Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6758/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbinə dairmülki iş üzrə İş № 2(103)-6758/2022 Açar sözlər:(mirasın qəbulu müddətinin uzadılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı 29 mart 2010-cu il tarixdə vəfat etmiş anası X3 qanun üzrə vərəsəsi kimi ona çatası miras əmlakın qəbul edilməsi üçün həmin il 01 iyun tarixdə Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna müraciət etmişdir. 2.İddiaçının qardaşı X8 Cavabdehna ərizə ilə müraciət edərək, 12 may 2016-cı il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. 3.25 yanvar 2022-ci il tarixdə iddiaçı ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət etmiş, lakin notariat kontoru X7 xx.xx.2016-cı ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadtnamə verildiyi üçün, onu vərəsəliyin dairəsinə daxil edilməsinin mümkün olmadığını qeyd etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının X2 miras qalmış Bakı şəhəri, N.Tusi küçəsi, ev 31, 48 saylı mənzilin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirməsinin üzrlü sayılması və altı həftəyədək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 mart 2010-cu il tarixdə ünvan 1 ünvanında yaşayan iddiaçının anası X5 vəfat etmiş, ondan ünvan 1 miras qalmışdır. İddiaçının qardaşı X8 Cavabdehna ərizə ilə müraciət edərək, 12 may 2016-cı il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. O, həmin ərizədə özündən başqa heç bir vərəsənin olmadığını göstərmişdir. İddiaçı 01 iyun 2010-cu il tarixdə 36 saylı notariat kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət etmişdir. Həmçinin qardaşının buna dair müraciəti olduqda dərhal ona məlumat verilməsini xahiş etmişdir. Buna baxmayaraq iddiaçının qardaşı X7 Cavabdeh tərəfindən 12 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, iddiaçıya heç bir məlumat verilməmişdir. 25 yanvar 2022-ci il tarixdə iddiaçı ona mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət etmişdir. Lakin notariat kontoru mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti buraxdığını əsasgətirərək müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsi (sədrlik edən-Həsənova Aygün) ilə iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. 7.Məhkəmə işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, iddiaçının anası X5 29 mart 2010-cu ildə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 31 saylı evin, 48 saylı mənzili ondan miras qalmışdır. 8.İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən 23 fevral 2022-ci il tarixdə İddiaçı Məmmədrəhim qızına ünvanlanmış məktubda göstərilmişdir ki, 29 mart 2010-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi, oğlu X8 tərəfindən 12 may 2016-cı il tarixdə Notariat ofisinə müraciət daxil olmuş, “Elektron notariat” X1 axtarış elan edilmiş, vərəsəlik işinin heç bir Notariat ofisi tərəfindən açılmadığı məlum olduqdan sonra tərəflərindən vərəsəlik işi açılmışdır. X7 12 may 2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 9.Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı anasının vəfatından sonra anasından qalmış mirasla bağlı 01 iyun 2010-cu il tarixdə Bakı şəhəri 36 saylı Notariat Kontoruna müraciət etmiş, vərəsəliyin həlli üçün qardaşı tərəfindən müraciət edilərsə ona da məlumat verilməsini xahiş etmişdir. 10.Məhkəmə hesab etmişdir ki, hazırkı işdə hər hansı üzrlü səbəbin olduğunu aşkar etmək mümkün olmamışdır. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən müddətin altı həftəyədək uzadılması yalnız mirasın qəbul edilmədiyi hallarda yol verilir. Hazırkı iş üzrə isə mirasın vərəsəlik şəhadətnaməsinə əsasən 2016-cı il tarixdə qəbul edilməsi müəyyən edilmişdir. Belə olan halda iddia tələbi təmin edilə bilməz. 11.Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, ödənilmiş 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. 12.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin1246, 1247 və 1248.1ci;“X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarına;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin88, 119.1, 217.4-cü maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə 01 iyun 2010-cu il tarixdə 36 saylı Notariat Kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət etməyini, qardaşının buna dair müraciəti olduqda dərhal iddiaçıya məlumatın verilməsini xahiş etməyini nəzərə almamış, müddətin üzürlü olub-olmamasının araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə 03 oktyabr 2022-ci və 07 dekabr 2022-ci il tarixlərdə yazılı etiraz təqdim edərək, qətnamənin qanuni və əsaslı olduğunu, şikayətin əsassız olduğunu, həmçinin, iddianın predmetinin mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılmasıdan ibarət olduğunu, buna görə də digər vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mübahisənin predmetinə aid olmadığını bildiriərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2apellyasiya şikayətini müdafiə etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, iddiaçı xx.xx.2010-cu ildə anası vəfat etəndən sonra, üç ayın daxilində, yəni xx.xx.2010-cu il tarixdə miras əmlakın olduğu ərazi üzrə Xətai rayonu ərazisində yerləşən Bakı şəhəri 36 saylı notariat kontoruna ərizə ilə müraciət etmişdir. İddiaçının qardaşı İlkin Cəfərov miras əmlakın bölgüsü ilə bağlı iddiaçıya yalan vədlər verərək, xx.xx.2016-cı ildə iddiaçının xəbəri olmadan Cavabdehna ərizə vermişdir ki, ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsin. Bunun sübutu odur ki, İlkin Cəfərov Cavabdehna ərizə yazarkən, digər vərsələrin olmadığını qeyd etmişdir. Əgər vərəsələrin olduğunu qeyd etsəydi, onda iddiaçı da notariusa xx.xx.2010-cu ildə Bakı şəhəri 36 saylı notariat kontoruna ərizə yazması barədə məlumat verərdi. X11 qəsdən etməmişdir. İddiaçı dövlət orqanlarına və qanunun tələblərinə inanmışdır ki, o, miras açılandan sonra üç ayın daxilində ərizə vermişdir. 17.İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisi xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehinnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 19.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 20.Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 23.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 25.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 26.Məhkəmə kollegiyasıiddiaçının nümayəndəsinin, üçüncü şəxsin və onun nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsi ləğv edilməli iddia təmin edilməməlidir. 27.Belə ki, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilir ki, Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. 28.Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 29.Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. 30.İş materiallarından Bakı şəhəri 36 saylı notariat kontorunun xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarından və məktuba əlavə edilmiş ərizədən göründüyü kimi, iddiaçının anası 29 mart 2010cu il tarixdə vəfat etmiş, iddiaçı, mərhumun qızı-İddiaçı isə 01 iyun 2010-ci il tarixdə mərhum anasından qalmış mirasla bağlı Bakı şəhəri, 36 saylı dövlət Notairat Kontoruna ərizə ilə müraciət edərək, vərəsəlik işinin həlli ilə əlaqədar müraciət olunarsa, onun da vərəsə kimi nəzərə alınmasınıxahiş etmişdir. 31.Göründüyü kimi, mərhumun vəfatından sonra mirasın qəbul edilməsi üçün 3 aylıq müddət iyun ayının 29-da bitdiyi halda, iddiaçı müddəti ötürməmiş, mirasın qəbul edilməsi üçün iyun ayının 1-də notariat kontoruna müraciət etmişdir. 32.Kollegiya hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmədiyindən (§ 20), onun X2 miras qalmış Bakı şəhəri, N.Tusi küçəsi, ev 31, 48 saylı mənzilin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirməsinin üzrlü sayılması və altı həftəyədək uzadılması tələbinə dair iddiası təmin edilə bilməz. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan digər qanuni vərəsə X7 Cavabdeh tərəfindən verilmiş 12 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında əldə edilmiş çıxarışı mübahisələndirə bilər. 33.Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qardaşı X4 Cavabdehna xx.xx.2016-cı ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə müraciət edərkən (i/v 80) özündən başqa heç bir vərəsənin olmadığını bildirməsi, onu deməyə əsas verir ki, o, bununla miras əmlakı tək başına qəbul etməkdə maraqlı olmuşdur. Digər tərəfdən X8 digər vərəsə ilə bağlı məlumat versəydi, iddiaçının da notarius tərəfindən işə cəlb olunması halında, miras əmlak vərəsələr arasında bölünməklə, hazırkı mübahisəyə baxmağa lüzum qalmazdı. 34.Eyni zamanda iddia əsasız olduğuna görə iddia müddətinin (müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən verilmiş ərizə) ötürülüb-ötürülməməsinə qiymət verililməsinə lüzum yoxdur. 35.Çünki Mülki Məcəllənin 372 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün ilk olaraq hüququn pozulması, sonra isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müəyyən edilməlidir. 36.Hazırkı işdə iddiaçının mövcud tələbi üzrə cavabdeh 40 saylı notariat kontoru tərəfindən iddiaçının hüquqlarının pozması halı müəyyən edilməmişdir. 37.Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 38.Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6758/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6758/2022
07.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver