Məhkəmə qərarları › İş №2(103)-6715/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6715/2020

23.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6715/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsi və onun üzərindəki tikililərdən çıxarılma, tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-307/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun iddiaçının mülkiyyətində olan ünvan 1 2 ünvanında yerləşən torpaq sahəsi, 1950 kv.m qeyri-yaşayış sahəsi və həmin torpaq sahəsində inşa edilmiş digər tikililərdən çıxarılmaları, qeyd edilən torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş, texniki pasportda əks olunmayan tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 2 ünvanında yerləşən 1950 kv.m sahə İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 000649 qeydiyyat nömrəli şəhadətnamə mülkiyyət hüquqlarını təsdiq edir. Ərizəyə əlavə edilmiş Vergilər Nazirliyinin vahid elektron məlumat sistemindən alınmış çıxarışdan görünür ki, İddiaçı ASC-nin qanuni təmsilçisi X1r. ünvan 2 2 ünvanında yerləşən 1950 kv.m sahənin üzərində qanuni inşa edilmiş bütün tikililər sahənin texniki pasportunda öz əksini tapmışdır. Cavabdeh1 həmin sahədə yerləşən “D” saylı tikilini zəbt etmişdir, həmin tikilinin yaxınlığında qanunsuz tikinti işləri aparmışdır və 30 kv.m tikilini qanunsuz inşa etmişdir, həmin sahələrdə öz ailə üzvləri - arvadı Cavabdeh2 qızı, qızı Cavabdeh3, oğlu Cavabdeh4 ilə heç hüquqi əsas olmadan icazəsiz yaşamışdır və daha sonra ailə üzvləri ilə birlikdə köçüb getmişdir. Buna baxmayaraq zəbt etdiyi sahələri möhkəm kilidləmiş, ən tez vaxtda qayıdacağını bəyan etmişdir. Hazırda o, sahəyə vaxtaşırı gəlib-gedir. Bu hərəkətləri ilə sahədən istifadəni mümkünsüz edir. Sahəyə heç bir hüququ olmasa da sahəyə sahiblənmişdir. Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması, sahənin açılaraq mülkiyyətçiyə qaytarılması barədə çoxsaylı tələblərə məhəl qoymamışdır. Əksinə, sahədə tikinti işləri aparmağa davam etmişdir. Cavabdeh tərəfindən mübahisəli sahənin zəbt edilməsi nəticəsində mülkiyyətçi öz hüquqlarını həyata keçirmək imkanından məhrum edilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-307/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuş, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatıncavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh1 onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onun tərəfindən tikilmiş olan 30 kv.m tikilinin iddiaçıya aid olan torpaq sahəsinin üzərinə düşmədiyi, ekspert rəyinin əsassız olduğu, məhkəmənin sübutları düzgün qiymətləndirmədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiyindən işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, ünvan 3 2 ünvanında yerləşən torpaq sahəsi, 1950 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş 000649 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən İddiaçı ASC-nin mülkiyyətindədir, lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun həmin qeyri-yaşayış sahəsini və torpaq sahəsini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla ona məxsus əmlakdanistifadə etmək imkanından məhrum olmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertizanın xx xxxxxx 2019-cu il tarixli 14842 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 2 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikili, həmin ünvanda İddiaçı ASC-nin mülkiyyətində olan 1950 kv.m qeyri-yaşayış sahəsini əhatə edən (xx xxxxx 2001-ci il tarixli texniki pasport) ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Cavabdehin istifadəsində olan birinci tikilinin bir hissəsi İddiaçı ASC-nin mülkiyyətində olan 1950 kv.m qeyri-yaşayış sahəsini əhatə edən (xx xxxxx 2001-ci il tarixli texniki pasport) ərazinin hüdudlarından kənara çıxmışdır. Birinci tikilinin bir hissəsi, ikinci tikili bütövlükdə xx xxxxx 2001-ci tarixli texniki pasportun ərazinin hüdudları daxilində yerləşdiyi üçün, həmin tikililərin texniki pasportda müəyyən edilmiş sərhəddin bərpa edilməsinə maneə yaradır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən texniki pasportda əks olunan tikili və eyni zamanda cavabdehlər tərəfindən ərazidə inşa edilmiş tikililər vardır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən ekspert X2 məhkəməyə bildirmişdir ki, onun məhkəmə ekspertizası üzrə 20 illik iş təcrübəsi vardır. Hazırki mülki iş üzrə verilmiş rəyi təsdiq edir və onun obyektivliyinə şübhəsi yoxdur. Rəydə, cavabdehin istifadəsində olan birinci tikilinin bir hissəsi İddiaçı ASC-nin mülkiyyətində olan 1950 kv.m qeyri-yaşayış sahəsini əhatə edən (xx xxxxx 2001-ci il tarixli texniki pasport) ərazinin hüdudlarından kənara çıxmasını qeyd etmiş, lakin, Şəhərsalma və Tikinti qaydalarına uyğun olaraq texniki pasportda müəyyən edilmiş sərhəddin bərpa edilməsi üçün həmin tikilinin tam sökülməsini labüd edir. Birinci instansiya məhkəməsi işin məhz yuxarıda qeyd olunan müəyyən olunmuş hallarını əsas götürərək və qanunvericiliyin mülkiyyət hüququnun qorunması ilə bağlı müddəalarına istinadla belə nəticəyə gəlmişdir ki, iddiaçı, mübahisəsini etdiyi torpaq sahəsi üzərində qanuni əsaslarla hüquq sahibi olduğundan, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun ünvan 1 2 ünvanında yerləşən torpaq sahəsi, 1950 kv.m qeyri-yaşayış sahəsi və həmin torpaq sahəsində inşa edilmiş digər tikililərdən çıxarılmalarını, qeyd edilən torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş, texniki pasportda əks olunmayan tikililər sökülməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı, mübahisəli torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehlərin qeyd edilən sahədən çıxarılmasını, qeyd edilən torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş, texniki pasportda əks olunmayan tikililər sökülməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi həmin rəyə istinadla iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Ekspert rəyinin əsassız olması ilə bağlı apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi mütəxəssis rəyinin xərcinə dair məsələ də həllini tapmalı, mütəxəssis xərci cavabdehdən alınıb müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə ona aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-307/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar