən imtinasının qəbulu və işin icraatına xitam verilməsi barədə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “X52” MTK-nın sədri Hikmət Yigitdöl Bakı şəhəri, Xətai ryonu, Xocalı prospektindəki mübahisəli binadda 2-ci mərtəbədə 190 kv.m. qeyri-yaşayış sahəsini X2. X19 verdiyi xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, o həmin 190 kv.m qeyri-yaşayış sahəsini 240.000 manata Maraqlı şəxs satmış və alqı-satqı müqaviləsi rəsmiləşdirilməsi üçün həmin qeyri-yaşayış sahəsi “X52” MTK-ya qaytarılmış, yenə də Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-3264/2021 saylı mülki iş üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə müvafiq olaraq “X52” MTK-nın sədri X34 İsmayılov arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı satqı müqaviləsinə və maliyyə arayışına əsasən qeyd olunan qeyriyaşayış sahəsi faktiki öllçülərə uyğunlaşdırılıb 168 kv.m.qeyri-yaşayış sahəsi kimi qeyd edilərək 240000 manata Maraqlı şəxs satılmışdır (Elçin Heydərova ödənilən 240000 manat nəzərdə tutulur). Beləliklə, şərh olunan sübutlardan aydın olur ki, İddiaçı “X52” MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması və təhvil verilməsi” barədə iddiasında göstərdiyi 97 kv. m və 65 kv.m., cəmi 162 kv.m qeyri-yaşayış sahəsi “X52” MTK tərəfindən faktiki olarq həm əvvəllər, həm də müvafiq məhkəmə prosesinin nəticəsi olaraq tərtib edilmiş brışıq sazişinə əsasən hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs satıldığı və pulu ödənildiyi halda “X52” MTK-nın sədri X41 İsmayılovla əsassız tikinti materialı mübahisəsi və ziddiyyəti olan tanışı (hansı ki, onları Hikmət Yigitdöl özü tanış etmişdir) İddiaçı saxta möhürlə təsdiqlənmiş xx.xx.2014-cü il tarixli müqaviləni və maliyyə arayışını tərtib edərək vermiş, sonra isə sonuncu tərəfindən məhkəmədə iddia verilməsini təşkil edib səlahiyyəti olmadığı halda, cavabdeh “X52” MTK-nın sədri kimi özünü təqdim edib iddianı qəbul etmiş, nəticədə saxta sənədlər əsasında qətnamə çıxarılaraq ondan qəsdən şikayət verməyərək qətnamənin qanuni qüvvəsini alaraq icraya yönəldilməsinə nail olmuşdur. Burada da Yigitdöl Hikmətin və İddiaçı məqsədləri Maraqlı şəxs başqa bir məhkəmə qətnaməsi ilə xeyirinə həll edilmiş tikinti materialı mübahisəsindən əl çəkməsinə nail olmaqdan ibarətdir. Belə ki, “ART İnşaat MMC”nin direktoru İddiaçı və Maraqlı şəxs tikintidə istifadə edilən geoplast qəliblərdən istifadə ilə bağlı mübahisə barədə Bakı şəhəri, Səbail rayon məhkəməsində qarşılıqlı iddia qaldırmış, işə baxılarkən onlar barışıq sazişi bağlamışlar və həmin barışıq sazişi məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə təsdiq olunaraq işin icraatına xitam verilmişdir. Barışıq sazişinə əsasən “ART İnşaat MMC”-nin direktoru İddiaçı Maraqlı şəxs 93.500 manat pul ödəməli idi, lakin həmin pulu ödəməkdən imtina etmişdir. Mülki işdə olan və İddiaçı adına yazılmış xx.xx.2014cü il tarixli maliyyə arayışının arxa hissəsinə onun tərəfindən qırmızı rəngli diyircəkli qələmlə yazılmış qeydlərdən də görünür ki, müqavilə həqiqətən də arxa tarixlə sonradan yazılmışdır, qeydlərdə İddiaçı, müqavilənin geoplastik qəliblər üçün girov qismində formal olaraq verildiyini bir daha təsdiq etmiş olmuşdur.Saxtalıq əlavə olaraq bir də onunla təsdiq edilir ki, müvafiq gömrük bəyənnamələrinə əsasən İddiaçı etdiyi həmin qeydlərdə barəsində söhbət etdiyi “İtaliya istehsalı olan qeoplast qəlib materialları” Respublikaya Balakən gömrük postunda bəyan edilərək xx.xx.2015-ci il tarixdə gətirilmiş, həmin qəliblərlə bağlı mübahisə isə sonrakı illərdə baş vermişdir. Ona görə də müqavilə həqiqətən 2014-cü ildə tərtib edilmiş olsaydı, onda oraya geoplast qəlib mübahisəsi barədə hər hansı qeyd-şərt əlavə oluna bilməzdi. Bu faktlar əslində Maraqlı şəxs satılmış və ona məxsus 97 kv.m və 65 kv.m qeyri yaşayış sahələrinə dair geoplastik qəliblərin sahibi İddiaçı Yigitdöl Hikmət tərəfindən saxta müqavilə və maliyyə arayışının qəsdən yazılıb verildiyi bir daha sübut edilir. Maraqlı şəxs tərəfindən sözügedən 97 kv.m və 65 kv.m qeyri-yaşayış sahələri də daxil olmaqla həmin mərtəbədən onun tərəfindən satın alınmış digər qeyri-yaşayış sahələri ilə birlikdə cəmi 300 kv.m. qeyriyaşayış sahəsində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Mülki işin materialları ilə tanışlıq göstərmişdir ki, məhkəmədə “X52” MTK-nı X15 təmsil etməsinə baxmayaraq, onun “X52” MTK-nı təmsil etmək hüququ olmamış, məhkəməyə də onun səlahiyyətlərini təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Faktiki olaraq X15 “X52” MTK-nın sədri işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edilməklə külli miqdarda dələduzluq, vəzifədən ağır nəticələrə səbəb olmaqla sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətdiyi üçün AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən onun barəsində 2018-ci ildə AR CM-nin 178.3.2, 308.2 və 303-cü maddələri ilə cinayət işi başlanılmışdır. İstintaq dövründə kopperativin maliyyə-mühasibat sənədləri və möhürləri ondan götürülərək cinayət işinə əlavə edilmiş, ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, X15 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-78/2020 saylı hökmü ilə həmin maddələrlə təqsirli bilinərək bir il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla, üzərində bir il sınaq müddəti təyin edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunma cəzasına şərti məhkum edilmişdir. Qeyd olunduğu kimi “X52” MTK-nın 2018ci ilədək olan möhürləri ibtidai istintaq zamanı götürülərək iş üçün əhəmiyyətli sübut olduğundan cinayət işinə əlavə edilmişdir. Həmin möhürlərin əvəzində X15 “dublikat” “D” yazılmış yeni möhür əldə etmiş, dublikat möhürü saxtalaşdıraraq oradakı “D” hərfini üzərini örtməklə İddiaçı verdiyi xx.xx.2014-cü il tarixli müqaviləyə və maliyyə arayışlarına həmin saxta möhürləri vurub imzalamışdır. Mübahisəli qeyri-yaşayış sahələrinin rəsmi sənədlərlə əvvəllər şəxsən özü tərəfindən Maraqlı şəxs satıldığını, pulunu alıb tikintiyə xərclədiyini bildiyi halda X15 bu barədə Xətai rayon məhkəməsində məlumat verməmiş, şəxsi marağı üzündən həqiqət barədə susmaqla faktiki olaraq dələduzluq edərək kooperativdən qeyri-yaşayış sahələri almış Maraqlı şəxs və digər vətəndaşların mənafelərinə mühüm zərər vurmuşdur. Qeyd olunmalıdır ki, X3 barəsində 2018-ci ildə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsində aparılan cinayət işi üzrə istintaq zamanı nə “X52” MTK-dan götürülmüş, nə də sonradan MTK-ya qaytarılan maliyyə-mühasibat sənədləri, o cümlədən alqı-satqı müqavilələri arasında İddiaçı adına yazılmış xx.xx.2014-cü il tarixli müqavilə və maliyyə arayışının olmaması faktı da bir daha həmin müqavilənin saxta tərtib edildiyini sübut edir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq X15 tərəfindən törədilmiş külli miqdarda dələduzluq, qulluq mövqeyindən sui-istifadə və vəzifə saxtakarlığı faktları üzrə araşdırma aparılaraq tədbir görülməsi, onun və digər vətəndaşların pozulmuş hquqularını bərpa olunmasına kömək göstərilməsi üçün Maraqlı şəxs tərəfindən AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi N.Rəcəbova şikayət ərizəsi yazılmışdır. 1-ci instansiya məhkəməsi iddianı təmin edərkən AR Mülki Məcəlləsinin öhdəlikləri nizama salan 386.1, 389.1, 390,404.1 və 405-ci maddələrinə, eləcə də alqı-satqını nizama salan 452, 567, 568.1-ci və podrat münasibətlərini tənzimləyən 752.1 və 769-cu maddələrinə istinad etmişdir. Lakin yuxarıda təsvir edildiyi kimi işin faktiki vəziyyətindən göründüyü kimi əslində İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2014-cü il tarixli qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsində nəzərdə tutulan alqı-satqı baş verməmiş, nə pul ödənilməmiş, nə qeyri-yaşayış sahəsi satılmamış, nə də heç bir öhdəlik münasibəti yaranmamışdır, həmin müqavilə sadəcə kağız üzərində yazılmaqla formaldır, həqiqəti əks etdirmir, başqa sözlə həmin müqavilə uydurma əqddir. AR Mülki Məcəlləsini uydurma və yalan əqdlərin etibarsızlığı məsələlərini tənzimləyən 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri pozulmasına yol verilmiş, işin faktiki hallarına obyektiv qiymət verilməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamış və nəticədə iş üzrə tamamilə qeyriobyektiv və qanunsuz qətnamə çıxarılmışdır. İş üzrə məhkəmə qərardadına əsasən təyin edilmiş “məhkəmə-mühəndis texniki və tikinti-texniki obyektlərinin tədqiqi” ekspertizasının xx.xx.2024-cü il tarixli,3-16-16/2- 10/5792 saylı ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında olan mövcud sənədlərin tədqiqi zamanı ekspert tərəfindən müəyyən edilir ki, "Hom-Paş Prestij” Mənzil- Tikinti Kooperativi sədri tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilən (c.i.v.111) barışıq təklifinə əsasən MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2008-ci il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələr üzrə Bakı şəhəri ünvan 7 ünvanda yerləşən həmin binanın Xocalı prostektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv/m təşkil edən qeyri-yaşayış sahəsini və 2-ci mərtəbəsində olan 97 kv/m qeyqi yaşayış sahəsinin sonuncuya satıldığı qeyd edilmişdir. Eyni zamanda mövcud iş materiallarına əsasən "Hom- Paş Prestij” Mənzil-Tikinti Kooperativinin səlahiyyətlərini icra edən "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən qeyd edilən 97 kv/m və 65 kv/m sahələr, bundan başqa ekspertiza tədqiqatına əlavə təqdim edilmiş (18 adda müvafiq sənədlər) sənədlərlə və xx.xx.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən qeyd edilən qeyri-yaşayış sahələrinin Maraqlı şəxs istifadəsində olduğu müəyyən edilir. Beləliklə, iş materiallarından həmçinin görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi həm hüquqmüəyyənedici sənədlər əsasında, eləcə də faktiki olaraq Maraqlı şəxs sahibliyində və istifadəsindədir və orada sonuncu tərəfindən külli miqdarda xərc çəkilərək əsaslı təmir-tikinti aparılmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4977 nömrəli 23 oktyabr 2023-cü il tarixli ekspert rəyinin (məhkəmə-mühasibat) nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulmuş sual üzrə mübahisə edilən qeyri-yaşayış sahə(ləri)nin "Hom-Paş Prestij” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü if tarixli müqavilə üzrə; Cavabdeh MTK-rlə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2008 və xx.xx.2014, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə mühasibat sənədlərində uçotun aparılması, ödəniş, borc və pul-əmlak üzrə mülki dövriyyəni əks etdirən hər-hansı mühasibat sənədləri iş materiallarında mövcud deyil. Bununla belə təqdim edilmiş iş materiallarında olan mövcud sənədlərin tədqiqi zamanı ekspert tərəfindən müəyyən edilir ki, "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi sədri tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilən (c.i.v. 111) barışıq təklifinə əsasən MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2008-ci il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələr üzrə Bakı şəhəri ünvan 7 ünvanda yerləşən həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv/m təşkil edən qeyri-yaşayış sahəsini və 2-ci mərtəbsində olan 97 kv/m qeyri-yaşayış sahəsinin sonuncuya satıldığı qeyd edilmişdir. Eyni zamanda mövcud iş materiallarına əsasən "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativinin səlahiyyətlərini icra edən "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən qeyd edilən 97 kv/m və 65 kv/m sahələr Maraqlı şəxs verilmişdir. Bundan başqa ekspertiza tədqiqatına əlavə təqdim edilmiş (18 adda müvafiq sənədlər) sənədlərlə və xx.xx.2021-ci il tarixli barışıq sazişi üzrə sonuncu imzalanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 162 kv/m təşkil edən yaşayış sahəsini «Kooperativ» « Payçı »ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» (Maraqlı şəxs) isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. MTK-nın təqdim etdiyi xx.xx.2021-c il tarixli maliyyə arayışına əsasən qeyd edilən ünvanda yerləşən mənzilin dəyəri tam olaraq ödənilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/5792 nömrəli, 05 noyabr 2024-cü il tarixli ekspert rəyinin (tikinti-texniki) nəticə hissəsində qeyd edilmişdir ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs ilə "X52" MTK arasında bağlanılan xx.xx.2008, xx.xx.2014 və xx.xx.2021-ci il tarixli müqavilələrə müvafiq olaraq - Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında yerləşən binanın 2-ci mərtəbəsi 97 kv.m 112 saylı - Bakı səhəri Xətai rayonu, Xocalı prospekti 32 ünvanında binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 65 kv.m; -Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında binanın A 1 blokunda 2-ci mərtəbəsində və ümümi sahəsi 162 kv.m-dən ibarət olan sahələrin İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılan xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 blokunun asma katında, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m qeyri-yaşayış sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.
8. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Vəkil2 vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatətində qeyd etmişdir ki, 97 kv. m və 65 kv.m., cəmi 162 kv.m qeyri-yaşayış sahəsinın “X52” MTK tərəfindən faktiki olarq həm əvvəllər, həm də müvafiq məhkəmə prosesinin nəticəsi olaraq tərtib edilmiş barışıq sazişinə əsasən ona satıldığı və pulu ödənildiyi barədə tərəflərindən məhkəməyə lazımi sübutlar və sənədlər təqdim edilmişdir. Hazırkı vəsatətində məhkəmənin diqqətini işin belə bir məqamına cəlb etmək istərdi ki, “X52” MTK-nın sədri Hikmət Yigitdöl onunla əsassız tikinti materialı mübahisəsi və ziddiyyəti olan tanışı (hansı ki, bizi Hikmət Yigitdöl özü tanış etmişdir) İddiaçı saxta möhürlə təsdiqlənmış xx.xx.2014-cü il tarixli, guya 97 kv. m və 65 kv.m. qeyri-yaşayış sahələrinin ona satıldığı barədə müqaviləni və maliyyə arayışını tərtib edib verərək, sonuncu tərəfindən Bakı şəhəri, Xətai rayon məhkəməsində “X52” MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması və təhvil verilməsi” barədə iddia verilməsini təşkil edib səlahiyyəti olmadığı halda, cavabdeh “X52” MTK-nın sədri kimi özünü təqdim edib iddianı qəbul etmiş, nəticədə saxta sənədlər əsasında qətnamə çıxarılaraq ondan qəsdən şikayət verməyərək qətnamənin qanuni qüvvəsini alaraq icraya yönəldilməsinə nail olmuşdur. Xətai rayon məhkəməsində baxılmış həmin mülki işin (e-2(011)-4673/2022, sədrlik edən hakim İlahə Abbasova) materialarından açıq-aydın görünür ki, işə baxan məhkəmə Hikmət Yigitdölün həqiqətən “X52” MTK-nın sədri, yaxud məhkəmədə həmin MTK-nə təmsil etmək səlahiyyəti olan vəzifəli şəxs olması barədə hər hansı sənədi işə əlavə etməmişdir. Eyni zamanda, iş materiallarından göründüyü kimi, X3 cavabdeh “X52” MTK-nı təmsil etmək hüququ ola bilməzdi. Belə ki, faktiki olaraq X15 “X52” MTK-nın sədri işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edilməklə külli miqdarda dələduzluq, vəzifədən ağır nəticələrə səbəb olmaqla sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri (bir mənzilin, qeyri-yaşayış sahəsinin iki və daha çox vətəndaşa satılması) törətdiyi üçün AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən barəsində 2018-ci ildə AR CM-nin 178.3.2, 308.2 və 303-cü maddələri ilə cinayət işi başlanılmışdır. İstintaq dövründə kopperativin maliyyə-mühasibat sənədləri və möhürləri ondan götürülərək cinayət işinə əlavə edilmiş, ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, X15 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-78/2020 saylı hökmü ilə həmin maddələrlə təqsirli bilinərək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla, üzərində bir il sınaq müddəti təyin edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunma cəzasına şərti məhkum edilmişdir. İş üzrə tərəflərindən yazılmış apellyasiya şikayətində, ərizələrində və vəsatətlərində qeyd olunduğu kimi, “X52” MTK-nın sənədləri və möhürləri ibtidai istintaq zamanı götürülərək iş üçün əhəmiyyətli sübut olduğundan cinayət işinə əlavə edilmişdir. Həmin möhürlərin əvəzində “X52” MTK ya “dublikat” “D” yazılmış yeni möhür verilmişdir, dublikat möhürü saxtalaşdıraraq oradakı “D” hərfini üzərini örtməklə İddiaçı verdiyi xx.xx.2014-cü il tarixli müqaviləyə və maliyyə arayışlarına həmin saxta möhürləri vurub imzalamışdır. İddiaçı adına yazılmış xx.xx.2014-cü il tarixli maliyyə arayışının arxa hissəsinə onun tərəfindən qırmızı rəngli diyircəkli qələmlə yazılmış qeydlərdən də görünür ki, müqavilə həqiqətən də arxa tarixlə sonradan yazılmışdır, qeydlərdə İddiaçı, müqavilənin plastik qəliblər üçün girov qismində formal olaraq verildiyini bir daha təsdiq etmiş olmuşdur. Saxtalıq əlavə olaraq bir də onunla təsdiq edilir ki, müvafiq gömrük bəyənnamələrinə əsasən İddiaçı etdiyi həmin qeydlərdə barəsində söhbət etdiyi “İtaliya istehsalı olan qeoplast qəlib materialları” Respublikaya 2015-ci ilin dekabr ayında gətirilmiş, həmin qəliblərlə bağlı mübahisə isə sonrakı illərdə baş vermişdir. Ona görə də müqavilə həqiqətən 2014-cü ildə tərtib edilmiş olsaydı, onda oraya qəlib mübahisəsi barədə hər hansı qeyd-şərt əlavə oluna bilməzdi. Bu faktlar əslində ona satılmış və məxsus 97 kv.m və 65 kv.m qeyri-yaşayış sahələrinə dair plastik qəliblərin sahibi İddiaçı Yigitdöl Hikmət tərəfindən saxta müqavilə və maliyyə arayışının yazılıb verildiyi bir daha sübut edilir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı 97 kv. m və 65 kv.m. qeyri-yaşayış sahələrinin satılması barədə xx.xx.2014-cü il tarixli müqavilənin və maliyyə arayışının saxtalığının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-texniki, xətşünaslıq ekspertizasının təyin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 5/156 nömrəli, 24 aprel 2025-ci il tarixli sənədlərin məhkəmə texniki ekspertizasının ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş “X52” MTK ilə İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli müqavilənin; “X52” MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə və maliyyə arayışın; xx.xx.2021-ci il tarixli müqavilə və maliyyə arayışın; xx.xx.2022-ci il tarixli müqavilənin; xx.xx.2022-ci il tarixli müqavilə və maliyyə arayışın üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar. Təqdim edilmiş “X52” MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli maliyyə arayışın üzərində olan möhür əksi şırnaqlı printerdə çap edilmişdir.Tədqiq edilmiş “X52” MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələrin və maliyyə arayışların üzərində olan möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiq edilmiş “X52” MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələrin, maliyyə arayışların üzərində olan möhür əksləri “X52” MTK ilə İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli müqavilənin və “X52” MTKilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə, maliyyə arayışın üzərlərindəki möhür əksləri ilə eynilik təşkil etmirlər. Tədqiq edilmiş “X52” MTK ilə İddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli müqavilənin və “X52” MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə, maliyyə arayışın üzərlərində olan möhür əksləri öz aralarında eynilik təşkil etmirlər. Tədqiqata təqdim edilmiş “X52” MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və maliyyə arayışın üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ MMC İNTER LTD” məzmunlu möhür əksi digər tədqiq olunan müqavilələrin, maliyyə arayışlarının üzərlərindəki möhür əkslərindən məzmunca fərqləndiyi üçün onların müqayisəli tədqiqatı aparılmadı. X52” MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışının əsilləri təqdim edilmədiyi üçün sənədlər üzrə tədqiqat aparılmadı. X52” MTK-ya məxsus möhürün sərbəst əks nümunələri təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “möhürlərin MTK-ya məxsus rəsmi möhür nümunələrinə məxsusluğu müəyyən edilsin.” sualı üzrə tədqiqat aparılmadı. Ekspert qarşısında qoyulmuş “İddia, apellyasiya şikayəti və işin hallarına təsir amili daşıyan (ixtisaslı mütəxəssislər tərəfindən aidiyyəti hesab edilən) digər zəruri xüsusatlar müəyyən edilsin.” sual ekspertin həll etdiyi məsələlər dairəsinə aid deyil. Aparılmış tədqiqatın dəyəri 200 manat məbləğində müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 4/304 nömrəli, 18 aprel 2025-ci il tarixli sənədlərin məhkəmə xətşünaslıq ekspertizasının ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, “X52 MTK ilə Maraqlı şəxs adlarından olan xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında “Müqavilə”nin aşağı sol hissəsində “Satıcı, “X52 MTK” qrafasında olan imza; xx.xx.2008-ci il tarixli Maraqlı şəxs adından olan “Maliyyə arayışının aşağı sol hissəsində “Sədri:” qrafasında olan imza; “X52” MTK ilə Maraqlı şəxs adlarından olan xx.xx.2021-ci il tarixli “Müqavilə”nin 1ci vərəqinin aşağı sol hissəsində olan imza, 2-ci vərəqinin aşağı sol hissəsində “X52” MTKnın sədri:” qrafasında olan imza; xx.xx.2021-ci il tarixli Maraqlı şəxs adından olan “Maliyyə arayışı”nın aşağı sol hissəsində “X52 MTK Sədri:” qrafasında olan imza; “X52” MTK ilə Maraqlı şəxs adlarından olan xx.xx.2022-ci il tarixli “Müqavilə”nin 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqinin aşağı sol hissəsində “X52” MTK-nın sədri:” qrafasında olan imza; xx.xx.2022-ci il tarixli Maraqlı şəxs adından olan “Maliyyə qrafasında olan imza – Eyni Şəxs tərəfindən icra edilmişdir. Ekspert rəyinin əsaslandırıcı hissəsində qeyd 2-də qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixli, xx.xx.2007-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələrin və maliyyə arayışlarının əsilləri təqdim edilmədiyindən həmin sənədlər üzrə təqdiqat işi aparılmadı. Aparılmış tədqiqatın dəyəri 124 manat məbləğində müəyyən edilmişdir.
11. Apellyasiya icraatı zamanı təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki: - xx.xx.2008ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən “X52” Mənzil Tikinti Kooperativi, sonralar “Satıcı” adlanan, Satıcının nizamnaməsinə əsasən hərəkət edən onun direktoru H.S.Yigitdöl şəxsində bir tərəfdən, Maraqlı şəxs _____ ünvanda yaşayan, sonralar “Alıcı” adlanan vətəndaş müqavilə bağlanmışlar, “Satıcı” Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında yerləşən “X52” MTK tərəfindən inşa edilən yaşayış binasının 2 mərtəbə 97 kv.m 11 saylı mağaza sahəsini “Alıcıya” verməyi, “Alıcı” isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mağaza sahəsinin dəyərini vaxtında ödənilməsini öhdəsinə götürür. Həmin sahənin ümumi dəyəri 67900 dollar məbləğində müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı qeyri yaşayış sahəsi Maraqlı şəxs məxsusdur, qeyriyaşayış sahəsinin pay dəyəri tam ödənilmişdir; xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, “X52” MTK-nın sədri H.S.Yigitdöl şəxsində bir tərəfdən, Maraqlı şəxs digər tərəfdən razılığa gələrək müqavilə imzaladılar: Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 65m2 təşkil edən mağazanı (dükanı) Payçıya verilməsini, Payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürürlər (ləğv edilib). xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2014cü il tarixdə müqavilə əsasında Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanda tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 65m2 mağaza (dükan) üçün 166.00 AZN ödəmişdir. Qalıq borcu yoxdur (ləğv edilib); - xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, “X52” MTK H.S.Yigitdöl şəxsində bir tərəfdən, Maraqlı şəxs razılığa gələrək müqavilə imzaladılar: Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A 1 blokunda 2-mərtəbəsində yerləşən və ümumi sahəsi 162 m2 təşkil edən yaşayış sahəsini «Kooperativ» « Payçı »ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev Maraqlı şəxs məxsusdur. Bu binanın A 1 blokunda 2- mərtəbəsində yerləşən və ümumi sahəsi 162 m2 11 nömrəli ofis borcu yoxdur; - xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “X52” MTK sədri H.S.Yigitdöl şəxsində bir tərəfdən, Maraqlı şəxs digər tərəfdən razılığa gələrək bu müqaviləni imzaladılar: Bakı şəhəri İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən “Hom-Paş Prestij" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra bəmini A 1- A 2 blokunun 2 mərtəbəsində 168 m2, təşkil edən yaşayış sahəsini “Kooperativ’ “Payçıya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı qeyri-yaşayış sahəsi A 1- A 2 blokunun 2 mərtəbəsində 168 m2 Maraqlı şəxs məxsusdur. Bu binanın A 1 girişi, ümumi sahəsi 168 kv.m olan 12 saylı qeyri-yaşayış sahəsinin pay dəyəri tam ödənilmişdir; - xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, X52 MTK-nın saəlahiyyətlərini icra edən "xxxx" MMC-nin direktoru X35 şəxsinə bir tərəfdən, Maraqlı şəxs oglu (AZE.N:0*******) (sonradan «Payçı» adlandırılacaq) digər tərəfdən aşağıdakılar baradə razılığa gələrək bu müqaviləni imzaladılar: Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmişdir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında binanın B blokunun asma katında L-1 oxu ilə B-B oxu arasında və 1- 1 oxu ilə sağa tərəf 3-cü oxu arasında yerləşən ümumi sahəsi 330m2 təşkil edən qeyri yaşayış sahəsini, «Kooperativ» «Payçı »ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında tikilmiş B Blokunun asma katında ümumi sahəsi 330 m2 olan qeyri-yaşayış sahəsini Maraqlı şəxs məxsusudur, qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmünə əsasən iddiaçı zərərçəkmiş şəxs kimi tanınmamışdır.
12. xx.xx.2018-ci il tarixdə X15 ilə Maraqlı şəxs arasında qarşılıqlı razılaşma barədə Hikmət Yigitdölün öz xətti ilə sərbəst yazıb imzalayaraq rəsmiləşdirdiyi sənəd tərtib edilmiş, həmin sənəddə o, 75000 ABŞ dolları borcunu 3 ay müddətində ödəyəcəyi təqdirdə xx.xx.2008-ci il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələrin öz adına və ya Elçin Heydərov adlı şəxsin adına keçiriləcəyi şərtləşdirilmişdir.
13. Hikmət Ygitdöl tərəfindən öz xətti ilə yazılıb tərtib edilmış və Maraqlı şəxs tərəfindən də imzalanmış “Razılaşma” öhdəliyindən görünür ki, o xx.xx.2021-ci il tarixinədək 75000 ABŞ dollarını ödəmədiyi təqdirdə xx.xx.2021-ci il tarixli müqavilədə göstərilmiş, Bakı şəhəri, Xətai ryonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 162 kv.m qeyriyaşayış sahəsini Maraqlı şəxs təslim edəcəyini öhdəsinə götürmüşdür.
14. 14 may 2021-ci il tarixili barışıq sazişindən görünür ki: Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-3264/2021 saylı mülki iş üzrə iddiaçı ünvan 12 ünvanında qeydiyyatda olan X18, iş üzrə cavabdehlər Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yaşayan X14 və ünvan 14 ünvanında fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Yiğitdöl Hikmət, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X20 adından etibarnamə əsasında çıxış edən ünvan 15 ünvanında qeydiyyatda olan X32, X17 adından etibarnamə əsasında çıxış edən ünvan 15 ünvanında qeydiyyatda olan X32 və ünvan 16 ünvanında qeydiyyatda olan Maraqlı şəxs bu barışıq sazişini aramızdakı “qeyri yaşayış sahəsinin təhvil verilməsi və maneələrin qadağan edilməsi”, həmçinin “müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair mübahisələrin sülh yolu ilə tənzimləməkdən ötrü aşağıdakı şərtlərlə bağlayırlar: 1. İddiaçı X18 xx.xx.2008-ci il tarixli müqavilə ilə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında yerləşən “X52” MTK tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının Al və A2 blokun ortasında olan və Xocalı prospektinə baxan 2-ci mərtəbədə yerləşən 110 kv.m sahədən ibarət mağazadan iş üzrə üçüncü şəxs Maraqlı şəxs xeyrinə imtina edərək Maraqlı şəxs təhvil verir. 2.“X52” MTK və X14 müstəqil tələb irəli sürməyən Maraqlı şəxs müqavilə ilə məxsus D.Əkbərlinin qeyri-yaşayış sahəsi ilə alt-üst yerləşən qeyri-yaşayış sahəsini pilləkən daxil olmaqla təhvil verməklə, V.lsmaylovun istifadəsinə, sahibliyinə verir. 3. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs 24 noyabr 2014-cü il tarixli müqavilə ilə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında yerləşən “X52 MTK tərəfindən inşa edilən Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən X5 məxsus 1-ci mərtəbədə yerləşən 120 kv.m olan qeyri-yaşayış sahəsinin arxasında mövcud olan ümumi sahəsi 65 kv.m sahədən ibarət mağazadan iş üzrə iddiaçı X4 xeyrinə imtina edərək X6 təhvil verir. 4.“X52” MTK iş üzrə müstəqil' tələb irəli sürən üçüncü şəxs X21 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında “X55” MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın Al və A2 arasında 1-ci mərtəbədə yerləşən 8 saylı 160 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə tamin edərək, qeyr-yaşayış sahəsini F.Məmmədovun istifadəsinə, sahibliyinə verir.5.“X52” MTK iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X25 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında “X55” MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın Al və A2 arasında 2-ci mərtəbədə yerləşən 13 saylı 160 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edərək, qeyr-yaşayış sahəsini F.Məmmədovun istifadəsinə, sahibliyinə verir. 6. “X52” MTK və X14 iddiaçı X22ma xx.xx.2008-ci il tarixli müqavilə ilə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 -ci məhəllə ünvanında yerləşən “X52 MTK tərəfindən inşa edilmiş qeyri yaşayış binasının Al və A2 blokun ortasında olan və Xocalı prospektinə baxan 1 -ci mərtəbədə yerləşən 120 kv.m sahədən ibarət qeyri-yaşayş sahəsinə əlavə olaraq 75 kv.m sahəni (V. İsmayılova məxsus 65 kv.m sahə daxil olmaqla),cəmi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 -ci məhəllə ünvanında yerləşən “X52 MTK tərəfindən inşa edilmiş qeyri yaşayış binasının Al və A2 blokun ortasında olan və Xocalı prospektinə baxan 1-ci mərtəbəsində 195 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 2-ci mərtəbəyə qalxan pilləkən daxil olmaqla təhvil verməklə, D.Əkbərlinin istifadəsinə, sahibliyinə verir. 7.“X52” MTK və X14 müştərək qaydada iddiaçı X6 saziş imzalandıqdan sonra 3 (üç) ay ərzində 50 000 (əlli min) manat məbləğində pul ödəməyi (qeyri-yaşayış sahəsinin daxilində mövcud olan pilləkənə görə) öz öhdəsinə götürür. 8.“X52” MTK və X14 barışıq sazişi ilə əldə edilmiş razılığa əsasən qeyri-yaşayış sahələrinin başqa fiziki və ya hüquqi şəxslərə məxsus olmaması və gələcəkdə sazişdə qeyd edilən qeyri-yaşayış sahələri ilə bağlı yeni alqı-satqı müqavilələrinin mövcud olmamasına zəmanət verir. 9.Tərəflər hazırki barışıq sazişindən irəli gələn öhdəlikləri (qeyriyaşayış sahələrinin təhvil verilməsi, yeni müqavilələrin imzalanması, maneələrin aradan qaldırılması və s.) 7 (yeddi) gün ərzində icra etmələrini öz üzərlərinə götürürlər (sazişin 7-ci bəndi istisna olmaqla). 10. Tərərflər hazırki barışıq razılaşmasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin qaydasım şamil edib, bundan doğuran hüquq və vəzifələrin nəticələri barədə xəbərdar olunublar.
15. xx.xx.2022-ci il tarixdə “X52” MTK-nın sədri X3, Maraqlı şəxs, X19, X8 qızının, X10, X23 iştirakları ilə akt tərtib olunaraq Maraqlı şəxs tərəfindən əvvəllərdən Hikmət Yigitdölə borc verilmiş 75000 ABŞ dollarının əvəzində xx.xx.2021-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Xətai ryonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 162 kv.m qeyriyaşayış sahəsi, xx.xx.2022-ci il tarixli müqavilə ilə isə 168 kv.m , cəmi 330 kv.m qeyri yaşayış sahəsi naturada ölçülüb Maraqlı şəxs təhvil verilmişdir. Aktda göstərilmişdir ki, satılmış qeyriyaşayış sahələrinin ödənilməsi və təhvil verilən qeyri-yaşayış sahələri ilə əlaqədar tərəflər arasında heç bir narazılıq, şikayət yoxdur, gələcəkdə bununla əlaqədar hər hansı iddia, pretenziya, şikayət verilərsə etibarsız hesab olunsun. X15 təhvil-təslimdə şəxsən iştirak edərək aktı digər iştirakçılarla bərbər “X52” MTK-nın sədri kimi imzası və möhürü ilə təsdiq etmişdir.
16. Apellyasiya icraatı zaman məhkəmə kollegiyası tərəfindən "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, "xxxx" MMC olaraq hündürmərtəbəli binaların tikintisi fəaliyyəti ilə məşqul olurlar. Belə ki, onlara iş üzrə olan Cavabdeh MTK arasında olan münasibətlərin meydana gəlməsi təxminən 2014-2015-ci illlərə təsadüf edir. Belə ki, sonuncunun sədri olan Hikmet Yigitdöl ilə əvvəlki direktorları olan Qabil Əliyev arasında münasibət olduğundan o, Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikidiyi hündürmərtəbəli binaların tikintisinə ona şərik olmağı təklif etmişdir. Tərəflər şifahi razılığa gəldikdən sonra "xxxx" MMC Qabil Əliyevin şəxsində, Cavabdeh MTK-nə verilmiş sərəncam əsasında, Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən tikinti sahəsində olan birmərtəbəli və ikimərtəbəli evlərin köçürülməsini həyata keçirmişdir. Həmin vaxtı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin də yerləşdiyi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən, A 1 adlanan yaşayış binasında və A 1 və A 2 adlanan blokların arasında yerləşən 4 mərtəbəli qeyriyaşayış binası artıq tikilmişdir. Həmçinin Q.Əliyev tərəfindən yeni yaşayış blokunun tikintisinə başlamışdır. Bu müddət ərzində "xxxx" MMC faktiki olaraq, Cavabdeh MTK-nın tikintisinə küllü miqdarda vəsait xərcləmişdir. Belə ki, MTK-nın sədri Hikmet Yigitdöl tərəfindən Qabil Əliyevə etibarnamə verilmişdir. Bütün səlahiyyətlərin Q.Əliyevə verilməsində məqsəd onu şirinlikləşdirmək olmuşdur. Belə ki, bir müddət sonra, yəni təxminən 2017-2018-ci illərdə Qabil Əliyev müşahidə etmişdir ki, artıq MTK-nın ofisində narazılıqlar artmağa bağlamışdır. Belə ki məlum olmuşdur ki, "xxxx" MTK sədri olan Hikmət Yigitdöl, Cavabdeh MTK tərəfindən tikilmiş, Bakı şəhəri Xəatai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən, A 1 adlanan yaşayış binasında və A 1 və A 2 adlanan blokların arasında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrini təkrar-təkrar bir neçə vətəndaşa sataraq onların əmlakını ələ keçirmişdir. Həmin ərəfədə Cavabdeh MTK ilə birgə faliyyət göstərmələri nəticəsində onlara da küllü miqdarda ziyan dəymişdir. Bu zaman Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Hikmət Yigitdölün barəsində cinayət işi başlanıldı. Həmin vaxt onları da zərərçəkmişlərin sırasına daxil etməklə sözügedən layihəni başqa bir şəxsə tamalanması üçün vermək istədilər. Lakin bildirdilər ki, qeyd olunan cinayət işi üzrə olan zərərçəkmişləri yerləşdirməyə hazırıq. Çünkü başqa çıxış yolu yox idi. Baxmayaraq ki, onlarla Cavabdeh MTK arasında heç bir bağlılıq yox idi. Bunu etməkdə məqsədləri, onlara dəymiş ziyanı geri qaytarmaq və Cavabdeh MTK-nın qonşuğunda yerləşən, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2015-ci il tarixli sərəncam ilə onlara ayrılmış tikinti sahəsidə olan hündürmərtəbəli binaların tikintisini davam etdirilməsi idi. Qeyd etdiyi kimi, onlara vurulmuş ziyan, qeyd olunan cinayət işi üzrə olan zərərçəkmişlərin ziyanından qat-qat artıq idi. Belə ki, onlarla Cavabdeh MTK-nın sədri olan Hikmət Yigitdöl arasında xx.xx.2018-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənini mahiyyəti ondan ibarət idi ki, tərəflərindən Cavabdeh MTK-nın sədri olan Hikmət Yigitdöl tərəfindən yuxarıda qeyd olunan cinayət işi üzrə olan zərərçəkmişlərə dəymiş zərər onlar tərəfindən qarşılanmalı idi. Həmin müqavilənin icrası olaraq, "xxxx" MMC olaraq tərəflərindən Hikmət Yigitdölün vətəndaşlara vurduğu ziyanın qarşılığı olaraq, 10000 kv.mdən artıq sahə təmənnasız və heç bir ödəniş etmədikləri halda, Hikmət Yigitdölün ziyan vurduğu vətəndaşlara verilmişdir ki, həmin ziyanın hal-hazırki bazar dəyəri, 20000.000 (iyirmi milyon) manatdan artıqdır. Dövlətin qarşılarında qoyduğu bu böyük və taleyüklü məsələni, yəni zərərçəkənlərin itirdiyi və aldadıldğı yaşayış və qeyri-yaşayış sahələrini "xxxx" MMC-tərəfindən öz hesabına tikilən binada təmin etmişlər. Qeyd olunanların hamısı, Hikmət Yigitdöl barəsində olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmündə öz əksini tapmışdır. Artıq qeyd olunan zərərçəkənlər, tərəflərindən onlara verilmiş yaşayış və qeyriyaşayış sahələrində yaşayırlar. Qeyd olunanlara əsasən, Hikmət Yigitdölün ittiham olunduğu, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmünə əsasən, zərərçəkmişlərər dəymiş ziyan ödənildiyinə görə, Hikmət Yigitdölə 1 (bir) il şərti cəza verildi. Qeyd olunan xx.xx.2018-ci il tarixli müqavilənini şərtlərindən biri də ondan ibarət idi ki, Cavabdeh MTK-nın sədri olan Hikmət Yigitdöl, Cavabdeh MTK tərəfindən tikilən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən A 1 adlanan hündürmərtəbəli blok və A 1 adlanan hündürmərtəbəli blok ilə A 2 adlanan hündürmərtəbəli blok arasında yerləşən 4 mərtəbəli qeyri yaşayış binası ilə bağlı bütün hüquqular onlara keçmişdir. Həmin binalarla bağı olan problemlərin həll olunması onlara həvalə olunmuşdur. Belə ki, tərəflərində, həmin binaların fasadının üzlənməsi, liftlərin quraşdırılması, su, elektrik, qazlaşma ilə bağlı məsələləri "xxxx" MMC olaraq həll etmişlər. Belə ki, hal-hazırki, 3-cü şəxs kimi icraata cəlb olunmuş Maraqlı şəxs müqaviləsini də bu əsasa görə tərtib etmişlər. Belə ki, ümumiyyətlə, Cavabdeh MTK demək olar ki, qeyd olunun binalara dair idarəçilik hüququnu itirmişdir. Bu müddət ərzində heç MTK-nın sədri Hikmet Yigitdplün də bunda marağı olmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Cavabdeh MTK-nın sədri Hikmət Yigitdölün barəsində cinayət işinin istintaqı aparılan zaman Cavabdeh MTK-nın möhürləri həmin idarədə saxlanılmışdır. Belə ki, Cavabdeh MTK-nın sədri Hikmət Yigitdöl barəsində olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmündə ona cəza təyin edən zaman, əlavə cəza tədbiri kimi onun müəyyən faliyyətlə bağlı, vəzifə tutmaq səlahiyyəti məhdudlaşdırılmışdır. Həmin hökmdə də, qeyd etdikləri möhürlərin, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində saxlanıldığı qeyd olunmuşdur. Qeyd olunu orqan tərəfindən onlara ünvanlanmış məktubdan da görünür ki, MTK-nın sədri olan Hikmet Yigitdöl qeyd olunun möhürləri qeyd olunan orqandan tələb etməmişdir. Bu müddət ərzində qeyd olunan binalarla bağlı bütün sənədləşmə işləri (sakinlərin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı müqavillələrin addan ada keçirilməsini, müqavilələrin dəyişdirilməsini) tərəflərindən olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, 2021-ci il tarixdə, Əkbərli Dilarə, Maraqlı şəxs və Cavabdeh MTK-nın direktoru olan Hikmet Yigitdölün iştirakı ilə barışıq sazişi imzalanmış və müvafiq məhkəmənin icraatında olan iş üzrə icraata xitam verilmişdir. Həmçinin təqdim etdikləri sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən A 1 adlanan hündürmərtəbəli blok ilə A 2 adlana hündürmərtəbəli blok arasında yerləşən 4 mərtəbəli qeyri yaşayış binasında yerləşən və Cavabdeh MTK tərəfindən xx.xx.2007-ci il tarixdə Heydərov Elçinə satılmış 190 kv.m qeyri-yaşayış sahəsi, sonuncu tərəfindən, hal-hazırki icraatda 3-cü şəxs olan Maraqlı şəxs satılmış və buna dair Heydərov Elçinin onlara yönələn ərizəsi olmuşdur. (Qeyd olunun müqavilınin maliyyə arayışnın arxasına öz xətti ilə əlavə etmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsini satıb və onlara, həmçinin Cavabdeh MTK-nə tələbi yoxdur.) Qeyd olunanlara əsas, tərəflərindən Maraqlı şəxs müqavilə təqdim etmişlər. Qaldı ki, iş üzrə olan İddiaçı və onun adına tərtib olunmuş müqaviləyə, həmin müqavilənin Cavabdeh MTK-nın direktoru olan Hikmet Yigitdöl tərəfindən tərtib olunması ehtimalı yüksəkdir. Belə ki, buna əsas olaraq, Hikmet Yigitdöl barəsində olan cinayət işi az qala bir il müddətinə araşdırılmış və araşdırma zamanı audit aktı tərtib olunmuşdur. Həmin audit aktında demək olar ki bütün zərərçəkmişlər öz əksini tapır. İş üzrə iddiaçının adının və onun adına olan müqavilənin orada qeyd olunmaması qeyd etdiklərinə əsaslardan biridir. Həmçinin hal-hazırki iş üzrə iddia tələbinin “asanlıqla” Hikmet Yigitdöl tərəfindən qəbul olunması da müəmma doğurur. Həmçinin, Hikmet Yigitdölün belə “sövdələşmə” tipli iddia tələblərini təşkil etməsi birinci hal deyil. Belə ki, bu kimi “əməllərinə” görə onun barəsində bu günə qədər 2 ədəd xüsusi qərardad qəbul olunmuşdur. Hesab edir ki, iş üzrə mübahisləndirilən Bakı şəhəri Xətai Rayon Məhkəmsinin müvafiq qətnaməsi ləğv olunmalı, iddiaçı olan İddiaçı iddiası əsassız olduğundan rədd olunmalıdır. Həmçinin iş araşdırılarkən, Cavabdeh MTK-nın direktoru olan Hikmet Yigitdölün əməllərinə də qiymət verilməsindən ötrü onun barəsində xüsusi qərardad qəbul olunmalı və araşdırılması üçün istintaq göndərilməlidir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Vəkil2 apellyasiya şikayətini və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia tələbini müdafiə etmiş və təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddiasına etiraz etmiş, mənzilin ilkin olaraq iddiaçıya satıldığını, belə olan halda onun sonradan başqa bir şəxsə satılmasını qanunsuz hesab etdiyini bildirmiş və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh MTK-nın Maraqlı şəxs borcu olduğundan mübahisəli əmlakın girova qoyulduğunu, sonuncunun özünün ərizəsi ilə borcun ödənildiyinin və girov əmlaka dair tələbinin olmadığına dair ərizəsinin olduğunu qeyd etmişdir. Qeyd: xx.xx.2015-ci il tarixli imtina ərizəsi və borc müqaviləsində qeyd edilmişdir ki, Maraqlı şəxs 05.052008 tarixli 97 kv.m 67900 ABŞ dolları və 24 növ 2014 tarixli 65 kv. 166000 ASN dəyərində olan cəmi 162 kv.m iki müqavilələrdən pulunu almış və bu müqavilələrdən heç bir haqqı və iddiası yoxdur və olmayacaq da. Bu müqavilənin ikinci şəxslərə satılmasına etirazı yoxdur. Lakin Cavabdeh MTK və sədri Hikmət Yigitdöl ona üç maşından qalan borcu cəmi 75000 AZN.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı satıldığını, mənzilin ona məxsus olduğunu, həmin mənzilin Maraqlı şəxs satılmadığını, yalnız Cavabdeh MTK-nın Maraqlı şəxs borcu olduğundan vaxti ilə girova qoyulduğunu qeyd etmişdir. Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29; Mülki Məcəllənin 139; 337-354, 385- 388, 560; Mülki Prosesual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 372, 385-390 -ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, göstərilmiş nəticələr işin sübut edilməli olan hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli,iddia tələbi rədd edilməli, müstəqil tələb irəli sürən şəxs Maraqlı şəxs iddiası təmin edilməlidir.Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri maddi və prosessual tələblər həddində aparmamış, işin faktiki hallarına müvafiq ilk olaraq tərəflərin subyektiv hüququna qiymət verməmişdir. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu anlamda və mülki icraatın hədləri baxımından mübahisələndirilən dəlillərin məhkəmənin özü tərəfindən müəyyən edilməsi mümkün deyildir.
23. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 24.İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; 80. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159.Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.
162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir.164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 15 dekabr 2017-ci il tarixli 918- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 feveral 2018-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 142) ilə yeni redaksiyada verilmiş 178.8-ci maddənin əvvəlki redaksiyasına görə: “ Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.”(tərəflər arasında münasibətlərin yarandığı tarix üzrə maddi hüquq normasının tətbiqi). 288.1. Girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə bilər. 288.2. Müqavilə şərtlərinə görə girov saxlayana ona verilmiş girov predmetindən istifadə hüququ verildikdə o digər şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını aradan qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmədikdə belə, tələb edə bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 353. Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir; 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun fərdi şikayətlərə konstitusiya icraatı qaydasında baxılması zamanı formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, S.Ələkbərovanın şikayəti üzrə 3 iyul 2015-ci il tarixli, M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
28. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, (onların dəlillərinə görə) iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn münasibətlər 2014-cü ildən yaranmış və sonra bu mənzilin girov qoyulmasına iddiaçı razılıq vermiş olsa da, girovun ləğvi həyata keçirilməmiş, iddiaçı da girovun (əqdin) ləğvini tələb etməmiş, (İİİ şəxs Maraqlı şəxs dəlillərinə görə) cavabdeh mübahisəli əmlakı Maraqlı şəxs verilməsi barədə razılığa gələrək mübahisəli əmlakı Maraqlı şəxs təhvil vermişdir. Məhkəmə (apellyasiya) icraatı zamanı isə müəyyən edilmişdir ki, cavabdeh Maraqlı şəxs əmlakın satılmadığını qeyd etsə də, ona borcunun olduğunu etiraf etmiş, iddiaçı müqavilənin imzalandığı tarixdən əmlaka sahiblik və istifadə hüquqlarını həyata keçirməmiş, habelə bunları tələb etməmiş, əmlaka Maraqlı şəxs sahibliyi həyata keçirmiş, onun təmirini icra etmiş, cavabdeh isə buna nəinki etiraz etməmiş, hətta digər sahələrlə birgə bu sahənin verilməsində iştirak etmiş, müvafiq razılaşmalara imza ataraq mübahisəli sahəni İİİ-cü şəxs Maraqlı şəxs sahibliyinə və istifadəsinə verilməsinə müvafiq şərait yaratmış, habelə əvvəlki mübahisələr zamanı mübahisəli sahənin iddiaçıya aid hüquqların mövcudluğunu bəyan etməmişdir. İddiaçı tərəfindən iddia verilən zaman sahibliyinin həyata keçirilməsində hansı zamandan, kim tərəfindən maneələr yaradıldığını (kim tərəfindən ona təhvil verilməli olduğunu gizlətmiş, İİİ şəxs Maraqlı şəxs cavabdeh qismində ərizəsində qeyd etməmiş) əsaslandırmamış və formal iddia verməklə ədalət mühakiməsi vasitəsi ilə məhkəmə təsdiqinə nail olmaq məqsədi daşıyaraq, əsl mətləbləri gizlətmək istəyi maraqlarına toxunan şəxsin şikayət və iddia verməsindən sonra bəlli olmuşdur. Belə ki, məhkəmə icraatı zamanı cavabdeh "Hom-Paş Prestij” MTK-nın rəhbəri X14 tərəfindən verilmiş ərizə ilə iddia tələbini qəbul etməklə yanaşı, müqavilə üzrə 162 kv/m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verəcəyini, eyni zamanda 162 kv/m olan 11 nömrəli obyekti 2015-ci ildə təhvil (xx.xx.2015) vermiş olsa da, təkrar təhvil verəcəyini xüsusi qeyd etmiş, lakin buna dair sübutlar təqdim edilməmişdir. Beləliklə, iddiaçı və cavabdeh formal olaraq mübahisə görüntüsü yaradaraq əslində eyni mövqedən çıxış edərək Maraqlı şəxs faktiki sahiblik etdiyi əmlakdan məhkəmə vasitəsi ilə məhrum etmək niyyəti güdmüşlər. İddiaçının qanuni sahib olduğu ehtimal edildiyi halda belə, o girovu geri tələb etməmiş, girova 2015-ci ildə xitam verilməli olması nəzərdə tutulduğu halda belə, məhrumetmədən əvvəlki ildə iddia irəli sürməmiş, bununla da qanunla müəyyən edilmiş tələb hüququnu itirmişdir. Belə ki, iddiaçı qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etməmiş, habelə bilməli olduğu zamandan pozulmuş hüquqlarının müdafiəsi üçün bir il ərzində iddia tələbi irəli sürməmişdir. İddiaçının xx.xx.2015-ci il tarixli İİİ şəxs Maraqlı şəxs imtina ərizəsinə istinadən cavabdehlə razılığa gəlməsi dəlillərinə dair qeyd edilməlidir ki, bu tarixdən sonra cavabdeh İİİ şəxs Maraqlı şəxsla barışıq sazişi bağlamaqla əvvəlki razılaşmalarını özləri əhəmiyyətsiz etmişlər. Belə ki, bundan sonra, xx.xx.2022-ci il tarixdə “X52” MTK-nın sədri X3, Maraqlı şəxs, X19, X8 qızının, X10, X23 iştirakları ilə akt tərtib olunaraq Maraqlı şəxs tərəfindən əvvəllərdən Hikmət Yigitdölə borc verilmiş 75000 ABŞ dollarının əvəzində xx.xx.2021-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki mübahisəli binada 2-ci mərtəbədə yerləşən 162 kv.m qeyri-yaşayış sahəsi, xx.xx.2022-ci il tarixli müqavilə ilə isə 168 kv.m , cəmi 330 kv.m qeyri yaşayış sahəsi naturada ölçülüb Maraqlı şəxs təhvil verilmiş və aktda göstərilmişdir ki, satılmış qeyri-yaşayış sahələrinin ödənilməsi və təhvil verilən qeyriyaşayış sahələri ilə əlaqədar tərəflər arasında heç bir narazılıq, şikayət yoxdur, gələcəkdə bununla əlaqədar hər hansı iddia, pretenziya, şikayət verilərsə etibarsız hesab olunmalıdır, X15 təhvil-təslimdə şəxsən iştirak edərək aktı digər iştirakçılarla bərbər “X52” MTK-nın sədri kimi imzası və möhürü ilə təsdiq etmişdir. Qeyd edilən sənədlə cavabdeh öz üzərinə vəzifələr götürümüş və mübahisəli əmlak üzərində olan hüquqlarına xitam vermişdir. Ona görə iddianın etiraf edilməsində cavabdehin heç bir subyektiv hüququ da olmamışdır. Mülki işdə olan İddiaçı adına yazılmış xx.xx.2014-cü il tarixli maliyyə arayışının arxa hissəsinə onun tərəfindən qırmızı rəngli diyircəkli qələmlə yazılmış qeydlərin məzmunun həqiqi münasibətləri əks etdiyi təqdirdə belə, iddiaçı başqa mübahisənin iştirakşısı olsa da, formal (qanunvericiliyə uyğun olmayan) tərtib edilmiş girovu (əmlakı) zamanında tələb etməmiş (mübahisələndirməmiş), bununla da cavabdehə girova sərəncam verməyə şərait yaratmış, sahiblik hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş müddətləri ötürmüş, əmlaka dair də subyektiv hüququnu itirmişdir. İddiaçının mövqeyindən çıxış ediləndə belə qənaət formalaşır ki, mübahisə edilən əqd üzrə hüquqlar yüklü edildiyindən (girov qoyulduğundan), qeydlərdə qeyd edilən qeyri-yaşayış sahəsinin sənədlərini heç bir maneəsiz şəkildə xx.xx.2015-ci tarixə qədər özünə qaytarılması şərtinin təmin edilməsinə aid sübutlar təqdim edilməmişdir.
29. Beləliklə, iddiaçının cavabdehlə bağladığı əqd üzrə aparılmış araşdırmalar (ekspertizalar) onun uydurma əqd olduğunu və hər hansı iqtisadi dəyərə malik olmadığını tam sübuta yetirir. İİİ şəxs Maraqlı şəxsla cavabdehin münasibətləri isə qarşılıqlı maddi öhdəliklərdən irəli gələn, tərəflərin bəyəndikləri (razılığa gəldiyi) münasibətləri müəyyən edir, habelə İİİ şəxs Maraqlı şəxs istifadə və sahibliyinin bu razılaşmalar ilə tanınmasına xidmət edir və bu əmlakla bağlı iddiaları istisna edir. Sənədlərin saxtalığına (saxtalaşdırmasına) dair qiymət verilməsi cinayət təqibi üzrə araşdırma predmeti olduğundan və maliyyə-mühasibat sənədləri üzrə cavabdeh tərəfindən müqavilələrin qeydiyayyatı (uçot) sənədlərinin təqdim edilməməsi iddiaçı ilə bağlanan müqavilənin saxtalığını müəyyən etməsə də, digər mötəbər sübutların olmadığı halda onun əhəmiyyətsizliyini müəyyən edir. İİİ şəxs Maraqlı şəxsla bağlanmış müqavilələrin qüvvəsinə gəldikdə isə bunların və onlardan irəli gələn münasibətlərin nəticəsi olaraq digər dayanıqlı sübutlarla (bəyənilməsi ilə) onlara aid etibarsızlıqla bağlı şübhələri aradan qaldırmış olur. Belə ki, İİİ şəxs Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsinə faktiki sahibliyi və digər şəxslərin buna etiraz etməyərək ona qarşı hər hansı tələb irəli sürməməsi, onun bu hüququnun mövcudluğunu müəyyən edir.
30. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlər ümumi səciyyə daşımaqla maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən edir. Ona görə, qətnamə ləğv edilməli, İddiaçı iddiası rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia tələbi təmin edilməli və “X52” MTK tərəfindən İddiaçı adına Bakı şəhəri, ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli binadan 97 kv. m və 65 kv.m., cəmi 162 kv.m qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2014-cü il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Maraqlı şəxs əmlaka sahiblik və istifadə hüquqları tanınmalıdır.
31. Məhkəmə xərclərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə İddiaçı iddia tələbi rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına aid məhkəmə xərci iddiaçıya və məhkəmələrə müraciət edilməsi üçün ödənilən dövlət rüsumları üzrə məhkəmə xərcləri müvafiq olaraq onu ödəyənlərə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4673/2022 saylı işi üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Müstəqil tələb irəli sürən şəxs Maraqlı şəxs iddia ərizəsi təmin edilsin. “X52” MTK tərəfindən İddiaçı adına Bakı şəhəri, ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli binadan 97 kv. m və 65 kv.m., cəmi 162 kv.m qeyri-yaşayış sahəsinin satılması barədə xx.xx.2014-cü il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100, 50, 124, 200- cəmi 574 (beş yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.