Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-674/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı mülki iş (Açar sözlər: «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, miras əmlakda payların müəyyən edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil2 Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs, nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-981/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının yetkinlik yaşına çatmayan İddiaçı1 himayə təyin edilməsi haqqında xx.xx.2001-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, 20-ci sahə, Nesterov küçəsi, ö/t 8-də yaşayan ər-arvad Quliyev Şahmar və onun həyat yoldaşı Quliyeva Alagöz, xx.xx.1998-ci ildə anadan olmuş qız nəvələri İddiaçı1 anası xx.xx.2001-ci ildə öldüyü, Səbail Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən uşağın atası X2 uşaq tələbinə dair iddiası rədd edildiyi və uşaq babasının və nənəsinin himayəsində qaldığı üçün xx.xx.1998-ci ildə anadan olmuş İddiaçı1 babası X3 himayə təyin edilməsinə razılıq verilmişdir.
2. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının İddiaçı1 qəyyum təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli Sərəncamı ilə xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 qəyyum təyin edilmiş babası X8 xx.xx.2006-cı ildə vəfat etdiyi və yetkinlik yaşına çatmayan İddiaçı1 hal-hazırda nənəsinin himayəsində böyüyüb tərbiyə aldığı üçün X7 yetkinlik yaşına çatmayan nəvəsi İddiaçı1 qəyyum təyin edilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 5 (Yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 5 (Yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
5. Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 10 yanvar 2006-cı il tarixdə vəfat etmiş X3 vərəsəsi - ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestrindən X4 verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən ünvan 5 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.008010 ha torpaq sahəsindən ibarətdir.
6. Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunun 46/2006 nömrəli vərəsəlik işi üzrə xx.xx.2006-cı il tarixli 2v/1-77 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 01 yanvar 2006-cı il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 5-də yaşayan oğlu Cavabdeh2dur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DİN DYPİ tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən irs qoyana məxsus olan VAZ-2105 minik markalı, buraxılış ili 1981-ci il olan avtomaşındır.
7. Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 46/2006 nömrəli vərəsəlik işində olan X5 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, onun mərhum atası 10 yanvar 2006-cı ildə vəfat etmişdir. Atasından miras qalmış vərəsəlikdən imtina edir. Ona düşən paya vərəsəliyi qəbul etməmişdir və etməyəcək. Müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcək.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-470/2022 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh2, X6 və X9 qarşı yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı1 qeydiyyatda olduğu ünvan 4 ünvanda yerləşən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlər Cavabdeh2, X6 və X9 qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə qüvvədədir.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, miras əmlakda payların müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
10. Tələbdə göstərilir ki, İddiaçı1 babası X8 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 44.80 kv/m olan fərdi yaşayış evi və 0.008010 ha torpaq sahəsi miras qalmışdır. 1998-ci ildən hazıradək həmin evdə faktiki yaşayır (həmçinin daimi qeydiyyatdadır). Belə ki, anası ilə atası faktiki ayrıldıqdan sonra anası onu da götürüb babasının evinə qayıtmışdır və sonra da məhkəmə qaydasında atasından boşanmışdır. Həmin evdə anası, babası, nənəsi Alagöz Quliyeva və subay olan xalası Ruhiyyə Kazımova ilə yaşayırdı. Anası xx.xx.2001-ci ildə vəfat etdikdən sonra atası da ona sahib çıxmadığından Səbail rayon İcra hakimiyyətinin xx.xx.2001-ci il tarixli sərəncamı ilə babası Şahmar Quliyev ona qəyyum təyin edilmişdir. Babasının vəfatından sonra isə nənəsi X7 xx.xx.2007-ci ildə ona qəyyum təyin edilmişdir. Babasının, nənəsinin və ikinci anası olan xalası Ruhiyənin himayəsində sözu gedən evdə böyümüşdür. (MM-nin 27.2-ci maddəsinə əsasən qəyyumluq altında olan şəxsin yaşayış yeri qəyyumun yaşayış yeri sayılır.) Babası vəfat etdikdən sonra da həmin evdə yaşamağa davam edib, ondan istifadə edərək mirası faktiki qəbul etmişdir. Ümümiyyətlə onun başqa yaşayış yeri yoxdur. Nənəsi A.Quliyeva xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Babası vəfat etdikdən sonra onu nənəsi (rəsmi) və xalası İddiaçı2 (faktiki) himayə etmişdir. Babası dünyasını dəyişdikdə İddiaçı1 8 yaşı var idi. Nənəsi də yaşlı idi. Xalası Ruhiyyə ailə quranadək, yəni 2012-ci ilin dekabr ayınadək bu evdə fasiləsiz yaşamış, ona analıq etmiş, əmlaka sahiblik etmiş və idarə etmişdir, ailə qurduqdan sonra da bir ana kimi ona himayə edərək daim ata yurduna gəlib getmiş, nənəsi yaşlı olduğundan ona baxmış, evin məişət problemlərini, yemək-içmək məsələlərini həll etmişdir, hətta xalası əşyalarının bəzilərini həmin evə gətirmişdir, həftənin bir neçə günü burada qalmış, əmlakın idarəsini davam etdirmişdir. Xalasının başqa evi yoxdur. Xalasının əri Şuşadan qaçqındır, Bilgəhdəki Qağayı pioner düşərgəsindəki qaçqın yataqxanasında bir otaqlı evdə qalır. Həmin ev darısqal və iş yerinə uzaq olduğundan xalası ata yurdunda qalmağa davam etmişdir. Buradan işə gedib gəlir, həftə sonu əri ilə birlikdə yaşadığı qaçqın düşərgəsinə gedib oradakı ev işlərini görüb, ərinin yeməyini bişirib, paltarlarını yuyub, evi təmizləyib ata yurduna qayıdır, yəni xalası həm mübahisəli evi, həm də əri ilə yaşadığı evi idarə edir. Cavabdeh olan dayısı Cavabdeh2 isə mübahisəli evdə qeydiyyatda olsa da, xx.xx.2021-ci ilədək, nənəsi vəfat edənədək ailəsi ilə başqa ünvanda (Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 12) yaşamışdır. Nənəsinin vəfatından sonra isə öz ailəsi ilə yaşadığı evə köçdülər, onu və xalasını çıxdaş etməyə başladılar, xalasının ayağını bu evdən kəsmək üçün əllərindən gələni etməyə başladılar. Cavabdeh2 və onun ailə üzvləri evi satmaq üçün onları evdən çıxartmaq istəyirdilər, aralarında münaqişələr olurdu, onlara müxtəlif məhdudiyyətlər yaratmağa, fiziki və psixi zorakılıqlar etməyə başladılar, ona görə də, o və xalası dəfələrlə DİN-nin qaynar xəttinə və 8-ci Polis Bölməsinə yazılı və şifahi müraciətlər etmişlər. Onları münaqişəli ailə kimi qeydiyyata alsa da, hər dəfə cinayət işinin başlanmasını rədd edib, mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edirdi. Ona görə də, o, cavabdehə və onun ailəsinə qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin (məhdudiyyətlərin) aradan qaldırılması və s.” iddiası ilə məhkəməyə müraciət etmişdir. ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadəyə maneələrin yaradılmasını cavabdehlərə qadağan etdi. Ali Məhkəmə də xeyrinə qərar qəbul etdi. Bakı Apellyasiya Məhkəməsi də (ikinci icraat uzrə) rayon məhkəməsinin qətnaməsini xx.xx.2023-cü ildə dəyişdirmədən saxladı. Qeyd edilən ev və torpaq sahəsi mərhum babasına məxsus olsa da, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Onlar evi özbaşına tikili kimi bilirdilər. Evin hər hansı sənədinin olduğunu bilmirdilər. Hətta İddiaçı1 xx.xx.2023-cu il tarixədək etibarlı olan şəxsiyyət vəsiqəsində və cavabdehin şəxsiyyət vəsiqəsində də ünvan Ö/T (özbaşına tikili) kimi qeyd edilmişdir. Başqa sənədlərdə də, MKİS-nin arayışlarında da özbaşına tikili kimi qeyd edilir. Yuxarıda göstərdiyi iddia üzrə apellyasiya şikayətinə baxılan zaman isə Bakı Apellyasiya Məhkəməsində (ikinci icraat) xx.xx.2023-cü ildə keçirilən məhkəmə iclası zamanı Cavabdeh2 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətini məhkəməyə təqdim edərkən onlara və məhkəməyə də məlum oldu ki, Cavabdeh2 evi və torpağı öz adına özəlləşdirərək çıxarış almışdır (çıxarışa əsasən həmin ünvana yeni qaydalarla ünvan 7mişdir). Məhkəməyə gözlənilmədən yeni dəlil təqdim olunduğu üçün məhkəmə iclası təxirə salındı. Bu səbəbdən 28 saylı Notariat Ofisinə sorğu verilərək vərəsəlik işinin təsdiq edilmiş surəti götürüldü və xx.xx.2023-cü ildə keçirilən məhkəmə iclasında da tədqiq olundu. Məlum oldu ki, cavabdeh Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından sonra ondan və xalası Ruhiyyədən gizli olaraq Nesterov küçəsi ö/t 8 ünvandakı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair hüquqları əvvəlcə DƏDKR-də babasının (miras qoyanın) adına dövlət qeydiyyatından keçirərək xx.xx.2022-ci il tarixli çıxarış almış, daha sonra 28 saylı notariat ofisinə müraciət edib qanun üzrə tam irs almaqla vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V-213 reyestr nömrəli şəhadətnamə əldə etmiş və onun əsasında öz adına evi və torpağı özəlləşdirərək çıxarış əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsi də cavabdehin apelyasiya şikayətini rədd edərkən İddiaçı1 qanun üzrə vərəsə kimi miras əmlakdan bərabər pay almaq hüququnun olduğunu da nəzərə almış və bunu qərarın təsviri-əsaslandırıcı hissəsində ətraflı göstərmişdir. O, miras açılandan əvvəl və sonra da mübahisəli evdə yaşamışdır, hazırda da yaşamağa davam edərək miras qoyanın əmlakından faktiki istifadə edir ki, bununla da babasından qalmış miras əmlakı faktiki sahiblik etmək üsulu ilə qəbul etmiş və ümumiyyətlə bu hal işin mübahisəsiz, sübuta ehtiyacı olmayan halıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 1159.1.3-cu maddəsinə əsasən... bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin maddənin tələbinə əsasən İddiaçı1 də qanun üzrə bərabər pay hüquqlu vərəsə kimi mərhum anası X1 çatası paydan bərabər miras payı almaq hüququ var. Digər İddiaçı2 mərhum atası Şahmar Quliyevə məxsus olmuş mübahisəli evdə yaşayıb böyümüşdür. Bundan başqa evi yoxdur. Həmin evin “kupçası” yox idi. Şəxsiyyət vəsiqələrində, “jek”in arayışlarında həmişə Ö/T yazılırdı. Ona görə də, onlar evi özbaşına tikili kimi bilirdilər. İddiaçı2 atasına məxsus olmuş Vaz-2105 minik markalı avtomobilin isə sənədi (xx.xx.1998-ci il tarixli, AA 060876 nömrəli qeydiyyat şəhadətnaməsi) var idi. Yadındadır ki, qardaşı Cavabdeh2 avtomobili satmağa razılıq vermək adı ilə onu atasının ölümündən təxminən 6 il sonra onu və anasını notariat kontoruna aparmışdı. Orada ona hansısa sənədə imzalatmışdı. Onun hüquqi savadı olmadığından, proseduru bilmədiyindən və ona açıqlama verilmədiyindən haqlı olaraq elə zənn edirdi ki, notariusdaki prosedur ancaq avtomobilin satılmasına razılıq verilməsi üçündür, elə bilirdi ki, avtomobilin satılması üçün razılıq verməlidir. Lakin xx.xx.2023-cu ildə yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsindəki iclasdan sonra vərəsəlik işi notariat ofisindən əldə edildikdən sonra bu ilin mart ayında bildi ki, vərəsəlik işinin 14-cü səhifəsində adından başqa şəxs tərəfindən üzərində latın qrafikalı əlifba ilə “Mərhum atam 10 yanvar 2006-cı ildə vəfat etmişdir. Atamdan miras qalmış vərəsəlikdən imtina edirəm. Mənə düşən paya vərəsəliyi qəbul etməmişəm və etməyəcəm, müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəm” sözləri yazılmış xx.xx.2006-cı il tarixli ərizənin surəti vardır. O, notariusa 2006-cı ildə deyil, təxminən 2012-ci ildə getmiş və bu məzmunda ərizə yazmamışdır, xətt onun deyildir, ərizənin köhnə tarixə saxtalaşdırıldığını ehtimal edir. Vərəsəlik işində hansısa saxtalaşdırma olub-olmaması, xx.xx.2006-cı il tarixli ərizənin saxta olub-olmaması araşdırılmalı, ərizənin əsli məhkəmə tərəfindən götürülüb zəruri ekspertizalar təyin edilməlidir. Ərizədən görünür ki, onda kimin xeyrinə imtina göstərilməmişdir. O vaxt evin və torpağın sənədi olmadığından, avtomobilin satılmasına da etirazı yox idi deyə avtomobilin satılması üçün razılıq ərizəsi vermək uçun notariusa getmişdir. O, miras əmlakdan imtina ərizəsi yazmamışdır, uzun müddət keçdiyindən dəqiq xatırlamır, ola bilər ki, ərizəni yazıb ona imzaladıblar, ya da imzanı ərizənin üzərinə hansısa formada saxtalaşdırıb, düzəldiblər, o, bilir ki, avtomobildən və ya mirasdan imtina ilə bağlı deyil, avtomobilin satılmasına razılıq verməklə bağlı ərizəyə imza etmişdir. Hesab edir ki, vərəsəlik gec açıldığından ərizə köhnə tarixə tərtib edilmişdir. Reallığı bilsəydi, həmin vaxt miras payını tələb edərdi. Cavabdeh2 onu aldadaraq miras payına yiyələndiyini düşünür. Onun bu işləri gizli aparması, yuxarıda qeyd edilən məhkəmə proseslərində (birinci, apellyasiya və kassasiya instansiyalarında) bu barədə heç bir məlumat verməməsi də dəlalət edir ki, o, miras əmlakdan imtina etməmişdir. Bilərək miras əmlakdan imtina etmiş olsaydı, Cavabdeh2 rahatlıqla bu məlumatları məhkəmələrdə açıqlaya bilərdi və bu proseduru onlardan gizli aparmazdı. Cavabdeh gizli olaraq adına çıxarışı almışdır ki, onlar paylarını vaxtında tələb edə bilməsinlər. Lakin “şah qanun deyil, qanun şahdır” prinsipini unutmuşdur. Bakı şəhəri 28 saylı notariat ofisindən bu ilin mart ayında əldə edilmiş xx.xx.2022-ci il tarixli 2V-213 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik işindəki sənədlərdən (işin 6, 8, 10-cu səhifələrindəki vərəsəlik işinin üz qabığı, Cavabdeh2 xx.xx.2006-cı il tarixli ərizəsi, şəhadətnamə) də görünür ki, vərəsəlik işi miras qoyan X3 xx.xx.2006-cı il tarixdə ölümü ilə Bakı şəhəri 2 saylı notariat kontorunda 2v/l-77 reyestr nömrəsi ilə xx.xx.2006-cı ildə açılmış və ancaq miras kütləsinə daxil olan “Vaz 2105 minik markalı avtomobil” üçün Cavabdeh2 Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006- cı il tarixli şəhadətnamə verilmişdir. Odur ki, yuxarıda göstərilən faktlara əsasən və MM-in qeyd edilən maddələrinin tələblərindən çıxış edərək, xx.xx.2006-cı il tarixli ərizənin etibarsız sayılması üçün kifayət qədər əsaslar vardır. Notariat sənədlərindən görünür ki, vərəsəlik işi miras qoyanın vəfatından 7 ay sonra açılmışdır. Həmin vərəsəlik işində olan 6 nömrəli MTK-nın notariat kontoruna təqdim edilməsi üçün tərtib etdiyi yaşayış yerindən arayışdan (işin 11-ci səhifəsi) görünür ki, miras qoyan X3 ailə tərkibinə cavabdehlə yanaşı iddiaçılar da daxildir. Bu da miras qoyanın vəfatından sonra ən azı 7 ay keçənədək olan müddətdə orada yaşayaraq miras əmlakı faktiki sahiblənmək və faktiki idarə etmək yolu ilə qəbul etdiklərini bir daha bariz şəkildə sübut edir. İddiaçı2 atasının vəfatından əvvəl və atası vəfat edərkən də mübahisəli evdə yaşayırdı və atasının vəfatından sonra da, ailə quranadək, yəni 2012-ci ilin dekabr ayınadək faktiki olaraq orada daimi - fasiləsiz yaşamışdır, əmlaka sahiblik etmiş və əmlakı faktiki idarə etmişdir. Atası vəfat edəndə anası yaşlı, Ülkər isə azyaşlı (8 yaşı) olduğundan həmin evi o, faktiki idarə edirdi, anasına və Ülkərə o baxırdı, evin saxlanması və məişət məsələlərini həll edirdi. Birgə təsərrüfat aparırdılar. Qardaşı Emin isə ailəsi ilə başqa ünvanda (Abbasqulu Abbaszadə, ev 17, mənzil 12) yaşayırdılar. İddiaçı2 ailə qurduqdan sonra da və hazırda da əmlaka faktiki sahiblənir, idarə edir və ondan faktiki istifadə edir ki, bununla da atasından qalmış miras əmlakı faktiki sahiblik və onu faktiki idarə etmək üsulları ilə qəbul etmişdir. İddiaçı1 və onun cavabdehdən DİN-nə, Səbail RPİ-nin 8-ci PB-nə verdikləri şikayətlər, bu orqanların cavab məktubları və PB-də aparılan araşdırmalar zamanı toplanmış materiallarla və onların nəticələrinə dair qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla və İddiaçı1 yuxarıda qeyd edilən mülki iddiası üzrə çıxarılan məhkəmə qərarlarında əks olunmuş cavabdehin və onun ailə üzvlərinin izahatları ilə də onun mübahisəli evdə yaşadığı təsdiq edilir. Cavabdeh2 və ailəsi isə anası vəfat etdikdən sonra həmin evə köçmüşlər. Evdən və torpaq sahəsindən imtina etmədiyindən, onları faktiki sahiblik və faktiki idarə etmək üsulu ilə qəbul etdiyindən, xx.xx.2006-cı il tarixli ərizə etibarsız sayılmalı ev və torpaq sahəsindən ibarət olan miras əmlak tərəfindən qəbul edilmiş sayılmalıdır. Vərəsəlik işindəki (2, 25-26 səhifələr) sənədlərdən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və müvafiq torpaq sahəsi üzərində xx.xx.2022-ci ildə miras qoyan X3 mülkiyyət hüquqları tanınaraq DƏDKR tərəfindən adına çıxarış verilmiş, bundan sonra Cavabdeh2 28 saylı notariat ofisinə ərizə ilə müraciəti əsasında ona həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmçinin Cavabdeh2 iddiaçılardan gizli olaraq fərdi yaşayış evi və torpaq üzərində babasının mülkiyyət hüquqlarının 2022-ci ilin dekabrın 13-də DƏDKR-də qeydə alınmasına nail olub, daha sonra notariat ofisindən xx.xx.2022-cu ildə tam irs almasına dair şəhadətnamə alaraq onun əsasında miras əmlakı xx.xx.2022-cu ildə öz adına rəsmiləşdirib çıxarış almışdır. Beləliklə, göründüyü kimi digər cavabdeh 28 saylı Notariat Ofisi miras qalmış əmlaklara (fərdi yaşayış evi və torpaq sahəsi) dair tam hissədə vərəsə kimi Cavabdeh2 tanımaqla iddiaçıların vərəsəlik hüquqlarını pozmuş, miras əmlakdan onlara düşən payı açıq saxlamamaqla tam vərəsə kimi bütün əmlak payını Cavabdeh2 verməklə miras əmlakdan bərabər pay almaqdan onları məhrum etmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçılar mirası qəbul etdikləri andan əmlakın mülkiyyətçisi hesab olunurlar. Cavabdeh2 2006-cı ildə miras-vərəsəlik işi açılan zaman və 2022-ci ilin dekabrında mübahisəli əmlakları öz adına keçirən zaman vicdanla və hüquqa uyğun hərəkət etməyərək, hüquqlarından sui-istifadə edərək, 2022-ci ildə miras əmlakı miras qoyanın adına özəlləşdirməsi barədə əvvəlcədən iddiaçılara məlumat verməmiş, bu proseduru onlardan xəbərsiz apararaq notariat ofisinə müraciət etmiş, onların vərəsəliyə gəlmələrini təmin etməmiş, onlara miras paylarından məhrum olmaları ilə nəticələnən ziyan vurmuşdur.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-981/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin təmin edilərək Bakı şəhəri 28 saylı Notariat Ofisinin notariusu tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-213 reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; həmin şəhadətnamə əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv olunması; ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi və 0,008010 ha torpaq sahəsi üzərində Cavabdeh2, İddiaçı2 və İddiaçı1 hər birinin 1/3 hissədə miras payının müəyyən edilməsi; Cavabdeh2 1/3 hissədə miras payı, İddiaçı2 1/3 hissədə miras payı və İddiaçı1 1/3 hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 28 saylı Notariat Ofisinə həvalə edilməsi; Cavabdeh2 ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun əvəzinin tutularaq hər birinə 100 (yüz) manat olmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki,... qanunun qeyd olunan normasının tələbini və Konstutusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı X5 tərəfindən ünvan 3 ünvanlanmış mirasdan imtinaya dair ərizə xx.xx.2006-cı il tarixdə, yəni miras açıldıqdan 7 ay sonra verildiyi üçün öz-özlüyündə etibarsızdır və onun məhkəmə qaydasında etibarsız hesab edilməsinə lüzum yoxdur. İddiaçı1 doğulduğu vaxtdan babası miras qoyan X3 ailə üzvü kimi anası ilə birlikdə və 2001-ci ildə anasının ölümündən sonra da babasının və nənəsinin himayəsində mübahisəli evdə yaşamış və hal-hazırda da yaşamaqda davam edir. İddiaçı1 mübahisəli evə münasibətdə mərhum babasının vərəsəsidir, belə ki, onun anası babasından əvvəl ölmüş, özü isə miras əmlakı ona faktiki sahiblik və onu faktiki idarə etmək üsulu ilə qəbul etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçı2 atasının vəfatından əvvəl və atası vəfat edərkən də, atasının vəfatından sonra da, ailə quranadək, yəni 2012-ci ilin dekabr ayınadək faktiki olaraq orada mübahisəli evdə daimi yaşamışdır, əmlaka sahiblik etmiş və əmlakı faktiki idarə etmişdir. Atası vəfat edəndə anası yaşlı, Ülkər isə azyaşlı (8 yaşı) olduğundan həmin evi o, faktiki idarə etmiş, anasına və Ülkərə baxmış, evin saxlanması və məişət məsələlərini həll etmiş, birgə təsərrüfat aparmışlar. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlakın hansı usulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması yə təsərrüfatın aparılması uçun icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal usulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik huququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv huququn olmaması səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması huquqlarınm, bu isə öz növbəsində mülkiyyət huququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar (AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı). Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarı). Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 2006-cı ildə miras açılan zaman və 2022-ci ilin dekabrında mübahisəli əmlakları öz adına keçirən zaman hüquqlarından sui-istifadə edərək 2022-ci ildə miras əmlakı miras qoyanın adına özəlləşdirməsi barədə əvvəlcədən iddiaçılara məlumat verməmiş, bu proseduru iddiaçılardan xəbərsiz apararaq notariat ofisinə müraciət etmiş, vərəsəliyə gəlmələrini təmin etməmiş, iddiaçılara miras paylarından məhrum olunmaları ilə nəticələnən ziyan vurmuşdur. "Notariat haqqında” Qanunun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, notariat orqanı mirasın açıldığı yerdə olan və mirası faktiki qəbul etmiş iddiaçılar haqqında vərəsəlik işində məlumatlar (yaşayış yerindən arayış) olmasına baxmayaraq, iddiaçıların miras əmlakdan paylarının müəyyən edilməsi istiqamətində heç bir tədbir görməmiş, onların vərəsəliyə çağırılmalarını təmin etməmiş, miras qalmış əmlaklara (fərdi yaşayış evi və torpaq sahəsi) dair tam hissədə vərəsə kimi Cavabdeh2 tanımaqla iddiaçıların vərəsəlik hüquqlarını pozmuş, miras əmlakdan onlara düşən payı açıq saxlamamaqla, tam vərəsə kimi bütün əmlak payını Cavabdeh2 verməklə miras əmlakdan bərabər pay almaqdan iddiaçıları məhrum etmişdir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
13. Qətnamədən Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil2) və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs (nümayəndəsi və vəkili Vəkil3) tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir.
14. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə digər vərəsə Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə bilərəkdən cəlb etməmişdir. İddiaçı1 2016-cı ildə 18 yaşı tamam olan vaxtı vərəsə olduğunu bilmiş, üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iddiaçı Ruhiyyə Kazımovanın miras əmlakdan imtina etməsi və gələcəkdə vərəsə kimi məhkəmədə iddia qaldırmaması barədə ərizəsinin aydınlaşdırmamışdır. Çünki vərəsəlikdən imtina barədə ərizə geri götürə bilməzdi ki, məhkəmə bu faktiki halı aydınlaşdırmamışdır. Məhkəmə İddiaçı1 2018-ci il tarixdə 18 yaşının tamam olmasını və iddiaçıların vərəsəliyin qəbulu müddətinin uzadılması barədə müraciətlərinin olubolmamasını aydınlaşdırmamışdır. Məhkəmənin qətnaməsindən görünür ki, iddiaçıların vərəsəliklə bağlı notariat orqanına müraciətləri daxil olmamış və Cavabdeh2 mülkiyyətindəki olan fərdi yaşayış evinin sənədləri ƏMDX-nin 1 saylı Ərazi İdarəsinin arxivində saxlanılmışıdr. Məhkəmənin həmin evə dair Çıxarışın verilməsinin iddiaçıların vərəsəlik hüquqlarının pozulması sübut olunmamışdır. Məhkəmə 2006-cı il tarixdə İddiaçı1 azyaşlı olmasını və notariat orqanına çağırıla bilməyəcəyini və iddiaçı Ruhiyyə Kazımovanın 2006-cı il tarixdə mirasın açıldığı yerdə mirası faktiki qəbul etmiş vərəsəlik işində miras əmlakdan imtina barədə rəsmi ərizəsinin yəni məlumatların (yaşayış yerindən arayış) olmasına baxmayaraq, bu hallar dəlillərlə qətnamədə göstərilmiş nəticələrinin və işin hallarına uyğun gəlməməmişdir.
15. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə qətnamənin ləğv edilməsi və ünvan 9(Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi və 0,008010 ha torpaq sahəsi üzərində miras qoyan X3 vərəsəsi kimi ona pay verilməsi qətnamə çıxarılmasını xahiş edib göstərir ki, o, da atasından qalmış miras əmlakdan pay tələb edir.Lakin məhkəmə onu baxılan iş üzrə icraata cəlb etməmitş və hüquqlarını pozmuşdur. 1969-cu ildən 1987-ci il tarixədək miras əmlakı olan evdə yaşayıb. Ailə həyatı qurduqdan sonra ərinə məxsus evdə yaşayıb. Lakin övladları dünyaya gəldikdən sonra həmin miras əmlaka qayıdıb müəyyən müddətlərlə orada yaşayıb övladlarını böyüdüb. Həmçinin həmin miras əmlakda keçirilməli olan xeyir və şər məclislərində təşkilatçılığı aparıb. Onun həmin evdə danılmaz əməyi olub. Miras əmlakla bağlı yaranmış bütün problemləri o, həll edib. Həmin əmlakın təmiri ilə bağlı ustalara göstərişin verilməsini, evdə hansı hissələrin dəyişdirilməsinə ehtiyac olub-olmamasını o və yoldaşı birlikdə ediblər. Yəni, həmin miras əmlakla bağlı bütün problemlərin həlli və aradan qaldırılması məsələlərində o, başda olmaqla iştirak edib. Evin böyük övladı olaraq həmin miras əmlakla bağlı bütün məsləhətlər onunla birlikdə olub. Qeyd olunanlardan göründüyü kimi, konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilməlidir. O, miras açılandan əvvəl və sonra həmin əmlakda yaşayıb. Qanunun tələbinə əsasən, atasına məxsus miras əmlaka faktiki olaraq sahiblik etdiyindən və idarə etdiyindən həmin mənzilə onun da pay hüququ tanınmalıdır. Qeyd olunan qətnamə onun maraqlarına toxunur. Ona görə ki, o, mərhum X3 övladlarından biridir, onun da həmin mübahisəli əmlakda vərəsəlik payı mövcuddur. Lakin hazırkı işdə o, nə maraqlı şəxs kimi işə cəlb olunmayıb, nədəki, məhkəmədə şahid kimi dindirilməyib. O, da atasının vərəsəsidir və ona çatası miras əmlakdan pay istəyir. Hazırkı mübahisəli işə üzrə qətnamə qəbul olunmuş, lakin ona təqdim edilməmişdir. Daha sonra o, Səbail Rayon Məhkəməsinə müraciət edərək maraqlı şəxs kimi tanımağını və qətnamənin təqdim edilməsini xahiş edib. Bundan sonra qətnamə ona xx.xx.2023-cü il tarixdə təqdim olunub.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi, eyni zamanda Maraqlı şəxs da apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və məhkəmədən hər iki şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər, məhkəmədən hər iki şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdilər.
18. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda hər iki apellyasiya şikayətinə etiraz edərək əsassız olduqlarını bildirdilər və təmin olunmamasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1260. Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, ... miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. .... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. 21.”Notariat haqqında” Qanun: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58.Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
26. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
27. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
28. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə bütün vərəsələr nəzərə alınaraq paylarının müəyyən edilməməsi hissəsi istisna olmaqla qalan hissədə düzgün olmuşdur.
29. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşdığından və Cavabdeh2 etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs payının müəyyən edilməməsi istisna olmaqla iddia haqlı sayılır.
30. Məhkəmə tərkibi əvvəlcə Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçılardan İddiaçı1 2016-cı ildə 18 yaşı tamam olan vaxt vərəsə olduğunu bilməsi və üç ay ərzində mirası qəbul etməməsi, eləcə də vərəsəliyin qəbulu üçün müddətin uzadılması barədə müraciətinin olmaması barədə şikayətinin dəlili artıq öz əhəmiyyətini itirmişdir. Çünki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu qərarın hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediləsi də qərara alınmışdır.Bununla da, vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlıığı aradan qalxmışdır. Çünki müddətə bağlılıq vərəsəlik hüququna dair konstitusiya təminatına xələl gətirirdi. Ona görə də İddiaçı1 miras açıldığı gündən miras əmlakın mülkiyyətçisi sayılır.
31. Apellyasiya şikayətinin növbəti dəlili iddiaçı Ruhiyyə Kazımovanın miras əmlakdan imtina etməsi və gələcəkdə vərəsə kimi məhkəmədə iddia qaldırmaması barədə ərizəsi ilə bağlıdır. Bu dəlillə bağlı birinci instansiya məhkəməsi sözü gedən ərizənin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə hüquqi qiymət verərkən göstərib ki, iddiaçı X5 tərəfindən ünvan 3 ünvanlanmış mirasdan imtinaya dair ərizə xx.xx.2006-cı il tarixdə, yəni miras açıldıqdan 7 ay sonra verildiyi üçün öz-özlüyündə etibarsızdır və onun məhkəmə qaydasında etibarsız hesab edilməsinə lüzum yoxdur. Göründüyü kimi, iddiaçı Ruhiyyə Kazımova(Quliyevə) vərəsəlik işində olan bu ərizəni iddia tələbinin bir hissəsi kimi mübahisələndirsə də məhkəmə həmin ərizənin qanunla müəyyən edilmiş müddətdə verilmədiyinə, yəni gec verildiyinə görə ümumiyyətlə etibarlı saymamışdır. Məhkəmə tərkibi də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə mahiyyət etibarı ilə razılaşır. Çünki Mülki Məcəllənin 1256-cı maddəsində mirasın qəbulundan imtina üçün nəzərdə tutulan müddət dəqiq müəyyən edilmişdir. Bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli Qərarındada qeyd edib ki,... vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir... Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, iddiaçı Ruhiyyə Kazımova da miras açıldığı vaxtdan miras əmlakın mülkiyyətçisi sayıldığından və qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsindən imtina etmədiyindən ona münasibətdə də şikayətin dəlilləri əsaslı sayılmır.
32. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayətində göstərilən dəlillər isə miras payının ona münasibətdə müəyyən edilməməsi hissəsində qətnamənin ləğv edilməsi əsasdır. Çünki Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli qərarındada həmçinin göstərdi ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş də Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında olmuşdur. Demək ki, qeyd olunan Qərardakı hüquqi mövqe bu mübahisəyə da şamil edilməlidir. Bu mənada qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul edib-etməməsi məsələsinin yoxlanılmasına ümumiyyətlə əsas və zərurət aradan qalxdığından məhkəmə tərkibi bu istiqamətdə hər hansı bir hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür. Çünki Maraqlı şəxs qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulundan imtina etməsinə dair işdə hər hansı bir sübut mövcud deyildir. Əksinə həm iddiaçı, həm də cavabdeh tərəf miras əmlak üzərində Maraqlı şəxs da miras payının müəyyən edilməsinə etiraz etmədi.
33. Şərh olunanlara əsasən, apellyasiya şikayətləri qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-981/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi qismən, yəni ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi və 0,008010 ha torpaq sahəsi üzərində Cavabdeh2, İddiaçı2 və İddiaçı1 hər birinin 1/3 hissədə miras payının müəyyən edilməsi; Cavabdeh2 1/3 hissədə miras payı, İddiaçı2 1/3 hissədə miras payı və İddiaçı1 1/3 hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 28 saylı Notariat Ofisinə həvalə edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi(Yeni qaydalarla: ünvan 2 və 0,008010 ha. torpaq sahəsi üzərində Maraqlı şəxs, Cavabdeh2, İddiaçı2 və İddiaçı1 hər birinə ¼ hissədə miras payı müəyyən edilməli və Maraqlı şəxs ¼, Cavabdeh2 ¼, İddiaçı2 ¼ və İddiaçı1 ¼ hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 28 saylı Notariat Ofisinə həvalə edilməli; Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-981/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi qismən, yəni ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi və 0,008010 ha torpaq sahəsi üzərində Cavabdeh2, İddiaçı2 və İddiaçı1 hər birinin 1/3 hissədə miras payının müəyyən edilməsi; Cavabdeh2 1/3 hissədə miras payı, İddiaçı2 1/3 hissədə miras payı və İddiaçı1 1/3 hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 28 saylı Notariat Ofisinə həvalə edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi(Yeni qaydalarla: ünvan 2 və 0,008010 ha. torpaq sahəsi üzərində Maraqlı şəxs, Cavabdeh2, İddiaçı2 və İddiaçı1 hər birinə ¼ hissədə miras payı müəyyən edilsin və Maraqlı şəxs ¼, Cavabdeh2 ¼, İddiaçı2 ¼ və İddiaçı1 ¼ hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 28 saylı Notariat Ofisinə həvalə edilsn. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.