Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6725/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndələri (vəkil) X16 və Quryanov Əfqan Süleyman oğlunun, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 Cavabdeh2 MMC-nin (hazırda, "xxxx" MMC) nümayəndəsi X12, Cavabdeh Cavabdeh4 və onun nümayəndəsi (vəkili) X10, Cavabdeh5 və onun nümayəndəsi (vəkili) X7, Cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə, Cavabdeh2 MMC-yə (hazırda, "xxxx" MMC), "xxxx" QSC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı «hərracın yekunları barədə protokolların, alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(007)-202/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC (hazırda, "xxxx" MMC), "xxxx" QSC, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə, Cavabdeh2 MMC-yə, "xxxx" QSC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı «hərracın yekunları barədə protokolların, alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi» iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində istifadədə olan 0,106 ha torpaq sahəsində yerləşən 55 nömrəli binanın 1-ci mərtəbəsində 96,8 kv.m əsas, 22,5 kv.m köməkçi, 119,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (41 saylı mağazaya dair) Cavabdeh2 MMC tərəfindən keçirilmiş və tərtib edilmiş 11 oktyabr 2019-cu il tarixli, 50 nömrəli hərracın yekunlarına dair protokolun və həmin əmlakla bağlı "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" QSC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında zirzəmidə yerləşən 110,5 kv.m ümumi sahədənn ibarət qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş və tərtib edilmiş 11 oktyabr 2019-cu il tarixli, 52 nömrəli hərracın yekunlarına dair protokolun və həmin əmlakla bağlı "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 11 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" QSC-yə verilmiş çıxarışın ləğv edilməsi, "xxxx" QSC ilə Cavabdeh5 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh5 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən zirzəmi və 1-ci mərtəbədə yerləşən 304,8 kv.m ümumi sahədən ibarət qeri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş və tərtib edilmiş 11 oktyabr 2019-cu il tarixli, 53 nömrəli hərracın yekunlarına dair protokolun və həmin əmlakla bağlı "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında "xxxx" QSC-yə verilmiş çıxarışın və sonrakı sənədləşmələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC ilə X11 arasında bağlanmış 28.08.2013-cü il tarixli, 14R000007852 saylı kredit müqaviləsi üzrə 257947,12 ABŞ dolları əsas, 54203,5 ABŞ dolları faiz, 25000 ABŞ dolları cərimə olmaqla cəmi 337150,52 ABŞ dolları, 09 sentyabr 2013-cü il tarixli 14R000007914 saylı kredit müqaviləsi üzrə 64513,34 ABŞ dolları əsas, 13148,75 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə borcu olmaqla cəmi ******* ABŞ dolları, 16 oktyabr 2014-cü il tarixli 014R********** saylı kredit müqaviləsi üzrə 224210,73 ABŞ dolları əsas, 47440,34 ABŞ dolları faiz, 10000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 281651,07 ABŞ dolları, 06 avqust 2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 119232,43 ABŞ dolları əsas, 23473,52 ABŞ dolları faiz, 5000 ABŞ dolları cərimə olmaqla cəmi 147705,95 ABŞ dolları, ümumilikdə isə 849169,63 (səkkiz yüz qırx doqquz min yüz altmış doqquz ABŞ dolları altmış üç sent) ABŞ dollarının manatla məzənnəsinin və 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi baradə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının X2, İddiaçı, X14 və X4 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, ünvan 1 ünvanında, 3 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 110,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 88000 manat, ünvan 3 ünvanında 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 119,3 kv.m ümumi, 96,8 kv.m əsas və 22,5 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 175000 manat, ünvan 4 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasının zirzəmisi və 1-ci mərtəbəsində yerləşən 304,8 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 320000 manat, ünvan 5 ünvanında yerləşən 16 mərtəbəli, yeni tikili binanın 16-cı mərtəbəsində yerləşən, 217 kv.metr ümumi, 125,9 kv.m. yaşayış və 81,10 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 53 nömrəli mənzilin ilkin satış qiymətinin 368000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdeh X8 qaytarılması, ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan bir ay sonra həmin əmlakların boşaldılması və "xxxx" QSCyə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh2 MMC tərəfindən hərraclar keçirilmiş, hərracın yekunları barədə 11 oktyabr 2019-cu il tarixli protokol tərtib olunmuşdur. Lakin protokol sifarişçi Nizami rayon İcra və probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. 11 oktyabr 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçının mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində istifadədə olan 0106 ha torpaq sahəsində yerləşən 55 nömrəli binanın 1-ci mərtəbəsində 96,8 kv.m əsas, 22,5 kv.m köməkçi, 119,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 111562 manat 50 qəpiyə, ünvan 2 ünvanında zirzəmidə yerləşən 110,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 56100 manata, ünvan 2 ünvanında olan zirzəmi və 1-ci mərtəbədə yerləşən 304,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 204000 manata "xxxx" QSC-yə satılmışdır. Hesab edir ki, hərraclar qanunsuz keçirilmişdir. Hərracın keçirilməsinə dair ona heç bir məlumat verilməmiş, bildirişlər göndərilməmiş, əmlakların mülkiyyətçisi kimi hərraclarda iştirak etmək hüququ qəsdən təmin edilməmişdir. Məqsəd əmlakları aşağı qiymətə Bankın balansına daxil etməkdən və baha qiymətə sataraq gəlir əldə etməkdən ibarət olmuşdur. Belə ki, məhz qanunsuz keçirilən hərraclardan sonra onun mülkiyyətində olan əmlaklar cavabdeh "xxxx" QSC-nin balansına qəbul edilmiş, Bankın adına çıxarış alınmış və daha sonra baha qiymətə satılaraq gəlir əldə olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(007)- 202/2021 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin olunmuşdur. Cavabdehlər Cavabdeh2 MMC (hazırda, "xxxx" MMC), "xxxx" QSC, Cavabdeh4 və Cavabdeh5 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 MMC (hazırda, "xxxx" MMC) apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməməsi, Bakı Apellyasiya Məhkəməsinin icra sənədinə və Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin 30 iyul 2019-cu il tarixli sifariş məktubuna əsasən iddiaçıya məxsus, ipoteka qoyulmuş 3 ədəd əmlaka dair açıq hərracın təşkil olunması, iddiaçıya (həmçinin, digər maraqlı şəxslərə) müvafiq bildirişlərin sifarişli poçt vasitəsilə göndərilməsi, «İpoteka haqqında» Qanunda bildirişlərin şəxsən çatdırılmalı olmasının göstərilməməsi, iddiaçıya məxsus ünvanın icra sənədində və sifariş məktubunda eyni olması, «Kaspi» qəzetində elanların verilməsi, alıcının olmaması səbəbəindən hərracların baş tutmaması, banka təklif olunması, bankla alqı-satqı müqavilələrinin bağlanması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Cavabdeh "xxxx" QSC apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməməsi, iddiaçının ünvanına hərracların yeri və vaxtı barədə bildirişlərin göndərilməsi, lakin «həmin ünvanda kirayəçi yaşaması» səbəbindən bildirişlərin qaytarılması, həmçinin «Kaspi» qəzetinin 16 avqust 2019-cu il tarixli, 7-9 sentyabr 2019-cu il tarixli, 10 sentyabr 2019-cu il tarixli, 01 oktyabr 2019-cu il tarixli nömrələrində ilk və təkrar hərraclar, həmçinin hərracların baş tutmaması barədə müvafiq elanların verilməsi, bundan sonra ipoteka qoyulmuş hər üç əmlakın banka təklif olunması, bank tərəfindən qəbul edildikdən sonra hərrac təşkilatı ilə alqı-satqı müqavilələrinin bağlanması, bankın adına mülkiyyət hüququna dair çıxarışların verilməsi, ipoteka predmetlərinin qanuni əsaslarla bankın mülkiyyətinə keçməsi, əmlakların sonradan bank tərəfindən Cavabdeh4 və Cavabdeh5 satılması, hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi, kredit borcunun bir hissəsinin ipoteka predmetlərinin bankın balansına keçməsi ilə silinməsi, qalan hissəsinin isə borclu tərəfin nağd ödənişi hesabına bağlanması, bu səbəbdən də 30 iyul 2020-ci il tarixli arayışda X5 banka borcunun olmamasının qeyd edilməsi, birinci instansiya məhkəməsinin arayışa yaaşmasının səhv olması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, obyektiv araşdırma aparılmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Cavabdeh4 apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməməsi, iddiaçıya icra sənədində göstərilən ünvan üzrə bildirişlərin göndərilməsi, iddiaçı tərəfindən həmin ünvandan qeydiyyatdan çıxması və yaşamaması barədə icra şöbəsinə hər hansı məlumat verilməməsi, iddiaçının göstərilən ünvanda olmamasının hərrac təşkilatının məsuliyyəti kimi qiymətləndirilməli olmaması, «Kaspi» qəzetində elanların verilməsi, alıcı olmadığına görə əmlakların bank tərəfindən əldə olunması, bankın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bundan sonra bank tərəfindən ona satılması, ipoteka predmetlərinin qanuni əsaslarla onun mülkiyyətinə keçməsi, vicdanlı alıcı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Cavabdeh5 apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməməsi, iddiaçıya bildirişlərin göndərilməsi, «Kaspi» qəzetində elanların verilməsi, alıcı olmadığına görə əmlakların bank tərəfindən əldə olunması, bankın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bundan sonra bank tərəfindən ona satılması, ipoteka predmetlərinin qanuni əsaslarla onun mülkiyyətinə keçməsi, vicdanlı alıcı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdeh tərəf ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq göstərilmişlər ki, hərracın yekun protokolunun icra məmuru tərəfindən imzalanmaması qanun pozuntusu kimi qəbul edilə bilməz. Ümumiyyətlə, qanunvericilikdə hərracın yekun protokolunun icra məmuru tərəfindən imzalanmalı olması şərti mövcud deyildir. Birinci instansiya məhkəməsi bu halı pozuntu kimi qəbul etməkdə haqlı olmamışdır. Bununla yanaşı, bildirişlər iddiaçının icra sənədində göstərilən ünvanına sifarişli poçt vasitəsilə göndərilmiş, orada kirayəçilər yaşaması əsası ilə qaytarılmışdır. İddiaçı yaşayış ünvanını dəyişməsi ilə bağlı istər məhkəməyə, istərsə də icra məmuruna hər hansı məlumat verməmişdir. Əksinə, iddiaçı bankın kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində, eləcə də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində yaşayış ünvanı kimi eyni mənzili göstərmişdir. Əgər iddiaçı 2014-cü ildən həmin ünvanda yaşamırdısa, niyə yeni yaşayış ünvanını məhkəməyə bildirmirdi və ya məhkəmə qərarlarından verdiyi şikayətlərdə faktiki ünvanını qeyd etmirdi. Belə olan halda hərrac təşkilatı haqlı olaraq iddiaçının məlum olan ünvanına bildirişlərı göndrilmişdir. Bununla yanaşı, qanunverici bildirişlərin iddiaçıya şəxsən təqdim olunmalı olmasını müəyyən etmir. Hesab edirlər ki, iddiaçının hərraclardan kifayət qədər məlumatı olmuşdur. Həmçinin, hərracla bağlı bildirişlər iddiaçının işdə borclu olan yaxın qohumlarına (oğlu və s.) da çatdırılmışdır. Bununla yanaşı, ipoteka qoyulmuş əmlakları bank əldə etdikdən sonra borcun bir hissəsi silinmiş, qalan hissəsini isə borcu tərəf nağd şəkildə ödəmiş, beləliklə kredit borcu bağlanmış, bu barədə müvafiq arayış verilmişdir. Bu halın ödə də iddiaçının hərracdan məlumatlı olmasını ehtiva edir. Birinci instansiya məhkəməsi isə borcun olmaması barədə bankın arayışını guya ipoteka qoyulmuş əmlaklan hərraca çıxarılmamışdan əvvəl borcun bağlanması kimi qiymətləndirmiş, bununla da səhvə yol vermişdir. Həmçinin, iddiaçının nümayəndəsinin iddia etdiyi kimi ipoteka predmetləri ilə bağlı 3 dəfə hərrac keçirilməmişdir. İlk və təkrar hərraclar baş tutmadığından, 11 oktyabr 2019-cu il tarixdə əmlakları alqı-satqı müqqaviləsinə əsasən tələbkar almış, bu hal isə üçüncü hərrac kimi qiymətləndirilə biliməz. Əmlaklar bankın mülkiyyətinə keçdikdən sonra bank onları satmaq qərarına gəlmiş, bu zaman həmin əmlaklarda icarəçi olan Cavabdeh4 və Cavabdeh5 əmlakları almaq niyyətləri bildirmiş, bu səbəbdən də onlarla alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı həmin vaxtı Cavabdeh4ə və Cavabdeh5 əmlakların mübahisəli olması ilə bağlı heç nə deməmişdir. Onlar əmlakların bankın mülkiyyətində olmasına dair çıxarışa əsaslanaraq mübahisəsiz əmlak kimi qəbul etmişlər. Belə olan halda vicdanlı alıcılar kimi hüquqları qorunmalıdır. Birinci instansiya məhkəməsi bu hala ümumiyyətlə qiymət verməmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsinin Cavabdeh2 MMC-nin daşınmaz əmlaklarla bağlı hərraclar təşkil etmək səlahiyyətinin olmaması ilə bağlı dəlilləri həqiqətə uyğun deyildir. Cavabdeh2 MMC istər əvvəllər, istərsə də hazırda hərraclar təşkil etməkdə və keçirməkdə tam səlahiyyətlidir. Sadəcə 2020-ci ildə adı dəyişdirilərək "xxxx" MMC kimi qeydiyyata adlınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətlərini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı hələ 2014-cü ildən icra sənədində göstərilən ünvanda yaşamamaqla, orada qeydiyyatda deyildir. İddiaçı həmin mənzili 25 iyun 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satmışdır. Bu səbəbdən də həmin ünvana göndərilən bildirişləri almamışdır. Lakin, iddiaçı bu barədə məhkəməyə və icra şöbəsinə məlumat verməmiş, hüquqi savadsızlığından apellyasiya və kassasiya şikayətlərində köhnə ünvanı göstərmişdir. Hesab edirlər ki, qanunvericiliyə əsasən hərrac təşkilatı bildirişləri təsdiqetmə yolu ilə iddiaçıya çatdırmalı idi. İşdən isə görünür ki, bildirişlər iddiaçıya şəxsən təqdim olunmamış, hərrac təşkilatına qaytarılmışdır. Həmçinin, hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni icra vərəqəsi veriləndən sonra icra məmuru hərrac təşkilatına sifariş verməmiş, bu səbəbdən də hərraclar qanunsuz keçirilmişdir. Bununla yanaşı, qanuna zidd olaraq 3 dəfə hərrac keçirilmişdir. Belə ki, 06 sentyabr 2019-cu il tarixə və 30 sentyabr 2019-cu il tarixə təyin olunmuş ilk və təkrar hərraclardan əlavə, 11 oktyabr 2019-cu ildə də hərrac keçirilmiş, həmin tarixdə əmlaklar banka (tələbkara) satılmışdır. Bununla yanaşı, hesab edirlər ki, Cavabdeh2 MMC-nin ümumiyyətlə hərracları təşkil etmək səlahiyyəti də olmamışdır. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq məktub verilmiş, göstərilmişdir ki, Cavabdeh2 MMC-nin 11 oktyabr 2019-cu il tarixdə daşınmaz əmlaklarla bağlı hərraclar keçirmək hüqununun olub-olmaması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin nümayəndəsi apellyasiya şikayətlərinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh2 MMC-yə 30 iyul 2019-cu il tarixli sifariş məktubu verilmişdir. Qanunvericiliyə əsasən hərrac təşkilatı hərracları təşkil etməkdə və keçirməkdə sərbəstdir, icra məmuru bu prosesdə iştirak etmir. Eyni zamanda, icra məmuru hərracın yekunları barədə yekun protokolu da imzalamalı deyildir. Bu səbəbdən də hazırki iş üzrə yekun protokollarda icra məmurunun imzası yoxdur. İcra işindən də göründüyü kimi, hərrac təşkilatı hərraclar barədə bildirişləri icra şöbəsinə də göndərmişdir. İcra sənədində iddiaçının ünvanı göstərmiş, bu səbəbdən də sifariş məktubunda həmin ünvanı qeyd etmişlər. İddiaçı həmin ünvanda yaşamaması və faktiki ünvanı barədə icra şöbəsinə hər hansı məlumat verməmişdir. Əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsində iştirak etmiş icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən verilmiş izahatı müdafiə etmirlər. Qeyd etdiyi kimi iddianın həllini məhkəmənin mülahizəsinə buraxırlar. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv olunmalı, iddia rədd olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakların açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmiş, məhkəmə qərarı ilə həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətləri müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən 24 yanvar 2018-ci il tarixdə icraata başlansa, hərrac təşkilatına 09 fevral 2018-ci il tarixli sifariş verilsə və ilk hərrac 30 mart 2018-ci il tarixə təyin olunsa da, həmin vaxtı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlər (həmçinin İddiaçı tərəfindən) apellyasiya şikayəti verildiyindən icra icraatı dayandırılmış, Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi əsas, faiz borcu və cərimə, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətləri hissələrində dəyişdirilmiş, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi tərəifndən yeni icra vərəqəsi verilmiş, bundan sonra Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin 30 iyul 2019-cu il tarixli yeni sifariş vermişdir. Bu səbəbdən də, hərracın qanuniliyi məhz Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə yoxlanılmalıdır. Lakin birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, «Nizami Rayon İcra və Probasiya şöbəsi sifarişi 09.02.2018-ci il tarixdə verdiyi halda «Kaspi» qəzetində elan 19 sentyabr 2018-ci il tarixdə vermiş, hərrac isə 11 oktyabr 2019-cu il tarixdə keçirilmişdir. Göründüyü kimi elanın verilməsi qanunda nəzərdə tutulduğundan 7 ay 10 gün gec verilmiş, hərrac isə qanunda nəzərdə tutulduğundan 1 il 8 ay gec keçirilmişdir. Təkrar keçirilən 2-ci və 3-cü hərraclar barədə isə ümumiyyətlə elan verilməmiş, maraqlı şəxslərə bu barədə məlumat göndərilməmişdir». Göründüyü kimi, birinci instansiya məhkəməsi əsassız olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 09 fevral 2018-ci il tarixli sifarişi qeyd etmiş, halbuki yuxarıda da göstərildiyi kimi, həmin sifarişdən sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz borcu və cərimə, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilmiş, bu səbəbdən də yeni icra vərəqəsi verilmiş, həmin icra sənədinə əsasən Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi 30 iyul 2019-cu il tarixli yeni sifariş vermişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi anlaşılmaz olmaqla, əsasladılırılmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsinin nəyə əsasən - «Təkrar keçirilən 2-ci və 3-cü hərraclar barədə ümumiyyətlə elan verilməmiş, maraqlı şəxslərə bu barədə məlumat göndərilməmişdir» kimi qənaətə gəlməsi də anlaşılan deyildir. Həmçinin, məhkəmə ümumiyyətlə hansı sübuta əsasən hərracın məhz üç dəfə keçirilməsini əsaslandırmamış, formal mülahizələrdən çıxış etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi hərracın keçirilməsi ilə bağlı bütün sənədləri tələb etmədən, onlara baxış keçirmədən yalnız iddiaçının bildirdiklərinə əsaslanmaqla hərracın qanun pozuntuları ilə keçirilməsi barədə yanlış və əsaslandırılmamış nəticəyə gəlmişdir. Halbuki, apellyasiya icraatı zamanı məcmu halda qiymətləndirilmiş sübutlardan (hərracın keçirilməsi ilə bağlı sənədlər və s.) açıq-aşkar görünür ki, hazırki mübahisə obyekti olan ipoteka qoyulmuş daşınmaz əmlaklarla bağlı Bakı Apellyasiya Məhkəməsinin icra sənədi üzrə üzrə 2 hərrac (ilk və təkrar) keçirilmişdir. Birinci hərrac 06 sentyabr 2019-cu il tarixə, saat 11.00-a təyin olunmuş, bu barədə qanunla müəyyən olunmuş müddət ərzində borclulara, tələbkara və icra şöbəsinə 16 avqust 2019-cu il tarixli bildiriş göndərilmiş, eyni zamanda «Kaspi» qəzetinin 16 avqust 2019-cu il tarixli buraxılışında müvafiq elan verilmişdir. Lakin, 06 sentyabr 2019-cu il tarixə, saat 11.00-a təyin olunmuş hərrac alıcı olmadığından baş tutmamış, bu barədə «Kaspi» qəzetinin 7-9 sentyabr 2019-cu il tarixli buraxılışında elan verilmiş, təkrar hərrac 30 sentyabr 2019-cu il tarixə, saat 11.00-a təyin olunmuş, ipoteka predmetinin qiyməti 15 faiz aşağı salınmış, bu barədə qanunla müəyyən olunmuş müddət ərzində borclulara, tələbkara və icra şöbəsinə 10 sentyabr 2019-cu il tarixli bildiriş göndərilmiş, eyni zamanda «Kaspi» qəzetinin 10 sentyabr 2019-cu il tarixli buraxılışında müvafiq elan verilmişdir. İşdə olan rabitə orqanının məlumatlarından görünür ki, ilk və təkrar hərracla bağlı icraatda iştirak edən şəxslərə göndərilmiş müvafiq bildirişlər alınmış, iddiaçının ünvanına göndərilmiş bildirişlər isə «kirayəçi yaşaması» əsası ilə qaytarılmışdır. 30 sentyabr 2019-cu il tarixdə təkrar hərrac da baş tutmamış, bu barədə «Kaspi» qəzetinin 01 oktyabr 2019-cu il tarixli nömrəsində müvafiq elan dərc olunmuşdur. Bu səbəbdən də hərrac mərkəzi tərəfindən 07 oktyabr 2019-cu il tarixli məktubla tələbkara ipoteka predmetlərinin təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı alınması təklif olunmuş, tələbkarın təklifi qəbul etməsi nəticəsində bu barədə 11 oktyabr 2019-cu il tarixdə müvafiq protokollar tərtib olunmaqla, eyni tarixli alqı-satqı müqavilələri bağlanmış, tələbkarın ("xxxx" QSC) adına əmlaklara dair daşınmaz əmlakın dövlət reyesrindən müvafiq çıxarışlar verilmişdir. İddiaçının əsas dəlili hərracdan məlumatlı olmaması ilə bağlı olmuşdur. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı yeni sübutlar təqdim edərək bildirişlərin göndərildiyi mənzilin hələ 2014-cü ildən (25 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi) satılmasını, iddiaçının həmin ünvanda yaşamamasını, bu səbəbdən də həmin ünvana göndərilən bildirişləri almamasını bildirmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı tərəf qeyd edilən sübutu (mənzilin satılması ilə bağlı alqı-satqı müqaviləsi və s.) birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Halbuki, iddiaçı məhkəmədə nümayəndə (vəkil) vasitəsilə də təmsil olunmuşdur. Belə olan halda isə, məhkəmə kollegiyası qeyd edilən sübutun birbaşa apellyasiya instansiyası məhkəməsinə təqdim olunmasını və onun qəbul edilməsini mümkün hesab etmir. Çünki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 372.2-ci maddəsinin tələbinə görə əlavə sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o, halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. Qeyd edildiyi kimi, mülki işdən görünür ki, iddiaçı tərəf birinci instansiya məhkəməsində iştirak etmiş və müvafiq sübutları təqdim etmək imkanında olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfin birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi yeni sübutları gecikmiş və ya apellyasiya prosesini ləngitməyə yönəlmiş və yaxud kobud səhlənkarlığa görə təqdim edilməmiş hesab etdikdə, onları rədd edə bilər (MPM-in 371.2-ci mad.) Eyni zamanda, hətta şərti olaraq qeyd edilən sübutlar nəzərə alınsa belə bu hal vəziyyəti dəyişdirmir. Çünki, iddiaçı yaşayış ünvanını dəyişməsi, faktiki başqa ünvanda yaşaması ilə bağlı məhkəməyə və icra şöbəsinə məlumat verməsinə dair sübut təqdim etməmişdir. Əksinə, İddiaçı, ona və qeyrilərinə qarşı iddiaçı "xxxx" QSC-nin “kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” barədə iddia tələbi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində, eləcə də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində yaşayış ünvanı kimi eyni mənzili (Bakı şəhəri, Xətai rayonu, ünvan 6mişdir. Bununla yanaşı, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2017ci il tarixli qərardadından (ekspertizanın təyin olunması barədə) da göründüyü kimi, İddiaçı həmin vaxtı şəxsən məhkəmə iclasında iştirak etmiş, ünvanla bağlı məsələni dəqiqləşdirmək imkanında olmuşdur. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda, hərrac təşkilatı tərəfindən iddiaçıya bildirişlərin icra sənədində göstərilən ünvana göndərilməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz. İddiaçının nümayəndəsinin digər dəlili bildirişlərin məhz təsdiqetmə üsulu ilə çatdırılmalı olması ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçın tərəfin bu dəlili ilə də razılaşmayaraq qeyd edir ki, hərracın keçirilməsi zamanı (ilk və təkrar hərracın təyin edildiyi 06 sentyabr 2019-cu il və 30 sentyabr 2019-cu il) qüvvədə olan «İpoteka haqqında» Qanunun 42.1-ci maddəsinin yeni redaksiyasına əsasən - hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Göründüyü kimi, maddənin əvvəlki redaksiyasından fərqli olaraq 30 dekabr 2018-ci il tarixdən qüvvədə olan yeni redaksiyada (28 dekabr 2018-ci il tarixli, 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu) bildirişin təsdiq etmə üsulu ilə göndərilməsi nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının nümayəndəsinin (vəkilinin) hərracın keçirilməsi zamanı qüvvədən düşmüş köhnə normaya istinad etməsi əsaslı sayıla bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 30 dekabr 2008-ci il tarixli qərarında (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bununla yanaşı işdən görünür ki, bildirişlər həmçinin iddiaçının yaxın qohumları (oğlu) olan, digər borclulara da göndərilmiş, belə olan halda iddiaçının hərracdan məlumatlı olmaması barədə bildirdikləri ağlabatan və məntiqdi sayıla bilməz. Göründüyü kimi, iddiaçının hərracdan məlumatlı olmaması barədə bildirdikdəri işdə olan sübutlarla tam təkzib olunur. Beləliklə, işdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqısatqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Birinci instansiya məhkəməsinin isə hərracla bağlı sənədlərə baxış keçirmədən, sübutları qiymətləndirmədən formal mülahizələrə əsaslanmaqla qərar qəbul etməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmamışdır. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi). Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. «İpoteka haqqında» Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. «İpoteka haqqında» Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka haqqında» Qanunun 43.7, 43.7-1 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.http://e-qanun.az/framework/9902 Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, qanunverici iki hərracın keçirilməsini nəzərdə tutmuşdur. Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir. İşdə olan sənədlərdən görünür ki, tələbkar hərracın baş tutmamasından sonra qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etmiş, nəticədə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası hərracın nəticələrinə dair yekun protokolların icra məmuru tərəfindən imzalanmaması ilə bağlı iddiaçı tərəfin dəlillərinə münasibət bildirərək qeyd edir ki, qanunverici hərracın nəticələrinə dair yekun protokolun icra məmuru tərəfindən imzalanmalı olması ilə bağlı imperativ şərt müəyyən etməmişdir. Həmçinin, Mülki Məcəllənin 415.5-ci maddəsində açıq-aşkar qeyd edilmişdir ki, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, göstərilən normada nəticələri haqqında protokolu imzalamalı olan şəxslərin dairəsində icra məmuru qeyd olunmamışdır. İddiaçının nümayəndəsi bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni icra vərəqəsi veriləndən sonra icra məmuru hərrac təşkilatına sifariş verməmişdir. Halbuki, istər icra məmurunun izahatından, istərsə də icra işinə baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsinə əasən verilmiş icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh2 MMC-yə 30 iyul 2019-cu il tarixli sifariş məktubu verilmiş, ilk və təkrar hərraclar barədə icra şöbəsinə bildirişlər daxil olmuşdur. Belə olan halda iddiaçının nümayəndəsinin qeyd edilən dəlili anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh Nizami rayon İcra və Probasiya şöbəsinin digər nümayəndəsi Fəxrəddin Şahhüseynov birinci instansiya məhkəməsində verdiyi izahatında şöbəyə hərracların keçirilməsi barədə bildirişlərin göndərilməməsini, yekun protokol barədə məlumatlarının olmamasını, Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin onların iştirakı olmadan çıxarış vemək hüqunun olmamasını, iddia tələblərini əsaslı hesab etməsini göstərsə də, apellyasiya baxışı zamanı iştirak edən digər nümayəndə icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən verilmiş həmin izahatı müdafiə etmədiklərini, yekun protokolu imzalamalı olmadıqlarını, icra işində hərracla bağlı bildirişlərin olmasını, iddiaçının onlara ünvan dəyişikliyi ilə bağlı müraciət etməməsini və s. bildirərək, iddianın həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxmışdır. İddiaçı tərəfin digər dəlili üç dəfə hərracın keçirilməsi, bu halın qanuna zidd olması ilə bağlı olmuşdur. Halbuki, işdə olan sübutlardan hərracın yalnız iki dəfə keçirilməsi (bu barədə yuxarıda ətraflı qeyd olunmuşdur) müəyyən olunur. İddiaçının nümayəndəsi (vəkili) hərrac təşkilatı ilə tələbkar bank arasında ipoteka predmetlərinin əldə olunması istiqamətində bağlanmış 11 oktyabr 2019-cu il tarixli alqısatqı müqavilələrini üçüncü hərrac kimi qiymətləndirmişdir ki, məhkəmə kollegiyası bununla razılaşmır. Qeyd olunduğu kimi, ilk və təkrar hərraclar baş tutmadığından, tələbkara ipoteka predmetlərini qanunla nəzərdə tutulmuş qaydada (aşağı faizlə) almaq təklif olunmuş, alqısatqı müqavilələri də məhz bu istqamətdə bağlanmışdır ki, bu da üçüncü hərrac kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfin növbəti dəlili ipoteka predmetlərinin tələbkar tərəifndən əldə olunduqdan sonra baha qiymətə satılması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmin dəlilə münasibət bildirərək qeyd edir ki, əmlaklar tələbkarın xüsusi mülkiyyətinə keçdikdən sonra sonuncu onları özgəninkiləşdirməkdə və satış qiymətlərini müəyyən etməkdə mülkiyyətçi hüquqlarından irəli gələn mülahizə sərbəstliyə malik olmuşdur. Bu hal isə özü-özlüyündə hərracın qanunsuzluğuna dəlalət edə bilməz. İddiaçı tərəfin digər dəlili hərracı keçirən Cavabdeh2 MMC-nin (hazırda, "xxxx" MMC) buna səlahiyyətinin olmaması ilə bağlı olmuş, bunun sübutu kimi məhkəməyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin məktubunu təqdim etmişdir. Qeyd edilən məktubda göstərilmişdir ki, Cavabdeh2 MMC-nin 11 oktyabr 2019-cu il tarixdə daşınmaz əmlaklarla bağlı hərraclar keçirmək hüqununun olub-olmaması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Göründüyü kimi, iddiaçının nümayəndəsinin təqdim etdiyi məktubda Cavabdeh2 MMC-nin daşınmaz əmlaklarla bağlı hərraclar keçirmək hüqununun olmaması öz əksini tapmamışdır. Bununla yanaşı, Cavabdeh2 MMC-nin nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin fəaliyyətinə həmçinin daşınar, daşınmaz əmlakın qiymətləndirilməsi və hərracların keçirilməsi aiddir. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı tərəfin istər iddia ərizəsində, istərsə də izahatlarında bildirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdıralmış sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçının dəlilləri əsasən formal mülahizələrə əsaslanmışdır. Yuxarıda qeyd edilən hallar iddianın tamamilə əsassız olması nəticəsinə gəlməyə kifayət qədər əsas verdiyindən, sonrakı alıcılar olan Cavabdeh4un və Cavabdeh5 vicdanlı olub-olmamaları əhəmiyyət kəsb etmir. Lakin məhkəmə kollegiyası hər bir halda vicdanlılıq məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Çünki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh4 və Cavabdeh5 qarşı hissədə təmin edərkən sonuncuların vicdanlı alıcı olmalarına əhəmiyyət verməmiş, buna ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, MM-nin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-nin 140-cı maddəsinin tələbinə görə isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-nin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Qanunvericiliyin qeyd edilən normalarından mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). «X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər uzrə muxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mulkiyyətciyə nisbətdə onun daha üstün hüquqi movqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli suruldukdə və bu cür mubahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu muəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə muəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarında göstərmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydaların icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. İşdən, həmçinin apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, yuxarıda qeyd edilmiş alqı-satqı müqavilələri üzrə alıcılar (cavabdehlər) əmlakları əvəzi ödənilməklə almışlar. Cavabdehlərin əvvəllər həmin qeyri-yaşayış sahələrində icarəçi olmaları faktı da vəziyyəti dəyişdirmir. Tərəflərin izahatlarından da aydın olur ki, əmlaklar bankın xüsusi mülkiyyətinə keçdikdən sonra, cavabdehlər əmlakların dövlət reyestrindəki qeydə əsaslanaraq onları əldə etmişlər və əmlaklar barədə hər hansı mübahisənin olmasından məlumatlı olmamışlar. Eyni zamanda, alqı-satqı zamanı iddiaçı tərəf cavabdehlərə əmlaklarla bağlı mübahisə olması ilə bağlı məlumat verməsinə dair sübutu da məhkəməyə təqdim edə bilməmiş, cavabdehlər isə iddiaçının onlara hər hansı mübahisənin olmasını bildirməməsini göstərmişlər. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır, əks halda iddia özü-özlüyündə əsassızdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, qanuni əsaslarla keçirilmiş hərracın nəticələrini etibarsız hesab etmişdir ki, bu da tələbkarın və əmlakı sonradan qanuni əsaslarla əldə etmiş digər şəxslərin hüquqlarını məhdudlaşdırmaqla yanaşı, qanuni qüvvədə olan məhkəmə qərarının icrasına xələl gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Bu hal isə MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə, Cavabdeh2 MMC-yə (hazırda, "xxxx" MMC), "xxxx" QSC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı «hərracın yekunları barədə protokolların, alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(007)-202/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC (hazırda, "xxxx" MMC), "xxxx" QSC, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(007)- 202/2021 saylı saylı qətnaməsi ləğv edilsin, iddia tələbləri təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6725/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6725/2021
30.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver