Məhkəmə qərarları › İş №2(103)-6747/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6747/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6747/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(006)- 116/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh və və X1 "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e- 2(006)-116/2024 nömrəli qətnaməsi ilə (hakim Heydərova Əfsanə) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi məktub ünvanlayaraq zərurət yaranması ilə əlaqədar e-2(006)-116/2024 nömrəli mülki iş h Nəsimi Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məktubu nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar