Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6776/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X24 oğlunun katibliyi ilə, X1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, X1 cavabdeh “xxxxxxx” Kommersiya Bankı ASC-yə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası X2maqla) “kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respbulikası Maliyyə X10 cəlb etməklə cavabdeh «xxxxxxx» X23 Səhmdar Cəmiyyətinə qarşı «kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxx» X23 Səhmdar Cəmiyyətindən xx.xx.2014-cü il tarixində 9600 (doqquz min altı yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2018-ci il tarixində götürmüş olduğu krediti tam bağlamışdır. İddiaçı bankdan 9600 (doqquz min altı yüz) ABŞ dolları məbləğində götürdüyü kredit öhdəliyini faizinə uyğun tam şəkildə, vaxtında yerinə yetirmişdir. Eyni zamanda, “xxxxxxxx” ASC-dən xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək 00/8019/AFS saylı kredit müqaviləsinə əsasən 44436 (qırx dörd min dörd yüz otuz altı) ABŞ dolları məbləğində krediti X20 götürmüş və iddiaçı ona zamin dursa da, texniki səhv səbəbindən AKB-nin MKR çıxarışlarında onun adı göstərilir və xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixinə kimi 00/8019/AFS saylı kredit müqabiləsi üzrə heç bir borcun qalmadığı bildirilir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, həmin Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1 ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının mat ekvivalentindən çox olmamalıdır. Fərmanın məqsədləri üçün fiziki şəxslərin xarici valyutada 10 min ABŞ dollarınadək və ya milli valyutada 17 min manatadək olan əsas kredit borcları dedikdə, onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 10 min ABŞ dollarınadək və ya 17 min manatadək məbləğ dedikdə müvafiq olaraq 10 min ABŞ dollarının və ya 17 min manatın da daxil olduğu məbləğ; fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) nəzərdə tutulur. İddiaçı kredit müqaviləsi üzrə öhdəlik kimi qalan əsas borc faizləri ödəsə də, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən kompensasiyanın ödənilməsi X15 Palatasının internet informasiya sistemində öz əksini tapmamış, bütün ödənişin iddiaçı tərəfindən olduğu nəzərə alınmamışdır. İddiaçı həmin kompensasiyanın ona ödənilməsi ilə bağlı X15 Palatasına və «xxxxxxx» KB ASC-yə dəfələrlə şifahi və yazılı müraciət etsə də, ona yazılı və şifahi olaraq müraciətinin əsaslı olduğunu, sistemdə olan texniki səhvlərə görə kompensasiyanın sistemdə öz əksini tapmadığını, kompensasiyanın ödənilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Kredit müqaviləsinə əsasən «xxxxxxx» KB ASC-nin hesabına ödənilmiş ödənişlər «xxxxxxx» KB ASC-dən əldə edilmiş çıxarışlarda da öz əksini tapır. Odur ki, «xxxxxxx» KB ASC-nin üzərinə iddiaçıya kompensasiya ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunması, cavabdeh «xxxxxxx» KB ASC-nin hesabına ödənilmiş ödənişlərin hesablanaraq kompensasiya ödənilməsi öhdəliyinin və həmin kompensasiyanın və məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1130/2020 saylı qətnaməsi ilə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respbulikası Maliyyə X10 cəlb etməklə Cavabdehnə qarşı «kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərini iddiaçıya aid edilməsi qət edilmişdir. X4 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının cavabdehi düzgün müəyyən etmədiyi üçün iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. AR MPM-nin məlum maddəsinin tələbindən aydın olur ki, məhkəmə başqa cavabdehin işə cəlb olunması zərurəti yarandığını bildiyi halda bu hüququndan istifadə etməyərək, hərəkətsizliklə cavabdehin xeyrinə istifadə etmişdir. Məhkəmə prosesində məhkəmə tərəfindən cavabdehin əsl cavabdehilə dəyişdirilməsi ilə əlaqədar heç bir təklif səslənməmiş və iddiaçıdan belə bir razılığın olub-olmamasına dair məhkəmə tərəfindən heç bir hərəkət edilməmişdir. Prosesin məntiqi onu deməyə əsas verir ki, məhkəmə bir tərəfli mövqe nümayiş etdirmişdir. Məhkəmə iclasında iştirak edən X4 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdedhin nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək, iddiaya cavab verməli şəxs olmadıqlarını və buna görə də apelyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, işin materiallarında olan X12 məxsus hesabdan çıxarışa əsasən X16 tərəfindən «xxxxxxx» X23 Səhmdar Cəmiyyətindən xx.xx.2014-cü il tarixdə 9600 ABŞ dolları məbləğində pul kredit götürülmüşdür. İşdə olan Maliyyə X14 tərəfindən X12 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən X16 barəsində kredit təşkilatı tərəfindən təqdim edilmiş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin X7 adına olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bununla əlaqədar, kompensasiyanın verilməsindən imtina edilmişdir. İşdə olan “xxxxxxxx” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X3 Şahin Rəcəb oğlunun “xxxxxxxx” ASC ilə bağladığı 00/8019/AFS saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə onun zamini qismində çıxış etmişdir. X20 həmin kredit müqaviləsi üzrə borcu xx.xx.2015-ci il tarixdə tam olaraq bağlamışdır. Qeyd olunan kredit texniki səhv səbəbindən İddiaçı AKB-nin MKR çıxarışında göstərilir. Beləliklə, işin faktiki halları ilə bağlı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən «xxxxxxx» X23 Səhmdar Cəmiyyətindən 9600 ABŞ dolları məbləğində kredit götürülmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı çıxdıqdan sonra iddiaçı həmin fərman üzrə kompensasiya almaq üçün əvvəlcə banka, sonradan Azərbaycan Respbulikası Maliyyə X11 müraciət etmiş, lakin müsbət cavab ala bilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə X14 bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Həmin Fərmanın 5.1-ci bəndinə görə,Azərbaycan Respublikasının Mərkəzi Bankına bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X6 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi tövsiyə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə X14 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Qeyd olunanlardan aydın olur ki, iddiaçının barəsində MKR-də olan məlumatlarda yanlışlıq (natamamlıq) olması bankın cavabdehlik daşıdığı hal deyildir. Belə ki, kompensasiya ödənişi ediləcək şəxslərin siyahısı, kompensasiya məbləğinin hesablanması və fərmanın təsir dairəsinə düşdüyü təqdirdə müvafiq kompensasiyanın verilməsi öhdəliyi Azərbaycan Respublikasının Maliyyə X14 (qeyd: hal-hazırda Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Hazırki iş üzrə də müəyyən olunur ki, X4 cavabdeh «xxxxxxx» X23 Səhmdar Cəmiyyətindən kompensasiyanın hesablanaraq ödənilməsini tələb etməsinə baxmayaraq, «xxxxxxx» X23 Səhmdar Cəmiyyəti həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Məhkəmə kollegiyası iddiaçı tərəfə izah edir ki, pozulmuş hüquqlarının bərpası məqsədi ilə adının kompensasiya ödənişi ediləcək şəxslərin siyahısına daxil edilməsi məsələsinin həll olunması üçün, kompensasiya ödənişi ediləcək şəxslərin siyahısını, kompensasiya məbləğinin hesablanması və fərmanın təsir dairəsinə düşdüyü təqdirdə müvafiq kompensasiyanın verilməsi öhdəliyini müəyyən edən səlahiyyətli orqana qarşı inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1130/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6776/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6776/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver