Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6749/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifə Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 11 saylı Notariat Kontoru cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1684/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış, reyestrdə 3M-447 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı sata bilmədiyi üçün həmin əmlakın satılmasına görə ona müraciət etmiş və razılaşmaya əsasən onun tərəfindən 296,5 kv metr sahəsi olan əmlak 1 il ərzində satılmalı, satıldıqdan sonra isə əmlakların dəyəri Cavabdeh ödənilməli idi. Bu məqsədlə cavabdeh ona xx xxxx 2018-ci il tarixdə 1 illik etibarnamə ilə ünvan 1 ünvanında fərdi yaşayış evinin 296,5 kv metr sahəsinə dair sərəncam vermək səlahiyyəti verilmişdir. Bu şifahi razılaşmanın təminatı olaraq Cəfərov X1 Elmar Qasım oğlu ilə eyni tarixdə yəni, xx xxxx 2018-ci il tarixdə 06 aylıq kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi faktiki olaraq bağlanmamış, cavabdeh tərəfindən həmin müqavilə üzrə hər hansı bir borc götürülməmiş, həmin müqavilə digər əqdin təminatı olaraq çıxış etmiş, yəni uydurma əqd olmuşdur. Bu müqavilə bağlanan zaman notariusda ona borc olaraq hər hansı bir pul verilməmişdir. Yəni 120.000 manat notariusun depozitinə qoyulmamış, həmin pul onun tərəfindən çıxarılmamışdır. Yəni bu müqavilə onlar arasında formal olaraq bağlanmış, lakin cavabdeh həmin uydurma əqddən istifadə etməklə məhkəməyə iddia verməklə, eyni zamanda etibarnamə əsasında satdığı evlərlə də əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Yəni şəxs əsassız varlanmaq niyyətindədir. Belə ki, həmin kredit müqaviləsi üzrə göstərilən pulu, həm də evlərin alqı-satqı müqavilələrində göstərdiyi dəyərləri istəyir. Bu səbəbdən tərəfindən həmin müqavilənin etibarsızlığının qoyulması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(007)-1684/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 6749/2020 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “borc pulun qaytarılması” tələbinə dair 2(103)- 1280/2020 saylı mülki işlə (sədrlik edən hakim Rəşad Həsənov) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri də hazırki mülki işin sözügedən digər işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: 2(103)-6749/2020 və 2(103)-1280/2020 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)-1280/2020 №-si altında birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6749/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6749/2020
07.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver