Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6738/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-194/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Bakı şəhəri 18 saylı Notariat Ofisinə, Bakı şəhəri 30 saylı Notariat Ofisinə, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh5 qarşı “əqdlərin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 15.04.2020-ci il tarixli, 8i-2135 və 15.04.2020-ci il tarixli 8i-2136 saylı reyestrlə qeydə alınmış ərizələrin, Bakı şəhəri 30 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 07.04.2020-ci il tarixli, 7E-1711 reyestr nömrəli və 11.04.2010-cu il tarixli, 7E-1727 reyestr nömrəli etibarnamələrin və Cavabdeh1 MTK ilə iddiaçı arasında 15.04.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda 3M-214 saylı reyestrlə qeydə alınaraq bağlanmış barışıq razılaşmasının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehlədən Cavabdeh1 MTK-nın sədri ilə 22.09.2009-cu il tarixdə podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı öz riski hesabına ünvan 1 ünvanında yerləşən 0,66 ha torpaq sahəsi üzərində 16 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək barədə öhdəlik götürmüşdür. Həmin MTK ilə arasında olan anlaşılmazlıq məhkəməyə daşınmış və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2015-ci il tarixli 2(103)-1385/2015 saylı qətnaməsi ilə ünvan 2 ünvanında inşa edilən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasından 1777,8 kv metr ölçüdə mənzil sahəsi cavabdeh tərəfindən ona təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi verilmiş və son günlərədək icra olunmamışdır. O, Cavabdeh1 MTK ilə mübahisəni öz aralarında qarşılıqlı razılıq əsasında həll etdiyini düşündüyündən, vacib əhəmiyyətli yanılmanın təsiri altında 15.04.2020-ci il tarixli, 3M-214 saylı reyestrlə qeydə alınmış barışıq sazişinə imza atmışdır. Bundan sonra cavabdeh və vəkilləri tərəfindən Ali Məhkəməyə ünvanlanmış 15.04.2020-ci il tarixli 8i- 2136 reyestr nömrəli kassasiya şikayətinin geri qaytarılmasına və eyni zamanda Xətai rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış icra sənədinə xitam verilməsinə dair 15.04.2020-ci il tarixli, 8i-2136 reyestr nömrəli ərizələrin verilməsinə və həmin notariat orqanında təsdiq etdirilməsinə nail olmuşlar. Sonra məlum olmuşdur ki, Cavabdeh1 MTKnın vəzifəli şəxsləri və hüquqşünasları onun qaynı Cavabdeh5 şirnikləşdirməklə ələ aldıqan və onun tərəfindən bütün səlahiyyətlərin Rafiqə verilməsini ehtiva edən Bakı şəhəri 30 saylı Notariat Ofisində rəsmiləşdirilən 07.04.2020-ci il tarixli, 7E-1711 reyestr nömrəli və 11.04.2010-cu il tarixli, 7E-1727 reyestr nömrəli etibarnamələr verməyinə səbəb olduqdan sonra onun hüquqi savadsızlığından istifadə edərək aldanmağına səbəb olmuşdur. O, 07.05.2020-cil tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisinə gedərək 07.04.2020-cil tarixli, 7E-1711 reyestr nömrəli və 11.04.2020-ci il tarixli, 7E-1727 reyestr nömrəli etibarnamələrə xitam verdirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-194/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Bakı şəhər 18 saylı Notariat Ofisi, Bakı şəhəri 03 saylı Notariat Ofisi, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh5 qarşı Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 15.04.2020-ci il tarixli , 8-i 2135 və 15.04.2020-ci il tarixli 8i-2136 saylı reyestrlə qeydə alınmış ərizələrin, Bakı şəhəri 30 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 07.04.2020-ci il tarixli, 7E-1711 reyestr nömrəli və 11.04.2010-cu il tarixli, 7E-1727 reyestr nömrəli etibarnamələrin və Cavabdeh1 MTK ilə iddiaçı arasında 15.04.2020-ci il tarixdə Bakı şəhəri, 18 saylı Notariat Kontorunda 3M-214 saylı reyestrlə qeydə alınaraq bağlanmış barışıq razılaşmasının etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Xətai Rayon Məhkəməsinin 2(011)-194/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsini aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, məhkəmə həqiqətə uyğun olmayan arqumentlərdən istifadə etmişdir. Məhkəmə ərizəsində qeyd edərək təqdim etdiyi sübutları, onun, həm də nümayəndəsi və vəkilinin izahatlarında göstərilən işin hallarına dair əsas məqsəd və səbəblər nəzərə alınmadan bir tərəfə qoyulmuş, izahatları “iki başlı” təhrif edilib, işin müsbət nəticəsindən əsassız ehtiyatlanmışdır. Məhkəmə onun iddia tələbinin təmin edilməsindən imtina etməklə, "xxxx" MTK-ya məxsus yaşayış binasından 1777,8 kv metr ölçüdə mənzil sahəsini ona təhvil verilməsi öhdəliyindən dolayı yollarla cavabdehi azad etmiş, iş üçün maraqlı olan digər hallara da qiymət verməyi unutmuşdur. Belə ki, cavabdehlərin təqdim etdikləri mahiyyəti ona məlum olmayan sənədlərdə göstərdikləri hər bir qrafada ona imza atdırmışlar. Eləcə də, Xətai rayon İcra və Probasiya şöbəsində olan icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair məlumat nəyə görə isə ona deyil, aldatma yolu ilə ondan etibarnəmə almış qaynı Cavabdeh5 təqdim edilmişdir. İddia ərizəsinə əlavə etdiyi 30 saylı notariat ofisinin 07 may 2020-ci il tarixli, b-28 saylı arayışının surətindən də göründüyü kimi icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair notarial təsdiqli ərizəsinə münasibətdə Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən çıxarılmış qərar səalhiyyətsiz şəxsə təqdim edilmişdir. Cavabdehlər tərəfindən onun əmlakını ələ keçirmək niyyəti ilə aldadıldığı ilə bağlı fakt üzrə onların cinayətdə şübhəli ola biləcək mövcud cinayət tərkibinin bütün 4 əlamətlərinə məhkəmənin diqqət yetirməməsi və rəsmən quymət verməməsi çox qəribədir. Bundan başqa, cavbdehlərin müxtəlif qanunsuz yollarla sənədləri imzalamağı ilə onun mənafeyinə daha üstün şərait yaradacaqları barədə öhdəlik götürmələrinə dair aralarındakı şifahi əqdlər olmasını, doğma qaynı olan Cavabdeh5 inandığı üçün, conuncunun öz şəxsi mənafeyinə etibarından süi-istifadə etməsini və bu kimi digər halları məhkəmə görməzdən gəlmişdir. Bütün bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmiş, onun adıkeçən sənədlərin etibarsız sayılması barədə tələbi isə səbəbsiz və əsassız kimi qiymətləndirilmişdir. Hazırkı apelyasiya şikayəti həm də, ilkin instansiya məhkəməsində səslənən şahid ifadələri ilə də bir daha təsdiq olunur. Göründüyü kimi, qətnamədə sadalanan bu və digər əsassız arqumentlərin heç biri ərizənin təmin olunmaması barədə nəticəyə gəlmək üçün kifayət deyildir. Bu zaman. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində nəzərdə tutulan “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” kimi tələbləri pozulmuşdur. Bunula da, məhkəmə tam, hərtərəfli, obyektiv və səmərəli araşdırma aparmamış, iddiada qeyd etdiyi çoxlu əsasları qanunsuz olaraq mötəbər sübut kimi saymamış və iddia tələbindən qeyri-qanuni olaraq imtina etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-194/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Bakı şəhəri 18 saylı Notariat Ofisinin, Bakı şəhəri 30 saylı Notariat Ofisinin, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər, cavabdehlər 18 saylı Notariat Ofisinin, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri və Cavabdeh5 gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. ünvan 4 ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-194/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi X10 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək bildirdi ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı bütün danışıqlar iddiaçının qaynı olan Cavabdeh5lə aparılmış və danışıqlar nəticəsində iddiaçıya olan borcu konpensasiya etmək barədə razılaşmışlar və tərəflər arasında barışıq sazişi bağlanılmasını qərara almışlar. Barışıq sazişi bağlamaq üçün İddiaçı qaynı Cavabdeh5 etibarnamə vermiş, lakin notarius etibarnamə əsasında barışıq sazişini təsdiq etməmiş, iddiaçının özünün iştirakının zəruri olduğunu bildirmişdir. Buna görə hazırki iş üzrə İddiaçı şəxsən notariusa gəlmiş və barışıq sazışini imzalamışlar. Barışıq sazışinə əsasən İddiaçı iki ev, bir avtomaşın və müəyyən məbləğdə pul verilmiş və iddiaçıda verilmiş konpensasiya ilə razılaşmışdır. Barışıq sazişindən sonra, İddiaçı MTK-ya qarşı olan tələblərindən imtina edərək notariusun yanında şəxsən ərizə yazmışdır. Sonrada İddiaçılə qaynı Cavabdeh5 arasında münasibətlərin pozulması onun hazırki iddianı qaldırmasına səbəb olmuşdur. Hesab edir ki, iddiaçı iradə ifadəsinə uyğun könüllü olaraq barışıq sazişi imzalamış və sazişə əsasən müvafiq konpensasiya aldığından hazırki iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də, apelyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, hazırki iddiaçının razılığı əsasında konpensasiya kimi verilən evlər, avtomaşın və pul məbləği onun qaynı Rafiqə verilmiş və barışıq sazişi bağlanarkən qaynı ilə iddiaçı arasında hər-hansı bir narazılıq olmamışdır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı və Cavabdeh1 MTK-nın nümayəndəsi Zaur Bayramovun izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 15 aprel 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış barışıq sazişinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1385/2015 saylı, 14.04.2015-cil tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi 2992 B məhəlləsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasından 1777,8 kv.m ölçüdə mənzil sahəsi Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Yaranmış mübahisə ilə bağlı tərəflər sazişdə göstərilən şərtlərlə razılaşaraq barışıq sazişi bağlamış, Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu N.tusi küçəsi 2992 B məhəlləsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasında mənzillər Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1385/2015 saylı, 14.04.2015-cil tarixli icra sənədi verilənə qədər başqa-başqa şəxslərə satıldığından, icra sənədinin icrasının təmin olunması məqsədilə Cavabdeh1 MTK İddiaçı kompensasiya təklif etmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1385/2015 saylı, 14.04.2015-ci il tarixli icra sənədinin təmin olunması üçün Cavabdeh1 MTK tərəfindən təklif olunan kompensasiyanı qəbul etmiş və bildirmişdir ki, bununla da Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1385/2015 saylı, 14.04.2015-cil tarixli icra sənədi Cavabdeh1 MTK tərəfindən icra olunmuşdur. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1385/2015 saylı, 14.04.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2014-cü il tarixli qətnaməsi Cavabdeh1 MTK-ya qarşı inşası baş tutmayan binada 177.8 kv.m sahədə mənzil və ya 739.51 manat məbləğində pul tələbinin rədd olunmasına dair hissədə ləvğ edilmiş və həmin hissədə iddia təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu N.Tusi küçəsi 2992 B məhəlləsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasından 1777.8 kv.m ölçüdə mənzil sahəsi Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmişdir.(İ.v. 52 - 59) İş materiallarında olan, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlandığı 18 saylı Notariat Ofisinin xüsusi X8 tərəfindən təsdiq edilmiş 15.04.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 14249/2019 saylı iş üzrə 16.12.2019-cu il tarixli qətnaməsindən tərəfindən kassasiya şikayəti verilmişdir. Cavabdeh1 MTK ilə qarşılıqlı razılığa gəldiyindən və mübahisə predmeti aradan qalxdığından yazıb xahiş edir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 14249/2019 saylı iş üzrə 16.12.2019-cu il tarixli qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayətini geri qaytarsınlar.(İ.v. 9) İş materiallarında olan, İddiaçı Bakı şəhəri 18 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən təsdiq edilmiş 15.04.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1385/2015 nömrəli 14.04.215-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2992B məhəlləsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasında 1777,8 kv.m. ölçüdə mənzil sahəsi Cavabdeh1 MTK tərəfindən iddiaçı X4 təhvil verilməlidir. Bununla əlaqədar bildirir ki, artıq Tural-A MTK ilə aralarında razılaşma əldə olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2992B məhəlləsində inşa edilən və Tural-A MTK-ya məxsus yaşayış binasından 1777,8 kv.m. ölçüdə mənzillər olmadığından, həmin mənzillərin əvəzinə ona müəyyən kompensasiya ödənilmişdir. Həmin kompensasiya tərəfindən qəbul olunmuşdur. Bu səbəbdən də həmin icra sənədi tam olaraq icra olunmuşdur. Odur ki, “İcra haqqında” Azəbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsini rəhbət tuturaq Bakı Apelyasiya Məhkəməsinin 2(103)1385/2015 nömrəli, 14.04.2015-ci il tarixli icra sənədinə xitam verilməsini xahiş edir. Bundan əlavə bildirir ki, icra sənədinin icrası ilə əlaqədar heç bir iddia və tələbi, şikayəti yoxdur və gələcəkdə olmayacaq.(İ.v. 10; 41) İş materiallarında olan, İddiaçı tərəfindən Cavabdeh5 verilmiş AR-İİ seriyalı 021724 saylı, 07 aprel 2020-ci il tarixli Etibarnamənin surətindən görünür ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq etibar edənin bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan, teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesabatlardan istifadə etməyi, onların üzərində sərəncam verməyi, bütün bank əməliyyatlarını aparmağı, həmçinin plastik kartları sifariş etməyi və almağı poçt teleqraf qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri-dövlət orqanlarında, idarələrdə, kooperativ və ictimai təşkilatlarda, notariat ofisində, Asan xidmət mərkəzlərində nümayəndəsi olmağı, şəxsin adından ərizə verməyi və onları imzalamağı, notariusa müraciət etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı və bu tapşırığın yerinə yetiriliməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. 11 aprel 2020-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh5 AR-İİ seriyalı 050951 nömrəli eyni məzmunlu növbəti etibarnamə verilmişdir.(İ.v. 11 - 12) İş materiallarından məlum olur ki, İddiaçı Bakı şəhəri, 30 saylı notariat ofisinə verdiyi ərizələrə əsasən Cavabdeh5 bütün əmlak və hüquqlar üzərində sərəncam verilməsinə dair verilmiş 07.04.2020-cil tarixli reyestrde 7E1711 nömrə ilə qeyd edilmiş və 11.04.2020-ci il tarixli reyestrde 7E-1726 nömrə ilə qeyd edilmiş etibarnamələrə xitam verilmişdir.(İ.v. 102; 104) İş materiallarında olan, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin Bakı Apelyasiya Məhkəməsi, İddiaçı və Cavabdeh1 MTK-ya ünvanlanmış 07.05.2020-ci il tarixli icraata xitam verilməsi haqqında məlumatın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1385/2015 nömrəli, 14.04.2015-cil tarixli icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurunun 07.05.2020-ci il tarixli qərarı məlumat üçün göndərilmişdir. Həmin məlumatı İddiaçı nümayəndəsi Cavabdeh5 İddiaçı təqdim etmək üçün 07.05.2020-ci il tarixdə almışdır.(İ.v. 15) Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, o, Cavabdeh1 MTK-ya materialları vermiş, iddiaçını oradan tanıyır. Razılaşmışlar ki, ona beton verəcək, MTK da ona 2 mənzil verəcəkdir. Bir müddətdən sonra demişdirlər ki, verilmiş müqavilələr saxtadır. Ofisə getdiyi vaxt Vidadi ona demişdir ki, Bəhruz ona saxta mənzil verib. O isə şikayət edəcəyini bildirdikdə, demişdirlər ki, şikayət etməsin, onun mənzilləri veriləcək. Ona Ali Məhkəmənin qərarını göstərdiklərinə görə inanmışdır. Buna görə də şikayət etməmiş, amma bir çox şəxs şikayət etmişdir. Bəhruzdan niyə icra olunmadığını soruşduqda, o, İcra şöbəsinin 70-ci maddəni tədbiq edib, icra işindən imtina edərək Apelyasiya məhkəməsinə qaytardığını bildirmişdir. Daha sonra Bəhruz həbs olunmuşdur. Şikayətçilər Bəhruzun azadlıqdan çıxdıqdan sonra mənzilin qaytarılması şərtilə ərizə ilə müraciət edərək şikayətdən imtina etdiklərinə görə Bəhruz azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra eşitmişdir ki, qaynına etibarnamə verib. Qaynı da onun xəbəri olmadan MTK ilə barışıq sazişi bağlayıb. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, Bəhruzun qaynatası Fuad ilə müqavilə bağlanılıb. 21.550 manat – 16.000 manat bəri başdan, 5.000 manat 1 həftəyə verilmişdir. MTK tərəfindən onlara verilmiş sənəddə MTK-ya heç bir borcunun olmadığı göstərilmişdir. 2013-cü ildə xəbər verilmişdir ki, Fuad ilə Akifi tutublar. Qaynatası ofisə getdiyi vaxt ona demişlər ki, onların adına sistemdə ev yoxdur. Sonra İddiaçı da tutmuşlar. Bəhruzun azadlığa çıxdıqdan sonra mənzilin qaytarılması şərtilə ərizə ilə müraiət edərək şikayətdən imtina etdiyini bildirmişdir. Bəhruz azadlığa çıxandan sonra demişdir ki, qaynına etibarnamə vermişdir, onların pulunu qaytaracaqdır. Bu günədək də nə pul nə də mənzil qaytarılmayıb. Bəhruzun qardaşından eşitdiyinə görə MTK ilə Bəhruzun qaynı Rafiq birləşərək Bəhruzu aldadıblar. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, 2011-ci ildə rəhmətlik qardaşı ilə birlikdə ev almaq üçün Cavabdeh1 MTKnın ofisinə getmiş, alqı-satqı olmuş, 34.800 dollar pul vermişdir. Müqavilə bağlanaraq, Cavabdeh1 MTK-dan ev almışdır. Lakin indi evsiz qalmışdır. 7-8 ildir ki məhkəmə prosesləri gedir. Ona məsələnin həll olunacağı vəd edildiyinə görə şikayət etməmişdir. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 MTK-nın ofisindən tanıyır. Bəhruza pul vermiş, arvadının adına ev almışdır. Ondan sonra öyrənmişdir ki, mənzil ilə bağlı sənədlər saxtadır. Bəhruzun həbsdə qalmağının mənasız olduğunu düşündüyü üçün şikayət etməmişdir. Həmin vaxt Fuad demişdir ki, hər şey düzələcək. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.3, 324.4, 337.1, 337.4, 339.1 və 347-ci maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, hazırki mübahisə üzrə bağlanmış barışıq sazişinə etibarnamələr və notarial qaydada təsdiq edilmiş ərizələrin etibarlılığını şübhə altına alan hər-hansı bir hal məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddiaçı tərəfindən istinad edilən faktiki halların təsdiq edilməsi barədə kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.(MPMnin 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası birinci nistansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə isə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakiları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin3 47-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istədiyi; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etdiyi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmadığı hallarda vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün yuxarıda istinad edilən qanunvericilik normalarında müəyyən edilmiş şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış Barışıq Sazişinin, etibarnamələrin və notarial qaydada təsdiq edilmiş ərizələrin etibarlılığını şübhə altına alan yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən istinad edilən faktiki halları təsdiq edəcək kifayət qədər mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-194/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-194/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6738/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6738/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver