Məhkəmə qərarları › İş №2(103)-6766/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6766/2023

06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6766/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin qızı Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3332/2023 nömrəli, 24 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İB tərəfindən 2018-ci il tarixdən başlayaraq 2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında olan qaz sayğacına (Abonent kodu **********30000) müxtəlif aylarda baxış keçirilərək aktlar tərtib edilmiş, həmin aktlarda təbii qazdan qeyri-qanuni istifadəyə dair qeydlər olmuş və həmin aktlar əsasında tərtib edilmiş tələbnamələr əsasında **********30000 saylı abonent hesabına ümumilkdə 6181,2 (2018-ci il tarixi üçün 568,80 manat; 2019-cu il üçün 1191,60 manat; 2020-ci il üçün 1375,20 manat; 2023-cü il üçün 3045,60 manat) manat məbləğində borc yazılmışdır, cavabdeh tərəfindən sayğac çıxarılmış və yenisi ilə əvəz olunmamışdır. Hazırda həmin məbləğ İddiaçı tələb edilir, iddia tələbi 6456,2 manat borcun silinməsi, 2018-2023-cü illər ərzində tərtib edilmiş aktların ləğv edilməsi və sayğacın quraşdırılması barədədir. Mənzildə təbii qaz işlədiciləri PQ4 (1.2 m3 /saat), QSSQ (1.5 m3 /saat) və dəmir sobadır (1.4 m3 /saat). Bununla belə, sayğaca müdaxilədə və təbii qazdan qeyri-qanuni istifadə iddiaçının təqsiri müəyyən edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında olan qaz sayğacına (Abonent kodu **********30000) əsassız olaraq borc kimi yazılmış olan 6456,2 (altı min dörd yüz əlli altı, 20 qəpik) manatın X3 tərəfindən silinməsi, X2 hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli. xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında olan qaz sayğacına (Abonent kodu **********30000) əsassız olaraq borc kimi yazılmış olan 6456,2 (altı min dörd yüz əlli altı, 20 qəpik) manatın X3 tərəfindən silinməsi, X2 hərəkətlərinin qanunsuz hesab edilməsi, qaz sayğacının quraşdırılması (sayğacla təmin edilməsi) və xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli. xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3332/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddianın qismən təmin edilməsi, İddiaçı **********30000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 6181 (altı min yüz səksən bir) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsi, Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanındakı mənzilinə qaz sayğacı quraşdırılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 85 (səksən beş) manat, 50 (əlli) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.9, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.1, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10, 3.2.10, 4.6-4.9, 5.2, 6.2, 6.5-6.7, 6.5-1, 6.5-2, 6.5- 3, 6.5-4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.1, 218.3-cü, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin, apelyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin təmin edilən hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 6181,20 (altı min yüz səksən bir manat, iyirmi qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz verilmiş, etiraz iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Əlavə olaraq, Xətai rayon Məhkəməsi tərəfindən cavabdeh Azəriqaz İB barədə xüsusi qərardad qəbul edilməsi bildirilmişdir.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, İddiaçı ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, Cavabdeh nümayəndəsi gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

10. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

12. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

13. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

14. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun

15. 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

16. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun

17. 11.6-cı maddəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir.

18. 13.9-cu maddəsinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

20. 3.1.10-cu bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.

21. 3.2.10-cu bəndinə əsasən,istehlakçı mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalıdır.

22. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

23. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

24. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

25. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

26. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

27. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

28. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

29. 6.2-ci bəndinə əsasən, istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

30. 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

31. 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

32. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

33. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

34. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

35. 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

36. 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

37. 6.5-4-cü maddasinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur

38. 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.

39. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etdiyindən qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3332/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Abonent saldosundan görünür ki, iddiaçının **********30000 saylı abonent koduna “Qalıq və aktlar” qrafasında 2018-ci il tarixi üçün 568,80 manat; 2019-cu il tarixi üçün 1191,60 manat; 2020-ci il tarixi üçün 1375,20 manat; 2023-cü il tarixi üçün 3045,60 manat borc yazılmışdır.

51. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent mənzilində təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

52. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 4266m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

53. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “988 N-li Xidməti yazıya əsasən dekabr 2018-ci ildə mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

54. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 1422m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

55. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent təbii qazdan mənzilində qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

56. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 1332m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

57. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olundu” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

58. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 1422m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

59. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

60. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 1422m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

61. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “mənzilin sayğacına baxış keçirən zaman abonent təbii qazdan mənzilində qeyri-qanuni istifadə etdiyi aşkar olundu” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

62. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 324m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

63. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent mənzilində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

64. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 324m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

65. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

66. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 324m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

67. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

68. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 324m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

69. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “mənzilə baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunurdu” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

70. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 324m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

71. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent mənzilində təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

72. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 324m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

73. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “mənzilə baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

74. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli AKT-ının surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni istifadəyə görə təbii qaz təchizatı dayandırılmışdır.

75. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

76. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 2952m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

77. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

78. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 2952m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

79. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 1422m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

80. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

81. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 2952m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

82. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

83. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 2952m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

84. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

85. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 2952m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

86. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

87. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 1944m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

88. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

89. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 16740m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

90. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “Azəriqaz İB 29/1710- 04771-1 saylı rəyinə əsasən **********251 sayğacın klapanının üzərindəki kipləşdirici təbəqə aşkar olunmadı. Girişdə metal süzgəc kənar təsir nəticəsində zədələnib, sayğacın çıxış plasmas borusundan keçərək məftil vasitəsilə membranın qollarının iş prinsipinə maneə törədilib” nöqsanı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edimişdir.

91. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə abonent koduna 8640m3 qazın dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur.

92. İş materiallarında olan Cavabdeh İB-nin Qaz sayğacının yoxlanılması barədə 29/1710-04771-1 nömrəli Aktdan görünür ki, ******* №-li plomb kəsilərək G-4 SM/5996 saylı açıldı, Sayğaca baxış keçirildi. Sayğacın klapanının üzərindəki üzərindəki kipləşdirici təbəqə aşkar olunmadı. Girişdə metal süzgəc kənar təsir nəticəsində zədələnib, sayğacın çıxış plasmas borusundan keçərək məftil vasitəsilə membranın qollarının iş prinsipinə maneə törədilib. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilmədi. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.

93. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən 2018-2023-cü illər üzrə aktlar əsasında hesablanmış məbləğin (6181.2 manat) silinməsi tələb edilir və akt əsasında müəyyən olunan nöqsanlarda iddiaçının təqsiri müəyyən olunmamışdır.

94. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında qaz sayğacının quraşdırılması tələbi tam qanunidir. Belə ki, qazdan istifadəyə dair tərəflər arasında bağlanmış müqavilə qüvvədədir, cavabdeh tərəfindən qaz sayğacının sökülməsinin əsası kimi təbii qazdan qeyri-qanuni istifadə edildiyi göstərilsə də, sayğaca müdaxilə və təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı iddiaçının təqsirini sübut edən hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda, təbii qazın verilişinin bərpa edilməsi və sayğac quraşdırılması barədə iddia tələbi əsaslıdır.

95. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən müəyyən edilmiş borc məbləğinin yaranmasında, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən və iddiaçının təbii qazdan qeyri-qanuni istifadə edən hər hansı sübut iş materiallarında müəyyən olunmadığından, cavabdehin hesabladığı borcu iddiaçıdan tələb etməsi əsassızdır.

96. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas ola bilməz.

97. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

98. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

99. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

100. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

101. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3332/2023 nömrəli, 24 avqust 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar