Məhkəmə qərarları › İş №2(103)-6789/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6789/2022

16.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6789/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 1.000 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1.000 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 150 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pulun, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi xx.xx.2022-ci il tarixdə göndərilmiş və Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərkən qanunla nəzərdə tutulmuş müddəti ötürmüş və müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun olaraq qaytarmalı olduğu halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar