Məhkəmə qərarları › İş №2(103)-674/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-674/2023

13.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-674/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3376/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı – Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020- ci il tarixli X1 qalan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr mənzilinin hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışlı “Mercedes E-240” minik markalı ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X1 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfinin daşınar miras əmlakına dair iddiaçıya borclu olması və həmin borcu ödəməyinə imkansız olması yaxud onu ödəməkdən açıq şəkildə imtina edilməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı Cavabdeh İddiaçı qarşı – ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mərhum X2 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən xərclərə aid edilməsi, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20000 manat pula vərəsə kimi aid edilməsi, mərhum X2 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20000 manat pulun yarısı olan 10000 manat məbləğində pul, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-3376/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Lalə Rəhimli) ilə ilkin iddia tələbi qismən təmin edillmiş, İddiaçı “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobildəki payına uyğun olaraq 5500 (beş min beş yüz) manat, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişdə olan payına uyğun olaraq 1100 (min yüz) manat və 6403 ABŞ dolları pul vəsaitində olan payına uyğun olaraq ödəniş gününə qüvvədə olan məzənnə ilə 3201,5 (üç min iki yüz bir dollar əlli sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi qərara alınmış, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

4. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilki iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, həmçinin cavabdehin Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olmaqla orada yaşadığını təsdiq etdi.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin iddiaçı Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olmaqla orada yaşadığını bildirdi.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

8. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

9. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

11. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3376/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilməlidir.

12. Belə ki, mülki iş materiallarından məlum olur ki, Təhməzov X4 rayonu, Bankə qəsəbəsi, Pişəvəri küçəsi ünvanında, cavabdeh İmanova X3 rayonu, Bankə qəsəbəsi, S.Vurğun küçəsi, ev 542 ünvanında (i/v 92) qeydiyyatdadır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, həm ilkin, həm qarşılıqlı iddia tələbləri pulun tutulması ilə bağlıdır. Eyni zamanda, həmin tələblər MPM-in 39.1-ci maddəsinin təsiri altına düşmür.

15. Bununla da aydın olur ki, hazırkı mülki işə aidiyyət qaydalarına uyğun olaraq həm də Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasında olmayan Neftçala Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğu halda, Xətai Rayon Məhkəməsi işə aidiyyət qaydalarını pozaraq baxmışdır ki, bu da qətnamənin qeyd-şərtsiz ləğv edilməsi üçün əsasdır.

16. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir.

18. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3376/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması Neftçala Rayon Məhkəməsinə göndərilməlidir.

19. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

20. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Xətai Rayon Məhkəməsinin 2(011)-3376/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunaraq mülki iş aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar