Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6757/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(011)-82/2023 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin nümayəndəsi X6tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-82/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barəsində iddiası qismən təmin edilərək, 4449,99 manat məbləğində pul vəsaiti, 76,38 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ümumilikdə cəmi 4526,77 manat pul Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutularaq, "xxxx" ASC-nə ödənilməsi qət olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin nümayəndəsi X6 xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02.02 2023-cü il tarixli, e-2(011)-82/2023 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması səbəbin üzürlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(011)-82/2023 saylı qərardadıilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-82/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(011)-82/2023 saylı qərardadından cavbadehin nümayəndəsi tərəfindən verilmiş şikayət, həmin məhkəmənin 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, qətnamə Xidmətin ünvanına rəsmi qaydada təqdim olunmamış, yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon icra şöbəsindən icra vərəqəsi Xidmətə daxil olduqda məlum olmuşdur ki, qətnamə qanuni qüvvəyə minmiş və bununla da Xidmətin maddi və prosessual hüquqları pozulmuşdur. Bundan sonra, qətnamənin Xidmətin ünvanına rəsmi qaydada təqdim olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 134.1.5 və 360- cı maddələri rəhbər tutularaq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixli, 3-43-2-2546 nömrəli sorğu göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(011)-82/2023 nömrəli məktubuna əsasən, qətnamə xx.xx.2023-cü il tarixdə Xidmətə məxsus elektron kabinetə rəsmi qaydada göndərildiyi bildirilmişdir (MPM10-1.3 və 10-1.5-ci maddələri).Xidmət hərbi qurumdur və mütəmadi olaraq məxfi sənədlərlə iş aparıldığı üçün internet girişinə, həmçinin elektron kabinetlərin girişinə də məhdudiyyətlər tətbiq edilir. Buna görə adıçəkilən məhkəmədən xx.xx.2023-cü il tarixli cavab məktubu alındıqdan sonra (həmin məktub xx.xx.2023-cü il tarixdə Xidmətin ünvanına daxil olub) Xidmətin elektron kabinetindən qətnamə çap olunaraq icraata qəbul olunmuşdur. İşin hallarından görünür ki, məhkəmə tərəfindən qətnamə poçt vasitəsilə daxil olmamışdır, belə olan halda Xidmətin qətnamə barəsində məlumatı olmadığından apellyasiya şikayəti verilməmişdir. Əlavə olaraq bildiririk ki, Xidmətdə “Elektron məhkəmə” informasiya sisteminə giriş məhdudlaşdırılmış və həmin sistemə giriş (elektron imza üzrə iddia ərizələrini imzalamaq, iddiaçının nümayəndəsi qismində məhkəmələrdə çıxış etmək, iddianı müdafiə etmək, iddia tələblərinə dəyişiklik etmək, onlardan imtina etmək, cavabdehin nümayəndəsi qismində çıxış etmək, iddiaya etirazlarını bildirmək, iddianı qəbul etmək, qəbul olunmuş məhkəmə aktlarından şikayətlər vermək, apellyasiya və kassasiya şikayətlərini imzalamaq, apellyasiya və kassasiya şikayətlərindən imtina etmək) yalnız Hüquq idarəsi rəisinin müavini ədliyyə mayoru X2 həvalə edilmiş, “Elektron məhkəmə” informasiya sisteminə tam giriş icazəsi (elektron imza) ona verilmişdir. R.N.Qasımov Xidmət rəisinin müvafiq əmrilə xx.xx.2023-cü il tarixdə digər hərbi qurumda xidmətini davam etdirdiyi üçün tutduğu vəzifədən azad edilmiş və onun elektron imzası üzrə səlahiyyətlərinə xitam verilmişdir. Xidmət rəisinin xx.xx.2023-cü il tarixli müvafiq əmrilə Hüquq idarəsinin Hüquqi təminat şöbəsinə ədliyyə mayoru X6 təyin edilmiş və “Elektron məhkəmə informasiya sisteminə giriş A.B.Əkbərova həvalə edilmiş, lakin onun elektron imzası olmadığı üçün xx.xx.2023-cü il tarixli, 3-43-92/2-49/2023 nömrəli məktubla Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin "xxxx"MMC-yə müraciət olunmuş (sənədlər əlavə olunur), yalnız xx.xx.2023-cü il tarixdə A.B.Əkbərova elektron imza verilmişdir. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə yuxarıda adıçəkilən vəsatət və apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki,“AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-82/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə isə 21 avqust 2023-cü il tarixdə-qətnamənin elektorn qaydada göndərilməsindən 6 ay sonra verilmişdir. Hətta, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin qətnamənin rəsmi qaydada onun poçt ünvanına göndərilməsi barədə xx.xx.2023-cü il tarixli məktubu məhkəməyə xx.xx.2023-cü il tarixdə (qətnamənin elektron qaydada göndərilməsindən 4 ay sonra) daxil olmuş və xx.xx.2023-cü il tarixli məktub ilə sözügedən qətnamənin xx.xx.2023-cü il tarixində Xidmətin elektron kabinetinə yerləşdirilməsi barədə məlumat verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Məhkəmə kollegiası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddətin ötürülməsi ilə bağlı cavabdehin verdiyi ərizədə göstərdiyi səbəblər üzrlü hesab edilə bilməz. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-cü maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunalara əsasən məhkəmə kollegiyası müddətin bərpa edilməsi ilə bağlı ərizənin təmin edilməməsi üzrə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamənin cavabdehə rəsmi qaydada verildiyi gündən bir aydan artıq müddət keçdikdən sonra apellyasiya şikayəti verildiyindən, müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsinə dair göstərilmiş əsaslar mötəbər sübutlarla öz təsdiqini tapmadığından, müddətin bərpa edilməsinə dair ərizədə qeyd edilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü səbəblər hesab edilmədiyi üçün düzgün olaraq ərizə təmin edilməmiş, verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesabedilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsiniradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın,müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitəməhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarlarınsərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, beləməsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktıqanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla, məhkəmə düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur.Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(011)-82/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6757/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6757/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver