Məhkəmə qərarları › İş №2(103)-6712/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6712/2024

05.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6712/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik hüququnun ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iş materiallarının aidiyyat üzrə göndərilməsi ilə bağlı vəsatət rədd edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik hüququnun ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4072/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İlkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik hüququnun ləğv edilməsi və miras payının müəyyən edilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “cavabdehin yaşayış evindən çıxarılması və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4072/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik hüququnun ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işin ərazi aidiyyatı üzrə dair Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə vəsatətinin təmin edilməməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş xx.xx.2024-cü il tarixdə icraata götürülən zaman məhkəmə ərazi aidiyyatı üzrə normaları yoxlamaqla (həmin vaxt mövcud olmuş cavabdehlərdən birinin (notariusun) hüquqi ünvanı üzrə) qanuni əsaslarla icraata qəbul etmişdir. Yəni, cavabdehlərdən biri olmuş 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin hüquqi ünvanı üzrə aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi olmuşdur. Cavabdeh1 qeydiyyat (yaşayış) ünvanı isə ünvan 4i də elədir. Daha sonra, mülki işin gedişatı zamanı müəyyən edilmişdir ki, notariat hərəkətlərini aparmış müvafiq notariusun əsl cavabdeh qismində cəlb edilməsi xüsusatı ilə (iddiaçı tərəfindən cavabdehlərdən biri əsl cavabdehlə əvəz olunmuşdur) əsl cavabdehin də hüquqi ünvanı Bakı şəhəri Xəzər rayonu ərazisidir. Yəni, hazırki vəziyyətdə hər iki cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonudur. Məhkəmə cavabdehin vəkilinə izah edir ki, əvvəla, bu hal cavabdeh tərəfə əvvəldən məlum olmuş, hətta əsl cavabdeh olan notariat orqanı müvafiq qərarı məhz mülki işin gedişatında (iddia ərizəsi icraata qəbul edildikdən 1 ay sonra) qəbul etməklə əsl cavabdeh prosessual situasiyasına daxil olmuşdur. Digər cavabdeh tərəf isə (vəkil və ya özü) bu barədə nə məhkəməni, nə də qarşı tərəfin vəkilini məlumatlandırmamış, iş üzrə aparılan müzakirələrdə bu barədə heç bir fikir bildirməmişdir. Sözügedən nomra konkret və anlaşılandır. Həmçinin, cavabdeh tərəf mülki iş üzrə “formal həqiqət”in müəyyən edilməsi istiqamətində çəkişmə prinsipini təmin etməli, “zaman qazanmaq”, “işi uzatmaq” əvəzinə sübutetmə fəaliyyəti və funskiyasını icra etməli, iddiaçının iddia tələbinin təmin edilməməsinə nail olmalıdır. Qarşılıqlı iddia ərizəsinin geri götürülməsi və dərhal hazırki vəsatətin təqdim edilməsi süni şəkildə aidiyyat qaydalarının dəyişdirilməsinə yönəlməsi təəssüratına əsaslı səbəblər verir. Çünki, qarşılıqlı iddia üzrə məhkəmə aidiyyatı MPM-in 39.1-ci maddəsinə əsasən müstəsna aidiyyat qaydaları üzrə həll edilməli idi (mənzil Yasamal rayonunda yerləşir). Hüquqdan sui-istifadə yolverilməzdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, vəsatət əsassızdır və təmin edilməməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024- cü tarixli, e-2(004)-4072/2024 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin olaraq təqdim edilən iddiada cavabdeh olaraq göstərilən Cavabdeh2 iddiacının subyektiv mülahizəsi əsasında secilməklə aidiyyatdan yayınma xarakteri daşımışdır. İddia tələbində Cavabdeh2nə qarşı vərəsəlik hüququ üzrə sair vərəsəliyin ləğvi və vərəsəyə şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması nəzərdə tutulsa da bununla əlaqədar cavadeh orqana hər hansı müraciətin edilməsini təqdimedən sübut təqdimetməmişdir. Bu isə MPM-in 150 Maddəsi ilə nəzərdə tutulan iddia ərizəsinə əlavə edilən sənədləri müəyyən edərək göstərir ki, 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd etməmişdir. İddia tələbində dəqiqləşmə təqdim edən iddiacı skan olunan dəqiqləşməni imzalamadan cavabdeh olaraq hüquqi ünvanı ünvan 7 Nərimanov rayonu olanAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsini göstərmişdir. İddianın tələbinin əsasını və predmetini dəyişdirərəkCavabdeh2nə qarşı vərəsəlik hüququ üzrə sair vərəsəliyin ləğvi və vərəsəyə şəhadətnamənin verilməsi tələbini Cavabdeh1 mərhumSəidə Qurbanovanın adına olan, ünvan 9 ünvanına yerləşən mənzilə olan vərəsəlik hüququndan məhrumedilməsi, 25 saylı notariat ofisi tərəfindən ona verilmiş 2V-314 nömrəli vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş **********43-05301- 093016 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi kimi təqdim etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4072/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik hüququnun ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsinə dair Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə vəsatətinin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-4072/2024 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı ilkin olaraq cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və cavabdehlərdən 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin hüquqi ünvanına əsasən iş materialları Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim edilmişdir.

12. Sonradan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə vəsatəti üzrə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisi cavabdehlər sırasından çıxarılmışdır.

13. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı vəsatət verərək, iş materiallarının iddia tələbinin yönəldiyi əsl cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyası vəsatətin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeud edir ki, hazırkı aidiyyat qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir.

15. Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

16. Qanunvericiliyin tələbindən də göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə əməl etməklə icraata götürülmüş işin sonradan başqa məhkəməyə aid olması səbəbindən göndərilməsi işə baxılmasının uzanması ilə nəticələnir.

17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 nümayəndəsi və vəkilinin Nümayəndə iş materiallarının Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

18. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

19. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4072/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar