Məhkəmə qərarları › İş №2(103)-6701/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6701/2020

17.09.2020 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6701/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)- 186/2017 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı müqavilənin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi barədə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 016CASA142340005 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsinin və 016CASA142340005 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli 1 saylı Əlavənin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 17233.39 ABŞ dolları əsas kredit borcu, 1305.64 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 269.78 ABŞ dolları əsas borc üzrə hesablanmış cərimə, 238.20 ABŞ dolları faiz borcu üzrə hesablanmış cərimə, cəmi 19047.01 ABŞ dolları, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 16556.15 ABŞ dolları məbləğində əsas kredit borcu, 3100.69 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1659,17 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21316.01 ABŞ dollarının, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)- 186/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 16556.15 ABŞ dolları məbləğində əsas borc, 3100.69 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19756.84 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi əvəzi alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin hesabına ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-186/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsininin ləğv edilməsini və ona aid hissədə zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Hesab edir ki, bank tərəfindən əsas, faiz və cərimə borcları həddindən artıq şişirdilmiş və məhkəmə bu məbləğlərin yenidən hesablanması üçün heç bir hərəkət etmədən cərimə məbləğini azaldılmaqla kifayətlənmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa məhkəmə iş ekspertiza mərkəzindən qayıtdıqdan sonra onu rəylə tanış etmədən müvafiq araşdırma aparmadan onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Cavabdehin ümumiyyətlə məhkəmə iclaslarından və məhkəmə qətnaməsindən məlumatı olmadığını qeyd etmişdir. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. (477.0.1) Zaminliyə xitam verilməsi ilə bağlı digər hal isə kreditorla razılaşma olmadığı zaman baş verə bilər. Yəni əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirilir. Bu zaman isə həmin şəxsin zaminliyinə xitam verilir. (477.0.2) Zaminlik halına start verilməsi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığı zaman da verilə bilər. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin eldiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (477.0.4) Bununla da görünür ki, ona aid hissədə bankla arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməlidir. Bundan başqa onun tərəfindən məhkəmə qətnaməsi müraciəti əsasında xx xxxx 2020-ci il tarixdə rəsmi qəbzə imza edilməklə ona verildiyini, məhkəmə tərəfindən iddia tələbi üzrə tənasübsüz surətdə yüksək dəbbə pulu hesablandığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə Cavabdeh3 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsindən görünür ki, “İddiaçı" ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 21% ödəmək şərti ilə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqavilələrinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 016CASA142340005 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli 1 saylı Əlavənin surətindən görünür ki, kredit müqaviləsi üzrə verilmiş kredit üçün müəyyən edilmiş faiz dərəcəsi 18% dərəcəsinə dəyişdirilmiş, kredit müqaviləsinin Əlavə ilə ziddiyyət təşkil edən şərtləri istisna olmaqla, qalan şərtləri mövcud vəziyyətdə qüvvədə qalmışdır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh2 banka 17233.39 ABŞ dolları əsas kredit borcu, 1305.64 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 269.78 ABŞ dolları əsas borc üzrə hesablanmış cərimə, 238.20 ABŞ dolları faiz borcu üzrə hesablanmış cərimə, cəmi 19047.01 ABŞ dolları borcu vardır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixinə banka olan borcu 17233.39 ABŞ dolları əsas kredit borcu, 1305.64 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 269.78 ABŞ dolları əsas borc üzrə hesablanmış cərimə, 238.20 ABŞ dolları faiz borcu üzrə hesablanmış cərimə, cəmi 19047.01 ABŞ dolları borcu vardır. İş üzrə keçirilmiş məhkəmə- mühasibatlıq ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 1284 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli, 016CASA142340005 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh2 xx xxxxx 2016-cı il tarixədək (iddia ərizəsində göstərilən tarixədək) banka olan borcu 18516.00 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 20538.61 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2016-cı il tarixə əsas borc üzrə 17361.46 ABŞ dolları, faiz borcu üzrə 1154.54 ABŞ dolları, o cümlədən, xx.xx.2016-cı il tarixə əsas borc üzrə 17361.46 ABŞ dolları, faiz borcu üzrə 3177.15 ABŞ dolları borcu vardır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı-nin arasında xx xxxxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) xx.xx.2014-cü il tarixli, 016CASA142340005 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən hər hansı bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində Cavabdeh2 xx xxxxx 2016-cı il tarixədək banka olan borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 17361.46 ABŞ dolları, faiz borcu üzrə 1154,54 ABŞ dolları, xx.xx.2016-cı il tarixə əsas borc üzrə 17361.46 ABŞ dolları, faiz borcu üzrə 3177.15 ABŞ dolları borcu olması müəyyən edilsə də, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsində cavabdehlərdən müştərək qaydada 16556.15 ABŞ dolları məbləğində əsas borc, 3100.69 ABŞ dolları faiz borcu tələb etdiyindən iddianın qismən təmin olunması ilə bağlı 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsindən görünür ki, “İddiaçı" ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 21% ödəmək şərti ilə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin iş materiallarında olan zaminlik müqavilələrinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmışdır.İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 016CASA142340005 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli 1 saylı Əlavənin surətindən görünür ki, kredit müqaviləsi üzrə verilmiş kredit üçün müəyyən edilmiş faiz dərəcəsi 18% dərəcəsinə dəyişdirilmiş, kredit müqaviləsinin Əlavə ilə ziddiyyət təşkil edən şərtləri istisna olmaqla, qalan şərtləri mövcud vəziyyətdə qüvvədə qalmışdır.Göründüyü kimi, kredit müqaviləsinə Əlavə üzrə dəyişiklik faiz məbləğinin artırılması yox azaldılması ilə bağlı olmuşdur. Həmçinin, xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsinin 2-ci maddəsinin C bəndindən görünür ki, kreditin qaytarılması üçün son müddət xx xxxxxx 2017-ci il tarixi müəyyən olunmuşdur, hazırkı iddia ilə isə iddiaçı xx xxx 2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir.Bu isə Mülki Məcəllənin 477.0.4.-cü maddəsinin tələblərinə uyğundur.Belə ki, həmin maddəyə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)- 186/2017 nömrəli qətnaməsi Cavabdeh3 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar