Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6727/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 23 saylı Notariat ofisinə qarşı (ƏMDX DƏDKR Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 nömrəli 29 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına rəsmiləşdirilmiş “Opel Vita” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə onun, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixdə Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə əlavə edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh3 adına bağışlama müqaviləsi ilə özgəninkiləşdirilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5142/2021 saylı qərardadı ilə iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-174/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış (4Ə-41 reyestr nömrəli) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsinin Cavabdeh3 adına özəlləşdirilməsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsində və “Opel Vita” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobildə Cavabdeh1 payının ½ hissədə, İddiaçı payının ½ hissədə müəyyən edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0,025 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 nömrəli 29 avqust 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5142/2021 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 0,025 ha olan torpaq sahəsinin (**********67 reyestr nömrəli) özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Qərardaddan iddiaçı şikayət verərək, ləğv edilməsini xahiş etmiş, şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 26 iyul 2016-cı il tarixli AN-1 No ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 113 saylı binanın yaxınlığında yerləşən 0,025 ha torpaq sahəsini Məmmədova X1. 17 dekabr 2019-cu il tarixli AN-1 No ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 113 saylı binanın yaxınlığında yerləşən 0,025 ha torpaq sahəsini Maraqlı şəxs satmışdır. Alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh3 satılmış torpaq sahəsi ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən alınmış torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyetsrində nömrələri eynilik təşkil edir. Belə ki, hər iki alqı-satqı müqaviləsində torpaq sahəsinin reyestr nömrəsi kimi eyni - **********67 nömrə göstərilmişdir. Bu hal isə Cavabdeh3 tərəfindən satılmış torpaq sahəsi ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs məxsus torpaq sahəsinin eyni torpaq sahəsi olmasını təsdiq edir. Məhkəmə də qeyd olunanlara əsasən hazırkı ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi Maraqlı şəxs məxsus torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Belə olan halda onun hazırki ərizəsi haqlı olmuş, məhkəmə də haqlı olaraq ərizənin təmin edilməsi qənaətinə gələrək, qoyulmuş qadağanın götürülməsi qənaətinə gəlmişdir. Şikayət əsassız olmaqla qərardadın ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 162-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (162.1). Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur (162.2). İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər (162.3). Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-174/2022 nömrəli 29 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6727/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6727/2023
31.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver