Məhkəmə qərarları › İş №2(103)-673/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-673/2021

11.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-673/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının vəkili X19, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X15 və onun vəkili X10, Maraqlarına toxunan şəxs X25 və onun vəkili X11 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1527/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X35 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MTK cavabdeh X20 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx” MTK-ya məxsus yaşayış binasının 1 giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv/m olan 2 otaqlı, 62 saylı mənzilin müqavilə əsasında X20 verilməsi barədə bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və xx xxxxxxxx 2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx” MTK-a ilə “xxxx” MMC- nin direktoru X35 arasında xx xxxx 2016-cı ıl tarixində 23 saylı müqavilə bağlanmışdır. Müqavilə tikilmiş binalara liftlərin quraşdırılması ilə əlaqədar idi. xx xxxxxxxx 2016-cı il tarixli müqavilə əsasında X20 Abşeron rayon İH Başçısının xx xxxx 2014-cü tarixli 345 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində 1 bloklu, 12 mərtəbəli, 2 otaqlı 62 saylı mənzilin verilməsi barədə müqavilə bağlandı. X6 ilə xx xxxxxxxx 2016-cı il tarixində müqavilə bağlandı ki, bu müqavilədə tərəflərin hüquq, və vəzifələri müəyyən edilmişdir. 100,17 kv/m sahəsi olan 2 otaqlı mənzilə görə 65111 manat pul ödənməli idi. Hər kv/m-in qiyməti 650 manat müəyyən edilmişdir. X39 sənədləşmədə iştirak etməsə də X25 təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında mənzil onun adına sənədləşdirilmişdir. Sənədlər imzalanmaq məqsədilə Vəlıyev Aİışa verildi ki, X31 Neftçilər xəstəxanasında xəstə yatdığı üçün qohumu vasitəsi ilə ona çatdırılsın. A.Vəliyev, sənədi Aqil adlı dostu ilə xəstəxanada müalicə olunan Lazım Məmmədova göndərməli idi və göndərmişdi də. Üstündən xeyli vaxt keçdikdən sonra imzalanmış sənədlərin bir nüsxəsi MTK-ya verildi. Digər nüsxəsi isə mənzili alan şəxsdə qaldı. Məmmədov Lazıma onun MTK-ya borclu olmamasına dair maliyyə arayışı verilməsinə baxmayaraq ona pulun ödənilməsi barədə kassa qəbzi verilməmişdir. Belə ki, kassa mədaxil qəbzi mənzilə ödənilən pul kassaya mədaxil olunduğu təqdirdə təqdim olunur. Kassa qəbzi olmadığı üçün verilən maliyyə arayışının heç bir hüquqi qüvvəsi yoxdur. Maliyyə arayışı ona görə borcun olmaması nəzərdə tutulmaqla təqdim edilmişdir ki, həmin şəxslər A.Vəliyevi aldadaraq pulun veriləcəyini inandırıb maliyyə arayışı yazdırmış və qeyd edildiyi kimi, sonradan pulun ödənilməsi barədə qəbz təqdim edilməmişdir. Həmin şəxslərin verdikləri vədlər özünü doğrultmadığına görə, yəni mənzilin pulu ödənilmədiyi üçün müdiriyyət Alış Vəliyevlə əlaqə saxladı. Alış Vəliyev tərəfindən Cavabdehla əlaqə saxlanılmış və o bildirmişdir ki, bu mənzili Maşallah adlı şəxs ona borclu olduğu pulun əvəzinə alıb verib. Yəni Maşallah mənzilin pulunu ödəyib. Evin sənədlərini də Maşallahın ona verdiyini bildirmişdir. Vəziyyəti belə gördükdən sonra Alış Vəliyev tərəfindən Mütəşəkkil Cinayətkarlığa qarşı idarəsinə Maşallah adlı şəxsin və qeyrilərinin hərəkətləri barədə müraciət olunmuş va barəsində Bakı Şəhəri Xətai Rayon Polis İdarəsində əlavə cinayət işi olduğuna görə iş materialları ora göndərilmişdir. Lazım Məmmədovun polisdə verdiyi izahata görə müqavilədə atılan imzalar ona məxsus deyil. Hal-hazırda Cavabdehla MTK-a arasında mənzillə bağlı mübahisə davam edir. Həmin cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydə alınmamışdır, təqdim olunan sənədlərdə həmin şəxsə məxsus olmayan saxta imzalar və MTK tərəfindən qanuni qaydada həyata keçirilmiş hallar mövcüddur. X7 cavabdeh «xxxx» MTK-ya qarşı, qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddianın da təmin olunmasını, “xxxx”MTKdan ona məxsus olan 65111 manat pulun, əldən çıxmış faydaya görə 10000 manat pulun və ona vurulmuş mənəvi zərərə görə 5000 manat pulun, cəmi 80111 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbində qeyd edilmişdir ki, 2016-cı ildə yeni kooperativ binalardan yaşayış sahəsi - mənzil almaq məqsədi ilə şəhərin yerlərində tikilən binalara baxmış və “xxxx” MTK tərəfindən Abşeron Xırdalan şəhəri, Heydər Əliyev prospekti 31 ünvanda tikilməkdə olan binanı bəyənmişdir. Həmin binadakı 62 saylı 100,17 kv.m sahəsi olan 2 otaqlı mənzili almaq qərarına gəlmişdir. xx xxxxxxxx 2016-cı il tarixdə o, həmin mənzilə dair kooperativlə müqavilə bağlamış və mənzilin tam dəyərini 65111 manat olmaqla əvvəlcədən ödəmişdir. Bununla əlaqədar ona həmin tarixdə imzalanmış, şirkətin dairəvi möhürü ilə möhürlənmiş və ödənişin tam olaraq həyata keçirilməsinə dair maliyyə arayışı təqdim olunmuşdur. Bundan sonra dəfələrlə mənzilin ona təhvil verilməsi məqsədi ilə koperativə müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə mənzili ona təhvil verməyərək get-gələ salmışlar. Bu yaxınlarda ona Nizami Rayon Məhkəməsindən bildiriş gəlmişdir. Ona məlum olmuşdur ki, kooperativ bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsini oxuduqda olduqca təəccüblə iddia ərizəsində göstərilir ki, guya o, şirkətə bir manatda ödəməmişdir. Ortada vasitəçilər olmuşdur. Guya verilən mənzilin əvəzində Vəliyev Alış adlı şəxs mənzildə lift quraşdırmalı idi. İddia ərizəsində qeyd olunan və idddiaçının irəli sürdüyü bu arqumentlərin heç bir əsası yoxdur və mənzili ona verməmək üçün gətirilən bəhanədir. Bir daha xatırladır ki, onun əlində kooperativ rəhbərliyinin imzaladığı və möhürlədiyi pulun ödənildiyinə dəlalətedən, eyni qaydada təsdiqlənmiş maliyyə arayışı vardır, qeyd olunan məbləğdə pulu verməsəydi həmin sənədləri ona kim verərdi. Digər tərəfdən əgər həmin müqavilə formal müqavilə olmuşdursa onda nəyə görə ötən iki il ərzində ləğv olunması və ya etibarsız hesab olunması barədə hər hansı bir tədbir görməmişlər. İsrarlı şəkildə mənzili tələb etdikdən sonra iddiaçı məcbur olub məhkəməyə müraciət edərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Artıq belə bir qənaətə gəlmişdir ki, qeyd olunan mənzildən imtina edib verdiyi pulu geri tələb etsin. Belə ki, təməli düzlük və halallıqla qoyulmayan bir binada yaşamaq istəmir. Eyni zamanda hesab edir ki, "xxxx" MTK iki il müddətində onun pulunu alıb saxladığı və mənzili ona təhvil vermədiyi üçün əldən çıxmış faydaya görə, eləcə də ona vurduğu mənəvi zərərə görə təzminat ödəməlidir. Əldən çıxmış faydanı 10000 manat, vurulmuş mənəvi zərəri isə 5000 manat dəyərində qiymətləndirir. Qeyd olunanlara əsasən ilk iddia tələbini qəbul edir və iddiaçı ilə onun arasında bağlanmaış müqavilələrin etibarsız hesab edilməsinə etiraz etmir. Birinci instansiya məhkəməsində icraat zamanı tərəflər aşağıdakı sübutları təqdim etmişlər: xx xxxxxxxx 2016-cı il tarixli müqavilələrə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 31 ünvanında «xxxx» MTK nın direktoru X12(bundan sonra "Kooperativ" adlanan-icraçı) bir tərəfdən, X26(bundan sonra “Alıcı” adlanan-payçı) Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 31 ünvanında «xxxx» MTK tərəfindən tikilməkdə olan binada 100.17 kv.m olan 2 otaqlı, ƏDV daxil olmaqla dəyəri 65111 manat olan 62 №-İi mənzili 'Alıcıya”-payçıya verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzil haqqını bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürmüşdür; 4/78 saylı xx xxxxxxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 girişli 16 mərtəbəli «xxxx» MTK-ya məxsus yaşayış binası BULUD-QAYA yaşayış binanın 1-ci giriş 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv.m.olan 2 otaqlı. 62 saylı mənzilin pay dəyərindən 65111 manat payçı X26 tərəfindən ödənilmişdir. Onun «xxxx» MTK (sifarişçi) ilə “xxxx” MMC (icraçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli razılaşma protokoluna əsasən müqavilənin dəyəri 90000 manat müəyyən edilmişdir. “Sifarişçi” müqavilənin ümumi dəyərinin 29898 manatını əvvəlcədən “İcraçı”-ya ödəyir. Sifarişçi Xirdalan şəhərində inşa etdiyi binanın 1 giriş, 12-ci mərtəbə, sahəsi 100,17 m2 olan 62 N-li mənzilin satış üçün “İcraçı”-ya ayırır və icraçının təqdimatı əsasında alıcının adına tam maliyyə arayışı ilə birlikdə sənədləşdirir. Həmin mənzilin dəyəri olan 60102 (altmış min yüz iki) manat “İcraçı” tərəfindən qəbul edilərək “İcraçı”-nın kassasına mədaxil olunur. Müqavilənin şərtləri tam yerinə yetirilmədiyi təqdirdə “Sifarişçi” 62N-İİ mənzilin alıcısının adına sənədləşdirilmiş müqaviləsini bir tərəfli şəkildə ləğv etmək hüququnu özündə saxlayır (səh.34-41); Xətai rayon Polis İdarəsində verilmiş izahatlar ilə və X9 ifadəsində cavabdehdən 40000 manat məblğində borc aldığı, sonradan maddi vəziyyətinin ağırlaşması səbəbindən pulu qaytara bilmədiyini, borcun əvəzində mənzil təklif etdiyini, Cavabdeh razılaşdığını, maraqlarına toxunan şəxs X35 tərəfindən müqavilə əsasında Cavabdeh 40000 manat borcunun əvəzinə xx.xx.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 31 ünvanında «xxxx» MTK tərəfindən inşa edilmiş binada sahəsi 100.17 kv.m olan 62 saylı mənzilə dair Cavabdeh adına müqavilə tərtib edərək onunla Lazım arasında olan borc məsələsi bağlanmışdır. X17 aldığı 25000 manatı Alışa çatdırılması üçün Aqilə versə də, Aqil həmin pulun 7000 manatını Alışa verməmişdir. O, bu barədə maraqlandıqda məlum oldu ki, Cəfərov Aqil 7000 manat pulu özünün Alışa verəcəyi barədə Alışın qarşısında öhdəlik götürmüşdür. Alışla söhbət zamanı Alış onun mənzilə görə qalan pulu ödəmək iqtidarında olmadığını bildi və onlar razılaşdılar ki, Alış mənzilə görə aldığı 18000 manat pulu tam qaytardığı təqdirdə Lazımın adına olan müqaviləyə xitam veriləcək, yəni mənzil Alışa qaytarılacaqdır. Cavabdeh oxşar ifadə verərək iddiaçıya mənzil üçün pulun ödəmədiyini və MTK-nin ofisində olmadığını, Maşallahın 40000 manat borcu əvəzində mənzilin Qulu və Maşallah tərəfindən onun adına rəsmiləşdirildiyini, xx.xx.2016-cı il tarixli müqavilədə formal olaraq digər şəxsin onun əvəzinə imza etdiyini bildirmişdir (səh.47-58). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-1527/2019 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “xxxx” MTK-ya məxsus yaşayış binasının 1 giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv/m olan 2 otaqlı, 62 saylı mənzilinin X20 verilməsi barədə bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə” nin və xx xxxxxxxx 2016-cı il tarixli “Müqavilə” nin etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “xxxx”MTK- dan 65111 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınıb X20 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamədən maraqlarına toxunan şəxs X35 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(007)-1527/2019 saylı qətnaməsinin qismən, X15 qarşılıqlı iddia tələbinin qismən, “xxxx” MTK-dan 65111 manat alınıb X20 verilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlarına toxunan şəxs apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin həmin qətnaməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə, həmçinin iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə nəticələnən prosessual qanunvericiliyin ciddi pozuntusu ilə çıxarıldığından qismən, X4 qarşılıqlı iddia tələbinin qismən, xxxx” MTK-dan 65111 manat alınıb X20 verilməsinin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin qısa mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçı “xxxx” MTK cavabdeh X20 qarşı bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. İddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MTK ilə “xxxx” MMC-nin direktoru X35 arasında xx xxxx 2016cı il tarixdə 23 saylı müqavilə bağlanılmışdır. Müqavilə tikilmiş binalara liftlərin quraşdırılması j[ş_əlaqədar olmuşdur. Qeyd edilən müqavilə əsasında X35 ilə “xxxx” MTK arasında xx xxxx 2016-cı il tarixdə müqavilə bağlanılaraq Xırdalan şəhəri, H.Əliyev prospektində tikilməkdə olan yaşayış binasının ümumi sahəsi 100,17 kv.metr-olan 2 otaqlı 62 №li mənzilin X28 verilməsi razılaşdırılmışdır. Mənziİin ümumi dəyəri 60102 AZN müəyyən edilmişdir. Sonradan aldatma yolu ilə X15 adına həmin mənzilə dair xx xxxxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında” Müqavilə bağlanılmış və mənzilin dəyəri 65111 manat göstərilməklə onun adına xx xxxxxxxx 2016- cı il tarixə maliyyə arayışı verilmişdir. Maliyyə arayışı ona görə verilmişdir ki, Lazım Məsim oğlunun adına aldatma yolu ilə müqavilə bağlayan şəxslər Alış Vəliyevi aldadaraq pulun veriləcəyini inandırmışlar. Sonralar mənzilin ödənilmədiyi üçün MTK Alış Vəliyevlə əlaqə saxlamış o isə oz növbəsində Lazım Məmmədovla əlaqə saxlamışdır. Lazım Məmmədov ona bildirmişdir ki, bu mənzili Maşallah adlı şəxs ona borclu olduğu pulun əvəzinə verib. Yəni mənzilin pulunu Maşallah ödəyib. Evin sənədlərinin də Maşallahın ona verdiyini bildirmişdir. Belə bir vəziyyətdə Alış Vəliyev tərəfindən Mütəşəkkil Cinayətkarlığa qarşı X18 adlı şəxsin və qeyrilərinin hərəkətləri barədə müraciət olunmuş və Maşallah barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsində digər cinayət işi olduğuna görə iş materialları ora göndərilmişdir. Lazım Məmmədovun polisdə verdiyi izahata görə imzalar ona məxsus deyil. Həmin mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alnımamışdır. Göstərilənlərə əsasən müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdeh X26 tərəfindən “xxxx” MTK-ya hər hansı bir məbləğdə pul ödənilmədiyindən onun adına olan xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh X26 məhkəmə prosesində iddiaçı qismində cavabdeh “xxxx” MTK- ya qarşı pul tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə yeni tikilən binalarda mənzil almaq istəmişdir və “xxxx” MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 31 ünvanda tikilməkdə olan binanı bəyənmişdir və həmin binadakı sahəsi 100,17 kv.metr olan 2 otaqlı 62 saylı mənzili almaq qərarına gəlmiş, xx xxxxxxxx 2016-cı ildə həmin mənzilə dair kooperativlə müqavilə bağlamış və mənzilin tam dəyərini 65111 manat olmaqla əvvəlcədən ödəmişdir. Bununla əlaqədar ona həmin tarixdə maliyyə arayışı da verilmişdir. Bundan sonra dəfələrlə mənzilin ona təhvil verilməsi məqsədilə kooperativə müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə mənzil ona təhvil verilməmişdir. Hazırda da iddia edirlər ki, guya şirkətə pul ödəməmişdir, ortada hansısa vasitəçilər olmuşdur. Guya verilən mənzil Vəliyev Alış adlı şəxsə binada quraşdırılan liftlərin dəyərinin ödənişi üçün verilmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Xətai rayon Polis İdarəsindən istintaqı apanlan ********* saylı cinayət işinin materiallarından vətəndaş X15, X25 və X9 istintaq orqanına vermiş olduğu ifadələrin surətləri alınmış və mülki işin materiallarına əlavə edilmişdir. Eyni zamanda iddiaçı “xxxx” MTK tərəfindən “xxxx” MMC-nin direktoru X35 ilə bağlanılmış xx.xx.2016-cı il tarixli 23 saylı müqavilə və həmin tarixli müqaviləyə razılaşma protokolu, həmçinin mübahisəli mənzillə bağlı X35 “xxxx” MTK arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilə məhkəməyə təqdim edilmişdir. İddia ərizəsində, istintaq orqanından alınmış sənədlərdə və mənzilə dair “xxxx”” MTK tərəfindən təqdim olunmuş sənədlərdə “xxxx” MMC-nin və həmin cəmiyyətin direktoru olaraq X25 adı hallansa da və son nəticədə məhkəmə tərəfindən qəbul edilmiş qətnamə birbaşa toxunsa da heç bir məhkəmə prosesinə cəlb edilməmişdir. Belə ki, heç bir vəsait ödəmədiyi halda məhkəmənin qətnaməsi ilə “xxxx” MTK 65111 manat tutularaq X20 verilməsi qət edilmişdir. Mübahisəli mənzilə dair X35 ilə “xxxx” MTK arasında hazırda da qüvvədə olan xx xxxx 2016-cı il tarixli Müqavilənin olmasına baxmayaraq məhkəmə qətnaməsi ilə X20 ödəniş etmədiyi halda həmin mənzilin dəyərinin ödənilməsi qət edildiyinə görə “xxxx” MTK mənzili qanuni sahibinə verməkdən imtina edir və bildirir ki, həmin mənzili satıb məhkəmə qətnaməsini icra etməlidir. Göründüyü kimi işdə iştirak etməyə cəlb edilmədiklərindən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi maraqlarına toxunduğundan həmin qətnamədən şikayət vermək hüquqları vardır. Mülki işin materiallarında olan xx xxxx 2016-cı il tarixli 23 saylı Müqavilədən görünür ki, “xxxx” MMC-nin direktoru X35 ilə “xxxx” MTK-nın direktoru X21 arasında liftlərin quraşdırılması barədə Müqavilə bağlanılmışdır. Həmin Müqaviləyə əlavə edilmiş xx xxxx 2016-cı il tarixli Razılaşma Protokolunda müqavilənin dəyəri 90000 manat müəyyən edilmiş və görüləcək işlərin ödəmə qaydası müəyyən edilmişdir. Ödəmə qaydasının 1-ci bəndində sifarişçinin müqavilənin ümumi dəyərinin 29898 manatının əvvəlcədən icraçıya ödəməsi göstərilmişdir. Razılaşma protokolunun 2-ci bəndində göstərilir ki, “Sifarişçi” müqavilənin ümumi dəyərinin qalan hissəsini “Sifarişçi” Xırdalan şəhərində inşa etdiyi binanın 1 giriş, 12-ci mərtəbə, sahəsi 100, 17 kv.m olan 63 №li mənzilin satış üçün “İcraçı”- ya ayırır və “İcraçı”-nın təqdimatı əsasında alıcının adına tam maliyyə arayışı ilə birlikdə sənədləşdirir. Həmin Müqaviləyə uyğun olaraq “xxxx” MTK ilə X35 arasında Xırdalan şəhəri, H.Əliyev prospektində tikilməkdə olan binanın sahəsi 100,17 kv.metr olan 2 otaqlı 62 nömrəli mənzilin verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə mənzilin dəyəri 60102 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan, məhkəmə sorğusu əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsində aparılan cinayət işinin istintaq materiallarından göndərilmiş xx xxxx 2017-ci il tarixli X15 şahid qismində dindirilməsi protokolunda vermiş olduğu ifadəsində göstərilir ki, Xəlilov Maşallahı 2014-cü ilin əvvəllərindən tanıyır. Maşallah İrandan mərmər daşları gətirib satışını həyata keçirirdi. Bir gün söhbət zamanı ondan mərmər daşlarının İrandan Azərbaycana gətirilməsi üçün 40000 manat pula ehtiyacı olduğunu bildirərək həmin pulu ondan borc olaraq İstədi. Həmin vaxt o, 3 otaqlı mənzil satmışdır və Maşallah onda pul olduğunu bilirdi. O etiraz etmədi və 40000 manat pulu 2014-cu ilin mart ayında Nizarni rayonu, Rüstəmov küçəsi 34 ünvanda Maşallaha bır ildən sonra qaytarmaq şərti ilə borc verdi. Aralarında heç bir müqavilə razılaşma əsasında Maşallaha borc vermişdir. 2015-ci ilin noyabr ayından etibarən o, Maşallahdan borcunu tələb etməyə başladı. Lakin hər dəfə Maşallah ona olan 40000 manat borcunu qaytarmaqdan yayınırdı. Nəhayət 2016-cı ilin may ayında o, Qulu adlı tanışı ilə onunla görüşdü və borcu qaytarmağa bir iki ay vaxt istədilər. O, məcbur qalıb razılaşdı. Bundan bir müddət sonra Maşallah ona olan borcunun əvəzində Xırdalanda mənzil verməyi təklif etdi. O razılaşdı və mənzili adına rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsini Maşallaha verdi. xx.xx.2016-cı il tarixdə Nizami rayonu Rüstəmov küçəsi 34 ünvanda Maşallah və Qulu ilə görüşdü. Maşallah ona olan 40000 manat borcunun əvəzində Xırdalan şəhəri H.Əliyev prospekti 31 ünvanda “xxxx” MTK tərəfindən inşa edilmiş binada sahəsi 100,17 kv.metr olan 62 saylı mənzilə dair onun adına bağlanmış müqaviləni bir nüsxədə və xx.xx.2016-cı il tarixli maliyyə arayışını təqdim etdi. Bundan sonra Maşallahla onun arasındakı borc məsələsi bağlandı. 2017-ci ilin yanvar-fevral aylarında ona özünü Alış kimi təqdim edən şəxs zəng edib onun adına olan qeyd edilən mənzillə bağlı ona ödənişin tam həyata keçirilmədiyini dedi və aldadıldığını bildirdi. O da Alışa dedi ki, həmin mənzil Maşallahın ona olan borcunun əvəzinə verilmişdir. Bu zəngdən sonra o, Maşallahla görüşüb Alışın ona dediyi sözlər barədə maraqlandıqda Maşallah dedi ki, Alış həmin binanı tikən “xxxx” MTK-nın binalarına lift quraşdıran şirkətin direktorudur. Maşallah həmin mənzilə görə MTK-ya 25000 manat pulu Qulunun vasitəsilə ödədiyini, qalan məbləğə görə MTK qarşısında öhdəlik götürdüyünü, yəni məbləğin əvəzinə MTK inşaat materialları verəcəyini, ya da pulu ödəyəcəyini və bu işin ona aidiyyəti olmadığını bildirdi. Qeyd etmişdir ki, bir müddət sonra Maşallahla söhbət zamanı Maşallah ondan pulu qaytarsa mənzilə dair adına olan müqaviləni ləğv etdirib- etdirmədiyini soruşduqda o, 40000 manat pulun nağd şəkildə ona qaytarılacağı təqdirdə müqaviləyə xitam verilməsinə razı olduğunu bildirdi. Lakin ona heç bir məbləğdə pul verilmədiyi üçün o da müqaviləni ləğv etdirmədi. Bundan sonra olanlardan xəbəri yoxdur. Bir müddət sonra Maşallah ondan pulu qaytarsa mənzilə dair müqaviləni ləğv etdirib- etdirmədiyini soruşduqda o, 40000 manat pulun nağd şəkildə ona qaytarılacağı təqdirdə müqaviləyə xitam verilməsinə razı olduğunu bildirdi. Ancaq ona pul qaytarılmadı. O, “xxxx” MTK-nın ofisində olmamış, adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixdə Müqavilə üzrə mənzilə görə hər hansı məbləğdə pul MTK-ya ödəməmişdir. Həmin mənzil Qulu və Maşallah tərəfindən onun adına rəsmiləşdirilmiş və Maşallahın ona olan 40000 manat borcun əvəzi olaraq verilmişdir. Mülki işin materiallarında olan və X15 mənzilə görə pul ödəmədiyinə dair məhkəmə tərəfindən araşdırılmış yuxarıda qeyd edilən sübut qismində sənəd mövcud olduğu halda məhkəmənin hansı əsasla mübahisəli mənzilə görə 65111 manat məbləğində pulun “xxxx” MTK-dan tutularaq X20 verilməsinə dair nəticəyə gəlməsi əsassız müqavilə bağlanmış, həmin müqaviləyə əsasən “xxxx” MTK tərəfindən tikilməkdə ola binada 62 nömrəli mənzil X2, sonuncu isə mənzilin dəyərini, yəni 65111 manat məbləğini olaraq ödəmişdir. Eyni zamanda qətnamədə göstərilir ki, cavabdeh X26 üzərinə götürdüyü öhdəliyə əməl edərək mənzilin dəyəri olan 65111 manat məbləğində pulu “xxxx” MTK –ya ödəmişdir. Lakin sonuncu müqavilə öhdəliyinə əməl etməmiş, mənzili Cavabdeh təhvil verməmiş və qanunsuz sahiblik etdiyi pulu sahibmə qaytarmamışdır. Məhkəmənin gəldiyi yuxarıda qeyd edilən nəticə əsassız olmaqla mülki işin materiallarında olan mötəbər sübutlarla təkzib olunur. Yuxarıda şərh olunanlardan müəyyən edilir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən, X4 qarşılıqlı iddia tələbinin qismən, “xxxx” MTK- dan 65111 manat alınıb X20 verilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs X25 vəkili X23 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, Alış Vəliyev təsisçisi və direktoru olduğu “xxxx” MMC ilə “xxxx” MTK arasında ümumi dəyəri 90.000 (doxsan min) manat təşkil edən 1 (bir) komplekt 1.000 (bir min) kiloqramlıq 16 dayanacaqlı, 1 (bir) komplekt 450 (dörd yüz əlli) kiloqramlıq 16 dayanacaqlı liftlərin quraşdırılması və təhvil verilməsi barədə xx xxxx 2016-cı il tarixli, 23 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilən həmin tarixli Razılaşma Protokoluna əsasən “Sifarişçi” müqavilənin ümumi dəyərinin 29.898 (iyirmi doqquz min səkkiz yüz doxsan səkkiz) manatını əvvəlcədən “İcraçı”-ya ödəyir. “Sifarişçi” müqavilənin ümumi dəyərinin qalan hissəsini Xırdalan şəhərində inşa etdiyi binanın 1 giriş, 12-ci mərtəbə, sahəsi 100,17 m2 olan 62 N-li mənzilin satış üçün “İcraçı”-ya ayırır və “İcraçı”-nm təqdimatı əsasında alıcının adına tam maliyyə arayışı ilə birlikdə sənədləşdirir. Həmin mənzilin dəyəri olan 60.102 (altmış min yüz iki) manat “İcraçı” tərəfindən qəbul edilir. Müqavilənin şərtləri tam yerinə yetirilmədiyi təqdirdə “Sifarişçi” 62 N-li mənzilin alıcısının adına sənədləşdirilmiş müqaviləsini bir tərəfli şəkildə ləğv etmək hüququnu özündə saxlayır. Həmin mənzilin X15 adına sənədləşdirilməsinə baxmayaraq, onun tərəfindən nə X28, nə də “xxxx” MTK-ya ödəniş edilməmişdir. Belə ki, Alış Vəliyevin şikayəti əsasında Bakı şəhəri, Xətai rayon Polis İdarəsi tərəfindən aparılmış cinayət işinin istintaq materiallarında xx xxxx 2017-ci il tarixli araşdırma ilə müəyyən edilmişdir ki, X15 şahid qismində dindirilməsi protokolunda vermiş olduğu ifadəsində göstərilir ki, Xəlilov Maşallahı 2014-cü ilin əvvəllərindən tanıyır. Maşallah İrandan mərmər daşları gətirib satışını həyata keçirirdi. Bir gün söhbət zamanı ondan mərmər daşlarının İrandan Azərbaycana gətirilməsi üçün 40.000 manat pula ehtiyacı olduğunu bildirərək həmin pulu odan borc olaraq istədi. Həmin vaxt o, 3 otaqlı mənzil satmışdı və Maşallah onda pul olduğunu bilirdi. O, etiraz etmədi və 40.000 manat pulu 2014-cü ilin mart ayında Nizami rayonu, Rüstəmov küçəsi 34 ünvanda Maşallaha bir ildən gec olmayaraq qaytarmaq şərti ilə borc verdi. Aralarında heç bir müqavilə bağlanmayıb və şifahi razılaşma əsasında Maşallaha borc vermişdir. 2015-ci ilin noyabr ayından etibarən o, Maşallahdan borcunu tələb etməyə başladı. Lakin hər dəfə Maşallah ona olan 40000 manat borcunu qaytarmaqdan yayınırdı. Nəhayət 2016-cı ilin may ayında o Qulu adlı tanışı ilə onunla görüşdü və borcu qaytarmağa bir iki ay vaxt istədilər. O, məcbur qalıb razılaşdı. Bundan bir müddət sonra Maşallah ona olan borcunun əvəzində Xırdalanda mənzil verməyi təklif etdi. O, razılaşdı və mənzili adına rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsini Maşallaha verdi. xx.xx.2016-cı il tarixdə Nizami rayonu, Rüstəmov küçəsi 34 ünvanda Maşallah və Qulu ilə görüşdü. Maşallah ona olan 40.000 manat borcunun əvəzində Xırdalan şəhəri H.Əliyev prospekti 31 ünvanda “xxxx” MTK tərəfindən inşa edilmiş binada sahəsi 100,17 kv.metr olan 62 saylı mənzilə dair onun adına bağlanmış Müqaviləni bir nüsxədə və xx.xx.2016-cı il tarixli maliyyə arayışını təqdim etdi. Bundan sonra Maşallahla onun arasındakı borc məsələsi bağlandı. 2017-ci ilin yanvar-fevral aylarında ona özünü Alış kimi təqdim edən şəxs zəng edib adına olan qeyd edilən mənzillə bağlı ona ödənişin tam həyata keçirilmədiyini dedi və aldadıldığını bildirdi. O, da Alışa dedi ki, həmin mənzil Maşallahın ona olan borcunun əvəzinə verilmişdir. Bu zəngdən sonra o, Maşallahla görüşüb Alışın ona dediyi sözlər barədə maraqlandıqda Maşallah dedi ki, Alış həmin binanı tikən “xxxx” MTK- nın binalarına lift quraşdıran şirkətin direktorudur. Maşallah həmin mənzilə görə MTK-ya 25.000 manat pulu Qulunun vasitəsilə ödədiyini, qalan məbləğə görə MTK qarşısında öhdəlik götürdüyünü, yəni məbləğin əvəzinə MTK inşaat materialları verəcəyini, ya da pulu ödəyəcəyini və bu işin ona aidiyyəti olmadığını bildirdi. Qeyd edir ki, bir müddət sonra Maşallahla söhbət zamanı Maşallah ondan pulu qaytarsa mənzilə dair adına olan müqaviləni ləğv etdirib-etdirmədiyini soruşduqda o, 40000 manat pulun nağd şəkildə ona qaytarılacağı təqdirdə müqaviləyə xitam verilməsinə razı olduğunu bildirmişdir. Lakin ona heç bir məbləğdə pul verilmədiyi üçün o, da müqaviləni ləğv etdirməmişdir. Bundan sonra olanlardan xəbəri olmayıb. Bir müddət sonra Maşallah ondan pulu qaytarsa mənzilə dair müqaviləni ləğv etdirib-etdirmədiyini soruşduqda o, 40000 manat pulun nağd şəkildə ona qaytarılacağı təqdirdə müqaviləyə xitam verilməsinə razı olduğunu bildirmişdir.Ancaq ona pul qaytarılmadı. O, “xxxx” MTK-nın ofisində olmamış, adına rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixdə Müqavilə üzrə mənzilə görə hər hansı məbləğdə pul MTK-ya ödəməmişdir. Həmin mənzil Qulu və Maşallah tərəfindən onun adına rəsmiləşdirilmiş və Maşallahın ona olan 40.000 manat borcun əvəzi olaraq verilmişdir. “xxxx” MTK-dan verilmiş mənzilə görə hər hansı bir məbləğdə pul almadığından və mənzil X15 adına sənədləşdirilərək mübahisəli olduğundan lift quraşdırma işlərini başa çatdırmaq üçün “xxxx” MTK-dan tərəfindən mənzilin satışından əldə ediləcək vəsaitdən qaytarmaq şərti ilə əlavə olaraq 24.000 (iyirmi dörd min) manat borc pul alaraq həmin borc məbləği hesabına liftlərin quraşdınlmasını başa çatdırmış və “xxxx” MTK-ya 24.000 (iyirmi dörd min) manat məbləğində borclu qalmışdır. Birinci instansiya məhkəməsi mənzilə görə “xxxx” MTK ilə X26 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli «Mənzil tikintisi haqqında» müqavilə üzrə, əvvəla X26 və ya başqa hər hansı şəxs tərəfindən “xxxx” MTKya hər hansı məbləğdə pul ödənilmədiyini, habelə həmin müqavilədə X15 adından edilmiş imzanın X26 tərəfindən deyil, imza etməyə səlahiyyəti olmayan başqa şəxs tərəfindən edildiyini, X15 heç vaxt “xxxx” MTK-da olmadığını, sonuncunun ünvanın belə bilmədiyini və yuxarıda qeyd edilən digər halları müəyyən etdiyi halda mənzilin dəyəri olan 65.111 (altmış beş min yüz on bir) manat pulun “xxxx” MTK-dan alınıb X20 verilməsini qət etmişdir. Belə olan halda X26 digər şəxsin ona borclu olduğu 40.000 (qırx min) manatın əvəzinə aldatma yolu ilə əldə edilmiş və onun tərəfindən imza edilməmiş müqaviləyə görə 65.111 (altmış beş min yüz on bir) manat pul əldə edir, o isə quraşdırdığı liftlərə görə almalı olduğu mənzilin satışından hər hansı bir məbləğ əldə etmədiyinə görə çəkdiyi xərclərin ödənilməsi əvəzinə əlavə olaraq 24.000 (iyirmi dörd min) manat borc götürdüyü pulu da öz hesabına qaytarmalıdır. Göründüyü kimi, Bakı şəhər Nizami rayon Məhkəməsinin hazırda mübahisələndirilən xx xxxx 2018-ci il tarixli qətnaməsi birbaşa maraqlarına toxunur və həmin qətnamədən maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti vermək hüququ yaranır. Eyni zamanda qeyd edilməsi zəruridir ki, hətta yuxarıda qeyd etdiyi hallar olmasa idi belə, məhkəmə tərəfindən Bakı şəhər Xətai rayon Polis İdarəsindən alınaraq iş materiallarına əlavə edilmiş Maşallah Xəlilovun cinayət işi üzrə onun özünün şahid qismində dindirilmiş X15 və digərlərinin ifadələrinin araşdırılması ilə əlaqədar şikayətçi qismində mütləq məhkəmə prosesinə cəlb edilməli idi. Məhkəmə isə onu məhkəmə prosesinə cəlb etməmişdir. Həmçinin qeyd edilməsi zəruridir ki, yuxarıda da qeyd edildiyi kimi, Məmmədov Lazım istintaqda verdiyi izahatında göstərmişdir ki, Maşallah ondan aldığı 40.000 (qırx min) manat pulu qaytaracağı təqdirdə mənzil müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı bir tələbi olmayacaqdır. Çünki, həmin müqavilə onun adına Qulu və Maşallah tərəfindən rəsmiləşdirilmiş və Maşallahın ona olan 40.000 (qırx min) manat borcun əvəzinə verilmişdir. Belə bir vəziyyətdə məhkəmənin saxta olması müəyyən edilmiş müqaviləyə və ödənilməmiş pula görə “xxxx” MTK-dan 65.111 (altmış beş min yüz on bir) manat alınıb X20 verilməsi barədə qərarı öz-özlüyündə əsassızdır və qanunaziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs X35 apellyasiya şikayətini müdafiə edərək, binaya lift quraşdırılması müqabilində ona mənzil verilməli olduğunu, 2016-2017-ci illər ərzində iddiaçı ilə mübahisənin cavabdehə qanunsuz satılması ilə bağlı düşdüyünü, iddiaçıya cavabdehin adının müqavilədə yazılmasını xahiş etdiyini, əvəzində ona pul ödənilməli olduğunu, lakin ödənilmədiyini, mənzil və ona məxsus sənədlərin ona verilmədiyini, Xətai rayon Polis İdarəsində onun ərizəsi əsasında araşdırma başlandığını, 40000 manat məbləğində Maşallahın cavabdehə borclu olduğunu, Aqilin onu aldadaraq pulu verməsini, sonra qaytaracaqlarını, Aqilin sonra yoxa çıxdığını, Maşallahın 40000 manat məbləğində Lazımdan pul aldığını Polis İdarəsində bildiyini, Maşallahın harada olduğunu bilmədiyini, iddiaçıdan yəni mənzil tələb etmədiyini, Aqil və Qulu ilə münasibətnin olmadığını, Polis idarəsinin əməkdaşları tərəfindən onları gətizdirilə bilmədiklərini, həmin binadan liftin birinin quraşdırıldığını, digərinin isə təhvil verilmək üzrə olduğunu, Aqilin ona 10000, 8000 manat məbləğində pulu lifti quraşdırması üçün verdiyini və polis idarəsində ifadəsində də etiraf etdiyini bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X29 apellyasiya şikayətinə etiraz etməyərək izahatında bildirmişdir ki, X25 direktoru olduğu «xxxx» MMC ilə «xxxx» MTK arasında liftlərin quraşdırılmasına dair xx xxxx 2016-cı il tarixli 23 saylı Müqavilə bağlanmış, daha sonra həmin müqaviləyə xx xxxx 2016-cı il tarixli Razılaşma protokolu imzalanarq «xxxx» MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında liftlərin quraşdırılması üzrə müqavilə qiymətinin 90000 manat olduğu, liftlərin quraşdırılmasının dəyərinin 29898 manat hissəsinin əvvəlcədən ödənilməsi, qalan hissəsinin ödənilməsinin isə «xxxx» MTK tərəfindən mübahisəli mənzilin satış üçün İcraçıya ayrılması və İcraçının təqdimatı əsasında alıcının adına maliyyə arayşı ilə birlikdə sənədləşdirilməsi yolu ilə həyata keçirilməli olması razılaşdırılmışdır. Bu əsasla mübahisəli mənzil X25 təqdimatı üzrə X1 təqdim etdiyi şəxsin adına, yəni X15 adına rəsmiləşdirilmiş, lakin bu zaman «xxxx» MTK ilə X26 arasında bağlanması üçün mənizilə dair tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli «Mənzil tikintisi haqqında» müqavilədə alıcının adının qarşısında X26 deyil, səlahiyyəti olmayan başqa şəxs imza etmiş, mənzilə görə X26 və ya hər hansı başqa şəxs tərəfindən isə həmin mənzilə görə «xxxx» MTK-ya hər hansı məbləğdə pul ödənilməmişdir. X15 tanışı X22 2014-cü ildə İrandan mərmər daşlarını alıb Azərbaycana gətirmək adı ilə X13 bir ildən gec qaytarmamaq şərtilə 40.000 manat borc pul almış, lakin sonradan həmin pulu qaytara bilməmiş, X26 pulun qaytarılmasını dəfələrlə X8 tələb etmiş, X5 Alış Vəli oğlunun liftlərin quraşdırılmasının dəyərinin bir hissəsinin əvəzində ona ayrılmış mübahisəli mənzili satışa çıxardığından xəbər tutduqdan sonra həmin mənzili 40.000 manat borcunun əvəzində X15 adına rəsmiləşdirməyi X20 təklif etmiş, X26 bununla razılaşmış, X3 Lazım Məsim oğlunun şəxsiyyət vəsiqəsinin surətini alıb X28 verərək mənzilin həmin adamın adına rəsmiləşdirilməsini, pulunun isə X28 veriləcəyini bildirmişdir. Lakin sonradan X22 bir tərəfdən mənzilin dəyərini X28 ödəməmişdir, digər tərəfdən də X20 olan 40.000 manat borcunu X20 qaytarmamışdır. Mübahisəli mənzilin X15 adına sənədləşdirilməsinə baxmayaraq, X35 həmin mənzilə görə hər hansı məbləğdə vəsait əldə edə bilmədiyindən, buna görə liftlərin quraşdırılmasını həyata keçirə bilmədiyindən «xxxx» MTK tərəfindən X28 mənzilin satışından əldə etdiyi vəsaitdən qaytarmaq şərtilə əlavə olaraq 24000 manat pul verilmiş, həmin borc məbləği hesabına X35 nəhayət ki, liftlərin quraşdırılmasının sona çatdırmış, lakin bu zaman «xxxx» MTK-ya 24000 manat məbləğində borclanmışdır. Birinci instansiya məhkəməsi mənzilə görə «xxxx» MTK ilə X26 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli «Mənzil tikintisi haqqında» müqavilə üzrə, əvvəla X26 və ya başqa hər hansı şəxs tərəfindən «xxxx» MTKya hər hansı məbləğdə pul ödənilmədiyini, habelə həmin müqavilədə X15 adından edilmiş imzanın X26 tərəfindən deyil, imza etməyə səhaliyyəti olmayan başqa şəxs tərəfindən edildiyini, X15 heç vaxt «xxxx» MTK-da olmadığını, sonuncunun ünvanını belə bilmədiyini və yuxarıda qeyd edilən digər hallan müəyyən etdiyi halda mənzilin dəyəri olan 65111 manat pulun «xxxx» MTK-dan alınıb X20 verilməsini qət etmişdir. Belə bir vəziyyətdə Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1527/2019 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onda X26 «xxxx» MTK-ya ödəmədiyi 65111 manat pulu əldə edərək son nəticədə «xxxx» MTK-ya vurulumuş ziyan hesabına əsassız varlanmış olacaq, X22 həmin mənzilə görə hər hansı şəxsə hər hansı məbləğdə ödəniş etmədiyinə görə X20 ödəməli olduğu 40000 manat borcunun ödənilməsindən X28 və «xxxx» MTK-ya vurulmuş ziyan hesabına qurtulmuş olacaqdır. Belə bir vəziyyətdə «xxxx» MTK öz vəsaiti hesabna, məsələn 50000 manata inşa etdiyi mənzilə görə yenidən 65111 manat verərək öz mənzilini öz vəsaiti hesabına təkrar əvəzli olaraq almış olacaqdır. Bununla da öz mənzilinə görə əlavə olaraq 65111 manat maddi ziyana düşmüş olacaqdır. Həmçinin, belə bir vəziyətdə Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 1527/2019 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onda X35 liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum edilmiş olacaqdır. Belə ki, mübahisəli mənzil X15 adına rəsmiləşdirildiyi zaman həqiqətən satılmış olsaydı və həmin mənzilə görə alıcı tərəfindən ödənilməli olan 65111 manat X28 verilmiş olsaydı, həmin vəsait «xxxx» MMC ilə «xxxx» MTK arasında liftlərin quraşdırılmasına dair bağlanmış xx xxxx 2016-cı il tarixli 23 saylı Müqavilə və həmin müqaviləyə xx xxxx 2016-cı il tarixli Razılaşma protokolu ilə razılaşdırıldığı kimi tamamilə X25 ixtiyarında olacaqdı və belə görünür ki, həmin vəsaitin 41000 manat hissəsi X25 liftlərin quraşdırılmasından əldə etdiyi gəliri olacaqdı. Lakin hazırkı vəziyyətdə həmin mənzilə görə X28 X26 və ya X22 tərəfindən hər hansı məbləğdə vəsait ödənilmədiyindən, habelə həmin mənzilə görə X26 və ya hər hansı başqa şəxs tərəfindən «xxxx» MTK-ya da hər hansı məbləğdə pul ödənilmədiyindən, digər tərəfdən mübahisələndirilən qətnamənin icrası qaydasında «xxxx» MTK-dan məhz həmin mənzilə görə 65111 manat pul alınıb X20 verilməli olduğundan X35 mənzilin satışından əldə etməli olduğu 41000 manat gəlirindən məhrum edilmiş olacaq, «xxxx» MTK-dan əlavə olaraq aldığı 24000 manat borc pulu da, məhz öz vəsaiti hesabına «xxxx» MTK-ya qaytarmalı olacaqdır. Beləliklə, belə bir vəziyyətdə demək olarmı ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1527/2019 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi X25 maraqlarına (hüquq və vəzifələrinə) toxunmur? Göründüyü kimi Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1527/2019 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin X25 maraqlarına (hüquq və vəzifələrinə) toxunduğu şəksiz və mübahisəsizdir. Məhkmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X26 apellyasiya şikayətini qəbul etməyərək izahatında Alış Vəliyevlə bir-birilərini tanımadıqlarını, Maşallah adlı şəxsi iş yoldaşının vasitəsi ilə tanıdığını, İran İslam Respublikasından mərmər materiallarının gətirilməsi ilə bağlı bir il əvvəl 40000 manat məbləğində pul verdiyini, Maşallah isə borcunun əvəzində onun dostundan ev almasını təklif etdiyini, 65000 manat məbləğində pul ödədiyini, əvəzində mədaxil qəbzi vermədiklərini, ümumiyyətlə MTK-ları vergidən yayınmaq üçün 98% mənzil satışına qəbz vermədiyini, maliyyə arayışı verilməzdən öncə 40000 manat Maşallaha ödədiyini, ona maliyyə arayışı təqdim edildiyini, arayış verildikdən sonra 25000 manat pulu ödədəyini, iddiaçı “xxxx” MTK-nın binasında bir dəfə olduğunu, mənzilə baxdığını, mənzil hazır olmadığı üçün təhvil almadığını, Polis İdarəsinə çağırıldığını, orada izahatlar verdiyini, araşdırma olduqdan sonra müqavilə bağlandığını, müqavilədə olan imzanın Ədalət adlı tanışının imzası olduğunu, onun özünün həmin vaxt yas mərasimində iştirak etdiyini, Maşallahın 2014-cü il tarixdən ona 40000 manat borcu olduğunu, buna görə mənzili borcun əvəzində rəsmiləşdirildiyini, 25000 manat məbləğində pulu isə Quluya verdiyini, Qulunun isə 25000 manat məbləğində pulu Alışa çatdırmadığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X15 vəkili X24 apellyasiya şikayəti verən maraqlarına toxunan şəxs X25 iddiaçı ilə cavabdehə aid münasibətlərə heç bir aidiyyətinin olmadığını, apellyasiya şikayətinin rədd edilməsi, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə qismən, qarşılıqlı iddia təmin olunan hissədə ləğv ediməli, X15 cavabdeh “xxxx” MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin olunmamalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli müqavilədən (surəti) görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 31 ünvanında «xxxx» MTK nın direktoru X12(bundan sonra “Kooperativ” adlanan) bir tərəfdən, X26(bundan sonra “Alıcı” adlanan) digər tərəfdən aşağıdakılar haqda razılığa gəldilər: 1.“Kooperativ” Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 31 ünvanında «xxxx» MTK tərəfindən tikilməkdə olan binada 62 №-li mənzili “Alıcıya”verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzil haqqını bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürür.

2. Alıcı” “Kooperativin” üzvü kimi “Kooperativin” pay haqqı fondundakı üzərinə düşən müəyyənləşdirilmiş hissəni ödəyir. 3.Göstərilən mənzil 2 otaqdan ibarətdir.Mənzilin sahəsi 100,17 kv.m-dir. 4.Göstərilən mənzilin ümumi dəyəri 65111 AZN müəyyən olunur.ƏDV qiymətə daxildir. İş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli digər müqavilədən (əsli) görünür ki, tərəflər eyni şərtlərlə (tərəflərin hüquq və vəzifələri daha geniş formada müəyyən olunmaqla) qeyd olunan müqaviləni bağlamışlar. Razılaşma barədə müqavilənin 6-cı bəndində, əsas müqavilənin isə 3.4-cü bəndində göstərilir ki, “Alıcı”(“Payçı”) tərəfindən mənzilin dəyəri tam ödənilib. Razılaşma barədə müqavilə cavabdeh tərəfindən imzalansa da digər müqavilədə onun imzası yoxdur. Lakin hər iki müqavilə iddiaçı tərəfindən imzalanmış və kooperativin möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 4/78 saylı xx xxxxxxxx 2016-cı il tarixli maliyyə arayışının əslindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 girişli 16 mərtəbəli «xxxx» MTK-ya məxsus yaşayış binası BULUDQAYA yaşayış binanın 1-ci giriş 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv.m.olan 2 otaqlı, 62 saylı mənzilin pay dəyərindən 65.111 manat payçı X26 tərəfindən ödənilmişdir. Onun «xxxx» MTK-ya borcu yoxdur. Həmçinin, X25 direktoru olduğu «xxxx» MMC ilə «xxxx» MTK arasında liftlərin quraşdırılmasına dair xx xxxx 2016-cı il tarixli 23 saylı Müqavilə bağlanmış, daha sonra həmin müqaviləyə xx xxxx 2016-cı il tarixli Razılaşma protokolu imzalanarq «xxxx» MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında liftlərin quraşdırılması üzrə müqavilə qiymətinin 90000 manat olduğu, liftlərin quraşdırılmasının dəyərinin 29898 manat hissəsinin əvvəlcədən ödənilməsi, qalan hissəsinin ödənilməsinin isə «xxxx» MTK tərəfindən mübahisəli mənzilin satış üçün İcraçıya ayrılması və İcraçının təqdimatı əsasında alıcının adına maliyyə arayşı ilə birlikdə sənədləşdirilməsi yolu ilə həyata keçirilməli olması razılaşdırılmışdır. Bu əsasla mübahisəli mənzil X25 təqdimatı üzrə X1 təqdim etdiyi şəxsin adına, yəni X15 adına rəsmiləşdirilmiş, lakin bu zaman «xxxx» MTK ilə X26 arasında bağlanması üçün mənizilə dair tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli «Mənzil tikintisi haqqında» müqavilədə alıcının adının qarşısında X26 deyil, səlahiyyəti olmayan başqa şəxs imza etmiş, mənzilə görə X26 və ya hər hansı başqa şəxs tərəfindən isə həmin mənzilə görə «xxxx» MTK-ya hər hansı məbləğdə pul ödənilməmişdir.X15 tanışı X22 2014-cü ildə İrandan mərmər daşlarını alıb Azərbaycana gətirmək adı ilə X13 bir ildən gec qaytarmamaq şərtilə 40.000 manat borc pul almış, lakin sonradan həmin pulu qaytara bilməmiş, X26 pulun qaytarılmasını dəfələrlə X8 tələb etmiş, X5 Alış Vəli oğlunun liftlərin quraşdırılmasının dəyərinin bir hissəsinin əvəzində ona ayrılmış mübahisəli mənzili satışa çıxardığından xəbər tutduqdan sonra həmin mənzili 40.000 manat borcunun əvəzində X15 adına rəsmiləşdirməyi X20 təklif etmiş, X26 bununla razılaşmış, X3 Lazım Məsim oğlunun şəxsiyyət vəsiqəsinin surətini alıb X28 verərək mənzilin həmin adamın adına rəsmiləşdirilməsini, pulunun isə X28 veriləcəyini bildirmişdir. Lakin sonradan X22 bir tərəfdən mənzilin dəyərini X28 ödəməmişdir, digər tərəfdən də X20 olan 40.000 manat borcunu X20 qaytarmamışdır. Mübahisəli mənzilin X15 adına sənədləşdirilməsinə baxmayaraq, X35 həmin mənzilə görə hər hansı məbləğdə vəsait əldə edə bilmədiyindən, buna görə liftlərin quraşdırılmasını həyata keçirə bilmədiyindən «xxxx» MTK tərəfindən X28 mənzilin satışından əldə etdiyi vəsaitdən qaytarmaq şərtilə əlavə olaraq 24000 manat pul verilmiş, həmin borc məbləği hesabına X35 nəhayət ki, liftlərin quraşdırılmasını sona çatdırmış, lakin bu zaman «xxxx» MTK-ya 24000 manat məbləğində borclanmışdır. Birinci instansiya məhkəməsi mənzilə görə «xxxx» MTK ilə X26 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli «Mənzil tikintisi haqqında» müqavilə üzrə, əvvəla X26 və ya başqa hər hansı şəxs tərəfindən «xxxx» MTK-ya hər hansı məbləğdə pul ödənilmədiyini, habelə həmin müqavilədə X15 adından edilmiş imzanın X26 tərəfindən deyil, imza etməyə səhaliyyəti olmayan başqa şəxs tərəfindən edildiyini, X15 heç vaxt «xxxx» MTK-da olmadığını, sonuncunun ünvanını belə bilmədiyini və yuxarıda qeyd edilən digər hallan müəyyən etdiyi halda mənzilin dəyəri olan 65111 manat pulun «xxxx» MTK-dan alınıb X20 verilməsini qət etmişdir. Kollegiya qeyd edir ki, belə bir vəziyyətdə Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1527/2019 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onda X26 «xxxx» MTK-ya ödəmədiyi 65111 manat pulu əldə edərək son nəticədə «xxxx» MTK-ya vurulumuş ziyan hesabına əsassız varlanmış olacaq, X22 həmin mənzilə görə hər hansı şəxsə hər hansı məbləğdə ödəniş etmədiyinə görə X20 ödəməli olduğu 40000 manat borcunun ödənilməsindən X28 və «xxxx» MTK-ya vurulmuş ziyan hesabına qurtulmuş olacaqdır. Həmçinin, belə bir vəziyyətdə «xxxx» MTK isə öz vəsaiti hesabna, məsələn 50000 manata inşa etdiyi mənzilə görə yenidən 65111 manat verərək öz mənzilini öz vəsaiti hesabına təkrar əvəzli olaraq almış olacaqdır. Bununla da öz mənzilinə görə əlavə olaraq 65111 manat maddi ziyana düşmüş olacaqdır. Daha sonra belə bir vəziyətdə Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 1527/2019 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onda X35 liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum edilmiş olacaqdır. Belə ki, mübahisəli mənzil X15 adına rəsmiləşdirildiyi zaman həqiqətən satılmış olsaydı və həmin mənzilə görə alıcı tərəfindən ödənilməli olan 65111 manat X28 verilmiş olsaydı, həmin vəsait «xxxx» MMC ilə «xxxx» MTK arasında liftlərin quraşdırılmasına dair bağlanmış xx xxxx 2016-cı il tarixli 23 saylı Müqavilə və həmin müqaviləyə xx xxxx 2016-cı il tarixli Razılaşma protokolu ilə razılaşdırıldığı kimi tamamilə X25 ixtiyarında olacaqdı və belə görünür ki, həmin vəsaitin 41000 manat hissəsi X25 liftlərin quraşdırılmasından əldə etdiyi gəliri olacaqdı. Lakin hazırkı vəziyyətdə həmin mənzilə görə X28 X26 və ya X22 tərəfindən hər hansı məbləğdə vəsait ödənilmədiyindən, habelə həmin mənzilə görə X26 və ya hər hansı başqa şəxs tərəfindən «xxxx» MTK-ya da hər hansı məbləğdə pul ödənilmədiyindən, digər tərəfdən mübahisələndirilən qətnamənin icrası qaydasında «xxxx» MTK-dan məhz həmin mənzilə görə 65111 manat pul alınıb X20 verilməli olduğundan X35 mənzilin satışından əldə etməli olduğu 41000 manat gəlirindən məhrum edilmiş olacaq, «xxxx» MTK-dan əlavə olaraq aldığı 24000 manat borc pulu da, məhz öz vəsaiti hesabına «xxxx» MTK-ya qaytarmalı olacaqdır.Göründüyü kimi, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1527/2019 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin X25 maraqlarına (hüquq və vəzifələrinə) toxunur. Belə ki, Kollegiya Mülki Məcəllənin 324, 328, 337, 340.2, 347,360, 403, 404, 409, 425, 431, 441-443, 454, 560, 646-654, 739-745, 752, 760, 777-786-cı maddələrinə əsaslanaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə müəyyən edilmiş hallardan səhv nəticəyə gəlmiş və ilk iddianın əsasına varmadan iddianı yalnız qarşı tərəfin iddianı qəbul edilməsi ilə əsaslandırmışdır. Qətnamənin ilk iddiaya dair (təmin edilən) hissəsindən şikayət verilmədiyindən və orada qeyd edilən əsaslar mübahisələndirilmədiyindən kollegiya bu hissədə işin araşdırılmasını qanuni hesab etmir. Lakin apellyasiya şikayətinin mübahisə edilən hissəsində qətnamənin düzgün nəticəyə müəssər olması üçün ilk iddiada qeyd edilmiş əsaslar və oarada qeyd edilən hüquq və vəzifələrinə toxunan şəxsin cəlb edilməməsi baxıməndan qarşılıqlı iddianın təmin edilən hissəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş üzrə tərəflər və maraqların toxunan şəxsin yekdil və mübahisə edilməyən mövqeləri ilə müəyyən edilir ki, cavabdeh mənzil üzrə müqavilələri aksept etməmiş, daşınmaz əmlakın alqı-satqısına, podrat müqaviləsinə və ya tapşırıq müqaviləsinə müvafiq əqdlərdə razılığa dair həqiqi münasibətlər sadəcə iddiaçı ilə maraqlarına toxunan şəxs arasında şərtlə müəyyən edilmiş razılığın əsasında pərdələnmiş əqdin ünsürü kimi maraqlarına toxunan şəxsin göstərməsi ilə cavabdehin adına tərtib edilmiş müqavilələr olmuşdur. Qeyd edilən müqavilələr üzrə münasibətlər iddiaçı və cavabdeh arasında mövcud olmamış, digər şəxslərin vasitəsi ilə həyata keçirilmiş və aldatma halları baş vermişdir. Nəticədə cavabdeh başqa şəxsin ondan borcunun əvəzində iddiaçı tərəfindən onun adına tərtib edilmiş müqavilələr və maliyyə arayışı əsasında (mənzildə sahiblik hüququ əldə etmək müqabilində) borc münabasibətlərinin tənzimlənməsində iştirakçı olmuş, lakin oferta üzrə iddiaçının mövqeyi ona bəlli olmamışdır. Beləliklə, mənzil tikintisi və alqı-satqısı üzrə mübahisə edilən əqdlərdə hər iki tərəfin həqiqi iradələri mənzili almaq və ya vermək olmamış, bir tərəf liftlərin quraşdırılması müqabilində zəmanət kimi mənzili maraqlarına toxunan şəxsə təqdim etmiş, digər tərəf isə başqa şəxsin ona olan borcunun əvəzində mənzili qəbul etmişdir. Ona görə əqdin formal (yalan) olduğu danılmazdır, bu formal münasibətlər üzrə iddiaçının cavabdeh qarşısında mülki məsuliyyətini müəyyən edən hallar müəyyən edilmir və iddiaçı tərəfindən cavabdehə ödənilməli (qaytarılmalı) olan pulun faktiki və hüquqi əsasları mövcud deyildir. Mülki qanunvericiliyə əsasən qeyd edilməlidir ki, yalan əqd əhəmiyyətsizdir və onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir, habelə əqd etibarsız olduqda (Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa) tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin göründüyü kimi, tərəflər pərdələnmiş münasibətlər (əslində nəzərdə tutduqları əqd) üzrə onlara cavab verməli olan şəxslərə qarşı tələblər irəli sürməmiş və iddiaçının əqd üzrə aldıqları sübuta yetirilmədiyindən onu qaytarmağa da vəzifəsi yaranmamışdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdehə və maraqlarına toxunan şəxsə izah edilməlidir ki, hazırki mülki iş üzrə tələb həddində prosessual məhdudiyyət baxımından araşdırma imkanları yolverilməz olduğundan onların mülki münasibətdə olduqları şəxslərdən mülki və ya cinayət təqibi proseduru qaydasında tələb etmək hüququ, habelə pul-əmlak dövriyyəsi üzrə mübahisələrin həlli imkanları tükənməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-1527/2018 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddia ərizəsinin təmin olunduğu hissədə ləğv edilsin. X4 cavabdeh “xxxx” MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddia təmiin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar