Məhkəmə qərarları › İş №2(103)-6704/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6704/2020

25.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6704/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxx” X5 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı “xxxxxxxxxx” X2rşı “kommunal xidmət haqqı üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması” barədə ilkin, “xxxxxxxxxx” X5 İddiaçı qarşı “borc məbləğinin və ödənilmiş dövlət rüsumunun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayətəBakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, kommunal xidmət haqqı müqabilində 1767 (bir min yeddi yüz altmış) manat artıq ödənilmiş pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “xxxxxxxxxx” X3 tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, “xxxxxxxxxx” X5 İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən “xxxxxxxxxx” X5 nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verdiyi apelyasiya şikayəti apellyasiya instansiyasına göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət müddətin ötürülmüş olduğu əsas göstərilməklə qeyri-mümkün hesab edilmiş, bu qərardaddan “xxxxxxxxxx” MMC-nin nümayəndəsinin verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxxxx” X5 nümayəndəsi buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamədən şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab olunmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. İddiaçı nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayəti müdafiə edərək onun təmin olunmasını, “xxxxxxxxxx” MMC-nin nümayəndəsi (vəkili) X4 isə qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı ləğv edilərək xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən apellyasiya şikayəti verməsi üçün ötürdüyü prosessual müddətin bərpasına dair “xxxxxxxxxx” MMC-nin nümayəndəsinin ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, qətnamə xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxx” MMC-nə çatdırılmış, yuxarıda qeyd olunduğu kimi, onun nümayəndəsinin xx.xx.2019-cu il tarixdə verdiyi apellyasiya şikayəti apellyasiya instansiyası tərəfindən müddətin ötürülmüş olması səbəbilə qeyri-mümkün hesab edilmiş, MMC-nin nümayəndəsi həmin əsasla razılaşmayaraq kassasiya şikayəti vermiş, kassasiya instansiyasının qərarından sonra müddətin bərpası barədə müraciət etmişdir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Kollegiya hesab edir ki, işin hallarından ərizəçinin qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün deyildir və bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və ona tətbiq etdiyi norma (MPM-nin 133.1-ci maddəsi) ilə əlaqəli şəkildə izah etməmiş, ərizəçinin müddəti hansı üzrlü səbəblərlə buraxdığını aydınlaşdırmayaraq qərardadını ümumiyyətlə əsaslandırmamışdır. Halbuki, MPM-in 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırsınlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarının nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir. Çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi “xxxxxxxxxx” MMC tərəfindən şikayət verilməsi müddətinin üzrlü səbəbdən buraxıldığı qənaətinə gəlməklə prosessual hüquq normalarını düzgün təfsir etməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3198/2019 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin iş üzrə xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün ötürdüyü prosessual müddətin bərpasına dair “xxxxxxxxxx” MMC-nin nümayəndəsinin ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar