Məhkəmə qərarları › İş №2(103)-675/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-675/2025

24.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-675/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna və İddiaçı4 cavabdehlər Zeynalova X25 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: neqator iddia) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X19 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna və İddiaçı4 vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna və İddiaçı4 cavabdehlər Zeynalova X25 və Cavabdeh3 qarşı (Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X21 Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidimiologiya Mərkəzi publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-43/2024 saylı 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdən Cavabdeh3 adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ½ hissə üzrə xx.xx.2022-ci il tarixdən İddiaçı3, ½ hissə üzrə xx.xx.2022-ci il tarixdən X4 adına qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1A, mənzil 5 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə tam payla xx.xx.2022-ci il tarixdən İddiaçı1 Georgiyevnanın adına qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə tam payla xx.xx.2021-ci il tarixdən İddiaçı4 adına qeydiyyata alınmışdır.

5. EL-66/2022 saylı 08 fevral 2022-ci il tarixli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "xxxx" MMC-yə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirməsini həyata keçirməyə icazə verir.

6. “Yasamal-12” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 01/19 nömrəli 27 fevral 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən Galliard restoranının havalandırmasının binanın şaxtasına çıxışı layihədə nəzərdə tutulmamışdır.

7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X21 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən restoranının havalandırma sisteminin yerinin dəyişdirilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilir ki, AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın tələblərinə uyğun olaraq dam hissəsindən 70 sm hündürlükdə quraşdırılmasına riayət olunması şərti ilə etiraz edilmir.

8. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 5 mart 2024-cü il tarixli məktubundan görünür ki, Agentliyin Bakı regional bölməsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı qida obyektinin Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsinə baxan istiqamətdə yerləşən havalandırma borusunun söküldüyü və yeni havalandırma borusunun Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi istiqamətində yerləşdirildiyi müəyyən edilmişdir. “Galliard” restoranına keçirilən baxış zamanı qida obyektinin mətbəx sahəsində, qida qəbulu zalında yerləşdirilən havalandırma sisteminin və mətbəxdə yerləşən sorucu ventilyasiya qurğularının normativ hüquqi aktların tələblərinə uyğun olaraq quraşdırıldığı və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. “Galliard” restoranında quraşdırılmış havalandırma və tüstü-bacasının tam işlək vəziyyətdə olarkən səs-küy səviyyəsinin norma daxilində olması, havalandırma və tüstü-bacasından çıxan tüstü və qoxuların qeyd olunan ünvanda yerləşən iddiaçılara məxsus əmlakdan istifadə etməsinə təsir etməsi halları Agentliyin fəaliyyət istiqamətinə məxsus olmadığından bu barədə rəy bildirilməsi mümkün olmamışdır.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli sanitariya müayinəsi aktından görünür ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin nümayəndələri Ə.Kərimov, P.Abdullayevanın iştirakları ilə məhkəmənin qərardadının icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılan havalandırma sisteminin iş prinsipini təyin etmək üçün İddiaçı3 və iddiaçıların nümayəndə və vəkili Nümayəndə iştirakı ilə həmin obyektin mətbəxində laborator müayinəsinin aparılmasına obyektin nümayəndələri tərəfindən şərait yaradılmamışdır. Aktı öz imzaları ilə təsdiq edirlər. 10.İşin birinci instasniya məhkəməsindəki baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyun 2024-cü il tarixli 3-16-16/2-10/2412 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış havalandırma və tüstü bacasının dam hissədən 70 sm hündürlükdə quraşdırıldığı, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 2 ünvanında 2-ci mərtəbədə yerləşən Zeynalova X18 mülkiyyətində olan qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılmış havalandırma və tüstü-bacasının AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örütüyündən 2m hündürlükdə quraşdırılmadığını, eləcə də fasad hissədə quraşdırıldığını nəzərə alaraq qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılmış havalandırma və tustüs bacasının mövcud AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11- ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

11. İşin apellyasiya baxışı zamanı alınmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3-14-26/2-2346/2025 nömrəli 4 noyabr 2025-ci il tarixli məktubuna əsasən İdarə əməkdaşları tərəfindən X20 Monitorinq İdarəsinin mütəxəssislərinin və ünvan 6 ünvanında fəaliyyət göstərən “Hongkong” restorannın administratoru Vaqif Musayevin iştirakı ilə yerində araşdırma aparılmışdır. Monitorinq zamanı məlum olmuşdur ki, “MAESTRO” iaşə obyektində manqaldan istifadə olunur və “SMARTED” şirkəti tərəfindən tüstü bacasının borusuna elektrostatik qaztoztutucu təmizləyici qurğunun və iy-qoxunun qarşısını almaq məqsədilə karbon filterlərinin quraşdırıldığı müəyyən edilmişdir. Qeyd etmək istərdik ki, restoranın havalandırma sistemi obyektin dam örtüyünə qədər quraşdırılmışdır. Araşdırma müddətində Xəzər KEMİ-nin mütəxəssisi tərəfindən atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə, SKY-2000 R5 səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmışdır. Nəticələrə əsasən, dəm qazı (CO) - 3,1 mq/m3 (norma 5 mq/m3 ) təşkil edərək, ətraf mühit üçün yol verilən norma daxilində olduğu müəyyən edilərək xx.xx.2025-ci il tarixli, 003779 nömrəli monitorinq aktı tərtib olunmuşdur. 12.İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X21 Xidməti 2-ci Ərazi X21 İdarəsinin Cavabdeh3 ünvanlanmış 3-18-63/2-R- 2589-42/SO/2025 nömrəli 19 sentyabr 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-675/2025 saylı, 25 iyun 2025-ci il tarixli Qərardadına əsasən ünvan 7 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin qeyri yaşayış sahəsində havalandırma və tüstü-bacanın qoşulduğu boru AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin ç) bəndinə uyğun olaraq dam örtüyündən 2 m hündürlükdə quraşdırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsində havalandırma və tüstü-baca “X11 X2”nın 2.11-2.14-cü bəndlərinin tələblərinə tam şəkildə uyğundur. Tüstü bacaların borularının birləşmə nöqtələri kipdir, boşluq mövcud deyil və tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan “ciblərin” vəziyyəti, başlıqlar və kəsiklər yanğın təhlükəsizliyinə dair qanunvericiliyin YTQ 01-2001 bənd 7.17 tələblərinə uyğundur. Araşdırma zamanı belə bir nəticəyə gəlinmişdir ki, ünvan 7 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış havalandırma və tüstü-baca sistemi “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”na, AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirilmə normaları”na, yanğın təhlükəsizliyinə dair qanunvericiliyin YTQ 01-2001 bənd 7.1 və 7.6-cı tələblərinə uyğundur. Havalandırma və tüstü-bacanın qoşulduğu borunun qeyri-yaşayış binasının ön fasad hissəsində quraşdırılmasına gəlincə qeyd olunmalıdır ki, “Tikinti obyektlərinin mühəndis kommunikasiya təminatı Qaydaları”nın 2.10-cu bəndinə əsasən mühəndiskommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir. Bu qaydalar 23 fevral 2015-ci il tarixdə qəbul edilmişdir və həmin qaydaların 1.3-cü bəndinə görə Bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur. Həmin qaydaların 4.2-ci bəndinə görə Hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir. Baxış keçirilən qeyri-yaşayış sahəsinin yerləşdiyi bina qazla təchiz edilməmişdir və bina “Tikinti obyektlərinin mühəndis kommunikasiya təminatı Qaydaları” qəbul edilməmişdən öncə inşa edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsinin havalandırmasının binanın şaxtasına sərbəst çıxışı layihədə nəzərdə tutulmamışdır. YTQ 03.2002-nin 3.4.7 bəndinin tələblərinə əsasən havalandırma və tüstü bacaları müstəqil şəkildə quraşdırılmalı, binanın ümumi şaxtasına qoşulmamalıdır. Bu səbəbdən bizim qurum tərəfindən havalandırma və tüstü-bacanın qoşulduğu borunun qeyri-yaşayış binasının ön fasad hissəsində quraşdırılması qüvvədə olan norma və qaydaların tələblərinə uyğun hesab edilir. Əlavə olaraq qeyd edilmişdir ki, 31 iyul 2025-ci il tarixli məktubuda da qeyd olunduğu kimi tüstübacada yağ qalıqları təmizlənmədiyindən müvafiq şəxs məsuliyyətə cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna, İddiaçı2 və İddiaçı4 cavabdehlər Zeynalova X22 və X3 qarşı (Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X21 Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidimiologiya Mərkəzi publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zeynalova X18 mülkiyyətində olan, digər cavabdeh X1 icarə əsasında istifadəsində olan ünvan 7 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə, binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilməklə sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Zeynalova X18 mülkiyyətində olan, digər cavabdeh X1 icarə əsasında istifadəsində olan ünvan 7 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə, binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilməklə sökülməsinə və cavabdeh Zeynalova X18 mülkiyyətində olan, digər cavabdeh X1 icarə əsasında istifadəsində olan ünvan 7 ünvanında 2-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsində quraşdırılmış split kondisionerlərin 8 ədəd mühərriklərinin ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının üzərindən, yəni İddiaçı3 mülkiyyətində olan və həmin binanın sonuncu 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin damından götürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.

16. Həmçinin iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə 11 iyul 2024-cü il tarixində vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh3 hazırki mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh3 və Zeynalova X18 mülkiyyətində olan ünvan 7 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilməklə sökülməsi (demontaj edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia onunla əsaslandırılmışdır ki, onlar ünvan 8 ünvanında yerləşən yaşayış kompleksində qeyri-yaşayış və mənzil sahələrinin mülkiyyətçiləridir. ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində, sahəsi 996,7 kv metr olan, təxminən 250-300 nəfərlik tutumu olan “GALLİARD” adlı restoran fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi (restoran) cavabdeh Zeynalova X18 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış sahəsini cavabdeh – fərdi sahibkar X5 icarə əsasında restoran kimi işlədir və onun istifadəsindədir. Bu ilin yanvar ayının ortalarında binanın 2-ci mərtəbəsində yerləşən həmin qeyri-yaşayış sahəsində - “GALLİARD” restoranın havalandırma sistemində böyük miqyaslı yanğın baş vermişdir. Bu yaxınlarda həmin qeyri-yaşayış sahəsində (“GALLİARD” adlı restoranda) təmir-tikinti və quraşdırma işləri aparılmışdır. Həmin təmir-tikinti və quraşdırma işləri artıq yekunlaşmışdır və nəticədə məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış sahəsində (restoranda) havalandırma sistemi və tüstü bacası heç bir norma və qaydalara uyğun olmayaraq, obyektin daxilindən binanın Bəsti Bağırova küçəsinə baxan istiqamətdə fasada doğru çəkilmişdir. Qeyd etmək istəyir ki, həmin qeyri-yaşayış sahəsini (restoranı) idarə edən şəxslərə dəfələrlə xəbərdarlıq edilmişdir ki, restoranın havalandırma sistemini və tüstü bacasını həmin yerdən çəksinlər. Belə ki, havalandırma sistemi və mətbəxdəki avadanlıqların tüstü-bacası həmin yerdən çəkildiyi üçün həm binanın, həm də şəhərin mərkəzi hissələrindən biri olan “statistika dairəsi” deyilən ərazinin görüşünə xələl gətirir, tüstü bacasının binanın əsas küçəyə baxan fasadından çıxması həm küçənin, həm də binanın bütün mənzillərinin və obyektlərin tüstüyə qərq olması, his, qoxu və zərərli qazlarla bürünməsi, ən əsası isə yanğın təhlükəsi ilə üz-üzə qoyur. Hətta bu barədə həmin binanın sakinləri və sahə mülkiyyətçiləri tərəfindən müxtəlif dövlət orqanlarına müraciət edilmiş, FHN-nin əməkdaşları tərəfindən yerində müayinə aparılmış və müvafiq akt tərtib edilmişdir. Yoxlama vaxtı qeyd olunan tüstü-bacasından istifadə edilmədiyi üçün və həmin vaxt tüstübacanın quraşdırılması tam yekunlaşmadığı üçün hər hansı tədbir görülməmişdir. Bu xoşagəlməz və təhlükəli vəziyyət çoxmərtəbəli yaşayış binasının sakinlərini və obyekt sahiblərini çox narahat edir. Cavabdehlər tərəfindən həmin qanunsuz quraşdırılmış tüstübacasından istifadə hələ də davam etdirilir. Ərizəyə əlavə edilmiş fotoşəkillərlə, eləcə də məhkəməyə təqdim edəcəyi video görüntülərlə də sübut olunur ki, cavabdeh tərəfindən heç bir tikinti və təhlükəsizlik, yanğın, sanitar-gigiyenik və digər norma və qaydalara riayət olunmadan qanunsuz olaraq havalandırma və tüstü-bacası quraşdırılmışdır.

18. Daha sonra İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək ona dair hissədə iddiadan imtina etdiyini bildirmiş və icraata ona aid olan hissədə icraata xitam verilməsini xahiş etmişdir.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-43/2024 nömrəli 25 sentyabr 2024-cü il tarixli qərardadına əsasən İddiaçı2 iddiadan imtinası qəbul olunaraq mülki iş üzrə İddiaçı2 aid hissədə icraata iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməsi qərara alınmışdır.

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-43/2024 saylı 25 sentyabr 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 9 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-baca qanunsuz hesab edilərək sökülməsinin Cavabdeh3 üzərinə qoyulması qət edilmişdir.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 7 ünvanında 2-ci mərtəbə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının dam hissədən 70 sm hündürlükdə quraşdırıldığı müəyyən edilmişdir. Sözügedən qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə havalandırma və tüstü bacasının çıxışı pəncərənin üzərində quraşdırıldığınıdan, həmin havalandırma və tüstü bacası AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən 2 m hündürlükdə quraşdırılmadığından, eləcə də fasad hissədə quraşdırıldıldığından, qeyriyaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılan havalandırma və tüstü bacası mövcud AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinin tələblərinə uyğun deyildir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyun 2024-cü il tarixli 3-16-16/2-10/2412 saylı ekspert rəyinə əsasən ünvan 7 ünvanında 2ci mərtəbə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü bacası AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən 2 m hündürlükdə quraşdırılmadığını, eləcə də fasad hissədə quraşdırıldığını nəzərə alaraq, qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılan havalandırma və tüstü bacası mövcud AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinin tələblərinə uyğun olmadığından iddia tələbi əsaslı olmaqla təmin edilməli və ünvan 9 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-baca qanunsuz hesab edilərək sökülməsi Cavabdeh3 üzərinə qoyulmalıdır.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh3 mülkiyyətində olduğundan iddia cavabdeh Zeynalova X22 qarşı hissədə təmin edilməməlidir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 180 və 227-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

25. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-43/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X21 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən restoranının havalandırma sisteminin yerinin dəyişdirilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilir ki, AzDTN 2.12- 2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın tələblərinə uyğun olaraq dam hissəsindən 70 sm hündürlükdə quraşdırılmasına riayət olunması şərtinə etiraz edilmir. Nə birinci instansiya məhkəməsi, nə də ekspert dam örtüyünün hansı materialdan olmasını və hansı səbəbdən Fövqəladə Hallar Nazirliyi X21 Xidmətinin havalandırma və tüstü-bacasının dam örtüyündən qaydalarda nəzərdə tutulduğu kimi 2 metr deyil, məhz 70 sm hündürlükdə quraşdırılmağa icazə verildiyini araşdırmamışdır. Nəzərə almaq lazımdır ki, havalandırma və tüstü bacası lisenziyalı şirkət (Geo Proyekt MMC) tərəfindən tərtib və təsdiq edilmiş layihə sənədləri əsasında Fövqəladə Hallar Nazirliyi X21 Xidmətinin quraşdırılmışdır. Ən azından məhkəmə Fövqəladə Hallar Nazirliyi X21 Xidmətinin icazəsini qanunsuz sayırsa iddianı qismən təmin etməklə havalandırma və tüstü bacasının dam örtüyündən 70 sm deyil, 2 metr hündürlükdə quraşdırılması öhdəliyini müəyyən edə bilərdi. Lakin, bunun üçün də iddiaçılara hər hansı bir təhlükə olması halı sübuta yeririlməli idi. Havalandırma və tüstü bacasının dam örtüyündən 70 sm məsafədə quraşdırılmasının iddiaçıların hansı hüquqlarını pozması, onlara nə kimi təhlükə törətməsi əsaslandırılmamış, bu istiqamətdə hər hansı bir araşdırma aparılmamışdır. Məhkəmə bu maddi hüquq normasını tətbiq etsə də nəzərə almamışdır ki, normanın özündə istisnalar mövcuddur və müvafiq dövlət orqanı da həmin normadan kənara çıxmağa icazə vermişdir. Məhkəmə nəzərə almamışdır ki, istinad etdiyi “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” 23 fevral 2015-ci il tarixdə qəbul edilmişdir. Həmin qaydaların 1.3-cü bəndinə görə, bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur. Həmin qaydaların 4.2-ci bəndinə görə hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir. Lakin, nə birinci instansiya məhkəməsi, nə də ekspert mübahisəli tüstü bacasının yerləşdiyi binanın nə zaman inşa edildiyini və bu qaydaların bu binaya tətbiq edilib-edilə bilməyəcəyini araşdırmamış, o cümlədən binanın ümumiyyətlə qazla təchiz edilmədiyini nəzərə almamışdır. Halbuki, bina 2015-ci ildən öncə inşa edilmişdir. İş materiallarında olan “Yasamal-12” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 01/19 nömrəli 27 fevral 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən “Galliard” restoranının havalandırmasının binanın şaxtasına çıxışı layihədə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi bu maddi hüquq normasını tətbiq etməli olduğu halda etməmişdir. Belə ki, iddia tərəfi havalandırma və tüstü bacasının quraşdırılması nəticəsində onlara hər hansı bir maddi zərər dəyməsini sübuta yetirə bilməmişlər. İddiaçılar binanın görüntüsünün korlandığını, ərazinin tüstüyə qərq olduğunu, his, qoxu və zərərli qazlara bürünməsini iddia etsələr də, bu hallar sübuta yetirilməmişdir. Bu hallar mövcud olsa belə bunun iddiaçıların əmaklarından istifadə edilməsinə maneçilik yaranması halları və bu maneələrin əhəmiyyətli olması sübut olunmamışdır. Birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, ekspert qarşısında qoyulmuş suallara tam cavab almadan, bu istiqamətdə araşdırma aparmadan işi yekunlaşdırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştiak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi ekspertin rəyinə əsasən iki məsələyə istinad edir: tüstü bacasının damdan iki metrdən az məsafədə olduğuna və əsas fasad ilə getdiyinə. Tüstü bacası ilə bağlı FHN-dən məktubları vardır. Həmin tüstü bacasını lisenziyası olan şirkət çəkmişdir. Bundan başqa istinad olunan norma 2015-ci il tarixinə aid olan normadır, bina isə həmin tarixdən əvvəl tikilmişdir. İddia qaldırılan zaman tüstü bacası maneəçilik yaradırdı, hazırda isə dəyişikliklər olmuşdur və heç bir maneəçilik yoxdur. İki il bundan qabaq tüstü bacası qonşunun şaxtasına qoşulmuşdur, daha sonra orada yanğın baş verdiyindən, onlar təqribən 20 min manat zərər ödədilər. Qonşu yenidən qoşulmağa icazə vermədi. Əsas fasadla bağlı məsələyə gəldikdə isə qarşı tərəfin bununla bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmənin gedişində FHN-dən rəy alındı və lisenziyası olan şirkət dəvət edildi, onların sxeminə əsasən tüstü-baca çəkildi. İki nəfər iddiaçı ilə qeyri-yaşayış sahəsinin tüstü-bacası arasında 100-150 m fərq vardır və onu fiziki cəhətdən hiss etmək mümkün deyildir. Məhkəmə qətnaməsi çıxardıqdan sonra tüstü bacasının hündürlüyü 2 m-ə qaldırıldı. Qarşı tərəfin istinad etdiyi normativ hüquqi akt 2015-ci il tarixində qüvvəyə minmişdir. Həmin normativ hüquqi akt yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə aiddir. Bu bina 20 ilin binasıdır və bu qaydaları bura tətbiq etmək olmaz. Fövqəladə Hallar Nazirliyinin İkinci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin 19 sentyabr 2025-ci il tarixli məktubundan hər şey ətraflı şəkildə qeyd edilmişdir. Xüsusilə qeyd edilmişdir ki, tüstü-baca ayrıca olmalıdır, binanın daxilindən olmamalıdır. Əlavə olaraq qoxunu-qazı boğmaq üçün xüsusi avadanlıqlar quraşdırılmışdır. Maksimum dərəcədə kiməsə narahatlıq etməmək üçün hər şey edilmişdir. 29.Məhkəmə kollegiyasının iclasında iştiak edən iddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna və İddiaçı4 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, burada havalandırmadan söhbət getmir, sadəcə tüstü bacası ilə bağlı problem vardır. Həmin qeyri-yaşayış sahəsi tikilən zaman orada qaz nəzərdə tutulmamışdır. Oranın restoran kimi fəaliyyət göstərməsi nəzərdə tutulmamışdır. İstəyirlər ki, iki il bundan qabaq necə istifadə olunmuşdursa hazırda da elə istifadə olunsun. Normativlərə əsasən tüstü bacası yaşayış sahəsinin şaxtasına qoşularaq damından iki metr yuxarı qaldırılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iki dəfə ekspertiza keçirilmişdir. Həmin rəylərə əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən qaz xətlərinin qanunsuz qoşulması ilə bağlı rəy verilmişdir. Tüstü bacalarının istismarında X2 vardır. Həmin qaydaların 1.2-ci bəndində qeyd edilir ki, tikinti obyektlərinin tüstü-bacalarının layihələndirilməsi və tikintisi tikinti obyektinin təyinatına uyğun olaraq Nazirlər Kabinetinin 23 fevral 2015-ci il tarixli, 46 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin mühəndis kommunikasiya təminatı qaydalarının, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, yanğın təhlükəsizliyinə dair qanunvericiliyin və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun həyata keçirilməlidir. Yəni tüstü-bacaları tikilməsi üçün əvvəlcə bu normalara uğun şəkildə layihələndirilməlidir. Birincisi qarşı tərəfin heç layihəsi yoxdur. Qeyri-yaşayış sahəsi yaşayış binasına yaxın olduğu üçün həmin qaydalara əsasən həmin tüstü-baca yaşayış binasının damından 2 metrə çıxmalıdır. Həmçinin normalarda yazılır ki, tüstü-baca binanın əsas fasadından çıxmalı deyildir. Bir haldakı binaya qaz verilməyibsə, necə ola bilər ki, həmin binaya tüstü-baca quraşdırılır?!. Yerli baxış zamanı müəyyən olundu ki, qanunsuz olaraq qaz balonları qoyulmuşdur və ondan sitifadə edilir. Qeyri-yaşayış binasının dam örtüyü beton deyildir, dəmirdəndir. Yerli baxış zamanı müəyyən olundu ki, bitişik binada 300-dən çox mənzil vardır. Eyni zamanda cavabdehin mülkiyyətində olan qeyri-yaşayış binasının ikinci mərtəbəsindədir. İddiaçılardaın birinin isə əmlakı binanın üçüncü mərtəbədədir. İş materiallarında təqdim olunmuş videogörüntülər və fotoşəkillər vardır. Belə ki, həmin tüstü-bacadan istifadə olunan zaman oradan ətrafa yayılan tüstü, iyi, qoxu iddiaçılardan birinin obyektinə, digər iddiaçıların evinə daxil olur. Daha əvvəl cavabdeh tərəfin tüstü-bacası normativlərə uyğun olaraq qonşu əmlakın vasitəsilə binanın ümumi şaxtasına qoşulmuşdu və həmin tüstü binanın 20 mərtəbəsindən yuxarı qalxırdı. Daha sonra həmin tüstü-bacaya qulluq olunmalıdır. Tüstü-bacaya qulluq olunmadığına görə yanğın baş vermiş və qonşunun əmlakına da zərər dəymişdir. Yanğın baş verdikdən sonra qonşu daha buna icazə vermədi. Hazırda qonşu icazə vermədiyi üçün hazırkı tüstü-baca bina sakinlərini narahat edir. Onlar təhlükəsizlikdən, eyni zamanda tüstü-bacanın qoxusundan və görünüşündən narazıdırlar. 30.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 32.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 9 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-baca qanunsuz hesab edilərək sökülməsinin Cavabdeh3 üzərinə qoyulması qət edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

35.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 36.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 37.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

38. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 39.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 40.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

41. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 42.170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 43.170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 44.171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 45.171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 46.171.3-cü maddəsinə əsasən, əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

47. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnızbaşqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

48. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyatakeçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

49. 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

50. 1098-ci maddəsinə əsasən, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir.

51. “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası” Qadalarının 1.2-ci bəndinə görə tikinti obyektlərinin tüstü bacalarının layihələndirilməsi və tikintisi (quraşdırılması) tikinti obyektinin təyinatına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 23 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, yanğın təhlükəsizliyinə dair qanunvericiliyin və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun həyata keçirilir.

“Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları”nın

52. 2.9.1-ci bəndinə əsasən, bədbəxt hadisələrin baş verməməsi və partlayış zamanı insanların zədə almasının qarşısının alınması məqsədi ilə layihə sənədlərində bir sıra tədbirlər nəzərdə tutulmalıdır, o cümlədən isitmə və isti su təchizatı sistemlərində, qazişlədən avadanlıqlarda, tüstü bacaları və borularında, qaz və yanğın təhlükəli mayeləri nəql edən boru kəmərlərində təhlükəsizlik qaydalarına riayət olunması.

53. 2.10-cu bəndinə əsasən, mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir.

54. AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci “ç” bəndinə əsasən, tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən ən azı 2 m hündürlükdə atılması. Tüstü çıxışının kənarından ən azı 2 m məsafədə dam örtüyünün yanmayan materiallarla qorunması ilə, daha az hündürlükdə tüstünün atılmasına yol verilir. Təbii sorma olduqda şaxtaların üzərində deflektorların qoyulması nəzərdə tutulmalıdır. Mexaniki sistemlərdə borulardan tüstünün atılması zontlar olmadan nəzərdə tutulmalıdır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

56.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

57.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia rədd edilməlidir. 58.İddiaçıların tələblərinin əsası kimi istinad etdikləri hallardan görünür ki, Cavabdeh3 adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsində (restoranda) havalandırma sisteminin və tüstü bacasının qüvvədə olan norma və qaydalara uyğun olmayan qaydada quraşdırıldığı iddia edilir. İddiaçılar, havalandırma sisteminin obyektin daxilindən binanın Bəsti Bağırova küçəsinə baxan fasadı istiqamətində çəkilməsi, eləcə də tüstü bacasının binanın əsas küçəyə baxan fasadından çıxarılması nəticəsində şəhərin mərkəzi hissəsində yerləşən “statistika dairəsi” adlanan ərazinin görüşünə xələl yetirildiyini, həm də tüstü bacasının binanın əsas küçəyə baxan fasadından çıxarılmasının küçənin, habelə binada yerləşən bütün mənzillərin və obyektlərin tüstüyə, hisə, qoxuya və zərərli qazlara məruz qalmasına səbəb olduğunu, eyni zamanda bu vəziyyətin yanğın təhlükəsi yaratdığını bildirirlər. 59.İddiaçıların tələblərindən belə görünür ki, bu tələblər mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 60.İddia ərizəsində qeyd olunan bu halları aydınlaşdırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq növdən ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 61.Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2024-cü il tarixli 3-16-16/2-10/2412 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 7 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindəki havalandırma sistemi və tüstü bacası AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən 2 m hündürlükdə quraşdırılmamışdır. 62.Ekspert həmçinin havalandırma sisteminin və tüstü bacasının qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırıldığını nəzərə alaraq bunun AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın 2.10-cu maddəsinin tələblərinə uyğun olmadığı barədə rəy vermişdir. 63.Yuxarıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi ünvan 9 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacanı qanunsuz hesab edərək sökülməsi vəzifəsini qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh3 üzərinə qoymuşdur.

64. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 7 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü bacası AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən 2 m hündürlükdə quraşdırılmamışdır. Eləcə də fasad hissədə quraşdırıldıldığından, qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılan havalandırma və tüstü bacası mövcud AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinin tələblərinə uyğun deyildir.

65. Məhkəmə cavabdehə məxsus daşınmaz əşyadan iddiaçılara yönələn təsirin (qaz, buxar, qoxu, his, tüstü və s.) nədən ibarət olduğunu, həmin təsirlərin normativ (icazə verilən) həddi aşıb-aşmadığını, mövcud səviyyənin iddiaçılara real maneə yaradıbyaratmadığını və s. məsələləri müəyyən etməyə cəhd göstərsə də, iş üzrə qeyd olunan mübahisəli məsələlər üzrə araşdırmanın aparılması, xüsusi biliyə malik olan ekspert və mütəxəssislər tərəfindən sorğulara müvafiq qaydada aydın və tam şəkildə cavablar verilmədiyindən, mümkün olmamışdır. 66.Apellyasiya şikayətində istinad olunan dəlillərin yoxlanılması məqsədilə məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırmalar aparılmış, bu istiqamətdə suallar formalaşdırılaraq mütəxəssis rəyləri alınmış, həmçinin yerində baxış həyata keçirilmişdir. 67.Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi X21 Xidməti 2-ci Ərazi X21 İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-675/2025 saylı xx.xx.2025-il tarixli qərardadına əsasən ünvan 9 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə keçirildiyi baxış barədə xx.xx.2025-ci il tarixli akt tərib edilmişdir.

68. Qeyd edilən akta əsasən müəyyən edilmişdir ki, müvafiq ünvanda havalandırma və tüstü bacanın qoşulduğu boru AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın 2.11-ci maddəsinin (ç) bəndinə uyğun olaraq dam örtüyündən 2 metr hündürlükdə quraşdırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsində havalandırma və tüstü baca “Tüstü bacalarının istismarında X2”nın 2.11-2.14-cü bəndlərinin tələblərinə tam şəkildə uyğundur. Tüstü bacaların borularının birləşmə nöqtələri kipdir, boşluq mövcud deyil və tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan “ciblərin” vəziyyəti, başlıqlar və kəsiklər yanğın təhlükəsizliyinə dair qanunvericiliyin YTQ 01-2001 bənd 7.17-ci tələblərinə uyğundur. 69.Araşdırma zamanı belə bir nəticəyə gəlinmişdir ki, Bakə şəhəri, Yasamal rayonu Bəsti Bağırova (M.Naxçıvani) küçəsi, ev 2 ünvanında ikinci mərtəbədə yerləşən qeyriyaşayış sahəsində quraşdırılmış havalandırma və tüstü baca sistemi “Tüstü bacalarının istismarında X2”na, AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-na, yanğın təhlükəsizliyinə dair qanunvericiliyin YTQ 01-2001 bənd 7.1-ci və 7.6-cı tələblərinə uyğundur. 70.Havalandırma və tüstü bacanın qoşulduğu borunun qeyri-yaşayış binasının ön fasad hissəsində quraşdırılması ilə əlaqədar qeyd olunmuşdur ki, “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın 2.10-cu bəndinə əsasən, mühəndiskommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir. Bu Qaydalar 23 fevral 2015-ci il tarixində qəbul edilmişdir və həmin Qaydaların 1.3-cü bəndinə görə bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur. Həmin Qaydaların 4.2-ci bəndinə görə hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları qüvvədə olan qaz təchizatı üzrə layihələndirilmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir. 71.Baxış keçirilən qeyri-yaşayış sahəsinin yerləşdiyi bina qazla təchiz edilməmişdir və bina “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları” qəbul edilməmişdən öncə inşa edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyriyaşayış sahəsinin havalandırmasının binanın şaxtasına sərbəst çıxışı layihədə nəzrdə tutulmamışdır. YTQ 03.2002-nin 3.4.7-ci bəndinin tələblərinə əsasən havalandırma və tüstü bacaları müstəqil şəkildə quraşdırılmalı, binanın ümumi şaxtasına qoşulmamalıdır. Bu səbəbdən qurum tərəfindən havalandırma və tüstü bacanın qoşulduğu borunun qeyriyaşayış binasının ön fasad hissəsində quraşdırılması qüvvədə olan norma və qaydaların tələblərinə uyğun hesab edilmişdir. 72.Göründüyü kimi, mövcud vəziyyətdə mübahisəli qeyri-yaşayış sahəsində havalandırma və tüstü bacasının qoşulduğu borunun AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın 2.11-ci maddəsinin (ç) bəndinə uyğun olaraq dam örtüyündən 2 metr hündürlükdə quraşdırıldığı müəyyən edilmişdir. Eyni zamanda həmin qeyri-yaşayış sahəsində havalandırma və tüstü bacasının “Tüstü bacalarının istismarında X2”nın 2.11-2.14-cü bəndlərinin tələblərinə tam şəkildə uyğun olduğu, tüstü bacalarının borularının birləşmə nöqtələrinin kip olduğu, boşluqların mövcud olmadığı, həmçinin tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulmuş “ciblərin” vəziyyətinin, başlıqların və kəsiklərin yanğın təhlükəsizliyinə dair qanunvericiliyin YTQ 01-2001 bənd 7.17-ci tələblərinə uyğunluğu müəyyən edilmişdir. 73.Bununla da müəyyən edilmişdir ki, ünvan 9 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində havalandırma və tüstü bacası AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın 2.11-ci maddəsinin (ç) bəndinə və digər aidiyyəti normativ-hüquqi aktların tələblərinə uyğun quraşdırılmışdır. Bu səbəbdən sözügedən qorğuların gələcəkdə qonşu yaşayış və qeyri-yaşayış sahələri üçün yanğın təhlükəsi yaratması ehtimalının mövcud olmadığı qənaətinə gəlinmişdir. 74.İddiaçıların öz sahəsindən istifadə etmələrinə maneə törədilməsi, habelə qonşu sahədən gələn qoxu, his, tüstü və zərərli qazların təsiri ilə bağlı isitnadları qiymətləndirilərkən, aşağıdakı hüquqi müddəaların da nəzərə alınması zəruridir. 75.Belə ki, Mülki Məcəllənin 170-171-ci maddələrinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Əgər mülkiyyətçi əhəmiyyətli təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 76.Yuxarıda qeyd edilənlərə əsasən nəzərə alınmalıdır ki, mübahisə predmeti olan havalandırma sistemi və tüstü bacasının normal fəaliyyəti nəticəsində his, qoxu və tüstünün əmələ gəlməsi faktı öz-özlüyündə bu əsasla iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Bununla yanaşı həmin hallara dair tələb irəli sürən şəxsin marağının pozulduğu və onun həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. 77.Bu zaman formal mülahizələrlə kifayətlənilməməli, iddiaçının konkret olaraq hansı marağının pozulduğu, mübahisəli obyektin həmin marağa hansı formada xələl gətirdiyi, yəni iddiaçı üçün hər hansı texniki, ekoloji və ya digər məhdudiyyət yaratdığı, real maneə törətdiyi və s. hallar sübutlarla təsdiq edilməlidir. İddiaçının zəruri sübutları müstəqil əldə etmək imkanı olmadığı təqdirdə, həmin sübutları tələb etmək barədə vəsatətinə əsasən mübahisəli məsələlərə dair xüsusi biliyə malik olan ixtisaslı mütəxəssislərin rəylərinin əldə edilərək məhkəməyə təqdim edilməsi təmin edilməlidir. Belə ki, umumi qaydaya görə, qonşu daşınmaz əmlakdan gələn qanunsuz təsirin mövcudluğunu və bu təsir nəticəsində zərərə məruz qaldığını iddia edən şəxs sübuta yetirməlidir. 78.Baxılan işdə cavabdehə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış havalandırma sisteminin və tüstü bacasının iddiaçıların mülkiyyətində olan daşınmaz əmlakdan istifadəyə real maneə yaratması, onlara hər hansı texniki və ya digər məhdudiyyət törətməsi, məhdudiyyətin nədən ibarət olması, məsələn, havaya buraxılan qazların həqiqətən də zərərli olması və s. bu kimi hallar iddiaçılar tərəfindən konkret və mötəbər sübutlarla əsaslandırılmamışdır.

79. İddiaçılar cavabdehə məxsus daşınmaz əşyadan gələn kəskin qoxunun, hisin və tüstünün yol verilən həddi aşdığını iddia edərək, sübut kimi yalnız video görüntüləri məhkəməyə təqdim etmişlər. Birinci instansiya məhkəməsi də öz növbəsində bu halların aydınlaşdırılması məqsədilə xüsusi biliyə malik olan ekspert və mütəxəssislər müraciət etməyə cəhd göstərsə də, aparılmış araşdırma nəticəsiz qalmışdır. Nəticədə mübahisəli təsirlərin xarakteri, intensivliyi və normativ hədlərə uyğun olub-olmaması barədə qoyulmuş suallar üzrə rəyin əldə edilməsi mümkün olmamışdır. 80.Bu səbəbdən, məhkəmə tərəfindən cavabdehə məxsus daşınmaz əşyadan iddiaçılara yönələn təsirin nədən ibarət olduğu (qaz, buxar, qoxu, his, tüstü və s.), həmin təsirlərin normativ (icazə verilən) həddi aşıb-aşmadığı, mövcud səviyyənin iddiaçılara real maneə yaradıb-yaratmadığı, habelə hüquqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub-olmadığı, əgər pozursa bu təsirin adi istifadə və normal təsərrüfat fəaliyyəti çərçivəsində baş verdiyi, yoxsa bir istehsalat qüsurundan (tədbirsizliyindən, təhlükəsizlik qaydalarının pozulmasından) irəli gəldiyi, iddiaçıların bu təsirdən faktiki zərərə məruz qalıb-qalmadıqları, zərər varsa onun həcmi və zərərlə təsir arasında səbəbli əlqənin mövcudluğu məsələləri araşdırılmamış qalmışdır. 81.İşin bu mübahisəli hallarının həlli xüsusi bilik tələb etdiyindən, məhkəmə kollegiyası cavablandırılması zəruri olan texniki və ekoloji məsələlər üzrə mütəxəssis rəyinin alınmasının vacibliyi qənaətinə gəlmişdir. 82.İşin apellyasiya baxışı zamanı alınmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3-14-26/2-2346/2025 nömrəli 4 noyabr 2025-ci il tarixli məktubuna əsasən İdarə əməkdaşları tərəfindən X20 Monitorinq İdarəsinin mütəxəssislərinin və ünvan 6 ünvanında fəaliyyət göstərən “Hongkong” restoranın administratoru Vaqif Musayevin iştirakı ilə yerində araşdırma aparılmışdır. Monitorinq zamanı məlum olmuşdur ki, “MAESTRO” iaşə obyektində manqaldan istifadə olunur və “SMARTED” şirkəti tərəfindən tüstü bacasının borusuna elektrostatik qaztoztutucu təmizləyici qurğunun və iy-qoxunun qarşısını almaq məqsədilə karbon filterlərinin quraşdırıldığı müəyyən edilmişdir. Qeyd edilmişdir ki, restoranın havalandırma sistemi obyektin dam örtüyünə qədər quraşdırılmışdır. Araşdırma müddətində Xəzər KEMİ-nin mütəxəssisi tərəfindən atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə, SKY-2000 R5 səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmışdır. Nəticələrə əsasən, dəm qazı (CO) - 3,1 mq/m3 (norma 5 mq/m3 ) təşkil edərək, ətraf mühit üçün yol verilən norma daxilində olduğu müəyyən edilərək xx.xx.2025ci il tarixli, 003779 nömrəli monitorinq aktı tərtib olunmuşdur. 83.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəmənin sorğusuna əsasən verdiyi cavabdan göründüyü kimi, iddiaçıların mülkiyyətlərində olan daşınmaz əmlaklardan təyinatı üzrə istifadə edilməsinə cavabdehə məxsus qeyri-yaşayış sahəsindən hər hansı məhdudiyyətin yaradılması halı müəyyən edilməmişdir. Bununla da iddiaçılar cavabdehə məxsus qeyri-yaşayış sahəsində yerləşən iaşə obyektinin (restoranın) normal fəaliyyəti üçün quraşdırılmış havalandırma sistemi və tüstü bacasının sökülməsini tələb etmək hüququnun mövcudluğunu hüquqi və faktiki əsaslarla sübuta yetirə bilməmişlər. 84.Qeyri-yaşayış sahəsində havalandırma və tüstü bacasının qoşulduğu borunun binanın ön fasad hissəsində quraşdırılması da iddiaçıların əşya hüquqlarının hər hansı formada pozulması təhlükəsini yaratmır. Binanın üzərində yerləşdirilmiş mühəndiskommunikasiya təminatı komponentlərinin şəhərin ümumi görünüşünə xələl gətirməsi ilə bağlı onların müvafiq qanunvericilikdə nəzərdə tutulmuş standartlara uyğunlaşdırılmasının tələb edilməsi hüququ yalnız bu sahədə qanunvericiliklə səlahiyyət verilmiş dövlət orqanlarına məxsusdur.

85. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən mövcud vəziyyətdə cavabdehə məxsus qeyri-yaşayış sahəsində mübahisəli mühəndis-kommunikasiya təminatı komponentlərinin sökülməsi tələbinin təmin olunması yalnız iki halda mümkün ola bilərdi: 1) həmin komponentlərin “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, yanğın təhlükəsizliyinə dair qanunvericiliyin və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun quraşdırılmaması; 2) bu komponentlərin iddiaçıların hüquqlarına və qanuni mənafelərinə toxunması, onların öz sağlamlığına və ya əmlakına real və əsaslandırılmış təhlükə yaratması. 86.Baxılan işdə də birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan bu halların mövcud olub-olmamasını lazımi qaydada araşdırılmamış, göstərilən xüsusatlar üzrə həqiqətin müəyyən edilməsi məqsədilə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Bu səbəbdən, qətnamə iş üzrə müəyyən edilmiş hallar tərəflərin qarşılıqlı münasibətlərinə və tətbiq olunmalı qanunvericiliyə uyğun şəkildə qiymətləndirilmədən qəbul edilmişdir. 87.Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər. Belə mübahisələrin həllində də məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. 88.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. 89.Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinəlazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları). 90.Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nailolmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 91.Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. 92.Birinci instansiya məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə mübahisələndirilən hissədə ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-675/2025 saylı 24 noyabr 2025-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər X12 və X10 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh X10 münasibətdə xitam verildiyi nəzərə alınmaqla, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia cavabdeh X12 münasibətdə rədd edilməlidir.

93. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-43/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə bu hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna və İddiaçı4 Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı3, İddiaçı1 Georgiyevna və İddiaçı4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar