Məhkəmə qərarları › İş №2(103)-674/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-674/2021

03.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-674/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və Eyvazov Rafael Əmir oğlunndan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdehlər Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, “Muğan” X11, Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X13 və Sabirabad Regional “ASAN Xidmət” X2rşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh1 Muğan X8 özünə məxsus 100 %lik təsis payının Cavabdeh2 satılması barədə Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində yerləşən notariat kontorunda bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, rayon məhkəməsi mübahisələndirilən qətnaməsində iddianın rədd edilməsini Cavabdeh2 təsis payı üzərində həbsin olmasından xəbərsiz olması ilə əsaslandırmaqla, qeyd etmişdir ki, icra məmuru tərəfindən “Muğan” X7 Cavabdeh1 məxsus payı üzərinə həbs qoyulması barədə vergi orqanına heç bir məlumat verilməmişdir. Bu səbəbdən də Cavabdeh1 ilə Cavabdeh2 arasında alğı-satqı müqaviləsi bağlanan zaman vergi orqanı təsis payı üzərində heç bir həbsin olmadığı barədə məlumat vermişdir. Belə olan halda, yəni Cavabdeh1 ona məxsus olan təsisçilik payını Cavabdeh2a satan zaman sonuncunun pay üzərində həbsin olması ilə bağlı məlumatı olmadığından sonuncu vicdanlı alıcı hesab edilməlidir. Bu səbəbdən də, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ədalətli və qanuni hesab edilə bilməz. Lakin məhkəmə nəzərə almamışdır ki, mübahisələndirilən əqdin tərəflərindən birinin alqı-satqı predmetinin üzərində həbsin olmasından məlumatsız olması həmin əqdin etibarlı olmasının əsasını təşkil edə bilməz. Əqdin tərəflərindən biri olan Cavabdeh1 alqı-satqı predmetinin üzərində həbsin olmasını bilməsi işin mübahisəsiz halıdır. Həmçinin, əqdin tərəfi olan Cavabdeh2 məhkəməyə alqı-satqı predmetinin üzərində həbsin olmasından xəbərsiz olduğunu bildiyini təsdiq edən sübutlar təqdim etməyib. Belə olan halda, məhkəmənin Cavabdeh2 alqı-satqı predmetinin üzərində həbsin olmasından xəbərsiz olması nəticəsinə gəlməsi qanuni və əsaslı deyil. Bundan başqa, məhkəmə icra məmuru tərəfindən “Muğan” X7 Cavabdeh1 məxsus payı üzərinə həbs qoyulması barədə vergi orqanına heç bir məlumat verilməməsi səbəbdən onunla Cavabdeh2 arasında müqavilə bağlanan zaman vergi orqanın təsis payı üzərində heç bir həbsin olmadığı barədə məlumat verməsi nəticəsinə gəlsə də, icra məmuru barəsində xüsusi qərardad çıxarmmışdır. Eyni zmanada, payın zərinə həbs qoyulması barədə məhkəmə qərardadlarının vergi orqanına rəsmi göndərilibgöndərilməməsini dəqiqləşdirmək üçün müvafiq məhkəmə işlərini tələb edərək öyrənməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilərək, Xəzər Rayon Məkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv, iddia isə təmin edilmişdir . Cavabdeh2həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Saatlı rayonu Qarayevka kəndində yerləşən 78 ha torpaq sahəsi Saatlı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2010-cu il tarixli, 237 nömrəli icarə müqaviləsi əsasında 50 il müddətinə Cavabdeh1 təsisçisi olduğu “Muğan” X9 icarəyə verilmiş, icarə hüquqları həmin hüquqi şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(003)-914/2012 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək Cavabdeh1 12875,80 manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyyə minmiş və icraya yönəldilmişdir. İcra tədbirləri zamanı Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi borclu Cavabdeh1 “Muğan” X3 payının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(003)-585/2014 saylı qərardadı ilə təqdimat təmin edilərək Saatlı rayonunun Qarayevka kəndində 78 ha torpaq sahəsində yerləşən “Muğan” X7 borclu Cavabdeh1 məxsus payı üzərinə həbs qoyulmuşdur. Qərardada əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən Saatlı rayonu Qarayevka kəndində yerləşən “Muğan” X7 icarəsində olan 78 ha torpaq sahəsi üzərində ********** qeydiyyat nömrəli əməliyyatla həbsin dövlət qeydiyyatı aparılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)- 747/2016 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı2 xeyrinə 5000 ABŞ dolları məbləğində əsas borc, 187 ABŞ dolları məbləğində faiz borcu ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyyə minmiş və icraya yönəldilmişdir. İcra tədbirləri zamanı Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi borclu Cavabdeh1 “Muğan” X3 payının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin 8(003)-1526/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə təqdimat təmin edilərək, tələbin borclu Cavabdeh1 qanuni təmsilçisi olduğu “Muğan” X7 nizamnamə kapitalındakı 49% maya miqdarına yönəldilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(003)-89/2018 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı3 xeyrinə, cəmi 5000 manat və ödənilmiş məhkəmə xərclərinə görə 530 manat, cəmi 5530 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyyə minmiş və icraya yönəldilmişdir. İcra tədbirləri zamanı icra məmurunun təqdimatı əsasında rayon məhkəməsinin 8(003)-387/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Saatlı rayonu Qarayevka kəndində, 78 ha torpaq sahəsində yerləşən “Muğan” X7 icra sənədi üzrə borclu Cavabdeh1 məxsus payı üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh1 Cavabdeh2 ilə Sabirabad Regional “ASAN” Xidmət Mərkəzində yerləşən Notariat kontorunda xx.xx.2016-cı il tarixdə “Müəssisədəki payın alğı-satqı müqaviləsi” bağlayaraq “Muğan” X8 özünə məxsus 100%-lik təsis payını 200 manata Cavabdeh2 satmışdır. Hazırda iddiaçılar, “Muğan” X7 nizamnamə kapitalındakı Cavabdeh1 məxsus pay onun tərəfindən müvafiq məhkəmə qərardadları ilə üzərinə həbs qoyulduqdan sonra qeyriqanuni olaraq üçüncü şəxsə (Cavabdeh2) özgəninkiləşdirildiyindən onlar arasında bağlanmış həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edirlər. Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlanarkən onun həmin payın üzərinə həbs qoyulması barədə məlumatı olmamış və həmin müqavilə notarial qaydada təsdilənmişdir. Odur ki, vicdanlı alıcı olduğundan müqavilənin etibarsız hesab edilməsi yol verilməzdir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə bildirir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan işdə iddiaçıların etibarsız hesab edilməsini tələb etdikləri payın alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlandığı halda, İddiaçı2 iddiasına dair məhkəmə qətnaməsi əsasında verilmiş təqdimat üzrə qərardadın xx.xx.2016-cı il tarixdə, İddiaçı3 iddiasına dair məhkəmə qətnaməsi əsasında verilmiş təqdimat üzrə qərardad isə xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, həmin iddiaçıların xeyrinə Cavabdeh1 məxsus sözügedən payın üzərinə həbs qoyulan zaman artıq həmin pay üçüncü şəxsə özgəninkiləşdirilmişdir. Ona görə də, iddia tələbi qeyd olunan iddiaçılara münasibətdə rədd olunmalıdır. İddiaçı1 münasibətdə isə Kollegiya iddianın həlli ilə bağlı bildirir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Baxılan işdən görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8 qərardadı ilə icra məmurunun təqdimatı təmin edilərək, “Muğan” X8 Cavabdeh1 məxsus payın üzərinə həbs qoyulmuşdur. Bundan sonra xx.xx.2016-cı il tarixdə Sabirabad Regional “ASAN” Xidmət Mərkəzində yerləşən Notariat kontorunda Cavabdeh1la ona məxsus həmin payın alqı-satqısı barədə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Nəzərə alınmalıdır ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum dövlət qeydiyyatına alınmalı və hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməlidir. Qanunun 12.1-ci maddəsinə və Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2004cü il tarixli Fərmanına əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılır. Dövlət reyestrinə, həmçinin hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi barədə məlumatlar daxildir (maddə 12.8.1). Qanunun 14.1-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində, həmçinin aşağıdakı məlumatlar əks etdirilməlidir: qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri (14.1.6); məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar (14.1.9-1); məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində - nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri (14.2.2). Həmin Qanunun 14.3-cü maddəsinə əsasən Bu Qanunun 14.1.9-1-ci maddəsində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müəyyən edilmiş qaydada qeydiyyat orqanına göndərilir. Göründüyü kimi, təsisçilər, onların nizamnamə kapitalında payları, habelə məhkəmə qərarı ilə hüquqi şəxsin fəaliyyətinə dair qoyulmuş qadağanlar hüquqi şəxslərin dövlət reyestrində qeydə alınır. Belə qeydiyyatın aparılmadığı halda isə, reyestr məlumatlara güvənərək əşya üzərində hüquq qazanan şəxs vicdanlı sayılır. Çünki, üçüncü şəxslərin reyestr məlumatlarına etimadı qanunla qorunur. Belə olan halda, “Muğan” X8 Cavabdeh1 məxsus payın üzərinə müvafiq məhkəmə qərardadı ilə həbs qoyulan zaman bu barədə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyat aparılmalı idi. Lakin işin faktiki hallarından və Vergilər Nazirliyi 5 saylı X12 birinci instansiya məhkəməsində iştirak etmiş nümayəndəsinin izahatından isə belə görünür ki, nə məhkəmə, nə də ki icra məmuru tərəfindən sözügedən payın üzərinə həbs qoyulması barədə reyestri həyata keçirən dövlət orqanına məlumat verilmədiyindən, bu barədə reyestrdə hər hansı qeydiyyat aparılmamışdır. Məhz bu səbəbdən də, mübahisə predmeti olan payın alqı-satqısı barədə müqavilə bağlanarkən notariusun müvafiq sorğusuna əmlak üzərində heç bir yüklülük olmaması ilə bağlı cavab verilmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, hazırkı mülkiyyətçi Cavabdeh2 paya mülkiyyət hüququnu əldə edərkən vicdanlı olmuşdur. Kollegiya vurğulayır ki, vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanamsına maneə olan halı bilmirsə və ya vəziyyətin şərtlərinə görə bilməli də deyilsə, vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir. Vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçı1 isə, Cavabdeh2 vicdanlı əldə edən olmadığını bildirərkən, müqavilənin qarşı tərəfinin yəni Cavabdeh1 ona məxsus payın üzərinə həbs qoyulduğunu bilməsi ilə əsaslandırsalar da, Kollegiya iddiaçının bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əqdin uydurma olması - ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanması əsası ilə etibarsız (əhəmiyyətsiz) sayılması üçün (Mülki Məcəllənin 340.1-ci maddəsi) bir tərəfin məqsədi, niyyəti, vicdanlı olub-olmadığı yetərli deyil. Bunun üçün əqdin digər tərəfinin də əqdi eyni niyyətlə bağlamış olması və əqdin görünüş üçün uydurulduğunu bilməsi əhəmiyyətlidir. Əks yanaşma, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmiş mülki hüquq subyektlərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Odur ki, Kollegiya, qeyd olunanları birlikdə qiymətləndirərək, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2298/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar