Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6719/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3792/2021 saylı, 05.05.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, “xxxx” X2 ASC-nin 4 saylı filialı ilə onun arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsini və “xxxx” X2 ASC-nin 4 saylı filialı ilə onun arasında bağlanmış 11 iyun 2014cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsini mübahisələndirmişdir. Gələcəkdə iddiası təmin olunacağı təqdirdə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi satıla və başqa şəxsin adına özgəninkiləşdirilə bilər. Qeyd edilənlərə əsasən ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3792/2021 saylı, 05.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı "iddianı təmin etmə tədbiri” barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 158-ci maddələrinə; Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, müvafiq məhdudiyyətinin tətbiq edilməsi zamanı mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Məhkəmə işdə olan sənədləri "mütənasiblik prinsipi” prizmasından ilkin baxışdan keçirmiş, tətbiq edilməsi tələb olunan iddianı təmin etmə tədbiri ilə irəli sürülmüş iddia arasında obyektiv əlaqəsinin mövcudluğuna baxmayaraq, hazırki ərizənin təmin edilməsi üçün hüquqi əsasların olmaması qənaətinə gəlmişdir. İddiaçı şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(006)-3792/2021 saylı qərardadının ləğv edilməsi, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinin üzərinə həbsin qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası MPM-nin 152, 157.1, 158; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, onun "Cavabdeh" açıq səhmdar cəmiyyətinə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmasına baxmayaraq, məhkəmə mütənasiblik prinsipinə əsaslanaraq iddianı təmini tədbiri barədə ərizəsini təmin etməmişdir. İddianı təmin etmək tədbiri mülki ış üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Gələcəkdə iddia təmin olunacağı təqdirdə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi satıla və başqa şəxsin adına özgəninkiləşdirilə bilər. Məhkəmə isə qərardadında hansı səbəblərə görə iddianı təmini tədbiri barədə ərizəsini təmin etməməsini əsaslandıra bilməmişdir. Bundan başqa, məhkəmə iddianı təmini tədbirinin qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə görə müvəqqəti xarakter daşımasını və işi qabaqcadan mahiyyəti üzrə həll etməməsini nəzərə almamışdır. Mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinin üzərinə həbsin qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi onun qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüquqununun qorunmasıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qərardadından verilən şikayət təmin edilməmiş, şikayət mülk işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, tərəflərin iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17 və 18, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-164, 263-269, 385-388, 397-ci maddələrinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının (maddi və prosessual hüquq normalarına riayət etməsinin) qanuniliyinin yoxlanılmasından ibarətdir. Hazırki mübahisələndirilən qərardada münasibətdə qeyd edilməlidir ki, şikayət subyektiv səciyyəli formal mülahizəli dəlillərlə əsaslandırılmışdır, ona görə, qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair 14 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Qeyd edilənlər və kredit borcunun ipotekaya yönəldilməsi barədə qətnamənin mövcudluğu halında sui-istifadəyə şərait yaratdığı üçün hazırki iddianı təmin etmək barədə ərizənin təmin edilməsi mümkün deyildir. Diqqətə çatdırılmalıdır ki, iddiaçıya məxsus əmlakın satılması yalnız qeyd edilən digər qətnamənin icrası qaydasında mümkündür ki, bu icraata müdaxilə məhkəmə qərarları icrasının məcburiliyi baxımından yolverilməzdir. İzah edilməlidir ki, hazırki iddianın mövcudluğu, qanunun yol verdiyi halda, icra icraatında olan digər iş üzrə icranın dayandırılması üçün əsas ola bilər və bu məsələ icra haqqında qanunvericiliyə müvafiq müzakirə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3792/2021 saylı iş üzrə (iddianı təmin etmə tədbiri) 05.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6719/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6719/2021
30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver