Məhkəmə qərarları › İş №2(103)-673/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-673/2025

25.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-673/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Kazımova X33 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş (Açar sözlər: «vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçılar Kazımova X33 və İddiaçı2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3437/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar Kazımova X33 və İddiaçı2 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İşin halları yoxlanılarkən müəyyən edilir ki: Miras qoyan xx.xx.1924-cü il təvəllüdlü X46 (Abdul oğlu) ilə xx.xx.1924-cü il təvəllüdlü X11 ilə xx.xx.1948-ci ildə nikah bağlamışdır. Bu nikahdan 5 övladları - X30 xx.xx.1949-cu ildə, Cavabdeh3 xx xxxxxx 1951-ci ildə, X36 03 avqust 1955-ci ildə, Kazımov(Essert) Kazım Davud oğlu xx.xx.1958-ci ildə, X21 xx xxxxxx 1962-ci ildə doğulmuşlar.

2. X34 13 noyabr 1990-cı ildə, X9 28 iyul 2008-ci ildə, X36 10 may 2005-ci ildə, X30 12 avqust 2021-cı ildə - arvadı X5 isə 21 yanvar 2023-cü ildə ölmüşdür. 3.X30 ilə X2 24 oktyabr 1978-ci il tarixdə bağlanmış nikahından xx.xx.1980-ci ildə X22 və xx.xx.1981-ci ildə X25 doğulmuşdur.

4. X36 ilə xx.xx.1960-cı il təvəllüdlü Kazımova(Rzayeva) X18 ilə xx.xx.1986-cı ildə nikah bağlamış və birgə nikahdan xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2 doğulmuşdur. X37 isə 05 avqust 2013-cü ildə ölmüşdür.

5. Binəqədi Rayon Xalq Məhkəməsinin 30 avqust 1996-cı il tarixli, 2-301/1996-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək X10 ilə X35 arasında bağlanmış 26 mart 1988-ci il tarixli nikah ləğv edilmişdir. X35 ilə Essert Svetlana arasında 01 iyun 2007-ci il tarixdə nikah bağlanmışdır.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: AZ 1053, ünvan 1 ünvanında yerləşən 0.12537 ha. torpaq sahəsi X23 adına xx.xx.2023-cü ildən mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

7. Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.1990-cı il tarixdə vəfat etmiş X23 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh4, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 və ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 hər miras əmlakı bərabər (1/5 hissədə) irs almalıdır. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən miras əmlak Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11, Yeni qaydalarla: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 277 ünvanında yerləşən ümumi sahəsi 0.12537 ha. olan torpaq sahəsindən ibarətdir və miras əmlakın qalan 2/5 hissəsi açıq saxlanılır.

8. Bakı şəhəri 11 saylı Notariat Ofisində təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 və Cavabdeh3 xx.xx.1990-cı ildə vəfat etmiş atası X16 miras qalmış (Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi ev 39) əmlakdan onlara çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh2 bağışlamışlar.

9. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi 11 (Yeni qaydalarla: AZ 1053 ünvan 4 ünvanında olan 0.1254 ha.torpaq sahəsinin Cavabdeh2 adına 3/5 hissəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmışdır. X23 adında isə 2/5 hissə açıq qalır.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçılar Kazımova X33 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər 11 saylı Notariat Ofisi tərəfindən verilmiş, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X26 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Tələbdə göstərilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsi mərhum X46 (Abdul) oğlunun mülkiyyətində və şəxsi istifadəsinə olmuşdur. Kazımov Davud sağlığı dövründə həmin ərazidə kiçik bir daxma inşa etmişdir. D.Kazımov xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Oğlu X3 ərazidə yerləşən daxmanı tamamilə sökmüş və yerində 3 mərtəbəli yaşayış evi (ünvan 2) inşa etmişdir. Lakin bu günə qədər sözügedən mənzili özəlləşdirmək mümkün olmamışdır. X36 10 may 2005-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia üzrə İddiaçı2 onun qızı, X6 isə onun həyat yoldaşıdır. Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 X46 (Abdul) oğlunun övladlarıdır. X46 (Abdul) oğlunun və X27 vəfatından sonra cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 16 oktyabr 2023- cü il tarixdə Bakı şəhərində sözügedən əraziyə dair vərəsəlik haqqında şəhadətnamə almışlar. Cavdehlərdən bəziləri sözügedən ünvanda qeydiyyatda olsalar da, hazırda heç biri həmin ünvanda yaşamır. Cavabdeh4 isə faktiki olaraq Almaniyada yaşayır. Sözügedən yaşayış evi X36 tərəfindən inşa edilmişdir. Onun vəfatından sonra iddiaçılar İddiaçı2 və X6 prosesi bilmədikləri üçün vərəsəlik haqqında şəhadətnamə almamışlar. Yaşayış evi X6 və mərhum X27 birgə nikah dövründə onların birgə vəsaiti hesabına inşa edilmişdir. Həmin evin inşası üçün cavabdehlər bir manat belə xərc çəkməmişlər. Cavabdehlərin nə sözügedən evlə, nə də evin yerləşdiyi 0.1254 ha torpaq sahəsi ilə heç bir əlaqələri yoxdur. Vərəsəlik haqqında şəhadətnamə üçün necə və nə vaxt müraciət ediləcəyini bilməmişlər. Vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcud olması məlumatını isə cavabdehlərdən almışlar. Miras əmlakın faktiki olaraq onların istifadəsində olmasını və sözügedən ərazidəki evin X1 onun və həyat yoldaşının birgə vəsaiti hesabına tikilmiş olmasını nəzərə alaraq, alınmış olan şəhadətnamə etibarsız hesab edilməlidir.

12. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək Bakı şəhər 11 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X26 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,277) ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbinə dəqiqləşdirilmə barədə ərizədə göstərilib ki, iddia ərizəsinin xahiş edirəm hissəsi “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X26 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,277) ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarasınız“ kimi yazılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin xahiş edirəm hissəsinə dəyişiklik edərək Bakı şəhər 11 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X26 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,277) ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3437/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100(yüz) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsi xx.xx.1990-cı il tarixdə vəfat etmiş mərhum X46 (Abdul) oğlunun mülkiyyətində olmuşdur. İddiaçılardan Kazımova X33 mərhum X13 Əbil Davud oğlunun arvadı, İddiaçı2 isə X27 qızıdır. X36 10 may 2005-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 X46 (Abdul) oğlunun övladlarıdır. İddiaçılar iddia edir ki, X36 ilə X6 birgə nikah dövründə onların birgə vəsaiti hesabına yuxarıda qeyd olunan torpaq sahəsində Kazımov Davud tərəfindən inşa edilmiş kiçik həcmli evin yerində 3 mərtəbəli yaşayış evi inşa etmişlər, iddiaçılarda həmin evdə yaşayırlar. Cavabdehlər 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində sözügedən əraziyə dair vərəsəlik haqqında şəhadətnamə alarkən onların xəbəri olmamışdır. Buna görə də, miras əmlakın (3 mərtəbəli yaşayış evi ilə birlikdə) faktiki olaraq onların istifadəsində olmasını və sözügedən ərazidəki evin X1 onun və həyat yoldaşının birgə vəsaiti hesabına tikilmiş olmasını nəzərə alaraq, notariat ofisi tərəfindən verilmiş şəhadətnamə ləğv olunmalıdır. İddiaçılar tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə istinad etmişlər. Məhkəmə aşağıdakılara görə iddiaçıların arqumentlərini əsaslı hesab etmir. Birincisi iddiaçıların Bakı şəh, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 277 ünvanında yerləşən 0.1254 ha torpaq sahəsində inşa olunmuş evlə bağlı hər hansı hüquqlarının mövcudluğuna dair heç bir sübut təqdim edilməməklə yanaşı, sözügedən evin miras aktivinə də daxil olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 1151.1ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir, bu zaman hər hansı gözlənilən mülkiyyət hüquqlarından deyil, məhz əmlak hüquqlarının yaranması üçün həmin hüquqların dövlət qeydiyyatına alınmalıdır. Hazırda isə mübahisəli evin üzərində nə mərhum X46 (Abdul) oğlunun nə də mərhum X27 mülkiyyət hüquqları qeydiyyata alınmadığından həmin əmlak miras əmlaklarının siyahısına aid olmamışdır. İkincisi cavabdehlər tərəfindən miras şəriklərinin möcvudluğu gizlədilməmiş, mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə 11 saylı notariat ofisinə ünvanlanan ərizələrdə İddiaçı2 X23 vərəslərindən biri olması qeyd edilmişdir. Üçüncüsü iddiaçılar tərəfindən vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizələr verilməsə də, 16 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın qalan 2/5 açıq saxlanılmışdır. Qeyd olunmalıdır ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi məsələsi həll edilərkən notarius tərəfindən vərəsələrə münasibətdə müvafiq qanunvericilik normalarına riayət edib-etməməsi ilə yanaşı, iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir.” Hazırkı halda işin məhkəmə araşdırılması ilə 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən iddiaçıların hüquqlarının pozulması ilə yanaşı notariusun hərəkətlərində “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın yuxarıda qeyd olunan normalarının pozulması da müəyyən olunmur. Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən haqlı olaraq (miras əmlakın qalan 2/5 açıq saxlanılmaqla) xx.xx.1990-cı il tarixdə vəfat etmiş X23 vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tikili ilə birlikdə deyi, yalnız ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11, Yeni qaydalarla: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 277 olan miras əmlaka dair bərabər (1/5 hissədə) irs almaları barədə 16 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Göründüyü kimi iddiaçıların qeyd etdikləri işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı halda 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X26 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,277) ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi üçün heç bir əsas mövcud deyil.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı Kazımova X33 və İddiaçı2 tərəfindən birgə verilmiş (iddiaçıların nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə cavabdehlərin təxminən 30 ildən sonra notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almalarının qanuniliyini, yəni notariusun şəhadətnamə verərkən qanunun tələblərini pozub-pozmamasını araşdırmamışdır. Halbuki, həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən mirasın qəbul edilməsi bir sıra şərtlərlə, o cümlədən müddət şərti ilə şərtləndirilmişdir. cavabdehlər mirası faktiki qəbul etmədikləri halda, mirasın qəbulu müddətini ötürdükləri halda, notarius tərəfindən onlara qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Göründüyü kimi, məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

17. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçılar Kazımova X33, İddiaçı2 və nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onun vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinin nümayəndəsi və Cavabdeh4, eləcə də apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X25 və X22 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

20. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 149 (Vİİ hissə) Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

21. Azərbaycan SSR Mülki Məcəlləsi: (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş)

Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: (01 sentyabr 2000-ci ildən qüvvədə olan)

Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

27. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

28. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

29. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

30. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

31. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

32. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

33. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla mahiyyət etibarı ilə düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

34. Belə ki, işin mübahisəsiz halıdır ki, miras qoyan X46 (Abdul oğlu) ilə X7 nikahından 5 övladları - X30, Cavabdeh3, X36, Kazımov(Essert) Kazım Davud oğlu və X21 doğulmuşdur. X34 13 noyabr 1990-cı ildə, X9 28 iyul 2008-ci ildə, X36 10 may 2005ci ildə, X30 12 avqust 2021-cı ildə ölmüşdür. X17 arvadı ölmüş, övladları X22 və X4. X27 arvadı Kazımova(Rzayeva) X18, qızı isə İddiaçı2dır və hazırkı iddia onlar tərəfindən irəli sürülmüşdür. Miras əmlak olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: AZ 1053, ünvan 1 ünvanında yerləşən 0.12537 ha. torpaq sahəsi ilkin olaraq mərhum X23 adına xx.xx.2023-cü ildən mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.1990-cı il tarixdə vəfat etmiş X23 vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan bərabər (1/5 hissədə) irs almışlar və miras əmlakın qalan 2/5 hissəsi açıq saxlanılmışdır. Bakı şəhəri 11 saylı Notariat Ofisində təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 və Cavabdeh3 xx.xx.1990-cı ildə vəfat etmiş atası X16 miras qalmış (Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi ev 39) əmlakdan onlara çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh2 bağışlamışlar. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi 11 (Yeni qaydalarla: AZ 1053 ünvan 4 ünvanında olan 0.1254 ha.torpaq sahəsinin Cavabdeh2 adına 3/5 hissəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmış, X23 adında isə 2/5 hissə açıq qalır.

35. İddiaçılar əvvəlcə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsızlığını, sonradan isə tələbi dəyişərək ləğv olunmasını xahiş etmişdir. Nəyə görə bu iddianı irəli sürdüklərini iddiada və məhkəmə iclaslarında verdikləri izahatlarında göstərmişlər. Təmin olunmadığı üçün qətnamədən apellyasiya şikayəti veriblər və qətnamənin ləğv, iddianın isə təmin olunmasını istəyirlər.

36. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM.m. 217.2). Miras qoyan X34 13 noyabr 1990-cı ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 37.Göründüyü kimi, hər iki Mülki Məcəllənin tələbinə görə miras qoyanın vərəsələri olan cavabdehlərdən Essert(Kazımov) Kazım Davud oğlu və Cavabdeh3 miras əmlak olan torpaq sahəsində yerləşən evdə yaşamaqla miras torpaq sahəsinə yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onlar tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakın faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras torpaq sahəsi üzərində yerləşən, qeydə alınmasa da miras qoyana məxsus evdə birgə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün notariusa və ya məhkəməyə müraciət edilməli olması dəlili əsaslı hesab oluna bilməz. İddiaçı tərəf Cavabdeh3 miras açıldığı vaxtdan 2022-ci ilə qədər, miras torpaq sahəsində yerləşən evin birinci mərtəbəsində, miras qoyanın ölmüş övladı Seyran Kazımovun isə ailəsi ilə birlikdə evin 2-ci mərtəbəsinin bir tərəfində olan otaqlarda ailəsi ilə birlikdə 1999cu ilədək yaşaması və faktiki olaraq mirası qəbul etməsini ümumiyyətlə apellyasiya baxışı zamanı da mübahisələndirmədi və buna etiraz olunmadı. Digər vərəsə Essert(Kazımov) Kazım Davud oğlunun isə torpaq sahəsinin bir hissəsini satdığını bildirsə də iddiaçı tərəf buna dair məhkəməyə hər hansı bir sübut təqdim etmədi. Digər tərəfdən Essert(Kazımov) Kazım Davud oğlunun 1988-ci ildə nikah bağlayıb bir müddət nikahda olduğu arvadının evində yaşadığı göstərilsə də miras əmlak olan torpaq sahəsində yerləşən miras qoyana məxsus evlə əlaqəsi kəsilməmiş, həmin evin birinci mərtəbəsində yaşamış, 1996-cı ildə nikahı pozulduqdan sonra da həmin evdə yaşamağa davam etmiş, bugünədək həmin evdə qeydiyyatı mövcuddur. Deməli Essert(Kazımov) Kazım Davud oğlunun da sonradan Almaniya Federativ Respublikasında yaşaması onun mirası qəbul etmədiyi anlamına gəlmir. Çünki miras qoyanın arvadı da ölənədək, yəni 2008-ci ilin iyul ayınadək evin birinci mərtəbəsində yaşamışdır.

38. Bundan əlavə, apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, digər cavabdeh olan vərəsə Mürsəlova(Kazımova) Elsevər Davud qızı 1986-cı ildə ailə quraraq başqa ünvana köçsə də 2005-ci ildən başlayaraq miras əmlak sayılan torpaq sahəsinin bir hissəsində qeyri yaşayış sahəsi inşa etmiş və həmin qeyri-yaşayış sahəsi də 2006-cı ildən hazır olmaqla bugünədək aktiv fəaliyyət göstərir. Bunu iddiaçı tərəf də mübahisələndirmədi, əksinə apellyasiya baxışı zamanı təsdiq etdi. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 553-cü maddəsinin 2-ci cümləsində qeyd olunur ki,... mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Göründüyü kimi, 20 ilə yaxın müddətdə miras əmlak olan torpaq sahəsində qeyri-yaşayış sahəsi inşa edərək orada fəaliyyət göstərməsinə X27 arvadı və qızı olan iddiaçılar da daxil olmaqla bütün vərəsələrin hamısının razılığı olduğuna görə Cavabdeh2 tərəfindən miras əmlak olan torpaq sahəsi qəbul olunmuş hesab edilir. Bu cür razılığın olmasını, iddiaçıların 20 il ərzində susması, cavabdeh vərəsələrin ikisinin öz miras payını Cavabdeh2 bağışlaması, eləcə də digər ölmüş vərəsə olan X17 övladları X8 və X12 notarial qaydada təsdiq edilmiş mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat işində olan ərizələri də təsdiq edir. Demək ki, iddiaçıların sonradan cavabdeh vərəsələrlə, o cümlədən Cavabdeh2 ilə xoş olmayan münasibətlərinin yaranması cavabdehlərin miras torpaq sahəsini faktiki qəbul etməməsi kimi qiymətləndirilə bilməz. 39.Göründüyü kimi, vərəsə olan cavabdehlərin 30 ildən sonra cavabdeh Notariat Ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalarının qanuniliyinin yoxlanılması, yəni notariusun şəhadətnamə verərkən qanunun tələblərinin pozulub-pozulmamasının müəyyən edilməsi iddianın uğurluluğuna bağlı idi. Yəni, iddia rədd edilmişdirsə demək ki, şəhadətnamənin alınması qanunsuz olmamışdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinin məzmunundan bəlli olur ki, vərəsə o zaman mirası qəbul etmiş hesab olunur ki, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin yaxud da vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Qeyd olunduğu kimi notariat orqanına mirası qəbul etmək barədə ərizə verilməməsi işin mübahisəsiz halıdır. Bununla yanaşı, mirasın açıldığı vaxt, yəni 13 noyabr 1990-cı ilə hazırda miras əmlak hesab edilən torpaq sahəsinin miras əmlak kimi qəbul etmək üçün notariat orqanına müraciət edilməsinin də əhəmiyyəti yox idi. Birincisi ona görə ki, həmin vaxt Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibində idi və torpaqlar dövlət mülkiyyətində olmuşdur. Dövlət mülkiyyətində olan torpağın isə həmin vaxt notariat orqanına ərizə verərək miras əmlak kimi qəbul edilməsi mümkün deyildi. Yalnız respublikamız müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilən torpaq islahatlarının davamı olaraq torpaq sahələrinin, o cümlədən hazırda mübahisə predmeti olan torpaq sahəsinin də özəlləşdirilməsi üçün hüquqi mexanizmlər yarandı. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Ona görə də bu hallar da apellyasiya şikayətinin dəlillərinin əsaslı olmadığına dəlalət edir.

40. Beləliklə, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı şəhər 11 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X26 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi,277) ünvanında yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv olunması üçün hər hansı bir əsas mövcud deyildir. Çünki miras qoyanın övladları olan cavabdeh vərəsələrin hər birinin miras əmlakdan 1/5 irs almaları düzgün olmuşdur. Miras qoyanın adında açıq qalan 2/5 hissəsi üzrə miras qoyanın ölmüş övladları olan X30 və X27 vərəsələri(övladları) tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına heç bir maneə mövcud deyildir.

41. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3437/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3437/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar